“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.1.4-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu hissəsini rəhbər tutaraq Kollegiya
1. “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E.Nəsibov).
3. Bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L.Hüseynzadə).
4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.
5. Bu qərarın 1-ci hissəsi 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
III dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qayda “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən hazırlanmışdır və xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydasını müəyyən edir.
1.2. Xüsusi icra məmurunun şəxsi işinə onun fərdi məlumatları, xüsusi icra məmuru şəhadətnaməsinin (bundan sonra – şəhadətnamə) verilməsi, fəaliyyəti, şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar olan sənədlər və məlumatlar daxil edilir.
1.3. Xüsusi icra məmurunun fəaliyyəti ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
1.4. Xüsusi icra məmurunun şəxsi işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsi (bundan sonra – İnsan resursları idarəsi) tərəfindən aparılır. İnsan resursları idarəsi xüsusi icra məmurunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir.
1.5. Xüsusi icra məmurunun şəxsi işi ilə tanış olmaq səlahiyyətinə onun özü və İnsan resursları idarəsində çalışan şəxslər malikdirlər. Digər şəxslərin xüsusi icra məmurunun şəxsi işi ilə tanış olması “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.
1.6. Xüsusi icra məmurunun fərdi məlumatları şəxsin özündən alınır. Xüsusi icra məmuruna aid fərdi məlumatların digər mənbədən alınmasına “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq onun razılığı əsasında yol verilir. Bu bənddə nəzərdə tutulan tələblər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilən fərdi məlumatlara aid edilmir.
1.7. Xüsusi icra məmuruna aid fərdi məlumatlar açıq mənbələrdən daxil olduqda və ya dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edildikdə xüsusi icra məmuruna həmin məlumatların tərkibi və mənbəyi bildirilir.
1.8. Xüsusi icra məmurunun siyasi, dini və digər baxışları, şəxsi həyatı, o cümlədən həmkarlar ittifaqlarına və ictimai birliklərə üzvlüyü barədə məlumatların və qanunla əldə edilməsinə yol verilməyən digər məlumatların toplanılmasına, həmin məlumatların işlənilməsinə və şəxsi işə tikilməsinə yalnız “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilən hallarda yol verilir.
2.1. Xüsusi icra məmurunun şəxsi işi üç hissədən ibarət olmaqla tərtib edilir. Xüsusi icra məmurunun şəxsi işinə sənədlər aidiyyəti hissələrə ardıcıl tikilir, şəxsi işin səhifələri nömrələnir və hər bir hissədə saxlanılan sənədlərin qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun aparılır.
2.2. Xüsusi icra məmurunun şəxsi işinin birinci hissəsinə aşağıdakı sənədlər tikilir:
2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi (2 nömrəli əlavə);
2.2.2. tərcümeyi-hal;
2.2.3. İnsan resursları idarəsinin tərtib etdiyi bioqrafik arayış (3 nömrəli əlavə).
2.3. Xüsusi icra məmurunun şəxsi işinin ikinci hissəsinə aşağıdakı sənədlər tikilir:
2.3.1. İnsan resursları idarəsinin tərtib etdiyi xüsusi icra məmurunun şəxsi vərəqəsi (4 nömrəli əlavə);
2.3.2. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 9-cu maddələrinə uyğun olaraq, xüsusi icra məmuru vəzifəsinin tutulması üçün müraciət və müsabiqənin, habelə ilkin icbari hazırlıq və stajın nəticəsinə dair sənədlər;
2.3.3. şəhadətnamənin surəti;
2.3.4. müvəqqəti əvəz edilməsi və fəaliyyətini dayandırması haqqında sənədlərin surəti;
2.3.5. fəaliyyətinə xitam verilməsi haqqında sənədlərin surəti;
2.3.6. xüsusi icra məmurunun imzaladığı xüsusi icra məmurunun andı;
2.3.7. dövlət təltiflərinin (orden və medalların), fəxri adların, dövlət mükafatlarının, fərdi mükafatların verilməsini təsdiq edən rəsmi sənədlərin surəti;
2.3.8. intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı sənədlərin surəti;
2.3.9. fəaliyyətinin monitorinqi və yoxlanılması barədə sənədlər;
2.3.10. şəxsi, ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergi sirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dair məlumatları, həmçinin digər konfidensial informasiyanı və peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları yaymamaq barədə öhdəlik;
2.3.11. peşə məsuliyyətinin sığortası müqaviləsinin surəti;
2.3.12. seçkili orqanların işində iştirakı haqqında məlumatlar.
2.4. Xüsusi icra məmurunun şəxsi işinin üçüncü hissəsinə aşağıdakı sənədlər tikilir:
2.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
2.4.2. təhsili haqqında, habelə əlavə təhsil (o cümlədən ixtisasının və peşə hazırlığının artırılması məqsədilə keçdiyi dövri təlimlər), elmi dərəcə və elmi adların verilməsi haqqında rəsmi sənədlərin surəti;
2.4.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti, habelə hərbi xidmət keçməsini təsdiq edən sənədlərin surəti;
2.4.4. hərbi qeydiyyat haqqında sənədlərin (hərbi vəzifəlilər və çağırışçılar üçün) surəti;
2.4.5. xüsusi icra məmurunun xidməti vəsiqəsinin surəti;
2.4.6. sağlamlıq haqqında tibbi arayış;
2.4.7. xüsusi icra məmurunun soyadı, adı və ata adı dəyişmişdirsə, buna dair qəbul edilmiş sənəd;
2.4.8. xüsusi icra məmurunun şəxsi işi ilə tanış olduqdan sonra yazılı izahatları olduqda, həmin sənədlər;
2.4.9. şəxsi xarakterizə edən digər sənədlərin surətləri.
2.5. Xüsusi icra məmuru, Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlar istisna olmaqla, onun barəsində məlumatlarda və sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, 10 iş günü müddətində həmin məlumatları və sənədləri İnsan resursları idarəsinə təqdim etməyə borcludur. Xüsusi icra məmurunun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və digər üzrlü hesab edilən vaxt həmin müddətə daxil edilmir.
2.6. Bu Qaydanın 2.2.3-cü və 2.4.5-ci yarımbəndlərində göstərilən sənədlərin yenisi şəxsi işə daxil edilərkən şəxsi işdə mövcud olan əvvəlki analoji sənədlər onlarla əvəz edilir.
2.7. Şəxsi işin istifadəsini tənzimləmək məqsədilə onun tərkibinə nəzarət vərəqəsi əlavə edilir (5 nömrəli əlavə).
2.8. İnsan resursları idarəsi xüsusi icra məmurunun şəxsi işini kağız daşıyıcılarla yanaşı, elektron qaydada da apara bilər.
3.1. Şəxsi işində saxlanılan fərdi məlumatlarla əlaqədar xüsusi icra məmurunun aşağıdakı hüquqları vardır:
3.1.1. öz fərdi məlumatları və bu məlumatların işlənilməsi barədə informasiya almaq;
3.1.2. öz fərdi məlumatları ilə tanış olmaq;
3.1.3. dürüst və tam olmayan fərdi məlumatların, habelə qanunvericiliyin pozulması yolu ilə işlənilmiş məlumatların şəxsi işindən çıxarılmasını və ya onlara müvafiq düzəliş edilməsini və qiymətləndirmə xarakterli fərdi məlumatlara dair mövqeyini əks etdirən qeydinin şəxsi işinə əlavə edilməsini tələb etmək;
3.1.4. əvvəllər xüsusi icra məmuru barəsində dürüst və tam olmayan fərdi məlumatlar vermiş bütün şəxslərə onun şəxsi işində dəyişdirilmiş və ya düzəliş edilmiş məlumatlar barədə bildiriş göndərilməsini tələb etmək;
3.1.5. fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqları pozulduğu hallarda, həmin Qanunun 7.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək.
4.1. İnsan resursları idarəsinin xüsusi icra məmurunun şəxsi işinin aparılması ilə əlaqədar əsas vəzifələri aşağıdakılardır:
4.1.1. bu Qaydanın 2.2-2.4-cü bəndlərində göstərilən sənədləri qəbul edərək və ya Xüsusi İcra Məmurlarının Reyestrindən əldə edərək bu Qaydanın tələblərinə cavab verməsini yoxlayıb şəxsi işə tikmək;
4.1.2. xüsusi icra məmurunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin etmək;
4.1.3. xüsusi icra məmurunu onun müraciəti ilə şəxsi işindəki sənədlərlə tanış etmək.
4.2. Fərdi məlumatlar üçüncü şəxslərə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci və 13-cü maddələrinin tələbləri gözlənilməklə, yalnız xüsusi icra məmurunun razılığı əsasında verilə bilər.
4.3. Şəxsi işlər İnsan resursları idarəsində girişi möhürlənmiş xüsusi otaqda, bu məqsədlə xüsusi otaq ayrılmadıqda isə qapısı möhürlənmiş metal şkaflarda saxlanılır.
4.4. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurlarının şəxsi işləri xitam verilmə günündən etibarən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə İnsan resursları idarəsində saxlanılır.
5.1. Xüsusi icra məmurunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Soyadınız _______________________________________
Adınız __________________________________________
Soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə
Doğulduğunuz tarix (gün, ay, il) və yer (ölkə, şəhər, rayon, qəsəbə, kənd)
Vətəndaşlığınız (dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə)
Təhsiliniz (tam orta, peşə, orta ixtisas, ali)
Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak, o cümlədən ixtisasının və peşə hazırlığının artırılması məqsədilə keçdiyi dövri təlimlər)
Elmi dərəcəniz və elmi adınız
Əmək fəaliyyətinə başladığınız vaxtdan (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) iş yeriniz və
Kompüter texnikasından istifadə və digər peşə (ixtisas) bacarıqlarınız
Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız
Dövlət təltifləriniz və mükafatlarınız, fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmisiniz)
Hərbi xidmətə münasibətiniz, hərbi rütbəniz və verildiyi tarix (gün, ay, il).
Cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə
Əlavə etmək istədiyiniz məlumat
Şəxsiyyət vəsiqənizin seriyası, nömrəsi________________________________________________
Fərdi identifikasiya nömrəniz (FİN)___________________________________________________
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)__________________________
Bank hesab nömrələri________________________________________________________
Ofisinizin ünvanı_____________________________________________________________
Qeydiyyatda olduğunuz ünvan və ev telefonu _________________________________________
Faktiki yaşadığınız ünvan və ev telefonu _______________________________________________
İş tel.: _______________________________ Mob.tel.: _____________________________
Elektron poçt ünvanınız ___________________________________________________________
Ailə vəziyyətiniz ___________________________________________________________________
Yaxın qohumlarınız (atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız, qayınlarınız, baldızlarınız) haqqında məlumat
* Arvad ərinin soyadını daşıyırsa, onun əvvəlki soyadı da göstərilməlidir.
Qeyd. Yaxın qohumlar haqqında qeyd yazılarkən işləməyən və vəfat etmiş şəxslərin sonuncu iş yerləri və vəzifələri göstərilməlidir. Yaxın qohumların vəfat etməsi barədə müvafiq qeyd ünvan bölməsində aparılmalıdır. Yaxın qohumların tələbə, şagird, azyaşlı olduğu və ya heç vaxt işləmədiyi hallarda, bu barədə müvafiq qeyd iş yeri və vəzifə bölməsində aparılmalıdır.
“_____” _________________________ 20 ___ il ______________________________
vərəqənin doldurulduğu tarix vərəqəni dolduran şəxsin imzası
Vərəqəni dolduran şəxs məlumatları düzgün qeyd etməli və bundan sonrakı bütün dəyişikliklər haqqında 10 iş günü müddətində İnsan resursları idarəsinə məlumat verməlidir.
Nə vaxtdan fəaliyyət göstərir
Doğulduğu tarix və yer
Bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi il
Elmi dərəcəsi, elmi adı (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)
Hansı xarici dilləri bilir
Dövlət təltifləri və mükafatları, fəxri adları
İntizam məsuliyyətinə cəlb olunması
Seçki orqanlarında iştirakı
1. Soyadı ________________ Adı ___________________ Atasının adı _________________
2. Doğulduğu tarix ___________________________________________________________
3. Doğulduğu yer _____________________________________________________________
4. Xarici dil bilməsi _____________________________________________________________
5. Təhsil _______________________________________________________________________
6. Elmi dərəcəsi, elmi adı _____________________________________________________
7. Ümumi iş stajı __________________ il ____________________ay _______________gün
Xüsusi icra məmuru kimi iş stajı ____________ il _____________ay _______________gün
8. Ailə vəziyyəti ______________________________________________________________
9. Ailə tərkibi (ata, ana, qardaşlar, bacılar, arvad (ər), uşaqlar, qayınata, qayınana, qayınlar, baldızlar)
Qeydiyyat qrupu _________________
Hərbi qeydiyyata alındığı dövlət orqanının adı__
Qeydiyyat kateqoriyası ____________
Hərbi qeydiyyata alındığı tarix ____________
Hərbi rütbə _______________________
Ümumi (komanda nömrəsi) _______________
Heyət ___________________________
Xüsusi __________________________________
Hərbi uçot ixtisası ________________
Hərbi vəzifəli olmaması barədə qeyd _______
Hərbi xidmətə yararlıq _____________
________________________________________
10. Şəxsiyyət vəsiqəsi (seriya, nömrə) __
Fərdi identifikasiya nömrəsi____________
11. Qeydiyyat ünvanı: _______________
Faktiki ünvan: ________________________
Telefonlar: _________________________
Elektron poçt ünvanı: __________________
Xüsusi icra məmuru fəaliyyətinə xitam verilməsinin əsası________________________
Xitamverilmə tarixi “___” _______20__ il Sənəd № ________ “___” _______ 20 __ il
İnsan resursları idarəsinin işçisi ______________________________________________
(vəzifəsi) (soyadı, adı, atasının adı) (imza)
1. 18 sentyabr 2026-cı il tarixli 3-16/1-KQ/18/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202609180018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 sentyabr 2026-cı il)