Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, “Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli 91 nömrəli Qərarına uyğun olaraq və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur.
3. Bu Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 1 iyun 2026-cı il
Minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona (3,5 ton daxil) qədər olan yük avtonəqliyyat vasitələri
İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər
Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri (3 və daha çox oxlu)