Məhkəmə qərarları › İş №1(011)-258/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-258/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-258/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Pərvanə Qurban qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Laçın rayon X3 Dərnək rəhbəri vəzifəsində işləyir. İşlədiyi müddətdə işinə məsuliyyətli və peşəkar yanaşmışdır. Cəmiyyət və kollektiv arasında yüksək nüfuza və hörmətə malikdir. Yüzlərlə şagirdlərin əl əmək bacarıqlarının inkişaf etdirilməsinə nail olmuşdur. Lakin, işlədiyi Laçın rayon X3 dərnək rəhbəri X7 tərəfindən 17 mart 2023-cü il tarixdə bütün kollektivin gözü qarşısında təhqirə məruz qalmışdır. Belə ki, 17 mart 2023-cii il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X3 15 nəfər kollektiv üzvü və 4 nəfər Online olmaqla 19 nəfərdən ibarət X15 keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biridə əmək intizamına əməl edilməsi məsələsi idi. Əmək intizamını pozduğu üçün Laçın rayon X3 dərnək rəhbəri X4 17 mart 2023-cü il tarixdə X12 İclasında töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X7 yerindən qalxaraq bütün kollektivi, dərnəyin direktorunu müxtəlif sözlərlə təhqir edərək şəxsən onun və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürmüşdür. Üeyd edilənlərdən əlavə olaraq Laçın rayon X3 dərnək rəhbəri X7 20 iyul 2023-cü il tarixdə Whatsapp ani ntesajlaşma proqramında ona səs ataraq bildirmişdir ki, “Zəravənd müəllim sizi qoyub cırıx yerinə. Ayıb olsun Sizə”. Laçın rayon X3 dərnək rəhbəri X2 evində oturduğu yerdə ona səs ataraq onu “cırıx” adlandırması bir müəllimə kimi onun emosional və psixoloji vəziyyətini gərginləşdirmişdir. Laçın rayon X3 dərnək rəhbəri X2 şəxsən ona qarşı bu cür təhqiramiz hərəkətlərə yol verməsinin səbəbləri bu günə kimi ona məlum deyildir. X7 tərəfindən onun üzünə tüpürülməsi faktı və onu “cırıx” adlandırması onun şərəf və ləyaqətini alçaltmaq və kollektivdə olan nüfuzunu zədələmək üçün qəsdən icra edilən bu hərəkətlərdə təhqir cinayətinin bütün tərkib elementləri vardır. Belə ki, X2 onu bütün kollektivin qarşısında təhqir etməsi nəticəsində kollektivdə olan nüfuzuna ciddi xələl gəlmiş, onun psixoloji-emosional vəziyyəti gərginləşmiş, əsəbləri pozulmuş və şəxsinə qarşı yönəlmiş təhqir onun iş kollektivindəki əmək fəaliyyətinin məhsuldarlığını azaltmışdır. X2 təhqiri nəticəsində ona 10.000 (on min) manat miqdarında mənəvi ziyan və hüquqlarını bərpa etmək üçün vəkil xidmətinə ödədiyi 300 (üç yüz) manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X3 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla keçirilən X13 əmək intizamını pozduğu üçün Laçın rayon X3 dərnək rəhbəri X4 töhmət elan edildikdən sonra yerindən icazəsiz qalxaraq bütün kollektivi müxtəlif sözlərlə təhqir edərək şəxsən onun üzünə tüpürməsi ilə 4 nəfər online olmaqla 19 nəfər kollektiv üzvünün qarşısında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Onu və bütün kollektivi təhqir edərək onun üzünə və kollektivin digər üzvlərinin üzünə tüpürməsi faktını kollektivin üzvləri Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 şahid qismində təsdiq edə bilərlər. Laçın rayon X3 dərnək rəhbəri X2 təhqirləri nəticəsində kollektivdə olan nüfuzuna ciddi xələl gəlmiş, onun psixoloji-emosional vəziyyəti gərginləşmiş, davam edən təhqirlər fondunda əsəbləri pozulmuş və şəxsinə qarşı yönəlmiş təhqirlər onun iş kollektivindəki əmək fəaliyyətinin məhsuldarlığını azaltmışdır. X2 təhqirləri nəticəsində ona 10.000 (on min) manat miqdarında mənəvi ziyan və hüquqlarını bərpa etmək üçün vəkil xidmətinə ödədiyi 300 (üç yüz) manat miqdarında maddi ziyan dəymişdir. Laçın rayon X3 dərnək rəhbəri X2 17 mart 2023-cü il tarixdə törətdiyi əmələ nəzər yetirdikdə görünür ki, təhqir cinayətinin subyekti X5r. Həmin cinayətin obyekti isə onun şərəfi, ləyaqəti və işgüzar nüfuzudur. Subyektiv cəhəti isə qəsdlə xarakterizə olunmuşdur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Obyektiv cəhəti isə kütləvi çıxışda şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Qeyd edildiyi kimi Laçın rayon X3 dərnək rəhbəri X7 AR CM-nin 148-ci maddəsində qeyd edilən cinayəti ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında törətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 məhkəməyə ərizə təqdim edərək X4 qarşı vermiş olduğu şikayətdən imtina etdiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Beləliklə, məhkəmə xüsusi ittihamçı X6 X4 qarşı vermiş olduğu şikayətdən imtina etməsinə, onunla barışmasına, ona qarşı şikayət və tələbinin olmamasına dair vermiş olduğu ərizəsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar