Qanunvericilik › Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Xüsusi iqtisadi zonanın administrasiyasının funksiyaları

Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.0. Xüsusi iqtisadi zonanın administrasiyası aşağıdakı funksiyaları həyata keçirir:

11.0.1. xüsusi iqtisadi zonanın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini operatora və ya operatorun təklifi əsasında xüsusi iqtisadi zonanın rezidentlərinə icarəyə verir;

11.0.2. xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatını və reyestrini aparır, onlara xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini verir;

11.0.3. xüsusi iqtisadi zonanın müvafiq infrastrukturla, o cümlədən nəqliyyat, kommunikasiya xətləri və kommunal xidmətləri ilə təminatı üçün müvafiq təşkilatların fəaliyyətini əlaqələndirir;

11.0.4. səlahiyyətli orqanla operator arasında bağlanmış idarəetmə sazişinə əməl olunmasına nəzarət edir;

11.0.5. xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatlar alır, onların fəaliyyətinin monitorinqini həyata keçirir;

11.0.6. xüsusi iqtisadi zonanın rezidentləri və onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək edir;

11.0.7. qanunvericiliklə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver