Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi barədə materiallar

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.0. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinin mümkünlüyü haqqında məsələlərə baxılması üçün uşaq hüquqlarının müdafiəsi üzrə komissiya 20.1-ci maddədə nəzərdə tutulmuş materiallar daxil olduğu gündən 1 ay müddətində yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya olduğu yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır. Vəsatətə aşağıdakı sənədlər əlavə edilir:

21.0.1. yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verilməsi və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında materiallar;

21.0.2. yetkinlik yaşına çatmayanın təhsil (iş) yerindən xasiyyətnamə;

21.0.3. yetkinlik yaşına çatmayanın ailə-məişət şəraiti haqqında arayış;

21.0.4. yetkinlik yaşına çatmayan tərəfindən əvvəllər törədilmiş hüquq pozuntuları və bununla əlaqədar görülmüş tədbirlər haqqında arayış;

21.0.5. yetkinlik yaşına çatmayanın sağlamlığının vəziyyəti və onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü barədə dövlət tibb müəssisəsinin rəyi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver