Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası " təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 oktyabr 1999-cu il № 164
1.1. Bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və yerin təki haqqında geoloji informasiyadan (bundan sonra - geoloji informasiya) istifadəyə görə haqqın alınması qaydasını müəyyən edir.
1.2. Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilən miqdarda haqq alınır. Öz maliyyə vəsaitləri hesabına yerin təki haqqında geoloji və digər informasiya hazırlayan təşkilatlar, müəssisələr və vətəndaşlar yalnız özlərinin əldə etdikləri geoloji informasiyadan ödənişsiz istifadə edirlər.
3. Geolojİ İnformasİyadan İstİfadəyə görə haqqın alınması qaydası
3.1. Ərizəçi sifariş olunan geoloji informasiyadan istifadəyə görə haqqı ETSN-nin hesabına ödəyir.
3.2. Sifariş olunan geoloji informasiya ərizəçiyə yalnız ondan istifadəyə görə haqq ödənildikdən sonra verilir.
3.3. Ərizəçi haqqı ödənilmiş geoloji informasiyadan imtina etdiyi halda, informasiyanın hazırlanmasına çəkilən xərclər çıxılmaqla, qalmış məbləğ geri qaytarılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)
14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643)