Qanunvericilik › “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 28.11.2025) › Tam mətn

“Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 28.11.2025)

“Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 28.11.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.1.1-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya

1. “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E.Nəsibov).

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L.Hüseynzadə).

4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.

5. Bu Qərarın 1-ci hissəsi 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

III dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Qayda “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonar – Qanun) 8.2-ci maddəsinə əsasən hazırlanmışdır və xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydasını müəyyən edir.

1.2. Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılması Qanunun 9.1-ci maddəsinə uyğun olaraq yaradılmış Müsabiqə Komissiyası tərəfindən həyata keçirilir.

2.1. Xüsusi icra məmuru vəzifəsi üçün vakansiyalar olduqda müraciət etmək üçün son müddət göstərilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Xüsusi İcra Məmurlarının Palatasının rəsmi internet səhifələrində və digər mediada elan verilir.

2.2. Xüsusi icra məmuru vəzifəsinə qəbul olunmaq arzusunda olan və Qanunun 7-ci maddəsinə uyğun olaraq xüsusi icra məmuruna dair tələblərə cavab verən şəxslər müsabiqədə iştirak etmək üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş formada (elektron və ya kağız daşıyıcılar vasitəsilə) Müsabiqə Komissiyasına müraciət edirlər.

2.3. Müsabiqənin test imtahanı (bundan sonra – imtahan) mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun tərtib edilmiş ərizə ilə birlikdə aşağıdakı sənədləri 15 iş günü ərzində Müsabiqə Komissiyasına təqdim etməlidir:

2.3.1. şəxsiyyət vəsiqəsinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən əldə edilmiş surəti;

2.3.2. kadrların uçotunun şəxsi vərəqəsi;

2.3.3. tərcümeyi-hal;

2.3.4. ali təhsil haqqında dövlət sənədinin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici ölkədə təhsil almış namizədin ali təhsil haqqında dövlət sənədinə (diplomuna) müvafiq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının peşə tanınması barədə şəhadətnamənin surəti əlavə olunur);

2.3.5. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti;

2.3.6. sağlamlıq barədə tibbi arayış;

2.3.7. hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd;

2.3.8. 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

2.4. Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər namizəddən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.

2.5. Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.

3.1. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq müraciət etmiş namizədlər ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş kitabçası” verilir.

3.2. Anonimliyin təmin edilməsi məqsədilə siyahıya salınmış hər bir namizədə rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur.

3.3. İmtahana azı 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olan buraxılış vərəqəsi verilir. İmtahanın keçiriləcəyi barədə elanda buraxılış vərəqəsinin veriləcəyi tarixə dair məlumat göstərilməlidir.

3.4. Buraxılış vərəqəsində namizədin şəxsi eyniləşdirmə kodu, imtahanın keçirildiyi ünvan, tarix, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi göstərilir.

3.5. İmtahandan müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslərin təqdim etdiyi sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qeydiyyatı aparılır.

3.6. Natamam və ya bu Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir. Sənədlərdə sonradan çatışmazlıqlar aşkar edildikdə isə bu barədə namizədə sənədlərin təqdim edildiyi gündən 5 iş günü müddətində bildirilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər onların qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

3.7. Sənədlər onların qəbulu üçün müəyyən edilmiş müddətin bitməsinə 5 iş günü və daha az müddət qalmış təqdim edildikdə aşkar olunmuş çatışmazlıqlar barədə namizədə məlumat verildiyi gündən 5 iş günü ərzində çatışmazlıqlar aradan qaldırılmalıdır.

3.8. Bu Qaydanın 3.7-ci bəndi nəzərə alınmaqla, sənədlərin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət ərzində poçta verilmiş sənədlər istisna olmaqla) qəbul edilmir.

3.9. Təqdim edilmiş sənədlər Müsabiqə Komissiyası tərəfindən yoxlanılır və yoxlamanın nəticəsinə uyğun olaraq namizədlər müsahibəyə buraxılır.

1. Vətəndaş haqqında məlumat:

1.1. Adı __________________

1.2. Soyadı ___________________

1.3. Atasının adı _______________

1.5. Doğulduğu tarix (gün, ay, il) __________________________

1.6. Doğulduğu yer (ölkə, şəhər (rayon), kənd) ____________________

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:

2.1. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi ___________________

2.2. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il) _________

2.3. Şəxsiyyət vəsiqəsini verən orqanın adı _____________________

2.4. FİN (fərdi identifikasiya nömrəsi) _____________________

3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:

3.1. Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə) ___________________________________________________________

______________________________________________________________________________________________________________________________

3.2. Faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa) ________________________________________________________

______________________________________________________________________________________________________________________________

3.3. Elektron poçt ünvanı _______________________________________________________________________________________________________

3.4. Mobil telefonu (operatorun kodu göstərilməklə) ________________________________________________________________________________

3.5. Ev telefonu (şəhər (rayon) kodu göstərilməklə) _________________________________________________________________________________

3.6. İş telefonu (şəhər (rayon) kodu göstərilməklə) __________________________________________________________________________________

4. Vətəndaşın xüsusi icra məmuru vəzifəsinə qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması haqqında məlumat:

4.1. Ali təhsilə maliksinizmi?

4.2. İkili vətəndaşlığınız varmı?

4.3. Digər dövlətlər qarşısında öhdəliyiniz varmı?

4.4. Din xadimisinizmi?

4.5. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmisinizmi?

4.6. Barənizdə cinayət işi olmuşdurmu?

4.7. Cinayət törətməyə görə əvvəllər məhkum olunmusunuzmu?

4.8. Pul öhdəlikləri barədə yerinə yetirmədiyiniz məhkəmə qərarı varmı?

4.9. Barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?

4.10. Vəzifənin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmisinizmi, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmişdirmi?

4.11. Vəzifənin icrası ilə bağlı əvvəllər yol verdiyiniz kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinizə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmısınızmı?

Məndə olan tibbi sənədlərə görə fiziki və əqli cəhətdən xüsusi icra məmuru vəzifəsində işləməyə yararlıyam

İmza ____________________

5. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:

5.1. Əmək fəaliyyəti:

İndiyədək işləməmişəm

5.2. İşləyirsinizsə, hazırkı iş yeriniz və vəzifəniz ____________________________________________________________________________________

______________________________________________________________________________________________________________________________

5.3. Ümumi iş stajınız (müraciətin doldurulduğu tarixə) _____ il __________ ay ______ gün

6. Vətəndaşın təhsili haqqında məlumat:

6.1. Ali təhsilin səviyyəsi:

6.1.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _____________________________________________________________________

______________________________________________________________________________________________________________________________

6.1.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) _______________________________________________________

______________________________________________________________________________________________________________________________

6.1.3. Diplomun seriyası və nömrəsi ___________________________

6.1.4. Diplomun verildiyi tarix (gün, ay, il) _________________________

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi halda müvafiq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının peşə tanınması barədə şəhadətnamə üzrə:

6.1.5. Şəhadətnaməsinin nömrəsi _________________________ 6.1.6. Verildiyi tarix (gün, ay, il) _________________________

6.2. Ali təhsilin səviyyəsi:

6.2.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il ____________________________________________________________________

_____________________________________________________________________________________________________________________________

6.2.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ______________________________________________________

_____________________________________________________________________________________________________________________________

6.2.3. Diplomun seriyası və nömrəsi _______________________

6.2.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________________

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi halda müvafiq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının peşə tanınması barədə şəhadətnamə üzrə:

6.2.5. Şəhadətnaməsinin nömrəsi ___________________________

6.2.6. Verildiyi tarix (gün, ay, il) ______________________________

6.3. Ali təhsilin səviyyəsi:

6.3.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _______________________________________________________________________

________________________________________________________________________________________________________________________________

6.3.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ________________________________________________________

________________________________________________________________________________________________________________________________

6.3.3. Diplomun seriyası və nömrəsi ___________________________

6.3.4. Diplomun verildiyi tarix (gün, ay, il) ___________________

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi halda müvafiq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının peşə tanınması barədə şəhadətnamə üzrə:

6.3.5. Şəhadətnaməsinin nömrəsi ______________________________

6.3.6. Verildiyi tarix (gün, ay, il) _________________________________

Digər kadr sənədlərimin test imtahanından sonra qanunvericiliyə müvafiq olaraq toplanılacağı və yoxlanılacağı, bu zaman xüsusi icra məmuru vəzifəsinə qəbul olunmağımı istisna edən hallar aşkar edilərsə müsabiqədən kənarlaşdırılacağım, həmçinin müraciətdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsinin vəzifəyə qəbul olunmamağım və ya fəaliyyətimə xitam verilməsi üçün əsas olması barədə məlumatlıyam.

İmza ___________________

Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm

Müraciətin doldurulduğu tarix (gün, ay, il) ________________________

İmza ___________________

Müraciəti qəbul edən şəxsin vəzifəsi, adı və soyadı _________________________________________________________________

Müraciətin təqdim edildiyi tarix ____________________________ İmzası ________________________________

Müraciətin doldurulması ilə bağlı qeydlər:

1. Bu Formanın aidiyyəti hissə, bənd və ya yarımbəndləri mütləq doldurulmalıdır. Əks təqdirdə müraciətiniz qəbul olunmayacaqdır.

2. 6-cı hissə doldurularkən bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Digər ali təhsil səviyyəsini bitirmişlər və s. “Digər” qrafasını seçməlidir. “Digər” qrafası seçildiyi halda “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Misal üçün: HS130100-hüquqşünaslıq, ali təhsil.

Qeyd: Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.

Müsabiqə Komissiyasının sədri

______________________________________

______________________________________

______________________________________

______________________________________

ünvanda yaşayan ______________________________________

_____________________________ tərəfindən

Azərbaycan Respublikasının xüsusi icra məmuru vəzifəsinə qəbul olunmaq üçün müsahibəyə buraxılmağımı xahiş edirəm.

___________________________________________________________________________ doğulmuşam.

Ali __________________təhsilə malikəm, ___________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Hazırda_________________________________________________________________________________

___________________________________________________________________işləyirəm.

Əlavə bildirirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam, qanunvericiliklə xüsusi icra məmuru kimi fəaliyyət göstərməyimə mane olan hallar yoxdur.

Xüsusi icra məmuru vəzifəsinə qəbul olacağım halda elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul olmamağı, siyasi partiyaya üzv olmamağı öhdəmə götürürəm.

Xarici dilləri (_______________________________) bilirəm (bilmirəm), kompüter biliklərinə

(hansıları) (üstündən xətt çəkilməli)

malikəm (malik deyiləm).

(üstündən xətt çəkilməli)

7 aprel 2026-cı il tarixli 3-16/1-KQ/2/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202604071612, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 aprel 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver