Qanunvericilik › “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.10.2016) › Tam mətn

“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.10.2016)

“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.10.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 27 oktyabr 2016-cı il

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən hazırlanmışdır və meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir.

1.2. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinin pozulmasına görə təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

2.1. Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər:

2.1.1. yaşıllıqların zədələnməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsinə görə;

2.1.2. yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə;

2.1.3. yaşıllığın götürülməsi vərəqi olmadan “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa edilməsi şərtilə götürülməsinə (kəsilməsinə) görə;

2.1.4. yaşayış məntəqələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, dəmir yolunun, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılmasına görə;

2.1.5. yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacarların, tinglərin, gül-çiçəklərin və ot bitkilərinin məhv edilməsinə görə;

2.1.6. yaşıllığın, bələdiyyələrin istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının yaşıllığın götürülməsi haqqında qərarlarında başqa əraziyə köçürülməsi əks olunduğu halda, müvafiq tədbirlərin həyata keçirilməməsinə görə;

2.1.7. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının ona cavabdeh olan şəxslər tərəfindən alınmamasına və qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə.

3.1. Yaşıllıq sahələrində ağac, kol, gül-çiçək və ot bitkilərinin (qazonların) əkilməsi üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting, gül-çiçək və ot bitkilərinin məhv olması nəticəsində dəymiş ziyanın hesablanması üçün təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə aşağıdakı qaydada miqdarlar tətbiq edilir:

3.1.1. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun hesablanması;

3.1.2. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun hesablanması;

3.1.3. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hesablanması;

3.1.4. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun hesablanması.

4.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir.

4.2. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.

4.3. Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

4 santimetrədək (4 sm də daxil olmaqla)

40 sm-dən yuxarı, hər santimetr üçün

1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.

2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iyirmi dəfə artırılmaqla hesablanır.

3. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

Bir baş iri buynuzlu mal-qara üçün

1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.

2. Yaşıllıq ərazilərində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində ağac və kolların, ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsinə görə dəymiş ziyan bu Qaydanın 1 və 3 nömrəli əlavəsinə əsasən əlavə olaraq hesablanıb tətbiq edilir.

3. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.

2. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

Bir yaşlı toxmacarlar

İki yaşlı toxmacarlar

Birillik və çoxillik güllər

3 yaşınadək iynəyarpaqlı cinslərin tingləri

3 yaşınadək enliyarpaqlı cinslərin tingləri

Gilə və çəyirdəkli cinslərdən calaq edilmiş tinglər

1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən toxmacar, ting və gül-çiçəklərin məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.

2. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

1. 04 iyul 2025-ci il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 07 iyul 2025-ci il, “Xalq” qəzeti, 26 iyul 2025-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 701)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver