Qanunvericilik › Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ

Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bələdiyyələrin ərazisində yaşayan və seçki hüququna malik olan vətəndaşlar yerli rəy sorğusunda iştirak etmək hüququna malikdirlər.

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq vətəndaşların yerli rəy sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək hüququnun məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər yerli rəy sorğusunda iştirak edə bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver