“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 fevral tarixli 528 nömrəli Fərmanının 2.2-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini, 17-ci və 19-cu hissələrini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Daxili nəzarət şöbəsinə (S.Səfərov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın icrasına nəzarət nazir müavini Elsevər Ağayevə həvalə edilsin.
Kollegiyanın məsul katibi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 23 aprel 2021-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. 26 noyabr 2024-cü il tarixli 19 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202411260019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 dekabr 2024-cü il)