Qanunvericilik › “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.03.2011) › Tam mətn

“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.03.2011)

“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.03.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 351 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2011-ci il

1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).

2. Azərbaycan Respublikası dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:

2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);

2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri);

2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, Rəyasət Heyətinin aparatında şöbə (idarə, katiblik, kafedra) rəhbərləri, onların müavinləri, elmi katiblər, Akademiyanın Naxçıvan və Gəncə bölmələrində şöbə (idarə) rəhbərləri, elmi katiblər, Akademiyanın regional elmi mərkəzlərinin, institutlarının və Akademiyanın institutlara bərabər tutulan digər elmi müəssisələrinin direktorları, direktor müavinləri, şöbə (laboratoriya) rəhbərləri, elmi katibləri;

2.3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri;

2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;

2.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;

2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;

2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;

2.9. Azərbaycan Respublikası Audiovizual Şurasının üzvləri;

2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;

2.11. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;

2.12. yerli icra hakimiyyəti orqanlarının başçıları.

2.13. beynəlxalq konfranslarda, müşavirələrdə və başqa beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının maraqlarını müdafiə edən digər rəhbər işçilər (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin razılığı olduqda).

3. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, baş idarə, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri.

4. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:

4.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;

4.2. inzibati vəzifələrin ali – altıncı təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);

4.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri;

4.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə, idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi, Xidmətin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, Xidmətin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.6. Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməliyyatçıları, müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);

4.8. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;

4.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;

4.10. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri;

4.11. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatlarının işçiləri.

4-1. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.

5. Xidməti pasport almaq hüququ olan digər şəxslər:

5.1. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları;

5.2. beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri;

5.3. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatlarının işçiləri və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları.

1. 7 fevral 2012-ci il tarixli 579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2012-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 68)

8 may 2012-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 may 2012-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 426)

4 sentyabr 2012-ci il tarixli 699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 851)

19 dekabr 2012-ci il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1248)

26 sentyabr 2013-cü il tarixli 997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1063)

9 sentyabr 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 10 sentyabr 2014-cü il, № 196; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1033)

15 fevral 2016-cı il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 236)

16 mart 2017-ci il tarixli 1305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2017-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 383)

5 oktyabr 2017-ci il tarixli 1615 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1782)

15 noyabr 2017-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2022)

31 may 2018-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 971)

1 mart 2019-cu il tarixli 554 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 395)

31 yanvar 2020-ci il tarixli 923 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 12)

29 oktyabr 2020-ci il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 oktyabr 2020-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1246)

25 noyabr 2020-ci il tarixli 1194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1363)

23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743)

28 dekabr 2022-ci il tarixli 1932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1442)

8 aprel 2023-cü il tarixli 2094 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 479)

4 aprel 2024-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 aprel 2024-cü il, “Xalq” qəzeti, 5 aprel 2024-cü il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 374)

30 aprel 2024-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 aprel 2024-cü il, “Xalq” qəzeti, 1 may 2024-cü il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 397)

17 sentyabr 2025-ci il tarixli 495 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 817)

23 fevral 2026-cı il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 123)

28 iyul 2026-cı il tarixli 744 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyul 2026-cı il, № 134)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver