Qanunvericilik › “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə (İqtisadiyyat Nazirliyi, 18.10.2016) › Tam mətn

“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə (İqtisadiyyat Nazirliyi, 18.10.2016)

“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə (İqtisadiyyat Nazirliyi, 18.10.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

1. “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli iclasının protokolu.

iqtisadiyyat naziri Şahin Mustafayev

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2018-ci il 15 mart tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən hazırlanmışdır və xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarını müəyyən edir.

1.2. Növbəti ildə ixracatçıların fərdi qaydada iştirakına dəstək verilməsi nəzərdə tutulan xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkaların siyahısı Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla hər il may ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir və onun rəsmi internet səhifəsində yerləşdirilir.

1.3. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsinə dair ərizə forması bu Meyarlara əlavə olunur.

1.4. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləği Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 7.1-ci bəndində nəzərdə tutulan qaydada ödənilir.

Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarı müraciətdə göstərilən sərgi və ya yarmarkanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olmasıdır.

1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı ___________________________

_________________________________________________________________________________

2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ___________________________________________

_________________________________________________________________________________

3. VÖEN _________________________________________________________________________

4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı ______________________________________

_________________________________________________________________________________

5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi ____________________________________________________

_________________________________________________________________________________

6. Hüquqi şəxsin və ya fərdi sahibkarın fərdi qaydada iştirak etdiyi beynəlxalq sərgi və ya yarmarkanın adı, keçirilmə tarixi, keçirildiyi ölkə və şəhər___________________________________

_________________________________________________________________________________

7. Beynəlxalq sərgi və ya yarmarkada hüquqi şəxsi və ya fərdi sahibkarı təmsil etmiş şəxsin adı, soyadı və vəzifəsi ________________________________________________________________________

_________________________________________________________________________________

8. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü ___________________

_________________________________________________________________________________

9. Hüquqi şəxsin və ya fərdi sahibkar tərəfindən beynəlxalq sərgi və yarmarkada nümayiş olunmuş məhsulun adı və növü _______________________________________________________________

_________________________________________________________________________________

10. Hüquqi şəxsin və ya fərdi sahibkarın bank rekvizitləri (milli valyutada bank hesabı) ___________

_________________________________________________________________________________

11. Xahiş edirəm Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsi barədə qərar qəbul edəsiniz.

12. Qoşma: Ərizəyə əlavə olunan sənədlər _________ vərəqdə.

13. Ərizə verən hüquqi şəxs olduqda, rəhbərinin

________________ __________________________________

(imzası) (soyadı, adı, atasının adı)

14. Ərizə verən fərdi sahibkar olduqda

________________ __________________________________

(imzası) (soyadı, adı, atasının adı)

Qeyd: ərizəyə görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənədin (hesab-faktura (invoys), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat əlavə edilir.

1. 15 mart 2018-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver