Qanunvericilik › “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.02.2020) › Tam mətn

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.02.2020)

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.02.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 8 fevral 2020-ci il

1.1. Bu Qayda vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif edilən güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyasını və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Vergi və gömrük sahəsində güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.4. Bu Qayda ilə aşağıdakılar müəyyən edilir:

1.4.1. güzəşt və azadolmaların müəyyən edilməsi meyarları;

1.4.2. güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanması metodologiyası;

1.4.3. güzəşt və azadolmalar üzrə büdcə gəlirlərinə təsirin qiymətləndirilməsi;

1.4.4. güzəşt və azadolmalarla bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılması.

1.5. Vergi və gömrük sahəsində güzəşt və azadolmalar bu Qaydanın məqsədləri üçün aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:

1.5.1. güzəşt meyarı - azadolma meyarı ilə əhatə olunmayan və sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində tətbiq olunan digər imtiyazlar;

1.5.2. azadolma meyarı:

1.5.2.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar;

1.5.2.2. “Xüsusi iqtisadi zonalar haqqında” və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan imtiyazlar;

1.5.2.3. vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar;

1.5.2.4. qrant, humanitar və texniki yardım üzrə imtiyazlar;

1.5.2.5. maliyyə xidmətləri və dövlət tərəfindən yaradılan maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar;

1.5.2.6. qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar;

1.5.2.7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar.

2.1. Güzəşt və azadolmalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlar, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilir.

2.2. Güzəşt və azadolmalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilən vergilərin və gömrük rüsumlarının bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan qanunvericilik aktlarına və beynəlxalq müqavilələrə əsasən tam və ya qismən tətbiqi yolu ilə həyata keçirilir.

2.3. Bu Qaydanın məqsədləri üçün güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanması və güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq meyarlar üzrə təsnifləşdirilir.

2.4. Qüvvədə olan güzəşt və azadolmalar üzrə büdcə itkiləri hesablanarkən və güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilərkən, aşağıdakı məlumat mənbələrindən istifadə edilir:

2.4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri;

2.4.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin güzəşt və azadolma tətbiq olunan vergi növü, neft və qeyri-neft sektoru, mülkiyyət növü və vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt və azadolma verilən vergitutma bazası;

2.4.3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatları;

2.4.4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatlarına dair göstəriciləri (güzəşt və azadolma verilmiş xarici ticarət fəaliyyətinin iştirakçıları, güzəşt və azadolma verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri, gömrük ödənişləri);

2.4.5. Maliyyə Nazirliyinin dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamaları;

2.4.6. büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslərin məlumatları;

2.4.7. digər hüquqi və fiziki şəxslərdən alınan məlumatlar.

2.5. Büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslər, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq “Vergi və gömrük güzəşt və azadolmaları üzrə müraciət forması”na uyğun təklif olunan güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulan məlumatlar əsasında aparılır.

2.6. Güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi aşağıdakı müddətdə həyata keçirilir:

2.6.1. qüvvədə olan güzəşt və azadolmalar üzrə - hesabat ilindən sonrakı ilin iyun ayının 1-dək;

2.6.2. təklif olunan güzəşt və azadolmalar üzrə - gömrük rüsumları üzrə güzəşt və azadolmalara münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəşt və azadolmalarına münasibətdə isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində.

3.1. Büdcə itkiləri tədiyə növləri, iqtisadiyyatın sahələri, güzəşt və azadolmadan istifadə edən şəxslər nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:

3.1.1. Muzdlu işlə əlaqədar fiziki şəxslərin gəlir vergisi üzrə:

neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər üzrə:

əvvəlki il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

növbəti il və sonrakı üç il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

– əvvəlki ildə gəlir 2500 manatadək olduqda, güzəşt tətbiq edilən və vergidən azad olunan gəlirin məbləği;

– əvvəlki ildə gəlir 2500 manatdan yuxarı olduqda, güzəşt tətbiq edilən və vergidən azad olunan gəlirin məbləği;

K1 – gəlir 2500 manatadək olduqda, verginin dərəcəsi;

K2 – gəlir 2500 manatdan yuxarı olduqda, verginin dərəcəsi;

%∆Ə – proqnoz ili üçün əməkhaqqının artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər üzrə:

əvvəlki il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

– sektor üzrə 2500 manatadək əməkhaqqı fondu;

K1 – 2500 manatadək hissə üzrə verginin dərəcəsi;

– sektor üzrə 2500 manatdan 8000 manatadək əməkhaqqı fondu;

K2 – 2500 manatdan 8000 manatadək hissə üzrə verginin dərəcəsi;

– sektor üzrə 8000 manatdan yuxarı hissə üzrə əməkhaqqı fondu;

K3 - 8000 manatdan yuxarı olan hissə üzrə tətbiq olunan dərəcə ilə güzəştli dərəcə arasındakı fərq;

%∆Ə – proqnoz ili üçün əməkhaqqının artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.2. Hüquqi şəxslərin mənfəət vergisi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkisi ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

Gazad – gəlirlər üzrə güzəşt və azadolmanın məbləği;

Xazad – güzəşt və azadolma tətbiq olunan gəlirlər üzrə çəkilən xərcin məbləği (xərcin müəyyən edilməsi mümkün olmadıqda, güzəşt və azadolma tətbiq olunan gəlirin ümumi gəlirdə xüsusi çəkisi əsas götürülür);

MGazad – mənfəət və ya vergiyə cəlb olunan gəlir üzrə güzəşt və azadolmanın məbləği;

İzərər – əvvəlki illər üzrə yaranan və sonrakı dövrə keçirilən zərər;

Vdər – mənfəət və ya gəlir vergisinin dərəcəsi;

Vazad – hesablanmış mənfəət və ya gəlir vergisi üzrə güzəşt və azadolmanın məbləği;

%∆XM – proqnoz ili üçün xalis mənfəətin və ya gəlirin artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.3. Azərbaycan Respublikasının ərazisində malların təqdim edilməsinə (işlərin görülməsinə və xidmətlərin göstərilməsinə) görə əlavə dəyər vergisi:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

ƏDV üzrə orta dərəcə (ƏDVorta) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

ƏDVazad – əvvəlki ildə güzəşt və azadolma tətbiq edilən dövriyyənin məbləği;

ƏDVorta – əvvəlki ildə ƏDV üzrə orta dərəcə;

%∆İ – proqnoz ili üçün istehlakın artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər;

ƏDVhes – hesabat dövrü üzrə hesablanmış ƏDV;

ƏDVbaza – hesabat dövrü ərzində ƏDV üzrə vergi tutulan dövriyyə.

3.1.4. Azərbaycan Respublikasına idxal olunan mallara görə əlavə dəyər vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

ƏDVazad – əvvəlki ildə güzəşt və azadolma tətbiq edilən idxalın dəyəri;

ƏDVdər – əvvəlki ildə ƏDV üzrə dərəcə;

%∆İD – proqnoz ili üçün idxalın artma (azalma) faizi;

∆VGsd – növbəti il və sonrakı üç il üçün vergi və gömrük siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.5. Azərbaycan Respublikasının ərazisində istehsal olunan mallara görə aksiz vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

i – aksiz vergisindən güzəşt və azadolma tətbiq olunan mal növləri;

– əvvəlki ildə advolor aksiz dərəcələri üzrə istehsalın dəyəri, spesifik aksiz dərəcələri üzrə istehsalın miqdarı (həcmi);

– əvvəlki ildə aksiz vergisinin dərəcəsi;

%∆İ – proqnoz ili üçün istehsalın artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.6. Azərbaycan Respublikasına idxal olunan mallara görə aksiz vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

i – aksiz vergisindən güzəşt və azadolma tətbiq olunan mal növləri;

İDazad – əvvəlki ildə advolor aksiz dərəcələri üzrə idxalın dəyəri, spesifik aksiz dərəcələri üzrə idxalın miqdarı (həcmi);

Adər – mal növləri üzrə aksiz vergisinin dərəcəsi;

%∆İD – proqnoz ili üçün idxalın artma (azalma) faizi;

∆VGsd – növbəti il və sonrakı üç il üçün vergi və gömrük siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.7. Hüquqi şəxslərin torpaq vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

Stor – əvvəlki ildə vergi güzəşt və azadolmaları tətbiq olunan torpaq sahəsi;

K1 və K2 – torpaq sahəsi 10000 m-dək və 10000 m-dən yuxarı olduqda, yaşayış məntəqələri üzrə hər 100 m üçün torpaq vergisinin dərəcəsi;

%∆TS – proqnoz ili üçün torpaq vergisinə cəlb olunan torpaq sahəsinin artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.8. Hüquqi şəxslərin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

Əorta – əvvəlki ildə vergi güzəşt və azadolmaları tətbiq olunan əmlakın ortaillik dəyəri;

Vdər – mövcud vergi dərəcəsi;

%∆İNV – proqnoz ili üçün əsas kapitala yönəldilən investisiyanın artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.9. Sadələşdirilmiş vergi üzrə:

3.1.9.1. ümumi hasilatın həcmi nəzərə alınmaqla, əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

SVazad – əvvəlki ildə vergi güzəşt və azadolmaları tətbiq olunan mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi;

Vdər – mövcud vergi dərəcəsi;

%∆İ – proqnoz ili üçün istehlakın artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər;

3.1.9.2. fiziki şəxslər tərəfindən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsi nəzərə alınmaqla, əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

Əsahə – vergi güzəşt və azadolmaları tətbiq olunan fiziki şəxslərə məxsus yaşayış, qeyri-yaşayış və torpaq sahəsi;

Vməb – vergitutma obyektinin hər kvadratmetri üçün nəzərdə tutulan vergi məbləği;

Zəmsal – tətbiq olunan zona əmsalı;

Yəmsal – tətbiq olunan yüksəldici əmsal;

%∆S – proqnoz ili üçün yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsinə görə satışın artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.10. Mədən vergisi üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

Mazad – əvvəlki ildə filiz faydalı qazıntılar üzrə hasilatın dəyəri, qeyri-filiz faydalı qazıntılar üzrə hasilatın miqdarı (həcmi);

Mdər – əvvəlki ildə mədən vergisinin dərəcəsi;

%∆H - proqnoz ili üçün hasilatın artma (azalma) faizi;

∆Vsd – növbəti il və sonrakı üç il üçün vergi siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.1.11. Gömrük rüsumları üzrə:

əvvəlki il üzrə büdcə itkiləri ( ) aşağıdakı düsturla hesablanır:

növbəti və sonrakı üç il üzrə büdcə itkisinin ( ) proqnozu aşağıdakı düsturla hesablanır:

i – gömrük rüsumu üzrə güzəşt və azadolma tətbiq olunan mal növləri;

İDazad – əvvəlki ildə advolor gömrük rüsumu üzrə idxalın dəyəri, spesifik gömrük rüsumu üzrə idxalın miqdarı (həcmi);

GRdər – mal növləri üzrə gömrük rüsumunun dərəcəsi;

%∆İD – proqnoz ili üçün idxalın artma (azalma) faizi;

∆Gsd – növbəti il və sonrakı üç il üçün gömrük siyasətində güzəşt və azadolmalarla bağlı nəzərdə tutulan dəyişikliklər.

3.2. Tədiyə növləri üzrə büdcə itkilərinin hesablanması zamanı hər bir vergi ödəyicisi və xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə bəyannamə məlumatlarına əsaslanan mikrosimulyasiya modellərindən istifadə edilir.

4.1. Hər bir tədiyə növü, iqtisadiyyatın fəaliyyət sahələri və güzəşt və azadolmalardan istifadə edən şəxslər üzrə büdcə itkilərinin dövlət büdcəsinin gəlirlərinə təsiri reqressiya təhlili əsasında əldə edilən elastiklik əmsallarından istifadə edilməklə ayrılıqda hesablanır.

4.2. Maliyyə Nazirliyi bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə uyğun təqdim olunan sənədlər və göstəricilər əsasında güzəşt və azadolmaların tətbiqi nəticəsində dövlət büdcəsi gəlirlərinin və vergi ödəyicilərinin xərclərinin azalmasının faktiki göstəricisi ilə həmin güzəşt və azadolmaların verilməsi zamanı proqnozlaşdırılan göstəricinin müqayisəsini aparır.

4.3. Maliyyə Nazirliyi tərəfindən güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayış aşağıdakı müddətdə tərtib edilir:

4.3.1. qüvvədə olan güzəşt və azadolmalar üzrə - hesabat ilindən sonrakı ilin iyul ayının 1-dək;

4.3.2. təklif olunan güzəşt və azadolmalar üzrə - gömrük rüsumları üzrə güzəşt və azadolmalara münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəşt və azadolmalarına münasibətdə isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində.

4.4. Qüvvədə olan güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışda aşağıdakılar əks etdirilir:

4.4.1. hər bir vergi növü və gömrük rüsumları üzrə güzəşt və azadolmaların siyahısı;

4.4.2. mülkiyyət növü;

4.4.3. iqtisadi fəaliyyət növü;

4.4.4. neft və qeyri-neft sektoru üzrə bölgü;

4.4.5. güzəşt və azadolmalardan istifadə edən şəxslər;

4.4.6. güzəşt və azadolmaların verilməsi nəticəsində büdcə itkiləri (proqnozlaşdırılan və faktiki);

4.4.7. güzəşt və azadolmaların büdcə gəlirlərinə nisbəti;

4.4.8. illər üzrə dinamikada qüvvədə olan güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinə dair məlumatlar (ən azı 3 illik müddət üzrə);

4.4.9. dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, güzəşt və azadolmalara yenidən baxılmasına dair təkliflər.

4.5. Təklif olunan güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışda aşağıdakılar əks olunur:

4.5.1. güzəşt və azadolmaların tətbiq edilməsi barədə qərar qəbul edildiyi təqdirdə, büdcənin proqnozlaşdırılan itkiləri;

4.5.2. ortamüddətli dövr üzrə (ən azı 3 illik müddət üzrə) təklif olunan güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi proqnozu.

4.6. Maliyyə Nazirliyi avqust ayının 1-dən gec olmayaraq, güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, həmin qurumlar isə avqust ayının 15-dən gec olmayaraq arayışa dair rəy və təkliflərini Maliyyə Nazirliyinə təqdim edirlər.

4.7. Maliyyə Nazirliyi güzəşt və azadolmalar üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

4.8. Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlarla birlikdə güzəşt və azadolmalardan istifadə edilməsinin, eləcə də güzəşt və azadolmaların tətbiqinin nəticələrinin təhlilini həyata keçirir.

5.1. Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalara dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” Maliyyə Nazirliyində yaradılır.

5.2. Maliyyə Nazirliyi “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”ni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış formada və müddətdə təqdim olunan aşağıdakı məlumatlar əsasında aparır:

5.2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə vergi ödəyiciləri tərəfindən istifadə edilən vergi (idxal vergiləri istisna olmaqla) güzəşt və azadolmalarına dair məlumatlar;

5.2.2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə xarici ticarət fəaliyyətinin iştirakçıları tərəfindən faydalanan gömrük güzəşt və azadolmalarına dair məlumatlar.

5.3. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış formada və müddətdə bu Qaydanın 2.4-cü bəndində qeyd olunan məlumatların ötürülməsini təmin etmək məqsədilə həmin qurumların “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nə qoşulmasını təşkil edir.

5.4. “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”ndə güzəşt və azadolmalar barədə ən azı aşağıdakı göstəricilərin əks etdirilməsi zəruridir:

5.4.1. güzəşt və azadolmaların qanunvericilik əsası;

5.4.2. güzəşt və azadolmalar tətbiq olunan vergi və gömrük rüsumunun növü;

5.4.3. mülkiyyət növü;

5.4.4. iqtisadi fəaliyyət növü;

5.4.5. neft və qeyri-neft sektoru üzrə bölgü;

5.4.6. güzəşt və azadolmalardan istifadə edən şəxslər üzrə;

5.4.7. güzəşt və azadolmaların qüvvəyəminmə və qüvvədəolma tarixi;

5.4.8. vergitutma elementləri (vergitutma obyekti, vergitutma bazası);

5.4.9. güzəşt və azadolmalar verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri;

5.4.10. hesablanmış və ödənilmiş vergi və gömrük rüsumlarının məbləği;

5.4.11. güzəşt və azadolmaların tətbiqi nəticəsində büdcə itkilərinin məbləği.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dövlət Təhlükəsizliyi Xidməti) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan Respublikasının vətəndaşı olmayan işçinin əməkhaqqı

Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəliri - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə

Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2500 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi

Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi

Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun

Hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri

Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi

Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Prezidenti) qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar

Fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi

Qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir

Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər

Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə

Sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri

İş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin qanunvericiliklə nəzərdə tutulan məbləği

Müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri

Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri

Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri

İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri

Təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları) qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar

Verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri

Dalğıc işləri üçün pul mükafatı

İctimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar

Hərbi qulluqçulara, hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə orqanlarının (o cümlədən hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilən vergi orqanının) xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar

İşəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği

Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən məbləği;

Yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək; Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50000 manatadək

Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq

Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya

Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir

Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə

Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri

2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri

Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi

Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi - 3 il müddətinə

Qeyd: 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə

Qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir

Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir

Lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar

Vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Mənəvi Dəyərlərin Təbliği Fondu) tərəfindən ödənilən maddi yardım (dəstək)

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri

Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi

Aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi:

1) proqram təminatının işlənməsi sahəsində xidmətlər;

2) layihə-dizayn və dekorasiya xidmətləri;

5) araşdırma və tədqiqat sahəsində fəaliyyət;

6) elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

7) hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

8) jurnalistlərin fəaliyyəti;

9) bazar konyukturunun öyrənilməsi;

10) qiymətləndirmə fəaliyyəti;

11) avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;

12) turizm bələdçiliyi;

13) xidmətlərin ixracı.

Mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə

KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) haqqı ödənilən ictimai işlərə cəlb etdiyi işçilərinin bu fəaliyyətlə əlaqədar gəlirləri

Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Medianın İnkişafı Agentliyi) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə

Bu Məcəllənin 165.5-ci, 165.6-cı və 228-ci maddələrinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına görə əldə olunan gəlirlər

İctimai iaşə fəaliyyəti və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər;

Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə

Filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarların həmin layihələr üzrə əldə etdikləri gəlir – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq

Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

1)Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;

2) Azərbaycanın Milli Qəhrəmanlarının;

3) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

4) müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

5) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının;

6) 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

7) qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

8) Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

1) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

2) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;

3) məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Xeyriyyə təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa

Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa

Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin gəlirləri (dividend gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən publik hüquqi şəxslərin bu Məcəllənin 164.1.48-ci maddəsində göstərilmiş işlərin görülməsi və xidmətlərin göstərilməsindən (həmin maddədə nəzərdə tutulan müddətdə) başqa digər ödənişli işlər görməsindən və xidmətlər göstərməsindən əldə olunan gəlirləri və faiz gəlirləri istisna olmaqla)

Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İpoteka və Kredit Zəmanət Fondu), Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Əmanətlərin Sığortalanması Fondunun, İcbari Sığorta Bürosunun gəlirləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Aqrar Kredit və İnkişaf Agentliyi qismində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Biznesinin İnkişafı Fondu qismində İqtisadiyyat Nazirliyi) nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq ayrılmış güzəştli kreditlər üzrə müvəkkil kredit təşkilatları tərəfindən həmin orqanlara (qurumlara) ödənilən faiz gəlirləri

Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa)

Təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir

Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri

Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir

Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə;

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə

Dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

KOB klaster şirkətinin mənfəəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə

KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə

Mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlir

Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Gənclər və İdman Nazirliyi) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə

Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər

Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər (vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir)

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Medianın İnkişafı Agentliyi) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə

Qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdiyi mənfəətin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan hüquqi şəxslərin həmin layihələr üzrə əldə etdikləri mənfəət – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq

“Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər

Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlilliyi olan şəxslər daxil edilmir

Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri

Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

Özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi

Maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər

ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi

Milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxalı

İdxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda)

Tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı

Mətbu media məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə

Dəfn və qəbiristanlığın mərasim xidmətləri

Qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mal idxalı, iş görülməsi, xidmət göstərilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən xəzinə avadanlıqlarına texniki servis xidməti, pul nişanlarının istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə əlaqədar xidmətlərin, informasiya sistemləri üzrə dəstəkləmə xidmətlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi;

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi

Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi, habelə idxalı üzrə əməliyyatlar

Metropolitenlə sərnişindaşıma xidmətləri

Ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla)

Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedici sənədi əsasında idxal olunan siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə

Hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi

Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə

Müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Müdafiə Sənayesi Nazirliyi) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi), Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı

Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar

Texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar

Müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar

İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanı (Energetika Nazirliyi) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)

Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla)

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 10 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında (Qaradağ Sənaye Parkı) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti (gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti) tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 10 il müddətinə

gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2026-cı il mayın 1-dən 3 il müddətinə

Damazlıq heyvanların idxalı və satışı

Toxum və tinglərin idxalı və satışı

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən gübrələrin, pestisidlərin idxalı və satışı

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı

Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi

Siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən olunan xammalın və materialların idxalı

Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə

Heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə

Mülki aviasiya məqsədləri üçün idxal edilən hava gəmiləri, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları

KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə;

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 5 il müddətinə

Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə

Qeyd: Bu müddəa 2027-ci il yanvarın 1-dək qüvvədədir. Bu müddəa Naxçıvan Muxtar Repsublikasında minik avtomobillərinin istehsalını həyata keçirən vergi ödəyicilərinə münasibətdə 2030-cu il yanvarın 1-dək tətbiq edilir

Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2027-ci il yanvarın 1-dən 7 il müddətinə;

Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar

Kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 8 il müddətinə

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən yem məhsullarının və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), digər publik hüquqi şəxslərə münasibətdə isə Maliyyə Nazirliyi) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə

Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Gənclər və İdman Nazirliyi) ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə

Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərin mülki aviasiya fəaliyyəti çərçivəsində hava gəmilərinin və hava gəmilərinin mühərriklərinin rezident hüquqi şəxslərə icarəyə və ya lizinqə verilməsi

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə

Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Energetika Nazirliyi) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı – 2021-ci il yanvarın 1-dən 8 il müddətinə

Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 6 il müddətinə

Külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Minatəmizləmə Agentliyi) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Minatəmizləmə Agentliyi) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə

Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi

Özəl baytarlıq xidmətlərinin göstərilməsi

Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər; (vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir)

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Energetika Nazirliyi) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı -2024-cü il yanvarın 1-dən 3 il müddətinə

Aşağıda göstərilən hallarda və müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (elektrik enerjisi istehsalı layihələrinə münasibətdə Energetika Nazirliyi, digər layihələrə münasibətdə isə dövlət tərəfdaşı kimi müəyyən edilən digər dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri) təsdiqedici sənədi əsasında malların idxalı:

1)dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

2)dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

3)dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) - dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (sənaye parklarına münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır

İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır

1,5 litr alkoqollu içki

2 litr energetik içki

200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar

3 ədəd qəlyan və onların əvəzediciləri

100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar

100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri

20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları

0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz

Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq

Təqvim ili ərzində 1 ədəd mobil cihaz.

Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı

Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl

Bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 6 il müddətinə

Mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə

Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (bu Məcəllənin 190.1.7 - 190.1.13-cü maddələrində göstərilən aksizli mallar istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir

Azərbaycan Respublikasında istehsal olunan bu Məcəllənin 190.1.6 – 190.1.10-cu və 190.1.13-cü maddələrində nəzərdə tutulan aksizli mallar üzrə aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü- idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli əmlak vergisi istisna olmaqla), dövlət fondları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları əmlak vergisini ödəməkdən azaddır

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində (bu Məcəllənin 199.4.4-cü maddəsində nəzərdə tutulmuş əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində) azaldılır:

1) ekologiya və yanğından mühafizə üçün istifadə edilən əsas vəsaitlər;

2) müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar;

3) məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;

4) fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;

5) təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər.

Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən azaddır

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir

Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla)

KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın 1-dən 12 il müddətinə əmlak vergisini ödəməkdən azaddır

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar

Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan etibarən əmlak vergisini ödəməkdən azaddırlar

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak vergisini ödəməkdən azaddırlar

Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar

Bu Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisini ödəməkdən azaddırlar

Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar

Fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar

Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azaddır

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır

KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən 12 il müddətinə torpaq vergisini ödəməkdən azaddır

Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. Bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir

Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, torpaq vergisini ödəməkdən azaddırlar

Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar

Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar

Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi qaydada 2025-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azaddır:

1) dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

2) xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır

Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə

Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir

Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər

Fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi; Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir

Fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi

Bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 144.1.1-ci, və 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallar

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi

Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Medianın İnkişafı Agentliyi) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə

Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

İdxal gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir

İstehsal ehtiyaclarını yerli xammal, material və əsas vəsaitlər hesabına ödəmək mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) konkret sahənin inkişafını təmin etmək məqsədi ilə həmin malların idxalına konkret dövr (bu Qanunun 20.0.17-ci və 20.0.19-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

Mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və Azərbaycan Respublikasının xarici ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda həmin ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə qarşılıqlı və ya birtərəfli qaydada tətbiq edilir.

Yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün zəruri olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, qida məhsulları, dərman vasitələri və digər əmlak

Dənizdə balıq və digər su bioresurslarının ovunu həyata keçirən Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək üçün gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, qida məhsulları, dərman vasitələri və digər əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları

Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük güzəştləri çərçivəsində gömrük sərhədindən keçirilən mallar

Gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən Azərbaycan Respublikasının milli valyutası, xarici valyuta və qiymətli kağızlar

Qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən malların idxalı

Qanunla müəyyən edilmiş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar

Yardım yükü kimi gətirilən, təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən qida məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar, habelə məktəblər, məktəbəqədər təhsil müəssisələri və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri

Texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyəçilik məqsədi ilə dövlətlərin və ya beynəlxalq təşkilatların xətti ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar

Üçüncü ölkələr üçün nəzərdə tutulan və gömrük ərazisindən gömrük nəzarəti ilə tranzit xüsusi gömrük proseduru altında keçən mallar

Müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar

Gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri

Yığma idman komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı (Gənclər və İdman Nazirliyi) tərəfindən ölkəyə gətirilən idman avadanlığı və malları

Əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər

Mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi xaricinə ixrac edildikdə

Xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə gömrük ərazisinə müvəqqəti idxal edildikdə

Gömrük ərazisində mallar xüsusi iqtisadi zonalar arasında idxal və ixrac edildikdə

Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar

Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı sənaye parkında (Qaradağ Sənaye Parkı) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti (gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti) tərəfindən müvafiq icra hakimiyyəti orqanının (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 14 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Minatəmizləmə Agentliyi) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən (Nazirlər Kabineti) təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə

Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (Dövlət Neft Fondu) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar

Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Nazirlər Kabineti) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Dövlət Neft Fondu) aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl

İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Dövlət Neft Şirkəti) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)

Müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Müdafiə Sənayesi Nazirliyi) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ), Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı

Aşağıda göstərilən hallarda və müddətlərdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı:

1) dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

2) dövlət-özəl tərəfdaşlığı müqaviləsində gömrük güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə

Dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Energetika Nazirliyi) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (sənaye parklarına münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il müddətinə

İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il müddətinə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il müddətinə

Güzəşt və azadolmanın növü (vergi, gömrük rüsumu)

İqtisadi fəaliyyət növü

Təklif olunan güzəşt və azadolmanın məqsədi

Təklif olunan güzəşt və azadolma üzrə əldə olunan əlavə gəlir (dövriyyə)

Təklif olunan güzəşt və azadolmanın iqtisadiyyatın digər sahələrinə təsiri

Güzəşt və azadolmadan istifadə edilməsi nəzərdə tutulan şəxslərin sayı

Güzəşt və azadolmanın müddəti

Hesablanmış güzəşt və azadolmanın (vergi, gömrük rüsumu) cəmi məbləği

Dövlət büdcəsinə itkinin və ya əlavə gəlirin proqnozu

1. 22 aprel 2021-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2021-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 410)

2. 7 mart 2023-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 9 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 421)

3. 30 yanvar 2026-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 fevral 2026-cı il, “Azərbaycan” qəzeti, 3 fevral 2026-cı il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 100)

4. 21 sentyabr 2026-cı il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 22 sentyabr 2026-cı il, № 172)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver