Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Qəyyumluq və himayə orqanları

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Qəyyumluq və himayə orqanları:

14.1.1. valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, yaxud ümumi orta təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə belə şəxslərin istənilən təhsil müəssisəsindən kənar edilməsinə razılıq verir;

14.1.2. valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlarla öz səlahiyyətləri daxilində fərdi profilaktik işin aparılmasında iştirak edir, habelə dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların şəxsi və əmlak hüquqlarının qorunması üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər.

14.2. Qəyyumluq və himayə orqanları bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan məsələlərlə əlaqədar qəbul edilmiş qərarlarını 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver