Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-634/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxsxx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Görədil kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Rzayeva X1 Firuz Zahir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ona məxsus ünvan 4 ünvanında yerləşən evdə tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə 18 may 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda həmin evə qumar oyunu oynamaq üçün Şahid1, Şahid5, Şahid4, Şahid3 və Şahid2 dəvət edib, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, onların qumar oynadığı müddətdə evə kənər şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 18 may ?0?4-c.ü il tarixdə qeyd edilən ünvanda tamah məqsədi ilə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlayaraq həmin şəxslərin qeyd edilən tarixdə pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarım təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları təıəfindən 18 may 2024-cü il tarixdə saat 22.50-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda onun iştirakı ilə baxış və götürmə aparılarkən Şahid1, Şahid5, Şahid4, Şahid3 və Şahid2 qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən 02 ədəd istifadə dilmiş kart dəsti, 4 ədəd “100” ABŞ dolları, 01 ədəd “50” ABŞ dolları, 13 ədəd “100”manat, 5 ədəd “50” manat, 6 ədəd "20” manat, 17 ədəd “10” manat, 4 ədəd “5” manat, 13 ədəd “1” manat, yəni ümumilikdə 450 ABŞ dolları, 1873 manat pul vəsaiti və 04 ədəd istifadə edilməmiş kart dəsti aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən evdə tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə 18 may 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda həmin evə qumar oyunu oynamaq üçün Şahid1, Şahid5, Şahid4, Şahid3 və Şahid2 dəvət edib, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, onların qumar oynadığı müddətdə evə kənar şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 18 may 2024-cü il tarixdə qeyd edilən ünvanda tamah məqsədi ilə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlayaraq, həmin şəxslərin qeyd edilən tarixdə pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 18 may 2024-cü il tarixdə saat 22.50-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda onun ilə baxış və götürmə aparılarkən Şahid1, Şahid5, Şahid4, Şahid3 və Şahid2 qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən 02 ədəd istifadə edilmiş kart dəsti, 4 ədəd “100" ABŞ dolları, 01 ədəd “50” ABŞ dolları, 13 ədəd “100”manat, 5 ədəd "50” manat, 6 ədəd "20" manat, 17 ədəd “10” manat, A ədəd “5” manat, 13 ədəd “1” manat, yəni ümumilikdə 450 ABŞ dolları, 1873 manat pul vəsaiti və 04 ədəd istifadə edilməmiş kart dəsti aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 8-9 ildir ki, tanıyır, yaxın münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə dostları ilə öz ad gününü qeyd etmək məqsədilə dostarı ilə Dürdanəyə məxsus ünvan 4 ünvanında yerləşən bağ evinə yığışmışlar. O “vvhatsapp” tətbiqi vasitsəilə evin məkan bildirişini Elçinə göndərmişdir. Onun qumar oyunu təşkil etmək niyyəti olmamışdır, əvvəlcədən qumar oynamağı planlamamışdır. Sadəcə yemek yeyərkən biraz əylənmək üçün qumar oynamaq ağlına gəlmişdir. Qumarı pulla oynamışlar, qumarda oynanılan kartları o maşınından götürmüşdür. O, qumar oyunu oynamaq üçün yer təşkil etməmiş, sadəcə ad gününü qeyd etmək üçün dostları ilə bir yerə yığışmışlar. Polislər ona təzyiq göstərdiyi üçün hər şeyi onların dediyi kimi yazmışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə ifadə verərkən bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi olaraq nikah münasibətində olmuş, Dürdanə ilə birlikdə ona məxsus ünvan 4 ünvanında yaşamış, 18 may 2024-cü ildə qumar oynamaq istəyən bir neçə nəfər tanışı ondan hər hansı bir evdə, obyektdə qumar oynamağa şərait yaratmasını xahiş etmiş, o, həmin şəxsləri Dürdanə ilə birlikdə yaşadığı evə aparıb, orada qumar oynamalarına şərait yaratmasını düşünmüş, buna görə də bu barədə Dürdanə ilə məsləhətləşmiş, Dürdanəyə həmin şəxslərin evdə kart vasitəsi ilə qumar oynamalarına şərait yaratmasını, əvəzində qumar oyunu ərəfəsində yığılan seka pullarını aralarında bərabər qaydada bölünməsini demiş, Dürdanə də onun fikriylə razılaşmış, həmin evdə tanışlarının qumar oynamalarına şərait yaratmış, o, Dürdanəyə Elçin, Namid, Ruslan, Müşfiq və Elgiz gələnə qədər evin otaqlarından birini qumar oynamaq üçün hazırlamasını demiş, həmin şəxlsər evə gələnə qədər Dürdanə evin ikinci mərtəbəsində ən geniş otağı qumar oynanılması üçün hazır vəziyyətə gətirmiş, belə ki, həmin otağa bir ədəd masa və 5-6 ədəd stul yerləşdirmiş, qumar oynanılan otağa çöl tərəfdən qumar oynanılan otağın içərisi görünməməsi üçün pərdə çəkmiş, oyunçuların rahat şəkildə qumar oynamaları üçün çay, şirniyyat və meyvə almış, yəni oyunçular evə gələnə qədər Dürdanə hər şeyi hazır vəziyyətə gətirmişdir. Axşam saat 20:00-21:00 arası Elçin, Namid və adlarını qeyd etdiyi digərləri həmin evə gəlmiş, belə ki, o, Elçinə “vvhatsapp” tətbiqində evin məkan bildirişini göndərmiş, o, Dürdanə ilə birlikdə oyunçuları evin ikinci mərtəbəsinə qədər aparmış, onları ikinci mərtəbədə olan otağa keçirmiş oyunçular masada əyləşib kart oyununa başlamış, Dürdanə oyunçuların rahat şəkildə qumar oynamaları üçün onlara çay, meyvə və şirniyyat vermiş, o, həmin qida məhsullarını Dürdanədən alıb otağa keçirmiş, həmin məhsulları oyunçulara vermiş, oyuna nəzarət etmək üçün oyunçuların yanında dayanmış, Dürdanə də tez-tez otağa daxil olub nəyəsə ehtiyac olub-olmadığını soruşmuş, qeyd edilən ərəfədə evə polis işçiləri gəlmiş, onlar evə baxış keçirmiş, baxış zamanı otaqda olan şəxslərin qumar oynadıqları məlum olmuş, baxış zamanı kart dəstləri, pul vəsaitləri aşkar edilib götürülmüşüdür. O, ifadəsinin sualcavab hissəsində Dürdanənin evin ikinci mərtəbəsində ən geniş otaqda qumar oyunlarının keçirilməsi üçün bir ədəd masa və 5-6 ədəd stul yerləşdirdiyini, qumar oynanılan otağa çöl tərəfdən görünməməsi üçün pərdə çəkdiyini, oyunçuların rahat şəkildə qumar oynamaları üçün onları çay, şirniyyat, meyvə ilə təmin etdiyini, Dürdanə ilə birlikdə həmin evdə oyunçuların qumar oynamalarına şərait yaratmış olduğunu, oyunçuların əsasən kart ilə poker növündə qumar oyunları oynadıqlarını, həmin şəxsləri mənzilə onun dəvət etdiyini, birinci dəfə idi ki, belə bir iş gördüklərini, qumar oynayan şəxslərin qumar oyunlarının oynanılması üçün maddi maraqları olduğunu, oyunun qalibinin kim olacağının əvvəlcədən bilinmədiyini, oyunun qalibinin kim olacağının sırf bəxtdən və təsadüfdən asılı olan bir məsələ olduğunu, Namidin Dürdanəyə 200 manat pul verdiyini, onu Dürdanə ilə böləcəyini, həmin pulu Namid Dürdanəyə onlara qumar oynamaq üçün yer təşkil etdiklərinə görə verdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1la yaxın münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə Firuzun ad gününü ona məxsus olan ünvan 4 ünvanında yerləşən bağ evində keçirtmək qərarına gəlmişlər. Bu məqsədlə o, hazırlıq görməyə başlamışdır. Firuz dostlarına zəng edərək ora dəvət etmişdir. Onlar ona məxsus bağ evinə gəlmişlər, sonra birdən əylənmək üçün kart oynamaq istəmişlər. Şahidlərdən Ruslan, Elçin və Namidlə yaxşı münasibəti vardır. Elgizlə, Müşviqi birinci dəfə görmüşdür. Həmin gün Namid ona özünə hədiyyə almaq üçün 200 manat pul vermişdir. Əvvəllər Ruslan və Namid onlarda olmuş, lakin qumar oynamaqları birinci dəfə olmuşdur. Qumar oynamağa yeni başlamışdılar ki, birdən polislər evin hasarından aşaraq evə daxil olmuşlar. Masanın üzərindəki pulları götürmüşlər və onları polis idarəsinə aparmışlar. O, heç bir qumar oyunu təşkil etməmişdir. İlk dəfə idi ki, onun evində qumar oynanılırdı. Sadəcə dostları Firuzun ad gününü qeyd etmək üçün onlara qonaq gəlmişlər. Əvvəllcədən qumar oyununun keçirilməsini planlamamışlar. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə ifadə verərkən bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi nikah münasibətində olduğunu, həmin şəxslə yeni tanış olduğunu, Firuzla birlikdə ona məxsus ünvan 4 ünvanında birlikdə yaşadıqlarını bildirmişdir. 18 may 2024-cü il tarixdə Firuzun tanışları Elçin, Namid və yanlarında olan şəxslərin qumar oynamağa yer təşkil etməsi üçün ondan xahiş etmişlər. Firuz da həmin adamların onun evində qumar oynamalarına şərait yaratmasını ondan xahiş etmiş, o, Elçin və Namidgilin qumar oynamalarına şərait yaratdıqları üçün pul formasında hörmət ediləcəyi, oyundan yığılan sekanın aralarında bərabər qaydada bölünəcəyi barədə Firuzla razılaşmış beləliklə də, Firuzla birlikdə həmin evdə həmin səxslər üçün qumar oynamalarına şərait yaratmaq qərarına gəlmişlər. Firuz axşam həmin oyunçuların evə gələcəyini ona demiş, oyunçular evə gələnə qədər o, evin ikinci mərtəbəsində ən geniş otağı qumar oynanılması üçün hazır vəziyyətə gətirmiş, yəni həmin otağa bir ədəd masa və 5-6 ədəd stul yerləşdirmiş, qumar oynanılan otaqda pəncərəyə pərdə çəkmiş, oyunçuların rahat şəkildə qumar oynamaları üçün Firuz gedib biraz meyvə-tərəvəz, şirniyyat alıb gətirmiş, 18 may 2024-cü il tarixdə təxminən saat 20:00-21:00 arası Namid, Elçin və digər tanımadığı 3 nəfər sonradan adlarını bildiyi- Müşfiq, Ruslan və Elgiz adlı şəxslər gəlmiş, o, Firuzla birlikdə həmin şəxsləri evin ikinci mərtəbəsinə qədər müşayiət etmiş, həmin şəxsləri ikinci mərtəbədə olan otağa keçirmiş, oyunçular masada əyləşib kartla qumar oyununa başlamış, o, oyunçuların rahat şəkildə qumar oynamaları üçün onlara çay, meyvə və şirniyyat vermiş, Firuz da ona köməklik etmiş, yəni çayı, şirniyyatı və meyvəni qumar oynanılan otağın qapısının giriş hissəsində ondan alıb, oyunçulara təqdim etmiş, oyuna nəzarət etmək üçün Firuz oyunçuların yanında dayanmış, oyunun gedişinə nəzarət etmişdir, o, tez-tez otağa daxil olub nəyəsə ehtiyac olub-olmadığını soruşmuş, həmin vaxtı evə bir neçə nəfər mülki geyimli polis işçiləri gəlmiş, onlar evə baxış keçirmiş, baxış zamanı otaqda olan şəxslərin qumar oynadıqları məlum olmuş, baxış zamanı kart dəstləri, pul vəsaitləri aşkar edilib götürülmüşdür. O, ifadəsinin sual-cavab hissəsində yaşadığı evin ikinci mərtəbəsində ən geniş otaqda qumar oyunlarının keçirilməsi üçün masa və 5-6 ədəd stulun yerini düzəltdiyini, qumar oynanılan otaqda pəncərəyə pərdə çəkdiyini, oyunçuların rahat şəkildə qumar oynamaları üçün onları çay, şirniyyat, meyvə ilə təmin etdiyini, Firuzla birlikdə həmin evdə müştərilərin qumar oynamalarına şərait yaratdığını, oyunçuların əsasən kart ilə poker növündə qumar oyunları oynadıqlarını, həmin şəxsləri mənzilə Firuzun dəvət etdiyini, mənzildə bu halın birinci dəfə baş verdiyini, qumar oynayan şəxslərin qumar oyunlarının oynanılması üçün maddi maraqlarının oiduğunu, qumarxanada oyunun qalibinin kim olacağı əvvəlcədən müəyyən edilmədiyini, oyunçuların qumar oynamaları üçün Firuzla birlikdə 18 may 2024-cü il tarixdə şərait yaratdığını, qumar oynanılan masa arxasında oian oyunçulardan Şahid1 ona qumar masasında olan seka pulundan 200 manat pul verdiyini, həmin pulu götürüb yaşadığı evdə harasa qoyduğunu, sonra həmin pul vəsaitini xatırlamadığı şəxsi xərclərinə sərf etdiyini, 200 manatı qumar oynayan şəxslərin onlara yaşadığı evdə qumar oynamağa yer təşkil etdiyinə görə verdiyini, əvvəlcədən Firuzla qumar masasından nə pul verilsə öz aralarında böləcəklərini danışdıqlarını, baxış zamanı həyəcanlı olduğuna görə pulun məbləğini səhv qeyd etdiyini, əslində ona 200 manat pul verildiyini, həmin pulu Firuzla bölmədiyini, xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Firuz və Dürdanə dostlarıdır. xx.xx.2024-cü il tarixdə Firuzun ad gününü qeyd etmək üçün Dürdanəyə məxsus ünvan 4 ünvanında yerləşən bağ evinə yığışmışlar. Onunla yananşı orada Müşfiq, Ruslan, Elçin, Elgiz də olmuşdur. Evdə yeyib içmişlər, daha sonra kart oynamağa başlamışlar. Qısa müddət keçdikdən sonra polislər evə daxil olmuşlar və onları idarəyə aparmışlar. Həmin gün Dürdanəyə özünə hədiyyə alması üçün 200 manat pul vermişdir. Məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 18 may 2024-cü il tarixdə o və tanışları Ruslan, Elçin, Elgiz və Müşviq qumar oynamaq qərarına gəlmiş, lakin qumar oynamaq üçün yer tapmaq çətin olmuş, çünki polis işçiləri tərəfindən mütəmadi olaraq tədbirlər keçirilmiş, qumar oynayanlar və qumarı təşkil edənlər cəzalandırılmış, ona görə də qumar oynamaq üçün yer tapmaq çətinləşmişdir. Bu səbəbdən tanışı Firuzdan qumar oynamaq üçün yer hazırlaya biləcəyini soruşub xahiş etmiş, Firuz ona təhlükəsiz bir yer olduğunu, həmin yerdə qumar oynamaq üçün şərait yarada biləcəyini demiş, Firuz ona Sabunçu rayonu, Ramana qəsəbəsində tanışı Dürdanə adlı qadının evi olduğunu, həmin evə onları apara biləcəyini, biraz sonra həmin evin sahibi Dürdanə ilə danışdığını, axşam evə gedənə qədər Dürdanənin evin otaqlarından birini qumar oynamaq üçün hazır vəziyyətə gətirəcəyini, onları evə aparanda otaqlardan birində rahat şəkildə kart oynaya biləcəklərini ona demiş, həmin tarixdə Firuz onlara qumar oynayacaqları yerin ünvanını “Whatsapp” vasitəsiiə göndərmiş, oniar axşam saat 20:00-21:00 radələrində ünvan 8 ünvanına getmiş, evə çatmağa az qalmış, Firuz onları qarşılamış, evə keçirmişdir. Dürdanə də həmin vaxt evdə olmuş, Dürdanə evin ikinci mərtəbəsində otaqlardan birində hər şeyi hazır etdiyini bildirmiş, Dürdanə və Firuz onları evin ikinci mərtəbəsinə qədər aparmış, orada olan bir otağa keçirmiş, onlar otağa daxil olmuş, otaq kart oynamaq üçün tam hazır vəziyyətdə olmuş, yəni otaqda kart oynamaq üçün masa, 5 stul olmuş, otaqda olan pəncələr örtülmüş, yəni kənardan onların qumar oynamalarını görən kimsə olmamış, onlar qumar oynayan ərəfədə Dürdanə çay, meyvə və şirniyyat gətirmiş, Firuz da Dürdanənin gətirdiyi həmin məhsulları otağa keçirib onlara təqdim etmiş, Firuz oyuna nəzarət etmək üçün onların yanında dayanmış, Dürdanə də tez-tez otağa daxil olub nəyəsə ehtiyac olub-olmadığını soruşmuş, oyun ərəfəsində evə polis işçiləri gəlmiş, evə baxış keçirmiş, baxış zamanı onun və otaqda olan şəxslərin qumar oynamaları məlum olmuş, baxış zamanı kart dəstləri, pul vəsaitləri aşkar edilib götürülmüşdür. O, ifadəsinin sual-cavab hissəsində həmin evdə qumar oynamalarına Firuz və Dürdanənin şərait yaratdığını, qumar oyunlarının oynanılması üçün qumar oynayanlardan kimin kartındakı rəqəmlər çox çıxarsa masada olan pulları həmin şəxsin qazandığını, kart vasitəsi ilə “poker” adlı qumar oyunu oynadıqlarını, qumarxanada oyunun qalibinin kim olacağının əvvəlcədən müəyyən bilinmədiyini, oyunun qalibinin kim olacağının sırf təsadüfdən və bəxtdən asılı olan bir məsələ olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Firuz və Dürdanə ilə əvvəldən tanışdır. xx.xx.2024-cü il tarixdə Firuzun ad gününü qeyd etmək üçün Dürdanəyə məxsus ünvan 4 ünvanında yerləşən bağ evinə yığışmışlar. İlk olaraq evə o, getmişdir. Firuzla birlikdə bazarlıq edib evə qayıtmışlar. O, Firuzla söhbət etmiş, Dürdanə isə yemək hazırlamışdır. Daha sonra Namid, Müşfiq, Elçin, Elgiz gəlmişdir. O, ora yeyibiçməyə, Firuzun ad gününü qeyd etməyə getmişdir. Qumar oynamamışdır. Məhkəməyədək icraat zamanı Şahid4 digər Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Elgizlə Novxanı tərəfdə olmuşdur. Firuz ona zəng edərək ad günü qeyd etdiklərini bildirmiş və onu da dəvət etmişdir. O da dostu Elgiz ilə birlikdə ora getmişdir. Firuz ona “vvhatsapp” tətbiqi vasitsəilə evin məkan bildirişini göndərmişdir. O, evə çatanda Ruslan və Firuz evdə olmuşlar. Daha sonra Namid və Müşfiq gəlmişlər. Yeyib-içdikdən sonra qumar oynamağa başlamışlar. Bir müddət keçdikdən sonra polislər evə daxil olmuşdur. Polislər gələn zaman kart oynamışlar və masanın üzərində kartlar və pul olmuşdur. Məhkəməyədək icraat zamanı Şahid3 digər Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qumar oyunlarının təşkili və keçirilməsi, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə faktı barədə toplanmış material üzrə fakta görə AR CM-nin 244-1.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq edilməsindən ötrü icraata qəbul edilmişdir. - Baş əməliyyat müvəkkili Ələkbər Cəfərov tərəfindən AR DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəsinə ünvanlanmış raportda daxil olmuş əməliyyat məlumatlarında və sosial şəbəkələrdən ünvanlanmış çoxsaylı müraciətlərdə ünvan 2 ünvanında yerləşən mənzildə qumar oyunlarının təşkil edilib keçirildiyi bildirilmişdir. Bu məqsədlə təxirəsalınmaz tədbirlər görülməklə daxil olmuş məlumatların və müxtəlif sosial şəbəkələrdən ünvanlanmış müraciətlərin əməliyyat yolu ilə yoxlanılması, qumar oyunlarının keçirilməsini təşkil edən şəxslərin, həmçinin qeyrilərinin cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilkdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 5(008)-541/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, DİN KMBİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Ələkbər Cəfərovun “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 baxışın keçiriləcəyi və baxışın videoçəkilişlə aparılacağı barədə məlumat verildi və o, baxışın keçirilməsi ilə bağlı etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs2 baş idarə tərəfindən qəbul edilmiş qərarla tanış edildi. Təqsirləndirilən şəxs2 qumar oyunlarının keçirilməsi üçün yerin təşkil edilməsi ilə bağlı daxil olmuş məlumatın doğru olub-olmadığını sual etdikdə, təsdiqləyərək hazırda da həmin ünvanda olan otaqda qumar oyunlarının keçirildiyini bildirdi. Orada olan şəxslərə qumar oyunlarının təşkil edilməsi və qumar oyunlarının oynanılması barədə daxil olmuş əməliyyat məlumatı və sosial şəbəkələrdə ünvanlanmış çoxsaylı müraciətlər ilə əlaqədar həmin mənzilə baxış keçiriləcəyi barədə məlumat verildi. Təqsirləndirilən şəxs2 onları dəvət etdiyi ünvandakı otağa daxil olarkən otaqda olan şəxslər Təqsirləndirilən şəxs1, Şahid4, Şahid3, Şahid1, Şahid2, Şahid5 qumar oyununu kartla oynadıqlarını, seka olaraq yığılan məbləğin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərətindən yığıldığını qeyd etdilər. İş üzrə maddi sübut əhəmiyyət kəsb etdiyi üçün qumar oynanılması üçün istifadə olunan stolun üzərində olan 4 ədəd açılmamış kart dəsti, 02 ədəd oynanılmış kart dəsti, 04 ədəd “100 dollarlıq”, 01 ədəd “50 dollarlıq”, 13 ədəd “100 manatlıq”, 05 ədəd “50 manatlıq”, 06 ədəd “20 manatlıq”, 17 ədəd “10 manatlıq” 04 ədəd “5 manatlıq”, 13 ədəd “1 manatlıq” pul əskinasları olmaqla pul vəsaiti götürülmüşdür. Həmin şəxslərə neçənci dəfə həmin ünvanda qumar oynadıqlarını sual verdikdə, onlar 1 dəfə həmin ünvanda qumar oynadıqlarını bildirmişlər. Bir-birini tanıdıqlarını əlavə etmişlər. Maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün kart dəstləri də götürülmüşdür. - Təqsirləndirilən şəxs2 ilə qızı Turanə Yusifova arasında “vvhatsapp” tətbiqi vasitsəilə aparılan yazışmalardan görünür ki, Dürdanə Rzayevə qarşı tərəfə xx.xx.2024-cü il tarixdə saat 21:54 dəqiqədə “qumar gedir, indi oturdular” məzmununda mesaj yazmış, qarşı tərəf isə cavab olaraq “tamam narahat olma”, Dürdanə Rzayevə “uje 200 manat verdilər” məzmununda mesaj yazmış, qarşı tərəf isə cavab olaraq “əla” cavabını vermişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 244-1.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 244-1.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 01 ədəd disk, Təqsirləndirilən şəxs1 videoçəkiliş vasitəsilə verdiyi ifadənin əks olunduğu 01 ədəd disk, Təqsirləndirilən şəxs2 videoçəkiliş vasitəsilə verdiyi ifadənin əks olunduğu 01 ədəd disk, Şahid1, Şahid3, Şahid2 videoçəkiliş vasitəsilə verdikləri ifadənin əks olunduğu 03 ədəd disk, baxış zamanı aşkar olunmuş qumar oyunlarının keçirilməsi məqsədilə istifadə olunan 450 ABŞ dolları və 1873 manat məbləğində pul vəsaiti, 06 ədəd oyun kartı dəsti, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut hesab edilmiş və pul vəsaiti, 06 ədəd kart dəsti, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmış, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən onun özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsi özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama qabaqcadan əlbir olan bir qrup şəxs halında törədildikdə– on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal, yəni cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal, yəni cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yerləri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış 06 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; AR DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sahiblərinə qaytarılmalı, 06 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarının keçirilməsi məqsədilə istifadə olunan 450 ABŞ dolları və 1873 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 244-1.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 244-1.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Z.Bünyadov prospekti, ev 7, mənzil 32 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış 06 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-634/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-634/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver