AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə,
1. “Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q80-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
1.3.2. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.14-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Azərbaycan Respublikasının vətəndaşına yeni şəxsiyyət vəsiqəsinin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişlidir.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən həmin Qanunun 14.3-1-ci və 14.3-2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi 10 gün müddətində dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində dəyişdirildikdə 35 manat məbləğində dövlət rüsumu ödənilir.
2.2.1-1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi itirilməsi və ya korlanması ilə əlaqədar yenidən 10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə 45 manat məbləğində dövlət rüsumu ödənilir.
2.2.1-2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-2-ci maddəsinə əsasən həmin Qanunun 14.3-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi 10 gün müddətində dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində dəyişdirildikdə 20 manat, 1 iş günü müddətində dəyişdirildikdə 25 manat məbləğində dövlət rüsumu ödənilir.
2.2.2. Həmin Qanunun 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
2.2.3. Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə görə dövlət rüsumlarının köçürüləcəyi hesabların rekvizitləri vətəndaşın qeydiyyatda olduğu əraziyə görə əlavə №1-də göstərilən cədvələ uyğun müəyyən edilir.
Ödəmə üsulları - bank, poçt, plastik kart və ya internet vasitəsi ilə
2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikasının vətəndaşları.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29768
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://mia.gov.az/?/az/content/29768
- e-poçt: info@mia.gov.az
- telefon: +994 12 590-64-43
2.6. Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların surəti elektron formada təqdim olunur:
2.6.1. elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №2) aşağıdakılar əlavə olunur:
2.6.1.1. vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə -
- vətəndaşın 3x4 sm ölçüdə sifətin başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş rəqəmli rəngli fotoşəkili;
- dövlət rüsumunun ödənilməsi barədə qəbzin (elektron xidmətin göstərildiyi internet informasiya ehtiyatında dövlət rüsumunun ödənildiyi hallar istisna olmaqla), əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edilibsə müvafiq təsdiqləyici sənədin skan edilmiş surəti;
2.6.1.2. vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə:
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin və ya nikahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
2.6.1.4. hərbi vəzifəsi dəyişdikdə:
- hərbi biletin və ya təhkim şəhadətnaməsinin skan edilmiş surəti;
2.6.2. Bu reqlamentin 2.6.1.2-2.6.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərə 2.6.1.1-ci yarımbənddə göstərilənlər əlavə olunur.
2.6.3. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar vətəndaşdan qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir;
3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. sorğunun qəbulu: istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün vətəndaşın qeydiyyat yeri üzrə polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumuna elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə polis orqanının və qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumunun rəisləri məsuliyyət daşıyırlar.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: sənədlərə polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumunda baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumu tərəfindən vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Sorğu qeydiyyata alındığı tarixdən 10 gündən gec olmayaraq şəxsiyyət vəsiqəsinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir. İstifadəçi yeni şəxsiyyət vəsiqəsini almağa gəldiyi zaman köhnə şəxsiyyət vəsiqəsini qeydiyyat orqanına təqdim etməlidir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi həyata keçirir.
3.4.1. nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş vətəndaşın qeydiyyat yeri üzrə polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumunun tabe olduğu yuxarı orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər;
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. şikayətə baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
“Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ № 1
AZ21NABZ12360100000000005 944
AZ47AIIB320510194431002015 00
Kapital Bankın Naxçıvan MR Baş idarəsi
AZ09AIIB320510194430602011 30
AZ60AIIB320510194433602011 33
AZ26AIIB320510194431602011 31
AZ43AIIB320510194432602011 32
AZ77AIIB320510194434602011 34
AZ94AIIB320510194435602011 35
AZ42AIIB320510194489602011 89
AZ17CTRE00000000000002117 131
AZ34CTRE00000000000002116 631
AZ66CTRE00000000000002116 831
AZ94A1IB320510194424002011 24
AZ39AIIB320510194455002011 55
AZ85TU RA36015002260700102 944
AZ05IBAZ360100194497599103 24
AZ68IBAZ360100194497599022 06
AZ37AIIB320510194465002461 65
AZ17AIIB320510194448002011 48
AZ95IBAZ360100194495800432 53
AZ05CTRE00000000000002114 631
AZ89CTRE00000000000002112 731
AZ22AIIB320510194454002011 54
AZ37AIIB320510194472002011 72
AZ40CTRE00000000000002113 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ95AIIB320510194464002011 64
Kapital Bankın Neftçala filialı
AZ86CTRE00000000000002114 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ46AIIB320510194444002011 44
Kapital Bankın Sabirabad filialı
AZ12AIIB320510294443002011 43
Kapital Bankın Salyan filialı
AZ78AIIB320510194463002011 63
Kapital Bankın Hacıqabul filialı
AZ18AIIB320510194488002011 88
Kapital Bankın Cəbrayıl filialı
AZ74CTRE00000000000002112 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ08AIIB320510194476002011 76
Kapital Bankın Astara filialı
AZ73CTRE00000000000002112 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ88AIIB320510194475002011 75
Kapital Bankın Yardımlı filialı
AZ37NABZ01350100000000001944
AZ71AIIB320510194474002011 74
Kapital Bankın Lerik filialı
AZ37NABZ01350100000000001944
AZ44AIIB320510194461002011 61
Kapital Bankın Masallı filialı
AZ37NABZ01350100000000001944
AZ57CTRE00000000000002112 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ22CTRE00000000000002114 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ36CTRE00000000000002115 431
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ49AIIB320510194467002011 67
Kapital Bankın İmişli filialı
AZ37NABZ01350100000000001944
AZ98AIIB320510194487002011 87
Kapital Bankın Füzuli filialı
AZ37NABZ01350100000000001944
AZ86AIIB320510194492002011 92
Kapital Bankın Laçın filialı
AZ37NABZ01350100000000001944
AZ41AIIB320510194440002021 40
Kapital Bankın Beyləqan filialı
AZ37NABZ01350100000000001944
AZ59CTRE00000000000002111 331
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ27AIIB320510194460002011 60
Kapital Bankın Ağdaş filialı
AZ37NABZ01350100000000001944
AZ80AIIB320510194446002011 46
Kapital Bankın Zərdab filialı
AZ37NABZ01350100000000001944
AZ26CTRE00000000000002111 731
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ25AIIB320510194477002011 77
Kapital Bankın Ucar filialı
AZ37NABZ01350100000000001944
AZ42CTRE00000000000002111 831
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZO1360100000000003944
AZ10CTRE00000000000002111 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ66AIIB320510194468002011 68
Kapital Bankın Oğuz filialı
AZ37NABZ01350100000000001944
AZ69CTRE00000000000002115 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ82AIIB320510194429002011 29
Kapital Bankın Mingəçevir filialı
AZ37NABZ01350100000000001944
AZ03AIIB320510194470002011 70
Kapital Bankın Şəki filialı
AZ37NABZ01350100000000001944
AZ85CTRE00000000000002115 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ63AIIB320510194445002011 45
Kapital Bankın Tərtər filialı
AZ37NABZ01350100000000001944
AZ81AIIB320510194486002011 86
Kapital Bankın Ağdam filialı
AZ37NABZ01350100000000001944
AZ95AIIB320510294450009211 50
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ44CTRE00000000000002110 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ56AIIB320510194456002011 56
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ47AIIB320510194484002011 84
Kapital Bankın Daşkəsən filialı
AZ37NABZ01350100000000001944
AZ51AIIB320510194450002011 50
Kapital Bankın Goranboy filialı
AZ37NABZ01350100000000001944
AZ64AIIB320510194485002011 85
Kapital Bankın Samux filialı
AZ37NABZ01350100000000001944
AZ30AIIB320510194483002011 83
Kapital Bankın Xanlar filialı
AZ37NABZ01350100000000001944
AZ65AIIB320510194428002011 28
Kapital Bankın Kəpəz filialı
AZ37NABZ01350100000000001944
AZ77CTRE00000000000002110 231
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ20AIIB320510194471002011 71
Kapital Bankın Qax filialı
AZ37NABZ01350100000000001944
AZ83AIIB320510194469002011 69
Kapital Bankın Balakən filialı
AZ37NABZ01350100000000001944
AZ97AIIB320510194447002011 47
Kapital Bankın Şəmkir filialı
AZ37NABZ01350100000000001944
AZ85AIIB320510194452002011 52
Kapital Bankın Ağstafa filialı
AZ37NABZ01350100000000001944
AZ14AIIB320510194436602011 36
Kapital Bankın Qazax filialı
AZ37NABZ01350100000000001944
AZ87CTRE00000000000002113 931
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ23CTRE00000000000002113 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
“Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ № 2
___________________________________Aşağıdakı məlumatları nəzərə alaraq
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini xahiş edirəm:
1.Şəxsiyyət vəsiqəsi sahibinin:
2. Şəxsiyyət vəsiqəsi sahibinin ailə vəziyyəti-subay: hə-yox; uşağı varsa, onun
3.Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verilirsə onun:
4.Ərizəçinin xüsusi qeydi
telefon, faks nömrələri,
1. 24 sentyabr 2013-cü il tarixli Q43-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201309240043, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2013-cü il)
2. 6 avqust 2014-cü il tarixli Q22-001-14 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201408060022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 avqust 2014-cü il)
3. 08 avqust 2015-ci il tarixli Q22-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201508080022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2015-ci il)
4. 20 noyabr 2015-ci il tarixli Q53-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511200053, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 noyabr 2015-ci il)
5. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
6. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
7. 13 aprel 2018-ci il tarixli Q22-001-18 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804130022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 aprel 2018-ci il)
8. 18 iyul 2018-ci il tarixli Q38-001-18 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807180038, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 iyul 2018-ci il)