Qanunvericilik › “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2019) › Tam mətn

“Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2019)

“Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.14-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №6, maddə 476; 2005, №1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336) ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 10 may 2019-cu il

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinə əsasən yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:

1. yerin təkindən istifadəyə hərrac (auksion və ya müsabiqə) elan edilən müddətdə hərracda (auksionda və ya müsabiqədə) iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;

2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;

3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;

4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;

5. yer təkinin geoloji öyrənilməsi hallarında;

6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;

7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda;

8. işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə;

9. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;

10. qeyri filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənilməsi və idarə olunması məqsədilə yer təki sahələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən birbaşa olaraq paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsinə verildikdə.

Bu Siyahının birinci hissəsinin 8-ci və 9-cu abzasları 2027-ci il yanvarın 1-dək qüvvədədir.

1. 29 yanvar 2022-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 fevral 2022-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 86)

2. 14 sentyabr 2022-ci il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 14 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 16 sentyabr 2022-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1080)

3. 14 noyabr 2023-cü il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1576)

4. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)

5. 20 sentyabr 2024-cü il tarixli 430 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 22 sentyabr 2024-cü il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1093)

6. 21 may 2026-cı il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2026-cı il, “Xalq” qəzeti, 23 may 2026-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 480)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver