Qanunvericilik › Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 22.03.2004) › Tam mətn

Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 22.03.2004)

Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 22.03.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat

Bu Təlimat Azərbaycan Respublikasının ərazisində yer təkinin geoloji öyrənilməsi məqsədilə aparılan geoloji - kəşfiyyat, elmi - tədqiqat və tematik işlərin nəticələri haqqında tərtib edilən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fonduna təhvil verilməli olan hesabatların strukturu, tərkibi və tərtibatına olan ümumi tələbləri müəyyən edir.

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır, həmin Qanunun 32-ci maddəsinə əsasən dövlət vəsaiti hesabına əldə edilmiş geoloji və digər informasiya müəyyən edilmiş formada dövlət geoloji informasiya fonduna verilir.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 06 mart tarixli 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İstifadəyə verilən yerin təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”nın IV hissəsinin 4.1-ci bəndinə əsasən dövlət qeydiyyatından keçmiş bütün iş növlərinin materialları (sənədləri) dövlət uçotuna alınır və 4.2-ci bəndinə əsasən uçota alınan əsas sənədlər aşağıdakılardır:

- yer təkinin öyrənilməsinə dair tamamlanmış, konservasiya edilmiş geoloji, hidrogeoloji, mühəndis - geoloji, geofiziki, geoekoloji, geokimyəvi və məxsusi işlər üzrə hesabatlar;

- yer təkinin geoloji öyrənilməsinə dair elmi - tədqiqat, tematik və təcrübi -metodik işlər üzrə hesabatlar.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 06 mart tarixli 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət geoloji informasiya fondunun yaradılması və aparılması Qaydaları”nın II hissəsinə əsasən Dövlət geoloji informasiya fondu Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsində mineral - xammal ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və ondan səmərəli istifadənin uçotunun təşkili, yer təkinin planauyğun və kompleks şəkildə geoloji cəhətdən öyrənilməsinə dair informasiyanın vahid sistem üzrə toplanması, sistemləşdirilməsi, saxlanması və istifadəsi məqsədi ilə yaradılır.

Qanunun və Qaydaların tələblərindən irəli gələn şərtlərə əməl edilməsi - informasiyanın müəyyən edilmiş formada və vahid sistem üzrə toplanmasının təmin edilməsi məqsədilə “Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat” hazırlanmışdır.

Təlimatla müəyyən edilən tələblər tabeçiliyindən, mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq yer təkinin geoloji öyrənilməsini həyata keçirən müəssisə və təşkilatlar tərəfindən aparılan geoloji - kəşfiyyat, elmi - tədqiqat və tematik işlərin bütün növlərinə şamil edilir.

Faydalı qazıntı ehtiyatlarının hesablanması ilə əlaqədar tərtib edilən hesabatlarda bu Təlimatla yanaşı “Metal və qeyri - metal faydalı qazıntı ehtiyatlarının hesablanması üzrə materialların məzmunu, tərtibi və Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyaya təqdimi haqqında Təlimat”ın tələbləri də nəzərə alınmalıdır.

1.1. Hesabat - yerinə yetirilmiş işlərin məqsədi, verilən tapşırıqlar və onların yerinə yetirilməsi üsulları, işlərin nəticələri və onların əsasında hazırlanmış təklif və tövsiyələr haqqında tam və dolğun məlumatlardan ibarət elmi -istehsalat sənədidir.

1.2. Hesabatın həcmi, tərkibi və təqdim olunma müddəti iş aparılan müddətdə rəsmi qəbul edilmiş bütün əlavələr və düzəlişlər nəzərə alınmaqla, layihə (proqram) ilə müəyyən edilir.

Müqavilə ilə yerinə yetirilən işlər üzrə hesabatlara sifarişçinin xüsusi tələbləri müqavilə ilə müəyyən edilir.

1.3. Hesabatın tərtibində istifadə edilən materiallar ətraflı təhlil edilməli və sistemləşdirilməlidir. Hesabatın tərtibi aşağıdakı prinsiplərə əsaslanır:

- obyektivlik, səlislik, faktiki materialın şərhinin ardıcıllığı və tamlığı;

- çoxmənalı yozulmaları istisna edən müxtəsərlik və dəqiqlik;

- işlərin nəticələrinin açıqlanmasının konkretliyi, təklif və tövsiyələrin əsaslandırılması.

1.4. Hesabat təşkilatın kollegial orqanı (elmi - texniki şura, elmi şura və s.) tərəfindən müzakirə edilir, bəyənilir və onun rəhbərliyi tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilir (bax bənd 4.3.3).

1.5. Dövlət qeydiyyatına alınmış bütün işlər üzrə hesabatların bir nüsxəsi disketlə birlikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fonduna təhvil verilməlidir.

1.6. Sifarişçi təşkilata verilməli olan hesabat nüsxələrinin miqdarı müqavilə bağlanan zaman müəyyənləşdirilir.

2.1. Hesabat aşağıdakı ardıcıllıqla sıralanan struktur elementlərdən ibarət olmalıdır:

- etiket (üz qabığında);

- üz qabığının 2-ci səhifəsində hesabatın təqdim edildiyi təşkilatlar haqqında məlumat (Əlavə 2 );

- icraçıların siyahısı;

- geoloji (geoloji-texniki, texniki və s.) tapşırıq;

- şəkil və cədvəllərin siyahısı;

- mətn əlavələrinin siyahısı;

- cizgi əlavələrinin siyahısı;

- metroloji ekspertizanın rəyi;

- hesabatın girişdən, əsas hissədən və nəticədən ibarət mətn hissəsi;

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver