Qanunvericilik › “Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 23.04.2026) › Tam mətn

“Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 23.04.2026)

“Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 23.04.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci, 16.1-ci və 25.1-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə həmin Əsasnamənin 5.10-5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyası

1. “Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın 1-ci hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2027-ci il 23 aprel tarixli 47 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2026-cı il 23 aprel tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. “Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə yem məhsuluna məqsədli şəkildə əlavə olunmayan, lakin yemlərin istehsalı, emalı, saxlanması və daşınması zamanı çarpaz çirklənmə səbəbindən dolayı yolla heyvan mənşəli qida məhsullarına keçə bilən koksidiostat və ya histomonostatların yolverilən maksimum miqdarını (bundan sonra – YMM) müəyyənləşdirir.

1.2. Qaydalar “Heyvan yemlərinə keçməsi qaçılmaz olan, məqsədli istifadəsi nəzərdə tutulmayan koksidiostat və ya histomonostatların qida məhsullarında yolverilən maksimum miqdarının müəyyənləşdirilməsi”nə dair Avropa Birliyi Komissiyasının 124/2009 saylı Reqlamenti rəhbər tutulmaqla hazırlanmışdır.

1.3. Qaydaların əsas məqsədi heyvan mənşəli qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsidir.

1.4. Qaydaların müddəaları Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın və Agentliyin Kollegiyasının 2025-ci il 18 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yem əlavələrinə dair sanitariya norma və qaydaları”nın müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir.

1.5. Qaydalar yem məhsullarına məqsədli şəkildə əlavə olunan koksidiostat və histomonostatların heyvan mənşəli qida məhsullarında YMM-lərə şamil edilmir.

2.1. Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. YMM – yem məhsuluna məqsədli şəkildə əlavə olunmayan, lakin çarpaz çirklənmə səbəbindən dolayı yolla heyvan mənşəli qida məhsullarına keçə bilən koksidiostat və ya histomonostatların yolverilən maksimum miqdarı;

2.1.2. Koksidiostat və histomonostatlar – protozoaların məhv edilməsi və ya onların inkişafının qarşısının alınması məqsədilə istifadə olunan maddələr.

2.2. Qaydalarda istifadə olunan digər anlayışlar “Qida təhlükəsizliyi haqqında”, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunları və müvafiq sahəni tənzimləyən digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

3.1. Qaydaların 3.4-cü bəndi nəzərə alınmaqla, tərkibində koksidiostat və ya histomonostatların miqdarı Qaydalara Əlavədə göstərilən YMM-lərdən yuxarı olan heyvan mənşəli qida məhsulları dövriyyəyə buraxıla bilməz.

3.2. Koksidiostat və ya histomonostatların miqdarının Qaydalara Əlavədə göstərilən YMM-lərdən yuxarı olduğu heyvan mənşəli qida məhsullarının YMM-lərə uyğun qida məhsulları ilə qarışdırılmasına yol verilməməlidir.

3.3. Qurudulmuş, durulaşdırılmış, emal olunmuş və ya birdən artıq inqrediyent ehtiva edən heyvan mənşəli qida məhsullarına Qaydalara Əlavədə göstərilən YMM-lər Agentliyin Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 4.2-ci bəndinin tələbləri nəzərə alınmaqla tətbiq olunur.

3.4. Qaydalara Əlavədə göstərilən YMM-lərdən aşağı olan qalıq miqdar aşkar edildikdə, koksidiostat və ya histomonostatlardan qanunvericiliyin tələbləri pozulmaqla istifadənin qarşısının alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.9-cu və 3.0.16-cı yarımbəndlərinə uyğun olaraq tədbirlər görür.

“Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”na Əlavə

Ev quşları və iribuynuzlu heyvandan başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuq və ətlik dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara daxil olmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları;

Ətlik toyuq və hind quşudan başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuq, hind quşu, ətlik və damazlıq dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları:

qaraciyər, böyrək, dəri və piy

Ətlik toyuq, iribuynuzlu heyvan və qoyundan (südlük heyvanlar istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları;

Ətlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları:

Ətlik toyuq, ətlik hind quşu, firəng toyuğu, ətlik və damazlıq dovşan, gövşəyən heyvanlar və donuzdan başqa digər heyvanlardan alınan qida məhsulları:

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver