Qanunvericilik › “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) › Tam mətn

“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012)

“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

1.1. Elektron xidmətin adı:

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu:

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 455 nömrəli Fərmanının 3-cü hissəsi.

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.8-ci bəndi

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.7. Elektron xidmətin icra müddəti:

Xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

İstifadəçi yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumatlar əldə edir, cəriməni ödəyir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:

2.2. Elektron xidmət üzrə ödəniş:

2.3. Elektron xidmətin istifadəçiləri:

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/driverlicense/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/?/az/driverlicense/

- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az

- telefon: +994 12 590-81-25, +994 12 590-81-35

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölməsinə sürücülük vəsiqəsinin seriya və nömrəsinin, etibarlılıq müddətinin və şəxsin doğulduğu tarixin daxil edilməsi tələb olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Elektron xidmət daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İstifadəçi tərəfindən sürücülük vəsiqəsinin rekvizitləri və şəxsin doğulduğu tarix qeyd edilən internet səhifəsinə düzgün daxil edilmədikdə, sorğu qəbul olunmur və bu barədə həmin səhifədə məlumat əks olunur.

İstifadəçi tərəfindən sürücülük vəsiqəsinin rekvizitləri və şəxsin doğulduğu tarix düzgün daxil edildikdə, həmin səhifədə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat, habelə ödənilməyən cərimələrin plastik kart vasitəsi ilə (sürücülük vəsiqəsinin və ya inzibati xəta haqqında protokolun nömrəsini daxil etməklə) online ödəmə imkanı əks olunur.

3.2-1. Sorğunun icrası:

3.2-1.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil

3.3. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi həyata keçirir.

3.3.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.3.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə DİN BDYPİ məsuliyyət daşıyır.

3.4.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.4.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.4.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 30 gün müddətində baxılır.

1. 30 aprel 2014-cü il tarixli Q8-001-14 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201404300008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2014-cü il)

2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

4. 24 yanvar 2018-ci il tarixli Q2-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801240002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2018-ci il)

21 avqust 2018-ci il tarixli Q41-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver