21.1. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərinin yerinə yetirilməsinə marağın təmin edilməsinə yönəlmişdir.
21.2. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə aşağıdakı istiqamətlərdə həyata keçirilir:
21.2.1. yaşıllıqların salınmasını, bərpasını və genişlənməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;
21.2.2. yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi;
21.2.3. yaşıllıqların salınması, bərpası və genişlənməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaiti, qrantlar və digər yardımlar ayrılmasının dəstəklənməsi.
21.3. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
21.4. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunurlar. Yaşıllıqların salınması və bərpası üçün əkin materialları yetişdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılır.