Qanunvericilik › Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yanğına qarşı təbliğat — media ilə, xüsusi ədəbiyyat və reklam məhsulu nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma formalarından istifadə etməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması problemləri və yolları haqqında məqsədyönlü biliklər verilməsidir. Yanğına qarşı təbliğatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və yanğından mühafizə bölmələri aparırlar.

Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti (mülkiyyətçiləri) öyrədir.

Məktəbəqədər və ümumi təhsil müəssisələrində məcburi qaydada yanğın təhlükəsizliyi tədbirlərini müvafiq müəssisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış xüsusi proqramlar üzrə öyrədirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver