Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. " Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə viza blankının nümunəsini 2 ay müddətində təsdiq etsin.
3. Bu qərarın 2-ci bəndində göstərilmiş viza blanklarının tətbiqinə 2002-ci il oktyabr ayının 1-dən başlanılsın.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 aprel 2002-ci il
Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi
1.1. Bu Qaydalar " Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə " və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər) pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydalarını müəyyən edir.
2.1. Vizanın aşağıdakı növləri var:
2.1.1. birdəfəlik giriş vizası
2.1.3. çoxdəfəlik giriş vizası
2.1.5. birdәfәlik tranzit vizası
2.1.6. ikidəfəlik tranzit vizası
2.2. Viza növlərinin tətbiqi vahid viza blankı nümunəsində həyata keçirilir.
III. Vİza blanklarının sİfarİşİ, saxlanılması və alınma qaydası
3.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbatına uyğun olaraq viza blanklarının hazırlanmasına sifariş və maliyyələşdirmə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
3.2. Çap olunmuş viza blanklarının saxlanılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
3.3. Maliyyə Nazirliyi viza blanklarının Xarici İşlər Nazirliyinin müraciətinə əsasən buraxılmasını təmin edir.
IV. Vİza blanklarının verİlməsİ qaydası
4.1. Əcnəbilər viza alınması üçün Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edirlər.
4.2. Qanunvericiliklə müəyyən olunmuş hallarda azadolmalar istisna olmaqla, dövlət rüsumu ödənildikdən sonra viza verilir.
V. Vİzaların rəsmİləşdİrİlməsİ qaydası
5.1. Viza, onu almaq üçün müraciət edən əcnəbilər tərəfindən doldurulmuş müvafiq anketlər əsasında verilir.
5.2. Vizanın rəsmiləşdirilməsi müvafiq viza blankının doldurulması, onun əcnəbinin pasportuna yapışdırılması ilə həyata keçirilir.
5.3. Pasporta yapışdırılmış viza onu rəsmiləşdirən orqanın müvafiq möhürü ilə təsdiq edilir.
5.4. Verilmiş vizalar barədə məlumatlar vizanı verən orqan tərəfindən qaytanlanmış, nömrələnmiş və möhürlə təsdiqlənmiş xüsusi kitabda qeyd edilir.
5.5. Viza blanklarının istifadəsinə nəzarət onu seriya və nömrələrinə əsasən həyata keçirilir.
VI. Vİza blanklarının uçotunun aparılması
6.1. Bu Qaydalara əsasən viza blankları almış Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları və Xarici İşlər Nazirliyinin viza verən digər qurumları hər rüb üçün rübdən sonrakı növbəti ayın 10-dək keçən rüb ərzində verilmiş vizaların növləri üzrə sayı barədə məlumatları Xarici İşlər Nazirliyinə təqdim edirlər.
6.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Qaydaların 6.1-ci bəndində göstərilən məlumatları ümumiləşdirərək rübdən sonrakı növbəti ayın 20-dək Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş vizaların növləri barədə hesabatı Maliyyə Nazirliyinə təqdim edir.
6.3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rübdən sonrakı növbəti ayın 20-dək Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada keçən rüb ərzində ölkəyə daxil olmuş əcnəbilər və onlara verilmiş vizalar barədə hesabatı Maliyyə Nazirliyinə təqdim edir.
6.4. Viza blankları ciddi hesabat sənədi kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkilatın anbarında saxlanılmaqla uçotu aparılır, təşkilat rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi məsuliyyət daşıyan şəxslər vizanı verən orqanın rəhbərliyi tərəfindən müəyyən edilir. Verilmiş ciddi hesabat blanklarının uçotu təşkilatlarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır.
6.5. Viza blanklarının ilkin uçotu qeydiyyat kitabında aparılır. Ciddi hesabat blanklarının qeydiyyat kitabının səhifələri ardıcıl olaraq nömrələnir, qaytanlanır və hüquqi şəxsin rəhbəri və baş mühasibi tərəfindən səhifələnir sayı göstərilməklə imzalanır və möhürlənir. Qeydiyyat kitabı avtomatlaşdırılmış üsulla (kompüterlә) aparıldıqda, hesabat dövrünün sonunda (ay, rüb və ya il) yuxarıda göstərilən qaydaya müvafiq işlənilir.
6.6. Viza blanklarının cırılmasına, ləkələnməsinə və onların üzərində düzəlişlərin aparılmasına yol verilmir. Korlanmış blanklar müvafiq qaydada mühasibata təhvil verilir. Mühasibatlıqda yoxlama (təftiş) keçirildikdən sonra, həmin blanklar mövcud qaydalar əsasında arxivə təhvil verilir.
1. 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)
2. 11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37)
3. 7 may 2008-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 433)
4. 5 may 2014-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 may 2014-cü il, № 106; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 553)
5. 19 fevral 2015-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 233)