Qanunvericilik › "Yaponiya Hökumətinin 2 KR Proqramı çərçivısində ayırdığı qrantlar hesabına respublikaya gətirilmiş kənd təsərrüfətı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsindən və ya lizinq yolu ilə satışından Tərəfdaşlıq Fonduna toplanan vəsaitlərin təkrar istifadəsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.11.2005) › Tam mətn

"Yaponiya Hökumətinin 2 KR Proqramı çərçivısində ayırdığı qrantlar hesabına respublikaya gətirilmiş kənd təsərrüfətı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsindən və ya lizinq yolu ilə satışından Tərəfdaşlıq Fonduna toplanan vəsaitlərin təkrar istifadəsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.11.2005)

"Yaponiya Hökumətinin 2 KR Proqramı çərçivısində ayırdığı qrantlar hesabına respublikaya gətirilmiş kənd təsərrüfətı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsindən və ya lizinq yolu ilə satışından Tərəfdaşlıq Fonduna toplanan vəsaitlərin təkrar istifadəsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.11.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kənd təsərrüfatı məhsulu istehsalçılarının müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təmin edilməsi məsələlərinin tənzimlənməsi, habelə "Aqrotexservis" şəbəkələrinin yaradılmasının dəstəklənməsi məqsədilə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində ayırdığı qrantlar hesabına respublikaya gətirilmiş kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsindən və ya lizinq yolu ilə satışından Tərəfdaşlıq Fonduna toplanan vəsaitlərin təkrar istifadəsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2. Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında imzalanmış Notalar Mübadiləsinə əsasən ərzaq məhsulları istehsalının artırılması məqsədilə 2005-ci il oktyabrın l-nə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində ayırdığı qrantların hesabına alınıb respublikaya gətirilmiş kənd təsərrüfatı texnikasının icarəyə verilməsindən və satışından Tərəfdaşlıq Fonduna yığılmış, habelə Tərəfdaşlıq Fondunun hesabına 2004-2005-ci illərdə alınmış texnikanın icarəyə verilməsindən və satışından toplanan vəsaitlərin hesabına "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, Notalar Mübadiləsinin 7-ci bəndinə və Yaponiya Hökumətinin Azərbaycandakı Səfirliyinin 2005-ci il 5 avqust tarixli 304-05 nömrəli Notasına uyğun olaraq kənd təsərrüfatı texnikasının alınıb respublikaya gətirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Tərəfdaşlıq Fondunun hesabına alınıb respublikaya gətirilmiş kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsindən və ya lizinq yolu ilə satışından toplanan vəsaitlərin təkrar istifadəsi üçün Azərbaycan Respublikasının Beynəlxalq Bankında xüsusi depozit hesabının (Dövriyyə Hesabının) açılmasını təmin etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 15 noyabr 2005-ci il

1. 7 dekabr 2020-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1589)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver