Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət quruculuğu sahəsində zəruri tədbirlərin ardıcıl olaraq həyata keçirilməsinin təmin edilməsi, habelə yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin, fəaliyyət dairəsinin müəyyən edilməsi və strukturunun təkmilləşdirilməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq qərara alıram:
3. Şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarında, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin işçilərinin vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin icra hakimiyyəti orqanlarının işlərinin vəzifə maaşlarını tənzimləyən müvafiq normativ hüquqi aktlara əsasən müəyyən edilsin.
4. Rayon və şəhər icra hakimiyyəti başçıları aparatı, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin işçilərinin saxlanılması xərcləri müvafiq olaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri hesabına ödənilsin.
5. Azərbaycan Respublikası Prezidentinin:
"Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında" 1991-ci il 18 oktyabr tarixli 372 nömrəli;
"Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnaməyə əlavə edilməsi barəsində" 1992-ci il 4 mart tarixli 598 nömrəli;
"Azərbaycan Respublikası Prezidentinin torpaqla əlaqədar bəzi fərmanları haqqında" 1992-ci il 17 iyul tarixli 55 nömrəli Fərmanının 2-ci bəndi;
"Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və erməni terrorizmi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında" 1993-cü il 23 fevral tarixli 471 nömrəli Fərmanının 2-ci bəndinin 4-cü abzası;
1991-ci il 4 dekabr tarixli 98 nömrəli Sərəncamı;
Azərbaycan SSR Nazirlər Soveti 1991-ci il 22 yanvar tarixli 21 R nömrəli Sərəncamı;
"Azərbaycan Respublikasının bir sıra yaşayış məntəqələrində idarəetmə orqanlarının strukturunun yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 12 aprel tarixli 46 R nömrəli Sərəncamı;
"Quba rayonunun Qonaqkənd zonasında idarəetmə orqanlarının məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 307 R nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 5-ci bəndinin 4-cü abzasından irəli gələn məsələləri həll etsin.
7. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 25 yanvar tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası rayonlarının, şəhərlərinin icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə təlimat" bu Fərmanın 1-ci bəndinə müvafiq olaraq təsdiq olunmuş Əsasnaməyə uyğunlaşdırılıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin.