Məhkəmə qərarları › İş №1(001)-19/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-19/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-19/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuş, orta təhsilli, heç yerdə işləməyən və oxumayan, Ağdam rayonunun Evoğlu kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 8 ünvanında yaşamış, əvvəllər məhkum olunmamış, barəsində Bakı şəhər Nrəimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işsiz və daimi məşğuliyyəti olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarantiya” yaşayış kompleksi bina 8 blok 2 mənzil 62 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci il tarixdə Laçın şəhərində anadan olmuş, orta təhsilli, işsiz , Laçın rayonunun Qarıkaha kəndində qeydiyyatda olan, hazırda ünvan 5 blok 2 mənzil 60 ünvanında yaşayan, əvvəllər məhkum olunmamuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, yetkinlik yaşına çatmadığı halda tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında, öz təklifi ilə xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini özü ilə gətirdiyi linglə sındırıb açaraq hər ikisi mağazaya qanunsuz daxil olub xidməti otaqdaki dolabdan içərisində 1604 manat 76 qəpik nəgd pul olan 296 manat dəyərində bir ədəd seyfi və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 2050 manat 76 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında, öz təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-ə məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini özü ilə gətirdiyi linglə sındırıb açaraq hər ikisi mağazaya qanunsuz daxil olub xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini linglə sındırıb açaraq içərisində olan 150 manat nəğd pulu, mağazada olan 524 manat dəyərində müxtəlif markalı tütün məhsullarını, 201 manat dəyərində müxtəlif növ şirniyyət məhsullarını və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1025 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında, öz təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus Bakı şəhəri, Binəqədi rayonunun 7-ci mkr. 3123-ci məhəllə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini Təqsirləndirilən şəxs3 özü ilə gətirdiyi linglə sındırıb açaraq hər üçü mağazaya qanunsuz daxil olmuş, kənar şəxslərin mağazaya yaxınlaşdığı halda onlara məlumat vermək üçün Təqsirləndirilən şəxs2 mağazanın giriş qapısında qalmış, özü isə Atəşlə birlikdə köməkləşərək linglə xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini sındırıb açaraq içərisində olan 1250 manat 83 qəpik nəğd pulu və mağazada olan 330 manat 50 qəpikdəyərində müxtəlif markalı tütün məhsullarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1581 manat 33 qəpik məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup halında, öz təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini özü ilə gətirdiyi linglə sındırıb açaraq hər ikisi mağazaya qanunsuz daxil olub xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini də linglə sındırıb açaraq seyfin içərisindən 1827 manat 26 qəpik nəğd pulu və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1977 manat 26 qəpik məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, yetkinlik yaşına çatmadığı halda tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında, sonuncunun təklifi ilə xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini Təqsirləndirilən şəxs1 gətirdiyi linglə sındırıb açaraq hər ikisi mağazaya qanunsuz daxil olub xidməti otaqdaki dolabdan içərisində 1604 manat 76 qəpik nəgd pul olan 296 manat dəyərində bir ədəd seyfi və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 2050 manat 76 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında, sonuncunun təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini Təqsirləndirilən şəxs1 gətirdiyi linglə sındırıb açaraq hər ikisi mağazaya qanunsuz daxil olub xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini də linglə sındırıb açaraq içərisində olan 150 manat nəğd pulu, mağazada olan 524 manat dəyərində müxtəlif markalı tütün məhsullarını, 201 manat dəyərində müxtəlif növ şirniyyət məhsullarını və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1025 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında, öz sonuncunun təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus Bakı şəhəri, Binəqədi rayonunun 7-ci mkr. 3123-ci məhəllə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini Təqsirləndirilən şəxs3 özü ilə gətirdiyi linglə sındırıb açaraq hər üçü mağazaya qanunsuz daxil olmuş, kənar şəxslərin mağazaya yaxınlaşdığı halda onlara məlumat vermək üçün o, mağazanın giriş qapısında qalmış, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 isə birlikdə köməkləşərək linglə xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini sındırıb açaraq içərisində olan 1250 manat 83 qəpik nəğd pulu və mağazada olan 330 manat 50 qəpik dəyərində müxtəlif markalı tütün məhsullarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1581 manat 33 qəpik məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında, Təqsirləndirilən şəxs1 təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus Bakı şəhəri, Binəqədi rayonunun 7-ci mkr. 3123-ci məhəllə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini onun özü ilə gətirdiyi linglə sındırıb açaraq hər üçü mağazaya qanunsuz daxil olmuş, kənar şəxslərin mağazaya yaxınlaşdığı halda onlara məlumat vermək üçün Təqsirləndirilən şəxs2 mağazanın giriş qapısında qalmış, özü isə Elvinlə birlikdə köməkləşərək linglə xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini sındırıb açaraq içərisində olan 1250 manat 83 qəpik nəğd pulu və mağazada olan 330 manat 50 qəpikdəyərində müxtəlif markalı tütün məhsullarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1581 manat 33 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında, sonuncunun təklifi ilə, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının giriş qapısının kilidini Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi linglə sındırıb açaraq hər ikisi mağazaya qanunsuz daxil olub xidməti otaqda olan dolabdaki dəmir seyfin kilidini də linglə sındırıb açaraq seyfin içərisindən 1827 manat 26 qəpik nəğd pulu və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 1977 manat 26 qəpik məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında xərclik pulları olmadığı üçün o, tanışı Təqsirləndirilən şəxs2 yaşadıqları Mehdiabad qəsəbəsi “Gənclər” şəhərciyində yerləşən Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək təklifini etmişdır. Orxan onun təklifi ilə razılaşandan sonra onlar həmin mağazadan oğurluq etmək qərara gəlmişlər. Belə ki, Atəş adlı tanışlarının söhbətlərindən ona məlum idi ki, Zərərçəkmiş şəxs mağazalarında siqnalozasiya yoxdur. Orxanla o, Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək fikirlərini Atəşə deməmişlər və Atəşin onların bu fikirləri barədə məlumatı yox idi. Beləliklə də, Orxanla o, razılaşdıqları kimi xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində yerləşən Zərərçəkmiş şəxs mağazasının yaxınlığına getmişlər. Ətrafda kənar şəxslərin olmadığını görəndə o, özü ilə gətirdiyi linglə mağazanın giriş qapısının kilidini sındırdı və hər ikisi mağazaya daxil oldular. Mağazada xidməti otaqda olan şkafın içindən bir ədəd seyfi və bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu oğurlayaraq oradan çıxmışlar. Mağazadan bir qədər aralandıqdan sonra binanın yaxınlığında olan zibil qutusunun yanında o, əlində olan linglə seyfin kilidini sındırdı və onlar seyfdə olan 1604 manat 76 qəpik pulu götürmüşlər. Mağazadan götürdükləri təhlükəsizlik kameralarının yaddaş qurğusunu isə o, sındıraraq zibil qutusuna atdı. Əldə etdiyləri 1604 manat 76 qəpik pulu isə Orxanla o, bölüşərək 804 manat pulu o, qalan pulu isə Orxan özünə götürdü və hərəsi öz evlarınə getdilər. Həmin 804 manat pulu o, gündəlik ehtiyaclarına istifadə etmişdir. Təqsirləndirilən şəxs2la birlikdə etdiyləri bu oğurluq barədə Təqsirləndirilən şəxs3 məlumatı olmamışdır. Bundan başqa, 2019-cu ilin noyabr ayının 17-si o, tanışı Nurlan Qasımovun adına “Avto Kar”dan icarə müqaviləsi ilə icarəyə “Mercedes” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Onun 18 yaşı tamam olmadığından və sürücülük vəsiqəsi olmadığı üçün avtomobili Nurlanın adına icarəyə götürmüşdür. Avtomobili o, yalnız sürmək məqsədi ilə bir günlük icarəyə götürmüşdü ki, avtomobili idarə etməyi öyrənsin və 18 yaşı tamam olan kimi imtahan verib sürücülük vəsiqəsi ala bilsin. Bir günə görə o, “Avto Kar”a 100 manat icarə haqqı ödəmişdir. Və pulu qurtardığı üçün o, Təqsirləndirilən şəxs2 yenə də mağazadan oğurluq etməyi təklif etmişdir. Bu səfər onlar oğurluğu Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasından etmək qərarına gəlmişlər. Bu məqsədlə də Orxanla o, 2019-cu il noyabrın 18-dən 19-na keçən gecə taksi ilə yaşadıqları “Gənclik” şəhərciyindən Digah qəsəbəsinə gəlib orada Zərərçəkmiş şəxs mağazasının yaxınlığında taksidən düşmüşlər. Gecə, təxminən saat 03 radələri olardı. Orada o, özü ilə gətirdiyi linglə mağazanın giriş qapısının kilidini sındırıb mağazaya daxil olmuşlar. Orada otağda olan şkafın içindəki dəmir seyfin kilidini linglə qıraraq seyfi açıb seyfdə olan 150 manat pulu götürmüşlər. Bundan sonra onlar mağazadan müxtəlif növ siqaret və şirniyyəti və mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu götürüb mağazadan çıxıb piyada yaşadıqları “Gənclik” şəhərciyinə qayıtmışlar. Mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu isə o, yolda sındıraraq yolun kənarındaki zibilliyə atdı. Mağazadaki dəmir seyfdən götürdüyləri 150 manat pulun 75 manatını o, özünə götüdü, qalan 75 manatını isə Orxana verdi. “Avto Kar”dan icarəyə götürdüyü avtomobili o, idarə edərkən ehtiyatsızlıqdan yolun qırağındaki daş bardyura vurub əzdiyinə görə, avtomobilin icarə müqaviləsini uzatmaq məcburiyyətində oldu ki, avtomobili təmir edə bilsin. Belə ki, 500 manatda “Avto Kar”a ödəyərək o, icarə müqaviləsini beş gün müddətinə uzatmışdır. Bu beş gün ərzində o, avtomobili təmir etdirdi. Yol qaydalarını pozmadığına görə, Dövlət Yol Polis əməkdaşları onu saxlamırdılar. Avtomobilin təmir pulunu və icarə haqqını ödəmək üçün ona pul lazım idi. Və başqa çıxış yolu olmadığı üçün o, mağazalardan oğurluq etməyi davam etmək məcburiyyətində idi. xx xxxxxx 2019-cu il tarixdə o, tanışı Təqsirləndirilən şəxs3 ilə yaşadıqları Abşeron rayonu, “Gənclər” şəhərciyində yerləşən çayçıda çay içərkən bu fikrini ona dedi. Atəş ona köməklik etməyə, yəni onunla birlikdə mağazalardan oğurluq etməkdə köməklik etməyə razılığını bildirdi. Onlar söhbət edərkən Təqsirləndirilən şəxs2 da onlara yaxınlaşıb masalarının arxasında əyləşdi, və onlar mağazaların birindən oğurluq etmək fikirlərini Orxana da dedilər. Orxan da onlarla birlikdə oğurluga getmək istəyini onlara bildirmişdir. Bu söhbəti edəndə o, 7-ci mkr. da yerləşən Zərərçəkmiş şəxs mağazasından oğurluq etməyi nəzərdə tutmuşdur. Beləliklə də onlar Binəqədi rayonu, 7-ci mkr-da yerləşən Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar 2019-cu il noyabrın 21-dən 22-nə keçən gecə birgə yaşadıqları məhəllədə görüşüb taksi ilə Binəqədi rayonu, 7-ci mkr-da yerləşən Zərərçəkmiş şəxs mağazası istiqamətində getmişlər. Onlar mağazaya catanda gecə, saat 03 radələri olardı. Taksi çıxıb gedəndən sonra onlar həmin mağazaya yaxınlaşmışlar. Atəş özü ilə gətirdiyi dəmir linglə mağazanın giriş qapısının kilidini qırmış və onlar hər üçü mağazaya daxil olmuşlar. Orxan mağazanın giriş qapısında qaldı ki, gələn olsa onlara xəbər versin. Atəşlə o, isə mağazadaki xidməti otağa keçmişlər. Xudməti otağın qapısı kilidlə bağlı deyildi. Atəşlə o, köməkləşərək Atəşin özü ilə gətirdiyi linglə otaqda olan şkafın içindəki dəmir seyfin kilidini qırmış və Atəş seyfdəki pulu götürmüşdür. Bundan sonra onlar mağazadan müxtəlif növ siqaretlər də götürüb Orxanla birlikdə mağazadan çıxmışlar. Onlar mağazadan kənarlaşaraq taksi ilə məhəllələrinə qayıtmışlar. Orada Atəş kassadan götürdüyü pulu sayanda, görmüşlər ki, Atəş seyfdən 1250 manat 83 qəpik pul götürüb. Həmin pulun 420 manatını Atəş özünə götürdü, 420 manatını ona, qalan pulu isə Orxana vermişdir. Bundan sonra mağazadan götürdüyləri siqaretləri də aralarında bölüşdürəndən sonra onlar ayrılmışlar. Səhəri, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində Atəşlə o, “Gənclər” şəhərciyindəki çayçıda görüşmüşlər. O, Atəşə bildirmişdir ki, gecədəki oğurluqdan ona qalan 420 manat pul avtomobilin təmirini və icarə haqqını ödəmir. O, bu səfər Atəşə Azadlıq prospektində, Azadlıq metro stansiyasının yaxınlığında yerləşən «Mələk» sadlıq sarayının binasındaki Zərərçəkmiş şəxs mağazasından oğurluq etməyi təklif etmişdir. Atəşlə o, 2019-cu il noyabrın 22-dən 23-nə keçən gecə yaşadıqları binanın yaxınlığında görüşüb Nurlan icarəyə götürdüyü “Mercedes” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azadlıq prospektində, Azadlıq metro stansiyasının yaxınlığında yerləşən «Mələk» sadlıq sarayının binasındaki Zərərçəkmiş şəxs mağazasına getmişlər. Avtomobili o, idarə edirdi. Mağazaya çatanda gecə saat 03 radələri olardı. O, idarə etdiyi avtomobili mağazanın yaxınlığında saxladı və onlar avtomobildən düşüb mağazaya yaxınlaşmışlar. Bu səfər o, özü ilə gətirdiyi linglə mağazanın giriş qapısının kilidini qıraraq hər ikisi mağazaya daxil olmuşlar. Mağazada cəmi bir otaq olduğu üçün onlar həmin otağa kecmişlər. Otaqda o, gətirdiyi liglə oradaki dəmir seyfin kilidini qıraraq seyfin qapısını açmışdır. Kassada pul var idi. Atəş kassadakı pulu götürdü və onlar mağazadan çıxmışlar. Mağazadan çıxanda o, mağazadaki bir ədəd mağazanın təhlükəsizlik kamerasının yaddaş qurğusunu da özü ilə götürmüşdürş Onlar gəldiyləri avtomobil ilə də məhlələrinə qayıtmışlar. Mağazadan götürdüyü təhlükəsizlik kamerasının yaddaş qurğusunu o, yolda sındıraraq yolun kənarına atmışdır. Yolda Atəş mağazadan götürdüyü pulu sayanda görmüşlər ki, bu səfər kassadan 1827 manat 26 qəpik pul götürmüşlər. Həmin pulu Atəş iki yerə bölərək 915 manat pulu ona verdi, qalanını isə özünə götürmüşdür. Məhəllələrinə çatanda Atəşlə o, ayrılmışlar. Onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməmişdir, lakin o, əməlindən peşimandır, Nərimanov rayonunun ərazisində törətdiyi oğurluq hadisəsinə görə Nərimanov rayon məhkəməsi tərəfindən həbs olunmuşdur. Məhkəmədən oan köməklik olunmasını xahiş edir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında xərclik pulları olmadığı üçün tanışı Təqsirləndirilən şəxs1 ona pul əldə etmək üçün mağazalardan oğurluq etməyi təklif etmişdir. Və onlar yaşadıqları Mehdiabad qəsəbəsi “Gənclər” şəhərciyində yerləşən Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək qərarına gəlmişlər. Beləliklə də, əvvəldən razılaşdıqları kimi onlar xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində “Gənclər” şəhərciyində yerləşən Zərərçəkmiş şəxs mağazasına getmiş və heç kimin olmadığını görüb, Elvin özü ilə gətirdiyi linglə qapının kilidini sındırıb mağazaya daxil olmuşlar. Mağazada xidməti otaqda olan şkafın içindən bir ədəd seyfi və bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu oğurlayaraq mağazadan çıxmışlar. Mağazadan bir qədər aralandıqdan sonra binanın yaxınlığında olan zibil qutusunun yanında Elvin əlində olan dəmir linglə seyfin kilidini sındırdı və onlar seyfdə olan 1604 manat 76 qəpik pulu götürmüşlər. Mağazadan götürdüyləri təhlükəsizlik kameralarının yaddaş qurğusunu isə sındıraraq zibil qutusuna atmışlar. Əldə etdiyləri 1604 manat 76 qəpik pulu isə Elvinlə o, öz aralarında bölmüşlər. Belə ki, həmin pulun 804 manatıını Elvin özünə götürdü, qalan 800 manat 76 qəpiyi isə ona verdi. Bundan sonra onlar ayrılıb hərəsi üz evlərinə getmişlər. Həmin 800 manat 76 qəpik pulu o, öz gündəlik ehtiyaclarıma istifadə etmişdir. Bu oğurluq 2019-cu il oktyabrın 15-dən 16-na keçən gecə Mehdiabad qəsəbəsi “Gənclər” şəhərciyində yerləşən Zərərçəkmiş şəxs mağazasından etdikləri oğurluq barədə Atəş adlı tanışlarının məlumatı olmamışdır. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs1 icarəyə “Mercedes” markalı avtomobil götürdüyünə görə icarə haqqını ödəmək üçün ona təcili pul lazım idi. Buna görə də Elvin ona yenə də mağazaların birindən oğurluq etməyi təklif etdi. Bu məqsədlə də Elvinlə o, 2019-cu il noyabrın 18-dən 19-na keçən gecə taksi ilə yaşadıqları “Gənclik” şəhərciyindən Digah qəsəbəsinə gəlib orada Zərərçəkmiş şəxs mağazasının yaxınlığında taksidən düşdmüşlər. Gecə, saat 03 radələri olardı. Orada Elvin özü ilə gətirdiyi linglə mağazanın giriş qapısının kilidini sındırıb mağazaya daxil olmuşlar. Mağazada Elvin gətirdiyi linglə xidməti otaqda olan dəmir seyfin kilidini qıraraq seyfi açıb seyfdə olan 150 manat pulu götürmüşdür. Bundan başqa onlar mağazadan müxtəlif növ siqaret, şirniyyəti və mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusunu götürüb mağazadan çıxmışlar. Yolda onlar mağazadan götürdüykləri təhlükəsizlik kameralarının yaddaş qurğusunu sındırıb yolun kənarındaki zibilliyə atmışlar. Mağazadaki dəmir seyfdən götürdükləri 150 manat pulun 75 manatını Elvin ona vermiş, qalan 75 manatını isə özünə götürmüşdür. Həmin 75 manat pulu da o, sonradan öz gündəlik ehtiyaclarına istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində o, yaşadığı Gənclər şəhərciyindəki çayxanada Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 ilə rastlaşmışdır. Onlar çay içərkən Atəşdə onların oturduqları masanın arxasına əyləşmişdir. Söhbət zamanı ona məlum olmuşdur ki, Elvinlə Atəş mağazaların birində oğurluq etmək istəyirlər. O, da onlarla birlikdə oğurluğa getmək istəyini onlara bildirmişdir. Onlar onun da oğurluqda iştirak etməyinə razılıqlarını bildirmişlər. Beləliklə də onlar yekun qərara qələndən sonra gecə saat 02:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı binanın qarşısında görüşmüş və saat 03:00 radələrində onlar Təqsirləndirilən şəxs1 tapdığı Zərərçəkmiş şəxs mağazanın yaxınlığına gəlmişlər. Atəş özü ilə dəmir ling gətirmişdir. Təqsirləndirilən şəxs1 Atəşin gətirdiyi lingi Atəşin əlindən alıb mağazanın qiriş qapısının kilidini sındırmış. Bundan sonra onlar üçü də mağazaya daxil olmuşlar. O, giriş qapısının yanında durmuş ki, kənar şəxsin mağazaya yaxınlaşması bardə Elvinlə Atəşə xəbər versin. Təqsirləndirilən şəxs1la Atəş isə mağazanın müdirinin xidməti otağına keçmişlər. Müdirin xidməti otağının qapısı kilidlə bağlı deyildi. Ona görə də onlar qapını açaraq ikisi də xidməti otağa daxil olmuşlar. Elvinlə Atəş linglə xidməti otaqda olan dəmir seyfin kilidini qıraraq seyfin qapısını açmışlar. O, da bir neçə dəfə onlara yaxınlaşıb, onların nə etdiklərini görmüşdür. Atəş seyfdəki pulu götürdükdən sonra onlar mağazadan çıxmşlar. Mağazadan çıxanda onlar mağazadan müxtəlif növ siqaretlər də götürmüşlər. Mağazadan çıxandan sonra onlar tanımadıqları taksi ilə yaşadıqları qəsəbəyə qayıtmışlar. Orada Atəş kassadan götürdüyü pulu sayanda, məlum olmuşdur ki, Atəş kassadan 1250 manat 83 qəpik pul götürüb. Həmin pulun 420 manatını Atəş özünə götürdü, 420 manatını Elvinə, galan 410 manat 83 qəpik pulu isə ona vermişdir. Və bundan sonra onlar ayrılmışlar. 2019-cu il oktyabrın 15dən 16-na keçən gecə Mehdiabad qəsəbəsi “Gənclər” şəhərciyində yerləşən Zərərçəkmiş şəxs mağazasından etdiyləri oğurluq barədə Təqsirləndirilən şəxs3 məlumatı olmamışdır. Onun valideyini tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. O, əməlindən peşiman olduğunu bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində o, tanışı Təqsirləndirilən şəxs1la Abşeron rayonu, Gənclər şəhərciyindəki çayçıda oturub söhbət edərkən Elvin icarəyə avtomobil götürdüyünü və avtomobilin icarə haqqını ödəmək üçün pula ehtiyacı olmasını ona bildirmişdir. Elvinin dediyinə görə, icarəyə götürdüyü avtomobili o, yolun kənarındakı bardyura vurub əzdiyinə görə avtomobilin təmirinə də pul lazım idi. Həmin vaxtı onun özünün də pula ehtiyacı var idi. Və söhbət zamanı Elvin ona mağazaların birindən oğurluq etməyi təklif etmiş və o, Elvinə onunla birlikdə oğurluq etməyə razılığını bildirmişdir. Bu zaman onların ümumi tanışı olan Təqsirləndirilən şəxs2 da onların masasının arxasına əyləşib onların söhbətlərinə şərik olmuş və onlarla birlikdə oğurluğa getmək istəyini onlara bildirmişdir. Və onlar Orxanın da onlarla birlikdə oğurluğa getməyinə razılıqlarını bildirmişlər. Danışdıqları kimi onlar 2019-cu il noyabrın 21-dən 22nə keçən gecə saat 02:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında görüşmüş və Elvinin tapdığı Binəqədi rayonunun 7-ci mikrorayonda yerləşən mağazaya yollanmışlar. Təxminən saat 03:00 radələrində onlar Elvin göstərdiyi 7-ci mikrorayonda yerləşən Zərərçəkmiş şəxs mağazasına yaxınlaşmışlar. Mağazanın qapısının kilidini qırmaq üçün o, özü ilə dəmir ling gətirmişdir. Elvin onun əlindən lingi alaraq mağazanın qırış qapısının kilidini qırdıqdan sonra onlar üçü də mağazaya daxil olmuşlar. Orxan qiriş qapısının yanında qalmış ki, kənar şəxslərin mağazaya yaxınlaşdığı halda onlara xəbər etsin. Elvinlə o, isə mağazadaki xidməti otağa keçib, köməkləşərək orada olan seyfin kilidini linglə qıraraq seyfin qapısını açmış və o, seyfdə olan pulu götürmüşlər. Bundan sonra onlar mağazadan müxtəlif növ siqaretləri də götürüb mağazadan çıxıb tanımadıqları taksi avtomobili ilə məhəllələrinə qayıtmışlar. Seyfdən götürdüyü pulu sayanda, müəyyən olmuşdur ki, seyfdən 1250 manat 83 qəpik pul götürmüşdür. Həmin pulun 420 manatını o, özünə götürdü, 420 manatını Elvinə, qalan pulu isə Orxana vermişdir. Mağazadan götürdükləri siqaretləri də aralarında bölüşdürəndən sonra onlar ayrılmışlar. Səhəri, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində yenə də Təqsirləndirilən şəxs1la məhəllədəki çayçıda görüşüb söhbət edərkən Elvin ona demişdir ki, gecədəki oğurluqdan ona qalan 420 manat pul avtomobilin təmirini və icarə haqqını ödəmir. Və o, yenə də mağazaların birindən oğurluq etməyi təklif etmişdir. Elvin ona Azadlıq metro stansiyasının yaxınlığında yerləşən Mələk şadlıq sarayının binasındaki Zərərçəkmiş şəxs mağazasından oğurluq etməyi təklif etdi. O, razılığını bildirəndən sonra Elvinlə o, 2019-cu il noyabrın 22-dən 23-nə keçən gecə yaşadıqları binanın yaxınlığında görüşüb Elvinin icarəyə götürdüyü “Mercedes” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azadlıq metro stansiyasının yanında yerləşən «Mələk» şadlıq sarayının binasında yerləşən Zərərçəkmiş şəxs mağazasının yaxınlığına gəlmişlər. Avtomobili Təqsirləndirilən şəxs1 idarə edirdi. Mağazaya çatanda gecə təxminən saat 03 radələri olardı. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili mağazanın yaxınlığında saxladı və onlar hər ikisi mağazaya yaxınlaşmışlar. Elvin özü ilə gətirdiyi dəmir linglə mağazanın giriş qapısının kilidini qıraraq mağazanın qapısını açaraq onlar mağazaya daxil olmuşlar. Mağazada onlar xidməti otağa keçmiş və Elvin özü ilə gətirdiyi linglə otaqda olan dəmir seyfin kilidini qıraraq seyfin qapısını açmışdır. O, seyfdə olan pulu götürəndən sonra onlar mağazadan çıxmışlar. Çıxanda Elvin mağazadaki təhlükəsizlik kamerasının yaddaş qurğusunu da özü ilə götürmüşdür. Onlar gəldikləri avtomobil ilə də məhəllələrinə qayıtmışlar. Mağazadan götürdükləri təhlükəsizlik kamerasının yaddaş qurğusunu onlar yolda sındıraraq yolun kənarına atmışlar. Yolda o, mağazadan götürdüyü pulu sayanda müəyyən olundu ki, bu səfər seyfdən 1827 manat 26 qəpik pul götürmüşlər. Həmin pulu o, iki yerə bölərək 915 manatını Elvinə verdi, qalan pulu isə özünə götürdü. Məhəllələrinə çatanda Elvinlə ayrılmış və o, evlərinə getmişdir. Qohumları tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbləri yoxdur. O, ailəsindən boşanmışdır, birgə nikahından olan üç azyaşlı uşaq onun himaysindədir. Məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri və yaxın ətraf rayonlarda 210 ədəd mağazaları vardır. Mağazaların müdirləri Şırkət tərəfindən təyin edilir və Şirkətə tabe olan işçilərdir. Mağazaların malları Şirkət tərəfindən təhciz edilir, gündəlik alverləri barədə Şirkətə hesabatlar və baş vermiş hər hansı hadisə barədə, o, cümlədən də oğurluq hadisələri barədə məlumatlar verilir. Şirkətin İdarə işləri üzrə bölmə rəisi kimi vəzifələrinin icrası ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə səhər, saat 09 radələrində Zərərçəkmiş şəxs MMC-yə məxsus ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri Şahid4 şirkətə zəng edərək 2019-cu il oktyabrın 15-dən 16-na keçən gecə mağazanın giriş qapısının kilidi sındırılaraq mağazadan oğurluq baş verməsi barədə məlumar verilmişdir. O, mağazaya gedəndən sonra məlum olmuşdur ki, mağazadan içərisində 1604 manat 76 qəpik nəgd pul, 296 manat dəyərində bir ədəd dəmir seyf və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusu oğurlanmışdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 2050 manat 76 qəpik məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə Şahid4 ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə səhər, təxminən saat 09 radələrində Zərərçəkmiş şəxs MMC-yə məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri Şahid3 şirkətə zəng edərək 2019-cu il noyabrın 18dən 19-na keçən gecə mağazanın giriş qapısının kilidi sındırılaraq mağazadan oğurluq baş verməsi barədə məlumar verilmişdir. O, mağazaya gedəndən sonra məlum olmuşdur ki, mağazadaki dəmir seyf sındırılaraq içərisində olan 150 manat nəgd pul, 524 manat dəyərində müxtəlif markalı tütün məhsulları, 201 manat dəyərində müxtəlif növ şirniyyət məhsulları və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusu oğurlanmışdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 1025 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə Şahid3 ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3123 məhəllə ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri Şahid2 şirkətə zəng edərək 2019-cu il noyabrın 21-dən 22-na keçən gecə mağazanın giriş qapısının kilidi sındırılaraq mağazadan oğurluq baş verməsi barədə məlumar verilmişdir. O, mağazaya gedəndən sonra məlum olmuşdur ki, mağazada olan dəmir seyf sındırılaraq seyfdə olan 1250 manat 83 qəpik nəgd pul və 330 manat 50 qəpik dəyərində müxtəlif markalı tütün məhsulları oğurlanmışdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 1581 manat 33 qəpik məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə Şahid2 ərizə ilə Binəqədi RPİ-nə müraciət etmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-yə məxsus ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri Şahid1 şirkətə zəng edərək 2019-cu il noyabrın 22-dən 23-nə keçən gecə mağazanın giriş qapısının kilidi sındırılaraq mağazadan oğurluq baş verməsi barədə məlumar verilmişdir. O, mağazaya gedəndən sonra məlum olmuşdur ki, mağazada olan dəmir seyf sındırılaraq seyfdə olan 1827 manat 26 qəpik nəgd pul və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusu oğurlanmışdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 1977 manat 26 qəpik məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə Şahid1 ərizə ilə Binəqədi RPİ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdıqlarını, onlar tərəfindən şirkətə vurulmuş ziyanın qaytarıldığını bildirərək onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdən Zərərçəkmiş şəxs MMC-nin ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri vəzifəsində işləyir. Mağazanın iş günü səhər saat 08:00-da başlanır, axşam saat 22:00-da başa çatır. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 22:05-də o, mağazanı bağlayıb evə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saat 07:30-da mağazaya gəldikdə görmüşdür ki, mağazanın giriş qapısı açıqdır. O, mağazadan oğurluq olunmasını başa düşüb dərhal Şirkətə və DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra mağazaya Abşeron RPİnin əməkdaşları və Şirkətin nümayəndəsi gəlmişlər. Müayinə zamanı müəyyən olunmuşdur ki, mağazanın giriş qapısının kilidi sındırılaraq mağazanın qapısı açılmış və mağazadan içində 1604 manat 76 qəpik nəgd pul olan 296 manat dəyərində bir ədəd dəmir seyf və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusu oğurlanmışdır. Beləliklə də, baş vermiş oğurluq nəticəsində Şirkətə ümumilikdə 2050 manat 76 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, o, Zərərçəkmiş şəxs MMC-nin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 36 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri vəzifəsində işləyir. Mağazanın iş vaxtı səhər saat 08:00-da başlayır və gecə saat 22:30 radələrində başa çatır. xx xxxxxx 2019-cu il tarixdə axşam, saat 22:30 radələrində, mağazanı bağlamamışdan əvvəl həmin gün alverdən əldə edilmiş 1827 manat 26 qəpik nəğd pulu o, xidməti otağda olan şkafın içərisindəki dəmir seyfə qoyub qapısını kilidlə bağlamış və bundan sonra mağazanın giriş qapısını kilidləyərək çıxıb getmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən səhər saat 08:00 radələrində mağazaya gələndə mağazanın giriş qapısının açıq olmasını görmüş və oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. O, dərhal Şirkətə və DİN-nin 102 xidmətinə baş vermiş oğurluq hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra mağazaya Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları və Şirkətin nümayəndəsi gəlmişlər. Müayinə zamanı müəyyən olunmuşdur ki, mağazanın giriş qapısının kilidi sındırılaraq mağazanın qapısı açılmış və mağazadaki dəmir seyf sındırılaraq içərisində olan 1827 manat 26 qəpik nəgd pul və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusu oğurlanmışdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 1977 manat 26 qəpik məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə o, ərizə ilə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət etmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid3 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, o, Zərərçəkmiş şəxs MMC-nin Abşeron rayonu Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri vəzifəsində işləyir. Mağazanı hər gün saat 07 radələrində açır, axşam saat 22 radələrində isə bağlayır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 22 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhəri, yəni xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 07 radələrində mağazaya gələndə mağazanın giriş qapısının açıq olmasını görmüşdür. Mağazadan oğurluq olunmasını başa düşüb o, dərhal Şirkətə və DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra mağazaya Abşeron RPİ-nin əməkdaşları və Şirkətin nümayəndəsi gəlmişlər. Müayinə zamanı müəyyən olunmuşdur ki, mağazanın giriş qapısının kilidi sındırılaraq mağazanın qapısı açılmış və mağazadaki dəmir seyf sındırılaraq içərisində olan 150 manat nəgd pul, 524 manat dəyərində müxtəlif markalı tütün məhsulları, 201 manat dəyərində müxtəlif növ şirniyyət məhsulları və dəyəri 150 manat olan bir ədəd mağazanın təhlükəsizlik kameralarının yaddaş qurğusu oğurlanmışdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Şirkətə ümumilikdə 1025 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə Şahid3 ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid2 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, o, Zərərçəkmiş şəxs MMC-nin Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllədə yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri vəzifəsində işləyir. Mağazanın iş vaxtı səhər saat 08:00-da başlayır və gecə saat 22:30 radələrində başa çatır. xx xxxxxx 2019-cu il tarixdə axşam, təxminən saat 22:30 radələrində mağazanı bağlamamışdan əvvəl həmin gün alverdən əldə edilmiş 1250 manat 83 qəpik nəğd pulu o, xidməti otağda olan şkafın içərisindəki dəmir seyfə qoyub seyfi də kilidlə bağlamışdır. Bundan sonra o, mağazanı bağlayıb evlərinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08:00 radələrində mağazaya gələndə mağazanın giriş qapısının açıq olmasını görmüş və mağazadan oğurluq olunmasını başa düşmüşdür. O, dərhal Şirkətə və DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra mağazaya Binəqədi RPİnin 4-cü Polis Şöbəsinin əməkdaşları və Şirkətin nümayəndəsi gəlmişlər. Müayinə zamanı müəyyən olunmuşdur ki, mağazanın giriş qapısının kilidi sındırılaraq mağazanın qapısı açılmış və mağazadaki dəmir seyf sındırılaraq içərisində olan 1250 manat 83 qəpik nəgd pul və 330 manat 50 qəpik dəyərində müxtəlif markalı tütün məhsulları oğurlanmışdır. Beləliklə də, baş vermiş oğurluq nəticəsində Şirkətə ümumilikdə 1581 manat 33 qəpik məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə o, ərizə ilə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhə olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhə olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhə olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-936/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri qismində həbs qətimkan tədbirinin seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş kapitanı Nahid Məmmədovun vəsatəti rədd edilərək, Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-937/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeroan rayon Pİ-nin müstəntiqi tərəfindən qəbul edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Abşeroan rayon Pİ-nin müstəntiqi tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, vət. Şahid3 ərizəsi ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək, ********* nömrəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq onun barəsində başqa qətimkan tədbirinin seçilməməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq onun barəsində başqa qətimkan tədbirinin seçilməməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, vət. Şahid4 ərizəsi ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək, ********* nömrəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Şahid3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, vət. Şahid3 ərizəsi ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək, ********* nömrəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, X1 Elvin Elxan oğluna icarəyə verilmiş “Mercedes” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili geri götürülmüşdür. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi və onun Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, vət. Şahid4 ərizəsi ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək, ********* nömrəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə olan cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hüquqi şəxs olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə hüquqi şəxs olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 2019-cu il iyulun 23-dən 24-nə keçən gecə Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı təqsirliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM – nin 39.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində başlanmış cinayət təqibinə xitam verilsin. 2019-cu il noyabrın 02-dən 03-nə keçən gecə Zərərçəkmiş şəxs MMC-nə məxsus Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı təqsirliyləri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM – nin 39.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində başlanmış cinayət təqibinə xitam verilsin. 2019-cu il iyulun 23-dən 24-nə keçən Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı Abşeron RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikası CM – nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli və 2019-cu il noyabrın 02-dən 03-nə keçən gecə Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı Abşeron RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikası CM – nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işlərinin istintaqı aparılan cinayət işindən ayrılaraq ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə göndərilməsi barədə qərar qəbul edilsin. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM – nin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığından CPM – nin 39.1.2-ci maddəsinə əsasən onlar barəsində həmin fakt üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 tərəfindən “xxxx” MMC-dən icarəyə götürmüş “Mercedes” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin Sürücülük vəsiqəsi olmadan idarə edilməsi və eytiyatsızlıqdan avtomobili yolun kənarındaki bardyura vuraraq əzməsi faktında Azərbaycan Respublikası CM – nin 187-ci və 263-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi olmadığına görə CPM – nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində həmin fakt üzrə cinayət təqibinə xitam verilsin. Araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonunun 7-ci mkr. 3123-ci məhəllə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri Şahid2 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilsin. Araşdırma zamanı ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının müdiri Şahid1 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilsin. Məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 31672 saylı rəyi sübut növü kimi qiymətləndirilsin. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(005)-1302/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31672 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Abşeron RPİ 5 xx.xx.2019 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi vət. Şahid4 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1, 2, 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki “a”, “b” əl barmaq izləri 5 saylı daktiloplyonkanın səthindəki əl-barmaq izi, Abşeron RPİ xx.xx.2019 Abşeron rayonu, Digah qəsəbəsi, vət. Şahid3 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 8,9,11 saylı daktilolentlerin səthindəki əl-barmaq İzlərinin, 10 saylı daktilolentin səthindəki papilyar naxış izinin, 12,13 saylı daktilolentlerin səthindəki ovuc izlərinin,xx.xx.2019 Binəqədi RPİ-nin 4-PŞ Binəqədi rayonu 7-ci mkr 3123-cü məhəllədə yerləşən vət. Şahid2 Oqtay oğluna məxsus Zərərçəkmiş şəxs baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,3 saylı daktilolentlerin səthindəki ovuc izləri, 2,4,5 saylı daktilolentlerin səthindəki əl-barmaq izləri, xx.xx.2019 Binəqədi RPİ-nin 4-cü PŞ-si Binəqədi r-nu F.Rüstəmov küç 15-də işlətdiyi “AL” marketdən oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,2 saylı daktilolentlerin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş Abşeron RPİ xx.xx.2019 Abşeron rayon Mehdabad qəsəbəsi Gənclər şəhərciyi vət. X3 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,2,3,4, saylı daktilolentlerin, 5 saylı dktiloplyonkanın səthindəki papilyar naxış izləri, 6,7 saylı daktilolentlərinin səthindəki əl-barmaq və papilyar naxış izləri, Abşeron RPİ xx.xx.2019 Abşeron rayonu, Digah qəsəbəsi, vət. Şahid3 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 8,9,10,11 saylı daktilolentlerin səthindəki papilyar naxış izləri, 14,15,16 saylı daktilolentlərinin səthindəki əl-barmaq və papilyar naxış izləri, xx.xx.2019 Binəqədi RPİ-nin 4-PŞ Binəqədi rayonu 7-ci mkr 3123-cü məhəllədə yerləşən vət. Şahid2 Oqtay oğluna məxsus Zərərçəkmiş şəxs baş yermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 4 saylı daktilolentin səthindəki papilyar naxış izləri, xx.xx.2019 Binəqədi RPİ-nin 4-cü PŞ-si Binəqədi rayonu, F.Rüstəmov küç 15-də işlətdiyi “AL” marketdən oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,2 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 3 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş Abşeron RPİ xx.xx.2019 Abşeron rayon Mehdabad qəsəbəsi Gənclər şəhərciyi vət. X3 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,2,3 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri, 5 saylı daktiloplyonkanın səthindəki əlbarmaq izi, Abşeron RPİ xx.xx.2019 Abşeron rayonu, Digah qəsəbəsi, vət. Şahid3 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 8,9,11 saylı daktilolentlərin səthindəki əl-barmaq izlərinin, 10 saylı daktilolentin səthindəki papilyar naxış izinin, 12,13 saylı daktilolentlərin səthindəki ovuc üzlərinin, xx.xx.2019 Binəqədi RPl-nin 4-PŞ Binəqədi rayonu 7-ci mkr 3123-cü məhəllədə yerləşən vət. Şahid2 Oqtay oğluna məxsus Zərərçəkmiş şəxs baş yermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,3 saylı daktilolentlərin səthindəki ovuc izləri, 2,4,5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, xx.xx.2019 Binəqədi RPİ-nin 4-cü PŞ-si Binəqədi r-nu F.Rüstəmov küç 15-də işlətdiyi “AL” marketdən oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloxəritələrə köçürülmüş, bir neçə yararlı eksperimental əl-barmaqlarından qalmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloxəritələrə köçürülmüş eksperimental bir neçə əl-barmaq və ovuc izləri tam və aydın köçürülmədiyindən Abşeron RPİ xx.xx.2019 Abşeron rayon Mehdabad qəsəbəsi Gənclər şəhərciyi vət. X3 işlətdiyi Zərərçəkmiş şəxs oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,2,3 saylı daktilolentlərin səthindəki əl-barmaq izlərinin 4 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izlərinin, 5 saylı daktiloplyonkanın səthindəki əl-barmaq izinin, Abşeron RPİ xx.xx.2019 Abşeron rayonu, Digah qəsəbəsi, vət. Şahid3 işlətdiyi Zərərçəkmiş şəxs oğlurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 8, 9, 11 saylı daktilolentin səthindəki əl-barmaq izlərinin, 10 saylı daktilolentin səthindəki papilyar naxış izinin, 12,13 saylı daktilolentlərin səthindəki ovuc izlərinin, xx.xx.2019 Binəqədi RPİ-nin 4-PŞ Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllədə yerləşən vət. Şahid2 Oqtay oğluna məxsus Zərərçəkmiş şəxs baş vermis oğlurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1,3 saylı daktilolentlərin səthindəki ovuc izlərinin, 2,4, 5 saylı daktilotenlərin səthindəki əl-barmaq izlərinin, xx.xx.2019 Binəqədi RPİ-nin 4-cü PŞ-si Binəqədi rayonu, F.Rüstəmov küçəsi 15-də işlətdiyi “AL” marketdən oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1, 2 saylı daktilolentlərin səthindəki əl-barmaq izlərinin tədqiqatı aparılmadı. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, 31672 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 161,11 (yüz altmış bir manat on bir qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, cinayət törədilən zaman özünün yetkinlik yaşına çatmayan şəxs olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, ittiham olunduğu oğurluq epizodlarından birini yetkinlik yaşına çatmamış törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində üç ayaşlı uşağı tək tərbiyyə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmasını, eləcə də barəsində məhkəmədə cinayət işi baxılarkən yenidən Nərimanov rayon ərazsində oğurluq cinayəti törətməsi onun islah olunmaması nəticəsinə gəlmək üçün məhkəmədə əsas yaratdığından məhkəmə hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamsını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi oğurluq epizodlarından birini yetkinlik yaşına çatmamış törətməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum olunmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını , himayəsində olan üç azyaşlı övladını tək tərbiyyə etməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət qanunun təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməslər cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarantiya” yaşayış kompleksi, bina 8, blok 2, mənzil 62 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 blok 2, mənzil 60 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il və xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il və xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli həbs qətimkan tədbiri seçildiyi xx.xx.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun oğlunun xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il və xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər həbsdə saxlandığı 04 (dörd) gün müddət ona təyin edilmiş bir il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cazası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətmkan tədbiri ləğv edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı barəsində seçilmiş “həbs” qətimkan nəzərə alınsın. Hökm qanuni qüvvəsini alanadək barəsində olan həbs qətimkan tədbiri qüvvədə axlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il və xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər həbsdə saxlandığı 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yeri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarantiya” yaşayış kompleksi, bina 8, blok 2, mənzil 62 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında”iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yeri olan ünvan 10 blok 2, mənzil 60 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar