Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Yerin təki haqqında qanunvericilik

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Yerin təki haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və beynəlxalq müqavilələrindən ibarətdir. Energetika ilə bağlı yerin təkindən istifadə münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən xüsusi qaydalarla tənzimlənir.

3.2. Ələt azad iqtisadi zonasında yerin təkindən istifadə sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver