Yerli rəy sorğusu komissiyalarının fəaliyyəti aşkarlıq şəraitində həyata keçirilir.
Yerli rəy sorğusu komissiyalarının iclaslarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş ictimai birliklərin (təşkilatların), habelə siyasi partiyaların müşahidəçilərinin və media subyektləri nümayəndələrinin iştirak etmək hüququ vardır.
Müşahidəçilər ərazi rəy sorğusu komissiyasında akkreditasiyadan keçirlər və bu barədə onlara müvafiq sənəd verilir.
Səsvermə günü məntəqə rəy sorğusu komissiyalarının öz işinə başladıqları vaxtdan səsvermənin nəticələrinə dair sənədlərin rəsmiləşdirilməsi başa çatanadək müşahidəçilərin və media subyektləri nümayəndələrinin yerli rəy sorğusu məntəqələrində olmaq hüququ vardır.
Müşahidəçinin yerli rəy sorğusu məntəqəsinə göndəriləcəyi barədə qabaqcadan xəbərdarlıq etmək tələb olunmur.
Müşahidəçilər səsvermənin nəticələrinə dair ərazi və məntəqə rəy sorğusu komissiyalarının yekun protokolunu ala bilərlər. Bu halda yekun protokolunun surəti komissiyanın katibi tərəfindən təsdiq edilir.
Müşahidəçinin hüquqları müvafiq qanunvericiliklə tənzimlənir.