Qanunvericilik › Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 30.10.2009) › Tam mətn

Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 30.10.2009)

Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 30.10.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli iclasının protokoluna əsasən qərara alır:

1. Xam neftin aşağıda göstərilən topdansatış qiyməti və nəql tarifi təsdiq edilsin:

Xam neftin topdansatışı

Xam neftin nəqli (ixrac istisna olunmaqla)

2. Xam neftin topdansatış qiymətinə mədən vergisi daxil edilmişdir.

3. Təsdiq olunmuş xam neftin qiyməti və nəql tarifi 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir və bunlara dair əvvəllər qəbul olunmuş qiymət və tarif qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 30 dekabr 2009-cu il

30 dekabr 2011-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikasını Tarif (qiymət) Şurasının Qərarı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver