Qanunvericilik › Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Süni torpaq sahəsində tikinti fəaliyyəti bu Qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

7.2. Süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə həmçinin həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.

7.3. Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin məqsədləri üçün tikinti layihəsinin bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.

7.4. Yaradılması forması və üsulundan asılı olmayaraq süni torpaq sahəsinin yaradılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən həyata keçirilən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işlərinin ayrıca mərhələsi hesab edilir və həmin tikinti işlərinin tikinti layihəsinə uyğun olaraq aparılması və başa çatması tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver