Qanunvericilik › “Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarına dəyişiklik edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2011) › Tam mətn

“Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarına dəyişiklik edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2011)

“Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarına dəyişiklik edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Tarif (qiymət) Şurasının 30 dekabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. “Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarının cədvəl hissəsinin ikinci bəndinin 3-cü sütununda “2,6” rəqəmi “6,0” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar 01 yanvar 2012-ci il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 30 dekabr 2011-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver