Qanunvericilik › “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 30.01.2023) › Tam mətn

“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 30.01.2023)

“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 30.01.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.1-ci və 9.2-ci maddələrinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. ”Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.

3. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Agentliyin Aparatının İnformasiya təminatı və innovativ həllər şöbəsinə tapşırılsın ki, qida subyektləri tərəfindən məhsullarının bu Qərarla müəyyən edilən tələblərə uyğunluğunun bu Qərar qüvvəyə minənədək təmin edilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsini təmin etsin.

5. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2023-cü il 30 yanvar tarixli 29 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 30 yanvar 2023-cü il tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qayda yaxılabilən yağlar və qatı yağlarda trans yağ turşularının miqdarının yolverilən həddini müəyyən edir.

1.2. Bu Qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

2.1.1. yaxılabilən yağlar – qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 - 90 % arasında olan yağlar (marqarin və spred);

2.1.2. qatı yağlar – qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91 - 99 % arasında olan yağlar;

2.1.3. trans yağ turşuları – ən azı bir ədəd trans konfiqurasiyada “karbon-karbon” ikiqat əlaqəyə malik yağ turşuları.

Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2 %-dən çox olmamalıdır.

Bu Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən bu Qaydanın əhatə dairəsinə aid edilən məhsulların bu Qaydanın 3-cü hissəsində qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver