Qanunvericilik › Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin

Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

həyata keçirilməsi

14.1. Xüsusi iqtisadi zonanın rezidenti xüsusi iqtisadi zona daxilində sahibkarlıq fəaliyyətini onun operatoru ilə bağlanmış sazişə uyğun olaraq həyata keçirir.

14.2. Xüsusi iqtisadi zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda öz sahibkarlıq fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirə bilərlər. Xüsusi iqtisadi zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda yalnız müstəqil balansa malik olan filiallarını və nümayəndəliklərini aça bilərlər. Həmin filial və nümayəndəliklərə xüsusi iqtisadi zonanın xüsusi rejimi tətbiq edilmir.

14.3. Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlər xüsusi iqtisadi zona daxilində fəaliyyət üzrə xüsusi hüquqi rejim çərçivəsində müəyyənləşmiş güzəştlərdən istifadə hüququna malikdirlər.

14.4. Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlər maliyyə-təsərrüfat fəaliyyəti barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş formada balans tərtib edirlər. Balansın tərtib edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

14.5. Xüsusi iqtisadi zonanın rezidenti operatorla bağlanmış sazişdə həyata keçirilməsi nəzərdə tutulan işlərə bir il müddətində başlamadıqda torpaq sahəsinin icarə müqaviləsi və həmin rezidentlərin qeydiyyatı xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən, sahibkarlıq fəaliyyətinin aparılması haqqında saziş isə operator tərəfindən ləğv olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver