Qanunvericilik › Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Profilaktik peyvəndlərin təqvimi

Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Profilaktik peyvəndlərin təqvimi (bundan sonra - təqvim) - vətəndaşlara profilaktik peyvəndlərin aparılması qaydasını, müddətlərini, peyvənd aparılması zəruri olan xəstəliklərin siyahısını müəyyən edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan sənəddir.

Təqvimə daxil edilmiş profilaktik peyvəndlər müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver