Qanunvericilik › “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.06.2021) › Tam mətn

“Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.06.2021)

“Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.06.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.1.4.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 iyun 2021-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata kecirilməsi üzrə Tədbirlər Planının 7.1.4.1-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydalarını müəyyən edir.

1.2. Yol-nəqliyyat hadisələri (bundan sonra – YNH) nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanmasının məqsədi YNH-nin insanlara, nəqliyyat vasitələrinə, daşınan yükə, yol və yol infrastrukturuna mənfi təsirlərinin aşkarlanmasını, dəymiş zərərin miqyasının və əhəmiyyətinin obyektiv qiymətləndirməsini, həmçinin YNH-nin və onların mənfi nəticələrinin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə lazım olan maddi vəsaitlərin miqdarının müəyyənləşdirilməsini təmin etməkdən ibarətdir.

1.3. YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

2.1. Qaydaların hazırlanmasında Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” 1998-ci il 3 iyul tarixli 517-IQ nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli 678-IQ nömrəli, “Tibbi sığorta haqqında” 1999-cu il 28 oktyabr tarixli 725-IQ nömrəli, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” 2000-ci il 24 mart tarixli 840-IQ nömrəli, “Sosial müavinətlər haqqında” 2006-cı il 7 fevral tarixli 55-IIIQ nömrəli, “Avtomobil nəqliyyatı haqqında” 2008-ci il 1 aprel tarixli 556-IIIQ nömrəli, “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli, “Yaşıllıqların mühafizəsi haqqında” 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2015-ci il 30 dekabr tarixli 413 nömrəli, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli, “Yaşıllıqların bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarlarından və digər qanunvericilik aktlarından istifadə olunmuşdur.

2.2. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.2.1. yol-nəqliyyat hadisəsi (YNH) - yollarda, küçələrdə, meydanlarda, dəmir yolu keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və insanların ölməsinə və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneələrin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələn-məsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə;

2.2.2. yol hərəkəti - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusu;

2.2.3. yük - nəqliyyat vasitəsi daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;

2.2.4. sosial-iqtisadi zərər - insanların ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması, həmçinin nəqliyyat vasitəsinə, daşınan yükə, yol və yol infrastrukturuna dəyən zərərlərin məcmusu;

2.2.5. ekoloji zərər - nəqliyyat vasitələrinin istismarı zamanı YNH nəticəsində atmosferə, su hövzələrinə, torpaq örtüyünə, flora və faunaya dəyən zərər.

3.1. Bu Qaydalarla aşağıdakı zərərlər müəyyən edilir:

3.1.1. YNH nəticəsində dəyən sosial-iqtisadi zərərlər:

3.1.1.1. insan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən zərər;

3.1.1.2. nəqliyyat vasitəsinə dəyən zərər;

3.1.1.3. daşınan yükə dəyən zərər;

3.1.1.4. yola və yol infrastrukturuna dəyən zərər;

3.1.2. YNH nəticəsində dəyən ekoloji zərərlər:

3.1.2.1. atmosferin çirklənməsi ilə bağlı zərər;

3.1.2.2. su hövzələrinin çirklənməsi ilə bağlı zərər;

3.1.2.3. torpaq örtüyünün çirklənməsi ilə bağlı zərər;

3.1.2.4. yaşıllıqların zədələnməsi və ya məhv olması ilə bağlı zərər.

4.1. YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Nazirlik tərəfindən aparılır.

4.2. YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərlərin qiymətləndirilməsi və hesablanması bu Qaydalara 1 nömrəli əlavədə göstərilmiş metodologiyaya əsasən həyata keçirilir.

4.3. YNH nəticəsində dəymiş zərərin Nazirlik tərəfindən qiymətləndirilməsi və hesablanması üçün məlumatların təqdim edilməsi ilə bağlı verilən sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, İcbari Sığorta Bürosu tələb olunan göstəriciləri bu Qaydalara 2 nömrəli əlavədə qeyd olunmuş aidiyyəti üzrə müvafiq formaya uyğun olaraq hər ilin noyabr ayı ərzində Nazirliyə təqdim etməlidirlər.

4.4. Nazirlik tərəfindən lazımi məlumatlar toplanıldıqdan sonra 30 gün müddətində aparılan qiymətləndirmə nəticələrinə əsasən hesabat hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Metodologiya yol-nəqliyyat hadisələri (YNH) nəticəsində dəyən itki və zərərin qiymətləndirilməsinə dair nəzəri, metodoloji yanaşmaların və beynəlxalq təcrübənin öyrənilməsi əsasında hazırlanmışdır. Qiymətləndirmə ÜDM-in miqdarına əsaslandığı üçün metodologiya illik dəyən zərərin dəyər ifadəsində dəqiq hesablanmasına imkan verir.

YNH nəticəsində dəyən sosial-iqtisadi zərərlərə aşağıdakılar aiddir:

1. insan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən zərər;

2. nəqliyyat vasitələrinə dəyən zərər;

3. daşınan yükə dəyən zərər;

4. yola və yol infrastrukturuna dəyən zərər.

YNH nəticəsində dəyən ekoloji zərərlərə isə aşağıdakılar aiddir:

1. atmosferin çirklənməsi ilə bağlı zərər;

2. su hövzələrinin çirklənməsi ilə bağlı zərər;

3. torpaq örtüyünün çirklənməsi ilə bağlı zərər;

4. yaşıllıqların zədələnməsi və ya məhv olması ilə bağlı zərər.

Bu zərər insan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması nəticəsində yaranan iqtisadi itkiləri, ailə başçısının itirilməsi və əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər, müalicə ödənişləri və uşaq ölümü ilə bağlı sosial-iqtisadi itkiləri özündə ehtiva edir. İnsan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması nəticəsində dəyən zərəri tam qiymətləndirmək üçün həm birbaşa, həm də digər itkiləri nəzərə almaq lazımdır. Birbaşa itkilər dedikdə, nəqliyyat vasitəsi sahibinin zərərləri, yol istismar xidmətləri, YNH nəticələrinin aradan qaldırılması, qəzanı araşdıran hüquq və mühafizə orqanlarının xərcləri, zərərçəkənlərin müalicəsi ilə bağlı tibb müəssisələrin və əməkdaşları qəzanın qurbanı olmuş təşkilatların xərcləri (bülleten, müavinətlərin verilməsi), dövlət sosial müdafiə xərcləri (əmək pensiyaları və sosial müavinətlər) və sığorta ödənişləri nəzərdə tutulur. Digər itkilərə isə insanın iqtisadi fəaliyyət sahəsindən birdəfəlik və ya müvəqqəti çıxması nəticəsində dəyən itkiləri, istehsal münasibətlərinin pozulması və mənəvi zərərləri aid etmək olar.

1.1. İnsan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən zərərin tərkibi

İnsan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən ümumi zərər (İü) aşağıdakı düstura əsasən hesablanır:

İe – evli insanların ölümü ilə bağlı itkilər;

İs – subay insanların ölümü ilə bağlı itkilər;

İtə –zərərçəkənin əlilliyi ilə nəticələnən, əmək qabiliyyətinin tam itirilməsi ilə bağlı itkilər;

İqə – zərərçəkənin əlilliyi ilə nəticələnən, əmək qabiliyyətinin qismən itirilməsi ilə bağlı itkilər;

İəqmi – zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı itkilər;

İuö – uşaq ölümü ilə bağlı itkilər.

1.1.1. Evli insanların ölümü ilə bağlı itkilər (İa):

H1 – evli insanın ölümü ilə bağlı zərərin qiymətləndirilməsi;

Ke – ölən evli insanların sayı;

Nh – qəzada ölən insanların ümumi sayı;

da – ölən insanların arasında ailəli olanların xüsusi çəkisi.

1.1.2. Subay insanların ölümü ilə bağlı itkilər (İs):

H2 – subay insanın ölümü ilə bağlı zərərin qiymətləndirilməsi;

Ks – ölən subay insanların sayı;

Nh – qəzada ölən insanların ümumi sayı;

Ke – ölən evli insanların sayı.

1.1.3. Əlilliklə nəticələnən, əmək qabiliyyətinin tam itirilməsi (işləməyən) ilə bağlı itkilər (İtə):

H3 – xəsarət nəticəsində işləmək qabiliyyəti olmayan, əlilliklə bağlı zərərin qiymətləndirilməsi;

Kpə – əmək pensiyası alan əlilliyi olan şəxslərin sayı;

Kəz – əlilliyi olan zərərçəkmişlərin sayı;

Kiə – əmək pensiyası alan və eyni zamanda işləyən əlilliyi olan şəxslərin sayı;

dəz – əlilliyi olan zərərçəkmişlərin xüsusi çəkisi;

diə – əmək pensiyası alan və eyni zamanda işləyən əlilliyi olan şəxslərin xüsusi çəkisi;

Nz – zərərçəkmişlərin ümumi sayı.

1.1.4. Əlilliklə nəticələnən, əmək qabiliyyətinin qismən itirilməsi (işləyən) ilə bağlı itkilər (İqə):

H4 – işləmə qabiliyyəti olan şəxslərin əlilliyi ilə bağlı zərərin qiymətləndirilməsi;

Kiə – əmək pensiyası alan və eyni zamanda işləyən əlilliyi olan şəxslərin sayı.

1.1.5. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı itkilər (İəqmi):

H5 – əlillik yaratmadan dəyən zərərin qiymətləndirilməsi;

Kəqi – müvəqqəti əmək qabiliyyətini itirənlərin sayı;

Nz – zərərçəkmişlərin ümumi sayı;

Kəz – əlilliyi olan zərərçəkmişlərin sayı.

1.1.6. Uşaq ölümü ilə bağlı itkilər (İuö):

H6 – uşaq ölümündə yaranan zərərin qiymətləndirilməsi;

Kh – ölən uşaqların sayı.

1.2. İnsan ölümü nəticəsində dəymiş zərərin qiymətləndirilməsi

1.2.1. İnsan ölümü nəticəsində tam istehsal olunmamış ÜDM-in miqdarının qiymətləndirilməsi:

D – tam istehsal olunmamış ÜDM;

Cson – əhali və dövlət müəssisələrinin faktiki son istehlak xərcləri (natural formada sosial transferlər çıxılmaqla);

Y – hesabat ili üçün ümumi yığım;

Nm – həmin il üçün iqtisadiyyatda məşğul əhalinin orta illik sayı.

1.2.2. Subay insanın ölümü nəticəsində dəyən zərərin qiymətləndirilməsi (H2):

Dpy – YNH zamanı insan ölümü baş verdiyi təqdirdə onun pensiya yaşına qədərki dövrdə əldə edəcəyi gəlir;

Dx – dəfn xidmətləri ilə bağlı xərclər.

tp – ÜDM -in artım tempinin proqnozu (müqayisəli qiymətlərlə);

i – baxılan dövr üzrə ÜDM indeksinin dəyəri (cari qiymətlərlə);

r – baxılan dövr üzrə diskontlaşdırma əmsalı.

1.2.3. Evli insanın ölümü nəticəsində dəyən zərərin qiymətləndirilməsi (H1):

Mgözl – ailə başçısının itirilməsi ilə əlaqədar 18 il ödəniləcək müavinətin məbləği

Mabi – ailə başçısının itirilməsi ilə əlaqədar hesablamanın aparıldığı il üzrə (orta aylıq) müavinət;

1,75 – ailə başçısının itirilməsi ilə əlaqədar müavinət alan ailə üzvlərinin orta sayı;

dövr sayı n=18×12=216.

1.3. İnsanın müxtəlif dərəcəli bədən xəsarəti alması nəticəsində (əlilliklə bağlı) dəyən zərərin qiymətləndirilməsi

1.3.1. Əlilliyə görə orta hesabla 10,5 il əmək pensiyası ödənilir ki, bu da aşağıdakı düstura əsasən hesablanır:

Pə – pensiyanın həcmi;

Pəoa – hesablama aparılan il üzrə əlilliyə görə orta aylıq əmək pensiyası;

dövr sayı n=10,5×12=126

1.3.2. Ağır bədən xəsarəti nəticəsində zərərçəkmişin xəstəxanada olduğu (120 gün) və əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət (150 gün) ərzində dəyən itkilərin qiymətləndirilməsi:

Dci – əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində cəmiyyətin gəlir itkisi;

İgün – gündəlik itkilər.

1.3.3. Ağır xəsarət zamanı tam alınmamış gəlirlərin qiymətləndirilməsi:

əgər insan xəsarət anından 10,5 il ərzində tam şəkildə işləsəydi, əldə edəcəyi gəlirlər (Dti):

D – tam istehsal olunmamış ÜDM;

tp – ÜDM-in artım tempinin proqnozu (müqayisəli qiymətlərlə);

i – baxılan dövr üzrə ÜDM indeksinin dəyəri (cari qiymətlərlə);

r – baxılan dövr üzrə diskontlaşdırma əmsalı.

1.3.4. Ağır bədən xəsarəti alması nəticəsində əlilliyi olan, əmək qabiliyyəti olmayan insana dəyən zərərin qiymətləndirilməsi (H3):

Dti – insan xəsarət anından 10,5 il ərzində tam şəkildə işləsəydi, əldə edəcəyi gəlir

Pə – pensiyanın həcmi;

Xsm – stasionar müalicə xərcləri;

Öəqmi – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş;

Dci – əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində cəmiyyətin gəlir itkisi.

1.3.5. Ağır bədən xəsarəti alması nəticəsində əlilliyi olan və işləyən insana dəyən zərərin qiymətləndirilməsi (H4):

Dti – insan xəsarət anından 10,5 il ərzində tam şəkildə işləsəydi, əldə edəcəyi gəlir;

Pə – pensiyanın həcmi;

Xsm – stasionar müalicə xərcləri;

Öəqmi – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş;

Dci – əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində cəmiyyətin gəlir itkisi.

1.3.6. Yüngül bədən xəsarəti alması nəticəsində dəyən zərərin qiymətləndirilməsi:

Bir zərərçəkmiş şəxsin ambulator müalicəsinin orta müddəti 20 gün, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin sonrakı davametmə müddəti 30 gündən ibarətdir.

Cəmiyyətin ümumi itkiləri:

Mx – xəstəxanada müalicə xərcləri (20 gün);

Öəqmi – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin orta aylıq məbləği;

Dəqmi – xəstəxanada müalicə müddətində və müvəqqəti əmək qabiliyyətinin itirilməsi zamanında cəmiyyətin itkisi.

1.4. Uşaq ölümü nəticəsində dəyən zərərin qiymətlən-dirilməsi və hesablanması

1.4.1. Bir uşağın təhsil xərcləri (Tx)

Tilx – hesabat ili üzrə təhsil xərcləri;

Nta – hesabat ilində təhsilalanların sayı.

1.4.2. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların xüsusi çəkisi ilə müəyyən olunur:

– hesabat ilində orta ixtisas təhsili müəssisələrində təhsilalanların sayı.

1.4.3. Ali məktəblərdə təhsilalanların xüsusi çəkisi ilə müəyyən olunur:

NATM – hesabat ilində ali məktəblərdə təhsilalanların sayı.

YNH nəticəsində ölüm hadisəsi baş vermədiyi təqdirdə, cəmiyyətin bir uşağa görə təhsil xərcləri aşağıdakı kimi müəyyən olunur:

1.4.4. Məktəbdə təhsil almaqla bağlı xərclər (Xmək):

Tx – təhsil xərcləri;

tp – ÜDM-in artım tempinin proqnozu (müqayisəli qiymətlərlə);

i – baxılan dövr üzrə ÜDM indeksinin dəyəri (cari qiymətlərlə);

r – baxılan dövr üzrə diskontlaşdırma əmsalı;

– orta ixtisas təhsili müəssisələrində təhsilalanların xüsusi çəkisi;

– ali məktəblərdə təhsilalanların xüsusi çəkisi.

1.4.5. Orta ixtisas və ali təhsil müəssisələrində təhsilə çəkilən xərclər (XOİTM, ATM):

Tx – təhsil xərcləri;

tp – ÜDM -in artım tempinin proqnozu (müqayisəli qiymətlərlə);

i – baxılan dövr üzrə ÜDM indeksinin dəyəri (cari qiymətlərlə);

r – baxılan dövr üzrə diskontlaşdırma əmsalı;

– orta ixtisas təhsili müəssisələrində təhsilalanların xüsusi çəkisi;

– ali məktəblərdə təhsilalanların xüsusi çəkisi.

Orta ixtisas və ali təhsil müəssisələrində orta hesabla təhsil müddəti, müvafiq olaraq 3 və 5 ildir.

Bundan başqa, valideynlərin uşağı əmək qabiliyyətli yaşa çatdırması üçün lazım olan xərclərin hesablanması məqsədilə onların əməkhaqlarının məbləği müəyyən edilir və hesab olunur ki, hər uşağa bir valideynin əməkhaqqının ½ hissəsi gedir. Əməkhaqqı aşağıdakı kimi hesablanır:

1. məktəbdə təhsilalanlara düşən valideynin əməkhaqqı (Wmək):

Wil – hesabat ilində bir işçinin orta illik əməkhaqqı;

2. orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanlara düşən valideynlərin əməkhaqqı (WTex.ATM):

1.4.6. Uşaq ölümü ilə əlaqədar cəmiyyət tərəfindən əldə edilməyən gəlirlər (Guo):

0,757 – 16 yaşında işləməyə başlayan təhsilalanların xüsusi çəkisini nəzərə alan əmsal.

1.5. YNH nəticəsində insan ölümü və ya insanın müxtəlif dərəcəli bədən xəsarəti alması ilə bağlı zərərin qiymətlən-dirilməsi və hesablanmasının sadələşdirilmiş üsulu

YNH zamanı insan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması nəticəsində dəyən zərərlə bağlı normativlərin hazırlanması üçün praktikada sadələşdirilmiş metoddan istifadə olunur. Bu hesablamalar üçün əvvəlki ilin zərər normativi, ÜDM miqdarı və iqtisadiyyatda məşğul əhalinin sayı üzrə göstəricilərdən istifadə olunur. Hesablama aşağıdakı qaydada aparılır:

Birinci düsturda ÜDM-in cari miqdarının əvvəlki ildəki miqdarına nisbəti ilə – k əmsalı, ikinci düsturda iqtisadiyyatda məşğul əhalinin cari sayının əvvəlki ildəki sayına nisbəti ilə – k1 əmsalı tapılır. Sonda düstur 3-ə əsasən tapılan k2 əmsalını əvvəlki ilin zərər normativinə vurmaqla, baxılan ilin cari qiymətlərlə tələb olunan dəyəri hesablanır. Bu üsulla aparılan hesablamaların dəqiq aparılan hesablamalardan kənarlaşma faizi 1,5%-dən çox deyildir.

2.1. Dəyən zərərin tərkibi

2.1.1. Bu zədələnmələrin subyektləri və onların hər birinə dəyən zərər aşağıdakılardır:

1. nəqliyyat vasitələrinin sahibləri, bura daxildir:

- nəqliyyat vasitəsini xilasetmə işləri ilə bağlı xərclər;

- nəqliyyat vasitəsinin təxliyə edilməsi ilə bağlı xərclər;

- nəqliyyat vasitəsini bərpa etmək mümkün olmadıqda, dəyən zərərin həcmi;

- nəqliyyat vasitəsinin təmir-bərpa işləri ilə bağlı xərclər;

- nəqliyyat vasitəsinin əmtəə dəyəri ilə bağlı itkilərin məbləği;

- YNH araşdırılması və zərərin ödənilməsinə sərf olunan vaxta görə zərərin həcmi;

- nəqliyyat vasitəsinə görə sığorta ödənişlərinin tələb olunmayan hissəsi;

2. yük sahibləri, bura daxildir:

- yüklərin və sərnişinlərin daşınması üzrə müqavilə öhdəliklərinin pozulması ilə bağlı xərclər;

- yüklərin zədələnməsi və ya məhv olunması səbəbindən dəyən zərərin həcmi;

- sığorta ödənişlərinin tələb olunmayan hissəsi.

Metodologiya əsasən yerli və idxal olunmuş – minik avtomobilləri, qoşqu aparan yük avtomobilləri, avtobuslar və motorlu nəqliyyat vasitələri üzrə zərərin qiymətləndirilməsini nəzərdə tutur.

2.1.2. Nəqliyyat vasitələrinə və yükə dəyən zərərin qiymətləndirilməsi

Nəqliyyat vasitələrinin və yüklərin zədələnməsindən dəyən illik zərərin hesablaması aşağıdakı formula əsasən aparılır:

Cnv – YNH nəqliyyat vasitələrinin zədələnməsində illik zərərin məbləği (manatla);

n – zədələnmiş nəqliyyat vasitələrinin sayı;

w – zədələnmiş nəqliyyat vasitələrinin növlərinin sayı;

z – nəqliyyat vasitələrinin zədələnməsindən yaranan itkilərin növlərinin sayı;

x – yükün zədələnməsindən yaranan itkilərin növlərinin sayı;

Cikl – itkilərin l komponentinə görə, k – növlü, i – nömrəli nəqliyyat vasitəsinin sahibinə YNH zamanı dəyən zərərin məbləği (manatla);

Ciq – i nömrəli nəqliyyat vasitəsinin zədələnməsindən yaranan itkilərin q komponentinə görə yük sahibinə dəyən zərərin məbləği (manatla).

Nəqliyyat vasitəsinin bərpası mümkün olmadıqda, zərərin məbləği (i=3) nəqliyyat vasitəsinin qalıq dəyəri kimi zədələnmə tarixinə uyğun olaraq hesablanır. Nəqliyyat vasitəsinin bərpa-təmir işlərinin dəyəri (i=4) və nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilmiş məbləği (i=5) isə başqa metodika ilə hesablanır.

Zərərin hesablanması zamanı nəqliyyat vasitəsinin xarakteristikası 1 nömrəli cədvəldə verilmişdir.

yerli minik avtomobilləri

idxal olunan minik avtomobilləri

qoşqu aparan da daxil olmaqla, yerli yük avtomobilləri

qoşqu aparan da daxil olmaqla, idxal olunan yük avtomobilləri

idxal olunan avtobuslar

motorlu nəqliyyat vasitələri

Zərərin hesablanması zamanı itkilərin xarakteristikası 2 nömrəli cədvəldə göstərilmişdir:

nəqliyyat vasitəsinin xilas edilməsi ilə bağlı işlərin dəyəri

nəqliyyat vasitəsinin təxliyə edilməsi ilə bağlı işlərin dəyəri

nəqliyyat vasitəsinin bərpası mümkün olmadığı hallarda zərərin məbləği

nəqliyyat vasitəsinin təmir-bərpa işlərinin dəyəri

nəqliyyat vasitəsinin əmtəə dəyəri ilə bağlı itkilərin məbləği

məhkəmə xərclərinin dəyəri

YNH araşdırılması və zərərin ödənilməsi ilə bağlı vaxt sərfi

sığorta ödənişlərinin tələb olunmayan hissəsi

Sərnişin və yük daşınması zamanı yaranan itkilərin xarakteristikası 3 nömrəli cədvəldə göstərilmişdir:

yüklərin və sərnişinlərin daşınması üzrə müqavilə öhdəliklərinin pozulması nəticəsində dəyən zərərin məbləği

yükün zədələnməsi və ya məhv olması ilə bağlı zərərin məbləği

yük üzrə sığorta xərclərinin tələb olunmayan hissəsi

Yuxarıda göstərilən düstur əsasında daha praktik hesablamalar aparmaq üçün aşağıdakı düsturdan istifadə olunur:

Cnv – YNH nəqliyyat vasitələrinin zədələnməsində illik zərərin məbləği (manatla);

Nznv – il ərzində YNH zədələnmiş nəqliyyat vasitələrinin sayı;

w – zədələnmiş nəqliyyat vasitələrinin növlərinin sayı;

z – zədələnmələrdən yaranan itkilərin növünün sayı;

δk – k növ zədələnmiş nəqliyyat vasitəsinin zədələnmiş nəqliyyat vasitələrinin ümumi miqdarında payı;

γl – zərərin l komponentinin qiymətləndirildiyi zədələnmiş nəqliyyat vasitələrinin ümumi zədələnmiş nəqliyyat vasitələrinin miqdarında payı;

Cki – zərərin l komponentinə görə, k növünə aid bir nəqliyyat vasitəsinin sahibinə YNH zamanı dəymiş zərərin məbləği (manatla);

φ – yükdaşıyan nəqliyyat vasitələrinin zədələnmiş nəqliyyat vasitələrinin ümumi miqdarında payı;

x – YNH-də yükə dəymiş itkilərin komponentlərinin novlərinin sayı;

λq – YNH-də yükə dəyən zərərin q komponentinin hesablandığı zədələnmiş nəqliyyat vasitələrinin payı;

Cq – YNH-də zədələnmiş yükün q komponentinə görə yük sahibinin zərəri (manatla).

Zədələnmiş k növ nəqliyyat vasitəsinin zədələnmiş nəqliyyat vasitələrinin ümumi miqdarında payı aşağıdakı düsturla hesablanır:

Bütün komponentlər üzrə nəqliyyat vasitəsi sahibinə dəyən zərər 4 nömrəli cədvələ əsasən hesablanır və burada C31 əsasən yerli yük avtomobillərinin xilas edilməsi ilə bağlı işlərin dəyəridir.

Yükdaşıyan zədələnmiş nəqliyyat vasitəsinin zədələnmiş nəqliyyat vasitələrinin ümumi miqdarında payı 30% qəbul edilir və yük sahibinə dəyən zərər 5 nömrəli cədvələ əsasən hesablanır.

Yük itkisinin komponentləri

Hər bir komponent üzrə zərərin dəyəri

3.1. Bu zərər YNH zamanı zədələnmiş yolun, yol və yolkənarı infrastrukturun bərpasına çəkilən xərclərin məbləği ilə ölçülür və aşağıdakı düstura əsasən hesablanır:

Zyq – yol qurğularına dəyən ümumi zərər;

Zyqi – yol qurğusuna dəyən zərər.

3.2. Yola, yol infrastrukturuna dəyən zərər dedikdə, aşağıdakıların zədələnməsi nəzərdə tutulur:

3.2.1. müxtəlif yol nişanları:

1. xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat nişanları (lövhəciklər), nəqliyyat vasitələrinin tanınma nişanları və yol işlərində istifadə olunan işarələr;

2. nişanların dayaqları;

3. 2-dayaqlı metal yol nişanları;

4. 3-dayaqlı metal yol nişanları;

5. metal çərçivə-konstruksiyalar;

7. bünövrəsiz dayaq nişanları;

8. işıqfor və onların dayaqları;

9. xüsusi texniki vasitələr (radar qurğuları, müşahidə kameraları və digərləri) və onların dayaqları;

3.2.2. yol çəpərləri (maneələr):

6. dəmir-beton çəpərlər;

3.2.3. avtobus pavilyonları;

3.2.4. beton səki daşı və səkidə bəzək daşları;

3.2.5. yol yamacında su boruları və suötürücü qurğular;

3.2.6. yol kənarları;

3.2.7. torpaq bəndin yamacları;

3.2.8. xəndək və beton küvetlər;

3.2.9. suötürücü boruların başlıqları;

3.2.10. torpaq yığımının sürüşməsinin qarşısını alan qoruyucu altlıq;

3.2.11. işıq dayaqları;

3.2.12. körpülərin və ya yolötürücülərinin dayaqları və aşırım tirləri;

3.2.13. yol örtüyünün təmiri;

3.2.14. yaşıllıq sahələri (qazon otu, ağac və kol bitkiləri, gül-çiçəklər, şitilliklər) və onların suvarma sistemləri.

4.1. Nəqliyyat vasitələri, neft məhsullarının yanmasından atmosferə düşən zərərli qazlar, qəzalar zamanı torpaq və suya neft məhsullarının dağılması, yanğınlar, elektromaqnit şüalanması, bitki örtüyünün məhv edilməsi və s. ekologiyaya mənfi təsir göstərir. Müxtəlif nəqliyyat vasitələri içərisində ekologiya üçün ən zərərlisi avtomobil nəqliyyatı hesab olunur.

4.2. YNH nəticəsində neft və neft məhsullarının yanması ilə baş verən yanğınlar zamanı aşağıdakı sahələrə dəyən ümumi zərər (Zekol) aşağıdakı düstura əsasən hesablanır:

Zа – atmosfer çirklənməsindən dəyən zərər;

Zsu – su ehtiyatlarının çirklənməsindən dəyən zərər;

Zt – torpaq sahələrinin çirklənməsindən dəyən zərər.

4.2.1. Atmosferin çirklənməsi ilə bağlı zərər (Za):

Наti – neft və neft məhsullarının yanması nəticəsində atmosferə atılan bütün tullantıların baza ödəniş normativi (CO, NOx, SOx, H2S, His (C), HCH, tüstü, müəyyən edilmiş limitlər daxilində formaldehid və digər üzvi turşular);

Мi – yanğın zamanı atmosferə atılan i-ci çirkləndirici maddənin kütləsi;

Кi – ətraf mühitin çirklənməsinə görə ödənişlərin indeksləşmə əmsalı;

Ke/a – iqtisadi rayonların atmosfer havasının ekoloji vəziyyət və ekoloji əhəmiyyətlilik əmsalı.

4.2.2. Su ehtiyatlarının çirklənməsi ilə bağlı zərər (Zsu):

Кi – ətraf mühitin çirklənməsinə görə ödənişlərin indeksləşmə əmsalı;

Ke/su – ekoloji vəziyyət və ekoloji əhəmiyyətlilik əmsalı;

BÖN – yeraltı və yerüstü su obyektlərinin çirkləndirici maddə tullantılarına görə baza ödəniş normativi;

Msu – su obyektinə düşən çirkləndirici maddələrin kütləsi.

4.2.3. Torpaq sahələrinin çirklənməsi ilə bağlı zərər (Zt):

Torpağın çirklənməsindən dəyən zərər (Zt) torpağın kimyəvi maddələrlə çirklənməsindən dəyən zərərin miqyasının müəyyən edilməsi qaydalarının təsdiq edilmiş göstərişləri və zərərli təsirlərin nəticəsində torpağın deqradasiyası ilə bağlı itkilərin dəyərinin ekspert qiymətləndirməsinə əsasən müəyyən edilir:

Nt – torpağın dəyər normativi;

Кb – çirklənmiş torpaqların bərpası üzrə zaman müddətindən asılı olaraq təkrar hesablama əmsalı;

Sçt – çirklənmiş torpaqların sahəsi;

Кet – nəzərdən keçirilən iqtisadi rayonun ərazisinin ekoloji vəziyyət və ekoloji əhəmiyyətlilik əmsalı;

Кç – torpaqların çirklənmə dərəcəsindən asılı olaraq təkrar hesablama əmsalı;

Кd – torpaqların çirklənmə dərinliyindən asılı olaraq təkrar hesablama əmsalı.

4.3. Yaşıllıqların zədələnməsi və ya məhv olması ilə bağlı zərər

Yaşıllıqların zədələnməsi və ya məhv olması ilə bağlı zərərin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”, zədələnmiş və ya məhv olmuş yaşıllıqların bərpa dəyəri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların bərpası Qaydası”na uyğun olaraq hesablanır. “Yaşıllıqların bərpası Qaydası”nın 4.5-ci bəndinə əsasən zədələnmiş və ya məhv olmuş yaşıllıqlar dedikdə, aşağıdakılar nəzərdə tutulur:

Yaşıllıqların bərpaolunma dəyəri aşağıdakı düstura əsasən hesablanır:

HBD – bərpa dəyəri (manatla);

SD – yaşıllığın salınmasının smeta dəyəri;

SM – bir il müddətində yetişdirmə prosesində yaşıllığa qulluq üzrə smeta məsrəfləri;

BD – bərpaetmə dövrü üzrə illərin sayı;

S – bərpa edilməli olan yaşıllıqların sayı (müvafiq olaraq ağaclar və kollar üzrə ədədlə, canlı çəpərlər üzrə metrlə, gül-çiçəklər və ot örtüyü üzrə kvadratmetrlə).

Yaşıllığın salınmasının smeta dəyəri (SD) hesablanarkən əkin zamanı işlərin qiyməti, əkin materialının (ağacın) qiyməti (ağac cinslərinin qrupuna görə dəyəri), ilk bir il müddətində sahənin istismara verilməsinə qədər ağaca göstərilən qulluq üzrə məsrəflər nəzərə alınır. Bərpa dəyərinin hesablanması bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında həyata keçirilir.

Həmçinin, ətraf mühitə dəyən zərərin ödənilməsi zamanı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddələri nəzərə alınmalıdır.

Dəfn üçün müavinətin məbləği (manat)

ÜDM-in artım indeksi (cari qiymətlərlə) (%)

Faktiki son istehlak xərclərinin cəmi (milyon manat)

Məşğul əhalinin sayı (min nəfər)

Ailə başçısını itirməyə görə sosial müavinət təyin olunmuş şəxslərin (ailə üzvlərinin) sayı, ilin sonuna (nəfər)

Ailə başçısını itirməyə görə sosial müavinətin bir nəfərə düşən orta aylıq məbləği, ilin sonuna (manat)

Əlilliyə görə əmək pensiyası alanların sayı, ilin sonuna (min nəfər)

Əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği, ilin sonuna (manat)

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət alanların sayı, il ərzində (min nəfər)

Dövlət büdcəsindən təhsilə ayrılmış vəsait (milyon manat)

Təhsilalanların sayı - cəmi (min nəfər)

ümumi təhsil müəssisələrində təhsilalanların sayı (məktəbəqədər hazırlıq qrupları daxil olmaqla)

orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı

peşə təhsili müəssisələrində tələbələrin sayı

ali təhsil müəssisələrində və doktoranturada təhsil alanların sayı

Orta aylıq nominal əməkhaqqı (manat)

Nəqliyyat vasitələrinin sayı – cəmi (ədəd)

xüsusi təyinatlı avtomobillər

qoşqu və yarımqoşqular

Qəzada ölən insanların sayı – cəmi (nəfər)

Yaş qrupları üzrə qəzada ölən insanların sayı

9 yaşdan kiçik (nəfər)

10-14 yaşında (nəfər)

15-17 yaşında (nəfər)

18-20 yaşında (nəfər)

21-24 yaşında (nəfər)

25-64 yaşında (nəfər)

Qəzada ölən insanların orta yaş həddi (il)

Zədələnmiş nəqliyyat vasitələrinin sayı – cəmi (ədəd)

xüsusi təyinatlı avtomobillər

qoşqu və yarımqoşqular

İşıqfor və onların dayaqları

Xüsusi texniki vasitələr (radar qurğuları, müşahidə kameraları və digərləri) və onların dayaqları

Ailə başçısını itirməyə görə sosial müavinətin orta aylıq məbləği (manat)

Ailə başçısını itirməyə görə sosial müavinət təyin olunmuş şəxslərin (ailə üzvlərinin) orta sayı (nəfər)

Əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği (manat)

Müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinətin orta aylıq məbləği (manat)

Neft və neft məhsullarının yanması nəticəsində atmosferə atılan bütün tullantıların baza ödəniş normativi

Yanğın zamanı atmosferə atılan çirkləndirici maddənin kütləsi

Ətraf mühitin çirklənməsinə görə ödənişlərin indeksləşmə əmsalı

İqtisadi rayonların atmosfer havasının ekoloji vəziyyəti və ekoloji əhəmiyyət əmsalı

Su obyektlərinə düşən çirkləndirici maddənin kütləsi

Yeraltı və yerüstü su obyektlərinin çirkləndirici maddə tullantılarına görə baza ödəniş normativi

Torpağın dəyər normativi

Çirklənmiş torpaqların bərpası üzrə zaman müddətindən asılı olaraq təkrar hesablama əmsalı

İqtisadi rayonların ərazisinin ekoloji vəziyyəti və ekoloji əhəmiyyət əmsalı

Torpaqların çirklənmə dərəcəsindən asılı olaraq təkrar hesablama əmsalı

Torpaqların çirklənmə dərinliyindən asılı olaraq təkrar hesablama əmsalı

Yaşıllığın salınmasının smeta dəyəri

Bir il müddətində yetişdirmə prosesində yaşıllığa qulluq üzrə smeta məsrəfləri (manat)

Bərpaetmə dövrü üzrə illərin sayı

Bərpa edilməli olan yaşıllıqların sayı

canlı çəpərlər (metr)

gül-çiçəklər (kvadratmetr)

ot bitkiləri (kvadratmetr)

Stasionar müalicə xərcləri (manat)

Xəstəxanada müalicə xərcləri (20 gün) (manat)

müvəqqəti əmək qabiliyyətini itirənlərin sayı – cəmi (nəfər)

YNH nəticəsində zərərçəkənə görə ödənilən sığorta ödənişi

Yol infrastrukturunun növünə görə dəymiş zərər (manat)

xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat nişanları (lövhəciklər), nəqliyyat vasitələrinin tanınma nişanları və yol işlərində istifadə olunan işarələr

2-dayaqlı metal yol nişanları

3-dayaqlı metal yol nişanları

metal çərçivə konstruksiyalar

bünövrəsiz dayaq nişanları

beton səki daşı və səkidə bəzək daşları

yol yamacında su boruları və suötürücü qurğular

torpaq bəndin yamacları

xəndək və beton küvetlər

suötürücü boruların başlıqları

torpaq yığımının sürüşməsinin qarşısını alan qoruyucu altlıq

körpülərin və ya yolötürücülərin dayaqları və aşırım tirləri

Yaşıllıq sahələri (qazon otu, ağac və kol bitkiləri, gül-çiçəklər, şitilliklər) və onların suvarma sistemləri

Nəqliyyat vasitələrinə dəyən zərərin dəyəri

nəqliyyat vasitəsinin xilas edilməsi ilə bağlı işlərin dəyəri (manat)

nəqliyyat vasitəsinin təxliyə edilməsi ilə bağlı işlərin dəyəri (manat)

nəqliyyat vasitəsini bərpa etmək mümkün olmadıqda dəyən zərərin məbləği (manat)

nəqliyyat vasitəsinin təmir-bərpa işlərinin dəyəri (manat)

nəqliyyat vasitəsinin əmtəə dəyəri ilə bağlı itkilərin məbləği (manat)

məhkəmə xərclərinin dəyəri (manat)

YNH-nin araşdırılması və zərərin ödənilməsi ilə bağlı vaxt sərfi (gün/manat)

sərnişinlərin icbari fərdi qəza sığortası ödənişləri

YNH nəticəsində icbari sığorta hadisəsi yarandıqda üçüncü şəxslərə dəyən zərərə görə ödənişlər (manat)

sığorta ödənişlərinin tələb olunmayan hissəsi

Yükə dəyən itkilərin növlərinin dəyəri

yüklərin və sərnişinlərin daşınması üzrə müqavilə öhdəliklərinin pozulması nəticə-sində dəyən zərərin məbləği (manat)

yükün zədələnməsi və ya məhv olması ilə bağlı zərərin məbləği (manat)

yük üzrə sığorta xərclərinin tələb olunmayan hissəsi

Yol infrastrukturunun növünə görə dəymiş zərər (manat)

xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat nişanları (lövhəciklər), nəqliyyat vasitələrinin tanınma nişanları və yol işlərində istifadə olunan işarələr

2-dayaqlı metal yol nişanları

3-dayaqlı metal yol nişanları

metal çərçivə konstruksiyalar

bünövrəsiz dayaq nişanları

svetofor və onların dayaqları

xüsusi texniki vasitələr (radar qurğuları, müşahidə kameraları və digərləri) və onların dayaqları

beton səki daşı və səkidə bəzək daşları

yol yamacında su boruları və suötürücü qurğular

torpaq bəndin yamacları

xəndək və beton küvetlər

suötürücü boruların başlıqları

torpaq yığımının sürüşməsinin qarşısını alan qoruyucu altlıq

körpülərin və ya yolötürücülərin dayaqları və aşırım tirləri

Yaşıllıq sahələri (qazon otu, ağac və kol bitkiləri, gül-çiçəklər, şitilliklər) və onların suvarma sistemləri

Yol infrastrukturunun növünə görə dəymiş zərər (manat)

xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat nişanları (lövhəciklər), nəqliyyat vasitələrinin tanınma nişanları və yol işlərində istifadə olunan işarələr

2-dayaqlı metal yol nişanları

3-dayaqlı metal yol nişanları

metal çərçivə konstruksiyalar

bünövrəsiz dayaq nişanları

işıqfor və onların dayaqları

xüsusi texniki vasitələr (radar qurğuları, müşahidə kameraları və digərləri) və onların dayaqları

beton səki daşı və səkidə bəzək daşları

yol yamacında su boruları və suötürücü qurğular

torpaq bəndin yamacları

xəndək və beton küvetlər

suötürücü boruların başlıqları

torpaq yığımının sürüşməsinin qarşısını alan qoruyucu altlıq

körpülərin və ya yolötürücülərin dayaqları və aşırım tirləri

Yaşıllıq sahələri (qazon otu, ağac və kol bitkiləri, qül-çiçəklər, şitilliklər) və onların suvarma sistemləri

1. 9 mart 2023-cü il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 432)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver