Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-21/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.55 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi6 , Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi5, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə 08 avqust 1998-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Aşağı Salamabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1998-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 08 avqust 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ofisiant işlədiyi və Təqsirləndirilən şəxs3 faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının 2-ci on günlüyünün sonunda istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23.00 radələrindən növbəti gün saat 06.00 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 - yenidən qəsdən təkrarən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ofisiant işlədiyi və Təqsirləndirilən şəxs3 faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının sonu, may ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6, Şahid2, Şahid3 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 24:00 radələrindən növbəti gün saat 08:00 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 - yenidən qəsdən təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ofisiant işlədiyi və Təqsirləndirilən şəxs3 faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 05 may 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6, Şahid2, Şahid3, Şahid1 və Şahid5 dəvət etmiş, qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 2 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23:00 radələrindən etibarən qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 06 may 2023-cü il tarixdə saat 02:48-də həmin zaman orada olan X2 razılığı və iştirakı ilə həmin otelin 2 nömrəli otağına baxış və götürmə aparan zaman orada Şahid4, Şahid6, Şahid2, Şahid3, Şahid1 və Şahid5 qumar oyunu oynadıqları müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədilə istifadə olunan 1187 manat məbləğində pul vəsaiti və 02 ədəd oyun kartı dəsti aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ofisiant işlədiyi və Təqsirləndirilən şəxs3 faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının 2-ci ongünlüyünün sonunda istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23:00 radələrindən növbəti gün saat 06 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ofisiant işlədiyi və Təqsirləndirilən şəxs3 faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının 3-cü ongünlüyünün əvvəllində istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə istintaqla müəyyən edilməyən müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ofisiant işlədiyi və Təqsirləndirilən şəxs3 faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 05 may 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6, Şahid2, Şahid3, Şahid1 və Şahid5 dəvət etmiş, qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 2 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23:00 radələrindən etibarən qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 06 may 2023-cü il tarixdə saat 02:48-də həmin zaman orada olan X2 razılığı və iştirakı ilə həmin otelin 2 nömrəli otağına baxış və götürmə aparan zaman orada Şahid4, Şahid6, Şahid2, Şahid3, Şahid1 və Şahid5 qumar oyunu oynadıqları müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədilə istifadə olunan 1187 manat məbləğində pul vəsaiti və 02 ədəd oyun kartı dəsti aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs3 - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının 2-ci ongünlüyünün sonunda istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, oteldə ofisiant işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23:00 radələrindən növbəti gün saat 06 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının 3-cü ongünlüyünün əvvəllində istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, oteldə ofisiant işləyən Təqsirləndirilən şəxs2 qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə istintaqla müəyyən edilməyən müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 - təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 2023-cü ilin aprel ayının sonu, may ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6, Şahid2, Şahid3 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət etmiş, oteldə ofisiant işləyən Təqsirləndirilən şəxs1 qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 12 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 24:00 radələrindən növbəti gün saat 08:00 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı otelə 05 may 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid4, Şahid6, Şahid2, Şahid3, Şahid1 və Şahid5 dəvət etmiş, oteldə ofisiant işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim etməklə həmin otelin 2 nömrəli otağında pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23 radələrindən etibarən qeyd edilən şəxslərin kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində 06 may 2023-cü il tarixdə saat 02:48-də həmin zaman orada olan X2 razılığı və iştirakı ilə həmin otelin 2 nömrəli otağına baxış və götürmə aparan zaman orada Şahid4, Şahid6, Şahid2, Şahid3, Şahid1 və Şahid5 qumar oyunu oynadıqları müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədilə istifadə olunan 1187 manat məbləğində pul vəsaiti və 02 ədəd oyun kartı dəsti aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin aprel-may aylarında Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Şah” adlı oteldə ofisiant kimi işləmişdir. Təqsirləndirilən şəxs3 nəzarət üçün tez-tez həmin otelə gəlib-gedirmiş və onunla münasibətləri yaranmışdır. 2016-cı ildə hərbi xidmətə getdiyi üçün işdən ayrılmışdır. Lakin Namiqlə aralarında münasibətləri qalmışdır. 2023-cü ilin mart ayının sonlarında Namiq ona zəng edib demişdir ki, işçiyə ehtiyacı var. Ona təklif etmişdir ki, gəlib yenidən orada işləsin. O da razılaşmış və mart ayının 23-ü “Şah” oteldə ofisiant kimi işləməyə başlamışdır. Həmin vaxt Namiq otelin həm sahibi, həm administratoru kimi fəaliyyət göstərirdi, həm də ora ümumi nəzarət edirdi.Otelin şəxsi heyəti ümumilikdə 3 nəfərdən ibarət imiş. Namiq və ondan başqa orada Təqsirləndirilən şəxs2 adlı ofissiant da işləyirdi.Bundan başqa bir neçə xadimə qadınlar da var idi. Namiqin qardaşı Xaliq də arada ora gəlib gedirdi.Xaliq hər dəfəsində onlara deyirdi ki, kim tapşırıq versə də, ora qumar oynayanları salmasınlar. O, başa düşürmüş ki, Namiq əvvəllər tez-tez orada qumar oyunları təşkil etmişdir. Belə ki, o və Mirəli növbə ilə işləyirmişlər. Onlar orada işlədikləri müddət ərzində Namiqin göstərişi ilə 4 dəfə qumar oyunlarının keçirilməsini təşkil etmişdirlər.İlk dəfə təxminən 2023-cü ilin aprel ayının 15-18-si aralığında Mirəlinin növbəsi və onun istirahət günü imiş. Mirəli ona zəng edib demişdir ki, gəlsin, kömək lazımdır. Mirəli demişdir ki, 4-5 nəfər gəlmişdir, axşam qumar olacaq.O, ilk əvvəl Mirəliyə əsəbləşib demişdir ki, bəlkə Xaliq onları yoxlamaq üçün həmin adamları özü göndərib? Amma Mirəli demişdir ki, narahat olmasın, Namiqin özü icazə verib, Xaliqin heç nədən xəbəri olmayacaq.Mirəli demişdir ki, adam çox olacaq, o, qonaqlara qulluq edəndə qeydiyyat şöbəsi boş qalacaqdır. O, həmçinin bildirmişdir ki, Namiq ikisinin də hörmətini edəcəyini demişdir. Belə ki, o, razılaşaraq otelə getmişdir. O, otelə çatanda gecə saat 12-nin yarısı idi. O, çatanda oyunçular artıq orada idi. Onlar otelin restoranında oturmuşdur. O, Mirəliyə qorxduğunu demişdir. Çünki bir neçə gün əvvəl Xaliq ona demişdir ki, qulağına xəbər çatmışdır ki, ora qumar oynamağa gəlmək istəyirmişlər. Xaliq onu tənbehləmişdir ki, ora qumarbazları salmasınlar. Amma Mirəli ona demişdir ki, narahat olmasın, Namiqin özü tapşırmışdır, Xaliqin xəbəri olmayacaq. Mirəli demişdir ki, Namiq deyib ki, oyunçular üçün 12 nömrəli otağı hazırlasınlar. Onlar da oyunçular üçün 12 nömrəli otağı hazırlamışdırlar. Həmin otağın təmiri zəif olduğu üçün ora istifadə edilmirmiş və səliqəsiz imiş. Onlar isə Namiqin göstərişi ilə həmin otağı səliqəyə salaraq hazır vəziyyətə gətirmişdirlər.Oyunçular içəridə qumar oynayanda o, qeydiyyat şöbəsində oturmuşdur ki, gəlib gedənə nəzarət etsin, Mirəli də oyunçulara qulluq edirmiş. Mirəli oyunçulara tez-tez çay, siqaret, meyvə və s. aparırmış. Mirəli ona demişdir ki, Namiq demişdir ki, adamlardan otaq üçün 150 manat pul alacaqmışlar. Həmin puldan 100 manatı Namiqə, 20 manatı ona, 30 manatı da Mirəliyə çatacaqmış. Gecə saat 02:00 radələrində Namiq dayısı ilə otelə gəlmiş və ona demişdir ki, içəridə qumar oyunun getməsindən dayısının xəbəri yoxdur. O da narahat olmamasını demişdir. Onlar restoranda yemək yeyib getmişdirlər. Oyunçular səhər saat 06-ya kimi qumar oynamışdırlar. Gedəndə pulu da Mirəliyə vermişdilər. Həmin gün oyunçulardan Əziz adlı şəxs onun və Mirəlinin nömrələrini almışdır ki, gələn səfər gəlmək istəyəndə əlaqə saxlasınlar. Həmin gün 4-5 nəfər adam gəlmişdir. Onun həmin şəxslərin içərisində yalnız Əziz və Qara yadında qalmışdır, digər şəxslərin kim olduğunu xatırlamır. Bundan bir neçə gün sonra, yəni təxminən 2023-cü ilin aprel ayının 21-24-ü aralığında Mirəlinin növbəsində yenidən orada qumar oyunları təşkil edilmişdir, amma onun işi olduğu üçün həmin gün orda olmamışdır. Amma məlumatı var idi ki, yenə də həmin şəxslər gəlib orda qumar oynayıb və Mirəli də Namiqin tapşırığı ilə onlara qumar oyunlarının keçirilməsi üçün hər cür şərait yaratmışdır. Bundan bir neçə gün sonra, yəni təxminən 2023-cü ilin aprel ayının sonları, may ayının əvvəllərində onun iş növbəsi imiş. Belə ki, Əziz adlı şəxs ona zəng edib demişdir ki, yenə qumar oynamağa gəlmək istəyirlər. O da demişdir ki, Xaliq ordadır, bilsə, hamını ordan qovar, əgər Namiq desə, onda şərait yaradar. 5 dəqiqə sonra Namiqlə danışmış və Namiq ona demişdir ki, adamlara içəri keçib qumar oynamağa şərait yaratsın. O da Xaliqin orada olduğunu demişdir. Namiq isə demişdir ki, narahat olmasın, Xaliqi özü həll edəcək.Bundan sonra Xaliqin telefonuna Namiqdən zəng gəlmiş və Xaliq oteli tərk etmişdir. Belə ki, o, oteldə tək qalmışdır.Gecə saat 24:00 radələrində 4-5 nəfər oyunçu yenidən ora gəlmişdir. Onun həmin şəxslərin içərisində Əziz və Qara yadında qalmışdır. Digər şəxsləri isə dəqiq xatırlamamışdır. Həmin vaxt ona qumar oyunlarının keçirilməsi üçün yer təşkil etdiklərinə görə 200 manat pul vermişdirlər.Belə ki, oyunçulara yenə 12-ci otağı vermişdir. Onlar səhər saat 08-ə kimi qumar oynamışdırlar. O, oyunçulara çay, siqaret təşkil etmişdir. Səhər oyunçular gedəndə o, həmin 200 manatı Namiqin ona göndərdiyi, öz adına olan 4169- 7388-4821-0351 nömrəli Kapital Bank kartına Otelin yanındakı Tural adlı marketdən ödəmə terminalı vasitəsilə göndərmişdir. Namiq ona demişdir ki, 200 manatı ona tam göndərsin, daha sonra öz payına düşən 30 manatı kassadan götürsün. O da Namiqin dediyi kimi etmişdir. Həmçinin həmin vaxt o, Namiqə qumardan əldə edilən pulla bərabər otelin ümumi qazancından da pul göndərmişdir. Bundan sonra sonuncu dəfə 05 may 2023-cü il tarixdə axşam saatlarında Əziz yenidən ona zəng edərək bildirmişdir ki, yenidən oynamağa gəlmək istəyirmişlər. Həmin vaxt Xaliq də onun yanında imiş. O, kənara çəkilib Əzizə demişdir ki, Xaliq burdadır, mümkün deyil, bilsə, hamını qovar. O, Əzizə demişdir ki, əgər Namiq ona desə ki, buraxsın, o da buraxacaqmış. Belə ki, o, Namiqlə danışmış və Namiq demişdir ki, oyunçuları necə içəri salmaq olar? O da demişdir ki, Xaliq ordadır, mümkün deyil.10 dəqiqədən sonra Namiq özü Xaliqə zəng etmişdir. Həmin vaxt Xaliq onun yanında imiş. O, telefonda eşitmişdir ki, Namiq Xaliqə demişdir ki, adamlar var, qumar oynamağa gəlmək istəyirlər, kassada pul yoxdur, yaxşı pul verəcəklərmiş.Amma Xaliq ona qəti şəkildə demişdir ki, olmaz. Sonra görmüşdür ki, Xaliq hirslənib demişdir ki, neçə vaxt imiş ki, bunlar gəlmirdi, sakitlik imiş, nə oldu ki, yenidən gəlməyə başladılar. Bir müddət sonra Xaliqə zəng gəlmişdir və o demişdir ki, o, bir-iki saatlıq evə gedir, gələcəkmiş. Xaliq gedən kimi o, Namiqə zəng edib demişdir ki, Xaliq getdi. Namiq də ona demişdir ki, oyunçulara zəng edib çağırsın. Amma Namiq ona demişdir ki, həmin səfər adamları arxa qapıdan içəri salsın, birdən Xaliq gələr, görər. O da Namiqin dediyi kimi adamları arxa qapıdan qarşılamış və onlara 2 nömrəli otağı vermişdir. Amma qeydiyyat dəftərində 1 və 3 nömrəli otaqları da qeyd etmişdir ki, hər otağa 2-3 nəfər yazılsın ki, şübhə çəkməsin. Amma qumar oyunu ancaq 2 nömrəli otaqda gedirmiş. Digər otaqları da ona görə qeyd etmişdir ki, guya orda adamlar var. Həmin vaxt Mirəli də, o da oteldə imiş. Amma Mirəli yorğun olduğu üçün digər otaqların birində yatırdı.Lakin nəsə kömək lazım olsaydı, o, Mirəlini çağıracaqmış və Mirəli bilirmiş ki, həmin gün də oteldə qumar oynanılacaqdır. Belə ki, bir-iki saatdan sonra, yəni gecə saat 23:00 radələrində Xaliq otelə qayıtmış və “receptionda” qeydiyyat dəftərinə baxaraq soruşmuşdur ki, otaqlardakı adamlar kimlərdir? O da demişdir ki, hamısı kişidir, rayondan gəliblər, bir gecəlik qalacaqlarmış. Xaliq də buna inanmışdır. Bundan təxminən yarım saat sonra mülki geyimli şəxslər otelə daxil olmuşdurlar və o, başa düşmüşdür ki, gələnlər polis əməkdaşlarıdır.Mirəli də qorxusundan demişdir ki, ümumiyətlə orada işləmir, qonaqdır, yan otaqda istirahət edir. O da arada fürsət yarandığı üçün polislər 2 nömrəli otağa daxil olana qədər qorxusundan arxa qapıdan qaçmışdır. O, törətdiyi əməlin məsuliyyətini dərk edirmiş, amma bildirmişdir ki, o, həmin oteldə ofisiant işləmişdir və onun orada təkbaşına, rəhbərliyin məlumatı olmadan qumar oyunlarını təşkil etməyi mümkünsüz imiş. Bu işləri o, otelin sahibi Təqsirləndirilən şəxs3la və ofisiant Təqsirləndirilən şəxs2 ilə birlikdə etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, arvadının hamilə olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 244-1.2.1, 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərindən Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Şah” adlı oteldə ofisiant kimi işləməyə başlamışdır. Ona orada işləməyi tanışı Təqsirləndirilən şəxs1 təklif etmişdir.Həmin otelə rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs3 idi.Onu işə Namiq qəbul etmişdir və otelin hər bir işinə o rəhbərlik edirdi. Belə ki, o, heç 10 gün deyildir ki, işləyirdi. Namiq öz şəxsi biznes fəaliyyəti ilə əlaqadər oteldən getmiş və nəzarəti qardaşı Xaliqə tapşırmışdır. Namiq özü orada olmasa da, hər bir şeydən gündəlik olaraq məlumatı olurmuş. Namiq onlardan hər günün sonunda bütün hesabatı ona məruzə etmələrini tələb edirmiş. O, orada ofisiant olaraq Hikmətlə növbə ilə işləyirmiş. Belə ki, 2023-cü ilin aprel ayının təxminən 15-18-sı aralığında onun növbəsi imiş. Həmin vaxt o, oteldə tək imiş. Çünki Xaliq çox vaxt gecələr orada olmurmuş. Həmin vaxt axşam saatlarında Namiq ona zəng edib demişdir ki, müştərilər gəlib qumar oynayacaqlar və onları arxa qapı ilə yuxarı qaldırmağını tapşırmışdır.Namiq ona demişdir ki, həmin şəxslərdən otaq pulundan əlavə 150 manat da pul alacaqmış. Həmçinin Namiq demişdir ki, gələn müştərilərə qabaqcadan desin ki, qumar oynamaq üçün otaq götürməyə az pul verdikləri üçün ən azı 20 çaynik çay içməlidirlər.Həmin pulun 100 manatını Namiq öz kartına göndərməyini tələb etmişdir. 50 manat da ona qalacaqmış. Namiq ona bərk-bərk tapşırmışdır ki, həmin pulu kassanın puluna qatmasın, kassaya ancaq otağın pulunu, yəni 40 manatı qoysun. Namiq otelin rəhbəri olduğu üçün onun bu təklifindən qorxmamışdır. Çünki Namiq hər dəfə deyirmiş ki, onun güclü arxası, tanışları vardır. Belə ki, o, həmin gün gecə saatlarında Hikmətə zəng etmiş və ona da məsələni danışmışdır. O, Hikmətə qonaqlara tək xidmət edə bilməyəcəyini demişdir. Belə ki, Hikmət də gəlmişdir. Bundan sonra 4-5 nəfər qonaq gəlmiş və onlar həmin şəxslərə 12 nömrəli otağı vermişdir.Həmin otağı vermələrini ona Namiq özü şəxsən tapşırmışdır. Həmin otağın təmiri biraz zəif olduğu üçün ora istifadə edilmirmiş. Ona görə də Namiq tapşırmışdı ki, həmin otağı şəxsən özü səliqəyə salsın, xadiməyə deməsin. O da adamları həmin otağa salmışdır. Oyunçular oyun kartlarını özləri ilə gətirmişdilər. Belə ki, onlar səhər saat 7-8-ə kimi qumar oynamışdır. O da mütəmadi olaraq otağa gedib onları çay, siqaret və s. ilə təmin edirmiş. Həmin vaxt Hikmət qeydiyyat şöbəsində oturmuşdur. Belə ki, həmin günün sonunda o, oyunçuların verdiyi otağın pulunu və verdikləri sifarişlərin pullarını kassaya qoymuşdur. Lakin qumar oynamaq üçün verdikləri 150 manatın 100 manatını səhəri gün otelin yaxınlığında yerləşən Tural marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Namiqin adına olan 4169-7388-4821-0351 nömrəli bank kartının hesabına göndərmişdir. 30 manat onda qalmış, 20 manatı isə Hikmətə vermişdir. Həmin gün gələn şəxslərin içərisində yalnız Əziz və Qara yaddaşında qalmış, digər şəxslərin kim olduğunu xatırlamırmış. Həmin vaxt Əziz adlı şəxs onlardan nömrələrini istəmişdir ki, başqa səfər də gələndə əlaqə saxlasın. Aprel ayının 20-25-i aralığında Namiq yenidən ona zəng edib demişdir ki, yenə qumar oynamağa gələcəklər. Namiq yenə tapşırmışdır ki, onlara 12 nömrəli otağı hazırlasın. Həmin vaxt Hikmət orada yox imiş, yəni o, oteldə imiş. Xaliq də gec olduğu üçün getmişdir. Belə ki, Namiq ona demişdir ki, gələnlərdən 120 manat pul alacaqmış. Belə ki, axşam saatlarında qumar oynayanlar yenidən otelə gəlmişdir və o, artıq onlara 12 nömrəli otağı hazırlamışdır. Oyunçular yenə də səhərə kimi qumar oynamış və o da onlara çay, içki, siqaret, yemək və s. gətirirmiş. Belə ki, o, həmin gün də qumar oynanılması üçün aldığı pulun 100 manatını, həmçinin otelin ümumi qazancından olan, məbləğini dəqiq xatırlamadığı pulun bir hissəsini eyni ünvandan Namiqin yuxarıdakı bank kartının hesabına göndərmişdir. Həmin vaxt gələn şəxslərin içərisində onun yalnız Qara yaddaşında qalmışdır. Bundan sonra təxminən 3-4 gün sonra, təxminən aprel ayının sonlarında Hikmətin növbəsi imiş və səhər təhvil-təslim vaxtı Hikmət ona demişdir ki, yenə qumar oynamağa gəlmişdirlər. Hikmət demişdir ki, Xaliq icazə vermirmiş, amma Namiqin icazəsi ilə həmin şəxsləri birtəhər içəri sala bilibmiş. Hikmət ona demişdir ki, həmin vaxt o, oyunçulardan 230 manat pul almışdır və həmin pulu da otelin yaxınlığında yerləşən Tural marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Namiqin adına olan 4169-7388-4821-0351 nömrəli bank kartının hesabına göndərmişdir. 05 may 2023-cü il tarixdə Hikmətin növbəsi imiş. Lakin həmin vaxt o da oteldə otaqların birində yatmışdır ki, səhər növbəni təhvil alıb işə başlasın. Bilirmiş ki, həmin gün orada qumar keçiriləcək. O, yatsa da, nəsə lazım olsaydı, oyanıb Hikmətə kömək edəcəkmiş. Həmin vaxt səs-küyə ayılmış və görmüşdür ki, polis əməkdaşları oteldə qumar oyunlarının təşkil edilməsini aşkar etmişdirlər. Polis əməkdaşları onun kim olduğunu soruşmuşdular. O isə qorxduğu üçün öz adını düzgün deməmiş və bildirmişdir ki, orada qonaqdır. Sonra görmüşdür ki, Hikmət həmin ərəfədə oradan qaçmışdır. Onun bir neçə müddət polis orqanına çağırışlar üzrə gəlməməyində səbəb qorxmağı olmuşdur. Çünki fikirləşmişdir ki, görünən tərəf onlar olduğu üçün Hikmət və o, qurban gedəcəkmiş. Lakin həqiqət budur ki, onların ikisi də orada günü 20-30 manata işləyən ofisiantlardır. Onlar orada atdıqları hər bir addımı anbaan otel rəhbərliyinə, yəni ən əsası Namiqə, daha sonra isə Xaliqə məlumat verirmişlər. Qumar oyunlarının təşkil edilməsi və keçirilməsinə Xaliq hər zaman qarşı olmuş və dəfələrlə tapşırmışdır ki, orada qəti surətdə qumar və s. kimi qanunsuz işlərə yol verilməsin. Lakin onun qardaşı Təqsirləndirilən şəxs3 həmin obyektin əsas nəzarətçisi imiş və həmin oteldə qumar oyunlarının keçirilməsini təşkil etmələrini onlara şəxsən o tapşırmışdır, şəxsən özü zəng edib göstəriş vermişdir ki, qumar oyanamağa gələn adamları qəbul etsinlər, onlara otaq verərək həmin otaqda bütün lazımı şəraiti yaratsınlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmədiyini, əməlində cinayət tərkibi olmadığını, hazırda nişanlı olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2022-cü ilin sentyabr ayından 2023-cü ilin fevral ayının sonlarına kimi Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində yerləşən Şah adlı oteldə otelin fəaliyyətinə nəzarət etmişdir.Fevral ayında o, otelə nəzarət edəndə oradakı ofisiantları tənbəl olduqlarına görə işdən çıxarmışdır.Belə ki, əvvəllər orada Hikmət adlı ofisiant işləmişdir. Təzəlikcə də onunla təsadüfən rastlaşmış və Hikmət ona demişdir ki, iş olsa, ona xəbər etsin. Bilirdi ki, Hikmət çalışqan işçidir. Belə ki, o, Hikmətlə əlaqə saxlamış və təklif etmişdir ki, gəlib yenidən orada ofisiant kimi işləsin. Daha sonra Hikmətə demişdir ki, özü ilə bir nəfər çalışqan ofisiant da gətirsin. Hikmət də özü ilə Təqsirləndirilən şəxs2 adlı ofisiant gətirmişdir. Belə ki, o, fevral ayının sonlarında oradan ayrılmış və onun yerinə qardaşı Xaliq Məmmədsadıqov oraya nəzarət etməyə başlamışdır. Təxminən may ayının əvvəllərində bir nəfər tanımadığı adam ona zəng edərək demişdir ki, qumar oynamağa gəlmək istəyirlər. O da demişdir ki, bu mümkün deyil. Belə ki, bunu Xaliqə də demişdir. Xaliq də demişdir ki, qətiyyən olmaz. Daha sonra Hikmət ona yazmışdır ki, kassada pul yoxdur, bu fürsəti heç cür qaçırtmaq olmaz, o da demişdir ki, Xaliq icazə vermir. Belə ki, Şah oteldə qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən onun məlumatı olmamışdır və o, buna icazə verməmişdir. Həmin oyunçuların orada qumar oynamısını Hikmət və Mirəli təşkil etmişdir. Özünü ona görə qismən təqsirli bilir ki, kollektivini düzgün seçməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, taksi işlədiyi müddətlərdə eşitmişdir ki, Şah oteldə həmişə qumarlar təşkil edilir. Onlar dostları ilə qumar oynamağa rahat yer axtarırmış. O, Şah oteldə 3 dəfə qumar oynamışdır. İlk dəfə 2023-cü ilin aprel ayının ortaları oynamışdır. Həmin vaxt orada iki nəfər ofisiant var imiş. Birinin adı Hikmət, digərinin isə Mirəli imiş. Həmin gün onlar 3-4 nəfər şəxslə orada kart oynamışdır. Hikmət və Mirəli demişdir ki, bunun icazəsini otelin rəhbəri Namiq adlı şəxs vermişdir. Onlar da həmin gün orada qumar oynayandan sonra səhərəyaxın getmiş və gedəndə Mirəli və Hikmətin əlaqə nömrələrini də götürmüşdür ki, gələn səfər gələndə əvvəlcədən əlaqə saxlayıb gəlsinlər. Onlara həmin gün qulluğu Mirəli etmiş, bütün sifarişlərini o gətirmişdir. Həmin gün onlar qumar oynamağa icazə verildiyi üçün Mirəliyə 150 manat pul vermişdirlər. Həmin günü içkili olduğu üçün çox şeyi dəqiq xatırlamırmış. Həmin vaxt yalnız Qaranın orada olması xatırlayırmış. Bundan sonra, 2023-cü ilin aprel ayının sonları, may ayının əvvəllərində yenindən həmin otelə getmişdir. Getməzdən öncə Hikmətə zəng edib demişdir ki, onlar 4-5 nəfərlə yenidən kart oynamağa gəlmək istəyirlər. Hikmət isə ona demişdir ki, Xaliq oradadır, icazə verməz. O, birinci dəfədən eşitmişdir ki, ilk dəfə icazəni otelin Namiq adlı rəhbəri vermişdir. Ona görə də Hikmətə demişdir ki, yenə Namiqdən onların əvəzindən icazə alsın. Hikmət də bir neçə dəqiqədən sonra zəng edib Namiqdən icazə aldığını demişdir. Onlar həmin gün 4-5 nəfər getmiş və Hikmət onları qarşılayaraq onlara12 nömrəli otağı vermişdir. Həmin vaxt orada o, Qara, Cəmil, Zavur oynayırmış, Vüqar isə oyuna nəzarət edirmiş. Belə ki, səhərə kimi orada kart oynamışdırlar və sonda Hikmətə 200 manat pul vermişdirlər. Sonuncu dəfə isə 05 may 2023-cü il tarixdə həmin yerə qumar oynamağa getmişdirlər. Getməzdən öncə yenə Hikmətlə əlaqə saxlamışdır. Hikmət yenə demişdir ki, Xaliq ordadır. Daha sonra zəng edib demişdir ki, Namiqlə danışıb və Xaliq də artıq gedib. Onlar gecə saat 23 radələrində ora getmişlər. Hikmət həmin səfər onları arxa qapıdan içəri salmışdır. Həmin vaxt orada 2 nömrəli otaqda o, Qara, Cəmil, Zavur, Fəyaz, Seyran qumar oynamış, Vüqar da nəzarət etmişdir. Onlara həmin gün Hikmət qulluq etmişdir. Gecə 02 radələrində qəfildən polis əməkdaşları içəri daxil olmuşdur. Həmin vaxt onlar orda nə Hikməti, nə də Mirəlini görə bilmişdirlər. “Şah” oteldə qumar oynanılması üçün yeri Hikmət və Mirəli təşkil etmişdir. Hikmət və Mirəli onlara bildirmişdir ki, qumar oyunun keçirilməsi barədə otelin rəhbərliyinin də məlumatı vardır, qumar oyunun keçirilməsinə otel rəhbərliyi icazə vermişdir və Hikmət və Mirəliyə verilən pul otel rəhbərliyinə çatacaqmış. O, otel rəhbərliyi ilə danışmamışdır. Hikmət və Mirəli hər dəfəsində deyirlərmiş ki, Namiq adlı şəxsdən icazə alandan sonra onlara otaq verib və qumar oynamaq üçün hər cür şərait yarada bilərlər. Amma o, Namiqi heç vaxt görməmişdir. Lakin artıq icazəni Namiqin verdiyini bildiyinə görə birbaşa Hikmət və Mirəliyə deyirmiş ki, Namiqdən icazə alsınlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 bildirmişdir ki, X6 uzun müddətdir tanıyırmış. 2023-cü ilin may ayının əvvəllərində gecə saatlarında Cəmil ilə birlikdə olarkən Cəmilə zəng gəlmiş və onu qumar oynamağa dəvət etmişdirlər. Cəmil də ona təklif etmişdir ki, onunla birlikdə gətsin. O da razılaşaraq “Şah” adlı otelə getmiş və orada 12 nömrəli otağa daxil olmuşdur. İçəri daxil olduqda orada 3-4 nəfər şəxsin olmasını görmüşdür. Onlar içəri daxil olduqda içəridəkilər kartla qumar oyunu oynayırmışlar. Əziz adlı şəxs demişdir ki, oteldə işləyən Hikmət adlı şəxs otağı qumar oyunlarının keçirilməsi üçün vermişdir, bunun qarşılığında oyun zamanı kartdakı xallar eynilik təşkil etdikdə hər dəfəsində pulu kənara qoyub yığmaqla Hikmətə pul veriləcəkdir. Əziz oyunçulara narahat olmamağı, bir neçə dəfə orada qumar oynadıqlarını, otelin müdiriyyətinin də qumar oyunlarının keçirilməsindən xəbərdar olmasını, verilən pulun otel rəhbərliyinə çatacağı üçün qumar oyunun keçirilməsinə icazə verildiyini bildirmişdir. Bundan sonra onlar qumar oyunu oynamağa başlamış, o isə kənarda duraraq oyuna nəzarət etmişdir. O, heç kimin pulları oğurlamamasına, kartları dəyişməməsinə nəzarət edirmiş. Qumar oyunu zamanı oynayanlar Cəmil, Əziz, Qara, Zavur imiş. Qumar oynayarkən otağa Hikmət qulluq edirmiş. Həmin gün təxminən 3-4 saat oyun oynanıldıqdan sonra Cəmil ilə çıxıb getmişdirlər. 05 may 2023-cü il tarixdə Cəmilin ad gününü onun evində qeyd edirmişlər. Oradan ayrılanda Cəmil ona demişdir ki, Şah otelə qumar oynamağa gedir. Cəmil ondan onu otelə aparmasını xahiş etmişdir. İlk öncə getmək istəməmiş, amma Cəmil çox təkid etdiyi üçün razılaşmış və öz maşını ilə onu Şah otelə aparmışdır. Belə ki, orada 5-6 nəfər adam var imiş. Onlar birbaşa ikinci mərtəbədə 2 nömrəli otağa keçmişlər. Onları ora oteldə ofisiant işləyən Hikmət adlı şəxs yönləndirmişdir. Daha sonra Seyran adlı şəxs də gəlmişdir. O, heç vaxt qumar oynamadığı üçün həmin gün də onlarla qumar oynamamışdır. O, sadəcə olaraq orada bir az oturub söhbət etdikdən sonra yan otağa keçib yatmağı planlaşdırırmış ki, bir az yuxusunu alsın, çünki sabah yola çıxacaqmış. Yarım saat keçməmiş polis əməkdaşları içəri daxil olmuşdurlar. Söhbət zamanı eşitmişdir ki, orada Mirəli və Hikmət adlarında iki nəfər ofisiant vardr. Onların hər ikisi otelin Namiq adlı rəhbərinin icazəsi ilə orada bir neçə dəfə qumar oyunlarının keçirilməsini təşkil etmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, 05 may 2023-cü il tarixdə saat 23 radələrində tanışı Şahid2 zəng edərək görüşmək istədiyini bildirdikdə, Zavur ona demişdir ki, “Şah” oteldə tanışları ilə birlikdə qumar oyunu oynamağa gedirmiş. O da Zavura oynamaq istədiyini demişdir. O, “Şah” otelə çatıb Zavurla əlaqə saxladıqda Zavur otelin qabağına çıxaraq onu qarşılayıb içəri aparmışdır. Onlar ikinci mərtəbəyə qalxaraq 2 nömrəli otağa girmişdirlər. O, içəri daxil olduqda orada artıq 5-6 nəfər şəxsin olmasını görmüşdür. O, içəri girəndə artıq onlar qumar oynayırmışlar. Ona demişdirlər ki, orada qumar oynamaq üçün otelin rəhbərliyindən icazə alınmışdır. Belə ki, oteldə ofisiant işləyən Hikmət adlı şəxs otelin rəhbərliyinin icazəsi ilə qumar oyunlarının keçirilməsi üçün otağı vermişdir, onlar da bunun qarşılığında oyun zamanı kartdakı xallar eynilik təşkil etdikdə hər dəfəsində pulu kənara qoyub yığmaqla Hikmətə pul verəcəklərmiş. Orda eşitmişdir ki, narahat olmağa heç bir əsas yoxdur, onlar bir neçə dəfə orada oyun oynadıqlarını, otelin müdiriyyətinin də qumar oyunlarının keçirilməsindən xəbərdar olmasını və buna icazə verdiyini, Hikmətə verilən pulun otelin rəhbərliyinə çatacağını bildirmişlər. Bundan sonra o da qumar oynamağa başlamışdır. O, həmin oyunçulardan Zavuru, Əzizi, Fəyazı tanıyırmış. Qumar oynayarkən otağa Hikmət qulluq edirmiş. xx.xx.2023-ci il tarixdə saat təxminən 02 radələrində otaqda qumar oynayarkən qapı açılmış, mülki geyimdə olan şəxslər içəri daxil olmuşdurlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, Şah oteldə 1 dəfə qumar oynamışdır.Dostu Şahid4lə 2023-cü ilin may ayininin 5-i telefonla danışanda Əziz ona demişdir ki, Şah oteldə qumar oynayacaqlar. O da oynamaq istədiyini demiş və ora getmişdir. Onlar orada 7-8 nəfər imiş. Oyun zaman ilkin gediş 5 manat imiş, kartdakı xallar eynilik təşkil etdikdə həmin məbləği kənara qoyurmuşlar. Həmin pul yığıldıqdan sonra Hikmətə veriləcəkmiş, Hikmət də həmin pulu otelin rəhbərliyinə çatdıracaqmış. Qumar oynayarkən otağa Hikmət qulluq edirmiş. xx.xx.2023-ci il tarixdə saat təxminən 02 radələrində onlar otaqda qumar oynayarkən qapı açılmış, mülki geyimdə olan şəxslər içəri daxil olmuşdur. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Ondan sonra otağa baxış keçirilmiş və stolun üzərində olan pul vəsaitləri və oyun kartları polis tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, Şah oteldə 2 dəfə qumar oynamışdır. İlk dəfə 2023-cü ilin aprel ayının sonları, may ayının əvvəlləri idi. O, ilk dəfə orada oynayanda orada Cəmil, Qara, Əziz və Vüqar var imiş. İkinci dəfə 05 may 2023-cü il tarixdə oynamışdır. O, Əziz Mehdiyevi yaşadığı Sulutəpə ərazisindən tanıyırmış. İlk dəfə onunla görüşüb qumar oynamağa getmişdir. Onlar 4-5 nəfər imiş. Oyunçulardan kimsə demişdir ki, naharat olmayın, ora təhlükəsiz yerdir, oranın rəhbərliyinin də bu işdən xəbəri vardır. O da bu səbəbdən rahat olub orada qumar oynamışdır. Daha sonra 05 may 2023-cü il tarixdə yenidən həmin tərkiblə ora qumar oynamağa getmişdir. Həmin vaxt dostu Seyran da ona zəng etmiş və o Seyranı da qumar oynamağa dəvət etmişdir. Orada eşitmişdir ki, oteldə ofisiant işləyən Hikmət adlı şəxs otelin rəhbərliyinin icazəsi ilə qumar oyunlarının keçirilməsi üçün otağı verib, onlar da bunun qarşılığında oyun zamanı kartdakı xallar eynilik təşkil etdikdə hər dəfəsində pulu kənara qoyub yığmaqla Hikmətə pul verəcəklərmiş. Orda eşitdim ki, narahat olmağa heç bir əsas yoxdur, onlar bir neçə dəfə orada oyun oynadıqlarını, otelin müdiriyyətinin də qumar oyunlarının keçirilməsindən xəbərdar olmasını və buna icazə verdiyini, Hikmətə verilən pulun otelin rəhbərliyinə çatacağını bildirmişlər. Bundan sonra o da qumar oynamağa başlamışdır. Oyun zaman ilkin gediş 5 manat imiş, kartdakı xallar eynilik təşkil etdikdə həmin məbləği kənara qoyurmuşlar. Həmin pul yığıldıqdan sonra Hikmətə veriləcəkmiş, Hikmət də həmin pulu otelin rəhbərliyinə çatdıracaqmış. Qumar oynayarkən otağa Hikmət qulluq edirmiş. xx.xx.2023-ci il tarixdə saat təxminən 02 radələrində qumar oynayarkən qapı açılmış, mülki geyimdə olan şəxslər içəri daxil olmuşdurlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Ondan sonra otağa baxış keçirilmiş və stolun üzərində olan pul vəsaitləri və oyun kartları polis tərəfindən götürülmüşdür. “Şah” adlı otelin iki nömrəli otağında qumar oynanılması üçün yeri onlara orada işçi olan Hikmət adlı şəxs təşkil etmişdir. Hikmət onlara bildirmişdir ki, qumar oyunun keçirilməsi barədə otelin rəhbərliyinin, yəni Namiq adlı şəxsin də məlumatı vardır və Hikmətə verilən pul ona çatacaqdır. Həmçinin eşitmişdir ki, orada Hikmətdən başqa Mirəli adlı başqa bir ofisiant da var imiş. Amma o, həmin şəxsi görməmişdir. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Şah oteldə 2023-cü ilin aprel-may ayları ərzində 4 dəfə qumar oynamışdır. Belə ki, qumar oyunları oynamağa marağı olduğu üçün müxtəlif yerlərdə təşkil olunan qumar oyunlarına iştirak etmişdir. Şahid4 təxminən 3 ildir tanıyırmış. Əzizlə bir-birini müxtəlif vaxtlarda iştirak etdikləri qumar oyunlarına dəvət etmişdirlər. O, əvvəllər də həmin məkanda bir neçə dəfə qumar oynamışdır. Amma sonuncu dəfə aprel-may ayları ərzində 4 dəfə oynamışdır. İlk dəfə 2023-cü ilin aprel ayının ortalarında və ondan bir neçə gün sonra yenidən orada qumar oynamışdır. Üzərindən uzun müddət keçdiyinə görə konkret olaraq kimlərlə oynadığını xatırlamırmış. O, bir çox ünvanlarda kartla qumar oynadığı üçün artıq məkanları və şəxsləri qarışdırmış. Lakin son 2 oyun onun yadında imiş. Belə ki, 2023-cü ilin may ayının əvvəllərində gecə saatlarında Əziz ona zəng edərək “Şah” oteldə qumar oyunu oynadıqlarını bildirmiş və onu da ora dəvət etmişdir. O, “Şah” adlı otelə çatıb Əzizlə əlaqə saxladıqda Əziz ona ikinci mərtəbəyə qalxaraq 12 nömrəli otağa gəlməsini bildirmişdir. O, içəri daxil olduqda Əziz və yanında 4-5 nəfər şəxsin olmasını görmüşdür. Onlar artıq kartla qumar oynayırmışlar. Bundan sonra o da onlara qoşulmuşdur. Qumar oyunu zamanı oynayanlar o, Əziz, Cəmil, Zavur imiş. Cəmilin tanışı Vüqar adlı şəxs isə kənarda dayanaraq oyuna nəzarət edirmiş. Qumar oynayarkən otağa Hikmət qulluq edərək sifarişlərini gətirirmiş. Həmin gün oyun zamanı o, 200 manat qazanc əldə etmiş və təxminən 3-4 saat qumar oynadıqdan sonra çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Əziz yenidən ona zəng edərək yenə də “Şah” oteldə qumar oyunu oynadıqlarını bildirərək onu oraya dəvət etmişdir. O, otelə çatıb Əzizə zəng etdikdə Əziz ona ikinci mərtəbədə 2 nömrəli otağa gəlməyini demişdir. O, otağa daxil olduqda Əziz, Fəyaz, Cəmil, Zavur kartla qumar oynayırmış, Vüqar isə yenə nəzarət edirmiş. Bir müddət sonra Seyran adlı şəxs də gəlmiş və o da oynamağa başlamışdır. Qumar oynayarkən otağa Hikmət qulluq edirmiş, belə ki, onlara sifarişlərini gətirirmiş. Onlar bilirmiş ki, orada qumar oynanılmasına icazə vermək və həmin oyunların keçirilməsi üçün şərait yaratmaq təkcə ofisiantların səlahiyyətində deyil. Belə ki, Hikmət və Mirəlidən eşitmişlər ki, otelin rəhbərlərindən olan Xaliq qumar oyunlarının keçirilməsinə tamamilə qarşıdır. Ona görə də onları ora çox vaxt gizli şəkildə, arxa qapıdan salırmışlar ki, Xaliqin xəbəri olmasın. Belə ki, onlar bu icazəni otelin digər rəhbəri Namiqdən alırmışlar və onun tapşırığı əsasında qumar oynamaq istəyən şəxslərə orada ödəniş etdikdən sonra hər cür şərait yaradırmışlar. Onlar da otel rəhbərliyinin birbaşa icazəsi olduğu üçün orada rahat şəkildə qumar oynamağa getmişdir. “Şah” oteldə qumar oynanılması üçün yeri onlara Hikmət və Mirəli təşkil etmişdir. Onlar da hər dəfəsində deyirmiş ki, Namiq adlı şəxsdən icazə alandan sonra otaq verib və qumar oynamaq üçün hər cür şərait yarada bilərlər. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Şah oteldə 2 dəfə qumar oynamışdır. İlk dəfə 2023-cü ilin aprel ayının sonları may ayının əvvəllərində, ikinci dəfə də polis əməkdaşları gələn günü, yəni 05 may 2023-cü il tarixdə oynamışdır. İlk dəfə orada oynayanda orada Əziz, Qara, Zavur ilə birlikdə oynamışdır. Həmin vaxt Vüqar da onlarla eyni otaqda olmuşdur. Amma Vüqar qumar oynamamışdır, sadəcə oyuna nəzarət etmişdir. Onlar əvvəllər də Binəqədi rayonunun ərazisində müxtəlif yerlərdə qumar oynamışdırlar, lakin qərara gəlmişlər ki, daha rahat yerdə, yəni oteldə oynasınlar. Ona görə də Binəqədi rayonu ərazisində yerləşən Şah otelə getmişdirlər. Oraya gedib ofisianta yaxınlaşaraq qumar oynamaq istədiklərini demişdirlər. Hikmət adlı ofisiant onlara otaq vermiş və demişdir ki, narahat olmasınlar, rəhbərliyin də xəbəri vardır. Amma Hikmət adlı ofisiant onlara demişdir ki, birdəfəlik içəri girsinlər, çox gir-çıx etməsinlər ki, şübhə çəkməsinlər. Oyun zamanı ilkin gediş 5 manat imiş, kartdakı xallar eynilik təşkil etdikdə həmin məbləği kənara qoyurmuşlar. Həmin pul yığıldıqdan sonra Hikmətə veriləcəkmiş, Hikmət də həmin pulu otelin rəhbərliyinə çatdıracaqmış. Qumar oynayarkən otağa Hikmət qulluq edirmiş. xx.xx.2023-ci il tarixdə saat təxminən 02 radələrində biz otaqda qumar oynayarkən qapı açılmış, mülki geyimdə olan şəxslər içəri daxil olmuşdurlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Ondan sonra otağa baxış keçirilmiş və stolun üzərində olan pul vəsaitləri və oyun kartları polis tərəfindən götürülmüşdür. “Şah” adlı oteldə qumar oynanılması üçün yeri onlara orada işçi olan Hikmət adlı şəxs təşkil etmişdir. Şəxsən özünü tanımasa da, eşitmişdir ki, pullar otelin Namiq adlı rəhbərinə çatacaqmış. Lakin o, ora hazır oyunu oynamağa gəlmiş, yəni otel rəhbərliyi ilə danışmamışdır. Həmçinin digər yoldaşlar danışan zaman eşitmişdir ki, orada Hikmətdən başqa Mirəli adlı ofissiant da var imiş, digərləri onun növbəsində də bir-iki dəfə qumar oynamışlar. Amma o, Mirəlini görməmişdir. O sadəcə Hikməti görmüşdür və bilirmiş ki, otelin rəhbəri Namiq adlı şəxsin icazəsi ilə orada rahat qumar oynayırmışlar. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 22 avqust 2023-cü il tarixli 2023/111/7461 nömrəli və 13 noyabr 2023-cü il tarixli 2023/111/2025 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs3 adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7388-4821-0351 nömrəli bank kartının hesabına 03 aprel 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək olan müddət ərzində “Milliön” və “Emanat” ödəmə terminalları vasitəsilə bir neçə dəfə müxtəlif məbləğlərdə pul köçürmələri baş tutmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 5(001)-1101/2023 nömrəli qərarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X7 “Şah” adlı oteldə 05 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 06 may 2023cü il tarixdə saat 02:48-də Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Şah” adlı otelin iki nömrəli otağına daxil olduqda masanın üzərində pul əskinaslarının və kartların olması və masa ətrafında Şahid2, Novruzov X5 Cəmil Əkbər oğlu, Şahid4, Şahid5, Şahid7, Şahid6 qumar oynamaları müəyyən edilmişdir. Masanın üzərində olan pullar sayıldıqda orada 02 ədəd 100 manatlıq, 06 ədəd 50 manatlıq, 12 ədəd 20 manatlıq, 25 ədəd 10 manatlıq, 34 ədəd 5 manatlıq, 27 ədəd 1 manatlıq pul əskinaslarının olması müəyyən edilimişdir. Masa üzərində qumar oyunu üçün istifadə olan kartlar, yan tərəfə qoyulmuş “02” ədəd istifadə olunmuş kart dəsti aşkar edilmişdir. Aşkar olunmuş pul əskinasları və kart dəstləri maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və həmin şəxslər izahatlarının alınması üçün Baş İdarəyə dəvət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2021ci il tarixli qərarı ilə barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il qərarına əsasən cəkilməmiş cəzası 6 ay azadılmış və Qobustan Rayon Məhkəməsinin 7(026)-19/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 24 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilmələri düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşmançılığını, arvadının hamilə olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması və cinəyətin tamah niyyəti ilə törədilməsi cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, nişanlı olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinəyətin tamah niyyəti ilə törədilməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinəyətin tamah niyyəti ilə törədilməsi cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özlərini CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə qismən təqsirli bilmələri, Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməməsi özlərini müdafiə xarakteri daşıyır, onları gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4 –cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından həbs edilməli və «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4 –cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, onun ilk dəfə az ağır cinayət törətməsini, eləcə də ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 5 ünvanında çəkməlidir.Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4 –cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, onun özünü qismən təqsirli bilməsi, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, eləcə də ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 4ında çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar –baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu - 01 ədəd, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkiliş vasitəsilə dindirmələrinin əks olunduğu 02 ədəd olmaqla, ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin AR DİN-nin KMBİ-də saxlanılan - baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1 187 manat məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə edilməli və AR DİN-nin KMBİ-də saxlanılan - baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 02 ədəd oyun kartı məhv edilməlidir. Cinayət işi üzrə Müdafiəçi4 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 150 saat hüquqi xidmətin dəyəri 900 (doqquz yüz) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə Müdafiəçi5 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 150 saat hüquqi xidmətin dəyəri 900 (doqquz yüz) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə Müdafiəçi6 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 150 saat hüquqi xidmətin dəyəri 900 (doqquz yüz) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulası əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, hökm elan olunduğu tarixdən, yəni 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 244- 1.2.1; 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 5 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 244- 1.2.1; 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 4ında çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu - 01 ədəd, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkiliş vasitəsilə dindirmələrinin əks olunduğu 02 ədəd olmaqla, ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - AR DİN-nin KMBİ-də saxlanılan baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 02 ədəd oyun kartı məhv edilsin. İş üzrə maddi sübut - AR DİN-nin KMBİ-də saxlanılan - baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1.187 manat məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə Müdafiəçi4 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 150 saat hüquqi xidmətin dəyəri 900 (doqquz yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına(kod200156,VÖEN **********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB***** ***************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə Müdafiəçi5 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 150 saat hüquqi xidmətin dəyəri 900 (doqquz yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına(kod200156,VÖEN **********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB***** ***************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə Müdafiəçi6 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 150 saat hüquqi xidmətin dəyəri 900 (doqquz yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına(kod200156,VÖEN **********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB***** ***************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Hakim: Abbas Rzayev