24.0. Məhkəmənin qərarının icrasını:
24.0.1. yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə çatdırılması hissəsini - daxili işlər orqanları;
24.0.2. bu Qanunun 23.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yetkinlik yaşına çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiqi hissəsini - uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar;
24.0.3. yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlandığı müddət ərzində onun islahının təmin edilməsi hissəsini - həmin müəssisənin müdiriyyəti təmin edirlər.