“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 1437 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 21 dekabr 2017-ci il
Mehmanxanalar və motellər
Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri
Sağlamlıq düşərgələri
Ovçu (balıqçı) evləri
Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.)
Çoxmənzilli binalarda mənzillər (otaqlar)
Uşaq sağlamlıq düşərgələri
1. 12 mart 2024-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 14 mart 2024-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 312)