Qanunvericilik › “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.09.2019) › Tam mətn

“Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.09.2019)

“Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.09.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 16 sentyabr 2019-cu il

1.1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” (bundan sonra – Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 18.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsisteminə (bundan sonra - ƏMAS) daxil edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı Elektron Hökumət İnformasiya Sistemindən və ya Nazirliyin “e-sosial” portalından istifadə etməklə ƏMAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edirlər.

2.2. Qanunun 7.2-ci maddəsinə əsasən ƏMAS işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həmin sistemə daxil etdikləri ştat vahidləri əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

2.3. İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər.

2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri ƏMAS tərəfindən vakansiya bankına daxil edilir.

2.5. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları ƏMAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil edirlər.

vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

təşkilati hüquqi forması*

mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*

iqtisadi fəaliyyət növü **

ünvanı (şəhər/rayon, küçə) *

elektron poçt ünvanı (olduğu halda)

yeni iş yeri və ya boşalan iş yerinin sayı

yeni iş yeri və ya boşalan iş yeri, vəzifə (peşə)

yeni iş yeri və ya boşalan iş yerinin faktiki yaradıldığı ünvan

əmək müqaviləsinin müddəti:

- qısaldılmış iş vaxtı

əməkhaqqının məbləği (manat)

tələb olunan təhsil səviyyəsi:

- orta-ixtisas təhsili;

tələb olunan peşə (ixtisas)

iş yeri üzrə əmək funksiyası

ixtisas üzrə zəruri bilik, bacarıq və səriştələr

digər bilik, bacarıq və səriştələr

vəzifənin (peşənin) tutulma şərtləri:

yeni iş yeri və ya boşalan iş yerinə cəlb edilmiş şəxslərin sayı

* MEİS-dən əldə edilən məlumatlar

Qeyd. ** İqtisadi fəaliyyət növləri üzrə bölgü:

A kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq

B mədənçıxarma sənayesi

D elektrik enerjisi qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

E su təchizatı çirkli suların və tullantıların təmizlənməsi

G topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri

H nəqliyyat və anbar təsərrüfatı

I yaşayışın təşkili və ictimai iaşə

J informasiya və rabitə

K maliyyə və sığorta fəaliyyəti

L daşınmaz əmlakla əlaqədar əməliyyatlar

M peşə elmi və texniki fəaliyyət

N inzibati və yardımçı xidmətlərin göstərilməsi

O dövlət idarəetməsi və müdafiə; sosial təminat

Q əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

R istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

S digər sahələrdə xidmətlərin göstərilməsi

T ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət

U toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti

1. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

2. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

3. 9 fevral 2026-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2026-cı il, “Xalq” qəzeti, 12 fevral 2026-cı il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 183)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver