Qanunvericilik › Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti

Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Xüsusi iqtisadi zonada Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.

4.2. Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyətinin aşağıdakı növləri qadağan edilir:

4.2.1. qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, yerin təkindən faydalı qazıntıların çıxarılması, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı;

4.2.2. televiziya və radio yayımı fəaliyyəti;

4.2.3. spirtli içkilərin və tütün məmulatlarının istehsalı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver