Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-570/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Reespublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qardaşı Şahid2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64 ünvanında yerləşən “Elit pub'’ adlı kafeyə 2023-cü ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda kart dəsti gətirib kafenin kabinetində yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid1, Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən kafeyə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qardaşı Şahid2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64 ünvanında yerləşən "Elit pub” adlı kafeyə 2023-cü ilin iyun ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda kart dəsti gətirib kafenin kabinetində yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid4. Şahid5, Şahid7, Şahid8 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən kafeyə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qardaşı Şahid2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64 ünvanında yerləşən “Elit pub” adlı kafeyə 2023-cü ilin iyul ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda kart dəsti gətirib kafenin kabinetində yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid6 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən kafeyə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qardaşı Şahid2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64 ünvanında yerləşən “Elit pub” adlı kafeyə 10 iyul 2023-cü il tarxdə istintaqla müəyyən edilməyən saatda kart dəsti gətirib kafenin kabinetində yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid4, Şahid7, Şahid1 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən kafeyə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim adərək həmin kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tarnah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qardaşı Şahid2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64 ünvanında yerləşən “Elit pub,: adlı kafeyə 12 iyul 2023-cü il tarxdə istintaqla müəyyən edilməyən saatda kart dəsti gətirib kafenin kabinetində yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid1, Şahid6, Şahid4, Şahid7, Şahid5 qeyd edilən kafeyə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafenin kabinetində pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 20 radələrindən etibarən qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 iyul 2023-cü il tarixdə saat 23:55-də həmin zaman kafedə olan Şahid2 razılığı, sonuncunun və onun iştirakı ilə həmin kafeyə baxış və götürmə aparılan zaman orada onun. Şahid1, Şahid6, Şahid4, Şahid7 və Şahid5 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1825 manat məbləğində pul vəsaiti və 01 ədəd oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, qardaşı Şahid2 “Elit pub" adlı kafeni işlətmişdir. O, mütəmadi olaraq tanışlığı olan şəxlərlə həmin kafedə domino oyunları oynamışdır. İlk dəfə təxminən 2023-cü ilin aprel ayının əvvəllərində 'Elit pub”-da qumar oyunları oynamışdır. Söhbət əsnasında tanışları ondan qardaşına məxsus kafenin kabinetində qumar oynamağa icazə istəmişdirlər. Çünki onlar bilirmiş ki, onların kafesinin kabineti var və orada qumar oynamaq olar. O da qumar oynayanlarla razılaşmış, təşkil etmiş, kart dəsti almış və kafenin kabinetdə onlara qumar oynamağa icazə vermişdir, özü də qumar oynayanlarla qumar oynamışdır. Həmin vaxt kafeyə qumar oynamağa gələnlərdən Şahid1 və Şahid6ı xatırlamışdır. Digər şəxslərin kimlər olduğunu dəqiq xatırlaya bilməmişdir. Qumar oynayanlara çay və siqaret lazım olduqda o qumar oynayanlar üçün alıb gətirmişdir. Həmin kafenin kabineti üçün 01 ədəd kart dəsti də almışdır. İlk dəfə qumar oyunlarında təxminən 30-40 manat seka pulu götürməli imiş, həmin seka pulunu oyuna daxil olmaq üçün giriş haqqı kimi istifadə etmişdir. Yəni əlavə olaraq oyuna daxil olmaq üçün cibindən pul verməmişdir. Bundan başqa 2023-cü ilin iyun ayının əvvəllərində yenə həmin kafenin kabinetində qumar oyunları oynamışdır. Həmin vaxt qumar oynamağa gələnlərdən Şahid4, Şahid5, Şahid7, Şahid8 xatırlamışdır. Üzərindən bir müddət keçdiyi üçün başqa digər şəxslər isə yadında qalmamışdır. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəli "Elit” kafenin kabinetində qumar oyunları oynamışdır. Qumar oyunlarına həvəsi olduğu üçün qumar oynayanların təklifi əsasında onları qardaşının kafesindəki kabinetlərdən birinə daxil olub qumar oynamaqlarına icazə vermişdir. Qardaşının bundan xəbəri olmamışdır. Həmin vaxt gələnlərdən Şahid6ı xatırlamışdır, digər şəxslər isə yadına gəlməmişdir, səhvən kiminsə adını da demək istəməmişdir. Bundan başqa 2023-cü ilin iyul ayının 10-u həmin kafenin kabinetində qumar oyunu oynamışdır. Həmin vaxt gələnlərdən Şahid7. Şahid4, Şahid1 xatırlamışdır. Digər şəxslər isə yadına gəlməmişdir. "Elit pub” adlı kafedə həm qumar oyunları oynamış, həm də qumar oyunları zamanı kartdakı xallar eynilik təşkil edəndə seka" pulunu götürərərk qumar oynamağı üçün giriş haqqı kimi istifadə etmişdir. Qardaşları Elçin və Elvinin bu barədə heç bir məlumatı olmamışdır. Qumar oynamaq üçün gələn şəxslərin sifarişlərini o yerinə yetirmişdir. Belə ki, lazım olduqda mağazaya gedərək sifarişləri almış, qumar oynayan şəxslər kafedən bir şey sifariş etdikləri zaman o, ofisiantları otağa buraxmamışdır. Ofisiant sifarişi qapıya qədər gətirmiş, o isə çölə çıxaraq ofisiantdan sifarişi götürüb otağa salırmış. Qumar oynayan şəxslər adətən 6 nəfər olduqları halda qumar oynamışdırlar. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində kafedə otaqlardan birinə tanışları ilə yığışmışdırlar. Həmin otaqda Şahid1, Şahid4, Şahid5, Şahid6, Şahid7 qumar oynamağa başmışdırlar. O həm qumar oynamış, həm də seka pulunu yığmışdır. Qumar oynayarkən ilkin gediş əvvəlcə 2 manat, sonra isə 5 manat olmuşdur. Həmin zaman Elçin işdə olmuşdur, o Elçinə dostları ilə otaqda domino oynayacaqlarını bildirmişdir. Buna görə də qardaşı otağa gəlməmişdir. Həmin günü polis əməkdaşları gələnə qədər 4-5 manat seka pulunu oyuna daxil olmaq üçün istifadə etmişdir. Əvvəlcədən qumar təşkil etmə kimi elə bir niyyəti olmamışdır, sonradan təklif əsasında qumar oynayanların kafenin kabinetində qumar oynamalarına icazə vermişdir, habelə onlarla qumar oynamışdir. Oyunu kart vasitəsilə oynamışdırlar. Qumar oyunları təşkil etməkdə maddi marağı olmuşdur, sekadan ona gələn pulları oyuna daxil olmaq üçün istifadə etmişdir. Qumarxanada oyunun qalibinin kim olacağı əvvəlcədən heç cürə bilinməmişdir, bilinə də bilməzmiş. Çünki qalıbın kim olacağı həmişə qeyri-muəyyən olmuşdur, yəni kimin kartında rəqəm böyük olarmuşdursa, həmin şəxs də qalib gəlmişdir. Qumarxanada qumar oynayan şəxslərin qalib gəlməsi təsadüfdən və bəxtdən olmuşdur. Baxış zamanı maddi sübut kimi götürülmüş kart dəstini o almışdır. Hal-hazrda əməlindən peşmandır. Bundan əlavə o bildirmişdir ki, “Kral” şadlıq sarayına ofisiant kimi işə düzəlmişdir və iş vaxtı saat 00:00-da bitir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qumar oynadığı yer Bakı şəhəri, Xətai rayonu. Babək prospekti 64 ünvanında yerləşən “Elit pub” adlı kafe olmuşdur. Həmin kafeni işlədən Şahid2 olmuşdur. Qumar oyunları həmin kafedə adətən saat 21-dən sonra başlamışdır. Onlar kafedə otaqlardan birinə keçərək qumar oynamışdırlar. Qumar oynamaq üçün kartı həmişə Elnur özü almışdır. Qumar oyunları zamanı Elnur da otaqda onlarla birlikdə olmuşdur. Sifariş verdikdə və nəyəsə ehtiyacları olcuqda Elnur gedib həmin sifarişləri alıb gətirmişdir. Ofisiantların qumar oynadıqları otaqlara girişini Elnur qadağan etmişdir. Belə ki, ofisiant qumar oynadıqları otağın qapısı qarşısına qədər sifarişləri gətirmiş, bundan sonra Elnur otaqdan çıxaraq həmin sifarişləri götürərək otağa salmışdır. Qumar oyunları zamanı kartlar arasındakı xallar eynilik təşkil etdikdə (yəni “seka” olduqda) hər dəfəsində Elnura pul vermişdirlər. Qumar oyunlarını adətən 6 nəfərlə oynamışdırlar. Hətta qumar oyunlarında oyunçu azlıq təşkil edərkən Elnur oyunun dağılmaması üçün özü də onlarla birlikdə oynamışdır. Elnur onlarla birlikdə həm qumar oynamış, həm də "seka”-nın pullarını götürmüşdür. Elnurun kafesində ilk dəfə 2023-ci ilin aprel ayı ərəfəsində onun təşkil etdiyi qumar oyunlarında oynamışdır. Ayın evvəlləri olarmış. Elit kafenin kabinetində qumar oynamışdır. Elnur kafenin kabinetinə stul, masa düzmüş və kart dəsti almışdır. Bundan başqa qumar oynayanlara su, çay, siqaret və.s lazım olanda alıb gətirmişdir. Həmin vaxt qumar oynayanlardan Şahid6ı tanımışdır. Digər şəxsləri isə dəqiq xatırlamamışdır. Bundan başqa 2023-cü ilin iyul ayının 10-u təxminən sonuncu hadisədən on gün qabaq Elnurun təşkil etdiyi qumar oyunlarında iştirak etmişdir. Həmin vaxt əvvəl qeyt etdiyi kimi Elnur lazımi şəraiti qurub, onları kafeyə qumar oynamağa dəvət etmişdir. Həmin gün qumar oynayanlardan Şöhrəti, Yaməddini xatırlayırmış, digər şəxsləri xatırlamamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən ‘Elit pub” adlı kafeyə yenə qumar oyunu oynamaq üçün gəlmişdir. Həmin qumar oyununu da Təqsirləndirilən şəxs təşkil etmişdir. Qumar oyununu Şahid7, Şahid6, Şahid4, Şahid5, Elnur və o, oynamağa başlamışdır. Oyun zamanı ilkin gediş əvvəlcə 2 manat, daha sonra isə 5 manat olmuşdur. Onlar qumar oynayarkən içəri Şahid8 və Şahid9 girmişdir. Onlar qumar oynayanlara baxmışdırlar və qumar oynamamışdırlar. Polis əməkdaşları gələnə qədər 10-15 manat pul vəsaiti udmuşdur. Elnur isə təxminən 40-50 manat məbləğində “seka” pulu yığmışdır. Qardaşları Elvin və Şahid2 Elnurun qumar oyunları təşkil etməsindən xəbərləri olmamışdır, onlar kabinetdə gizlin qumar oyunu oynamışdırlar. Qeyd edilən yerə qumar oynamaq üçün getmişdir. Həmin kafedə qumar oyunlarının keçirilməsi üçün yeri, yəni qumarxananı Elrıuı təşkil edib lazımi şərait yaratmışdır. Kafedə kart vasitəsilə qumar oynamışdırlar. Qumar oyunlarının oynanılmasında udub pul qazanmaq kimi maddi marağı olmuşcur. Qumarxanada oyunun qalibinin kim olacağı qabaqcadan bilinməmişdir, bu təsadüfdən asılı bir məsələ olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, indiyə qədər 2-3 dəfə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit pub” adlı kafedə qumar oyunu oynamışdır. Həmin kafeni işlədən Təqsirləndirilən şəxs olmuşdur. Elnur həmin kafeni qardaşları Elçin və Elvin ilə şərikli şəkildə işlətmişdir. Qumar oyunları həmin kafedə adətən saat 21-dən sonra başlamışdır. Onlar kafedə otaqlardan birinə keçərək orada qumar oynamışdırlar. Qumar oynamaq üçün kartı həmişə Elnur özü almışdır. Qumar oyunları zamanı Elnur da otaqda onlarla birlikdə olmuşdur. Sifariş verdikdə və nəyəsə ehtiyacları olduqda Elnur gedib həmin sifarişləri alıb gətirmişdir. Ofisiantların qumar oynadıqları otaqlara girişini Elnur qadağan etmişdir. Belə ki, ofisiant qumar oynadıqları otağın qapısı qarşısına qədər sifarişləri gətirmiş, bundan sonra Elnur otaqdan çıxaraq həmin sifarişləri götürərək otağa salmışdır. Qumar oyunları zamanı kartlar arasındakı xallar eynilik təşkil etdikdə (yəni ‘seka” olduqda) hər dəfəsində Elnura pul vermişdirlər. Quma' oyunlarını adətən 6 nəfərlə oynamışdırlar. Hətta qumar oyunlarında oyunçu azlıq təşkil edərkən Enur oyunun dağılmaması üçün özü də onlarla birlikdə oynamışdır. İlk dəfə Elnurun təşkil etdiyi qumar oyunlarında 2023-cü ilin iyun ayının əvvəlində iştirak etmişdir. Elit kafenin kabinetində qımar oynamışdırlar. Elnur kafenin kabinetinə stul və masa düzmüş və kart dəsti almışdır. Bundan başqa onlara su, çay, siqaret və.s lazım olanda alıb gətirmişdir. O vaxt qumar oynayanlardan Tahiri, Şöhrəti, Ruslanı tanımışdır. Digər şəxsləri dəqiq xatırlamamışdır. Həmin vaxt təxminən 80 manata yaxın pul uduzmuşdur. Bundan başqa 10 iyul 2023-cü il tarixdə yenə həmin kafenin kabinetində Elnurun təşkil etdiyi qumar oyununda iştirak etmişdir. Saat 22 radələrində oyuna başlamışdır. Həmin vaxt biraz qumar oynamış və 150 manata yaxın pul uduzmuşdur. Həmin gün qumar oynayanlardan Şöhrəti, Şahid1ı tanımış, digər şəxslər yadına gəlməmişdir. Həmin oyunu da əvvəl qeyd etdiyi kimi Elnur lazimi şərait yaracaraq təşkil etmişdir. Bundan başqa sonuncu olanı yəni 12 iyul 2023-cü il tarixli qumar oyununda iştirak etməyini xatırlamışdır. Saat 20 radələrində Bakı şəhəri. Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit pub” adlı kafedə yenə qumar oyunu oynamağa başlamışdır. Həmin qumar oyununu da Təqsirləndirilən şəxs təşkil etmişdir. Qumar oyununu Şahid6, Şahid1, Şahid7, Şahid5 və o oynamağa başlamışdırlar. Elnur da həmin gün onlarla bir qumar oynamışdır. Oyun zamanı ilkin gediş əvvəlcə 2 manat, daha sonra isə 5 manat olmuşdur. Onlar qumar oynayarkən içəri Şahid8 və Şahid9 girmişdir. Onlar oyuna baxmışlar və qumar oynamamışdırlar. Saat 23:55 radələrində qəfil qumar oynadıqları otağın qapısı açılmışdır. Kafeni işlədən Elçin, qardaşı Elvin ilə birlikdə mülki geyimdə olan şəxslər içəri daxil olmuşdurlar. O da özünü təqdim edərək kafedə qumar oyunları oynadığını, bundan əvvəl də kafedə qumar oyunu oynadığını bildirmişdir. Ondan qumar oyunlarını kimin təşkil etdiyini, “seka” pulunu kimin yığması soruşulduqda səmimi şəkildə cavab verərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Polis əməkdaşları yanında Elnur özü də səmimi şəkildə etiraf edərək qumar oyunlarını təşkil etdiyini, “seka" pulu yığmasını bildirmişdir. Polis əməkdaşları gələnə qədər 50 manat pul vəsaiti uduzmuşdur. Elnur isə təxminən 40-50 manat “seka” pulu yığmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında onun kafesinə çay içməyə gedəndə tanımışdır. Qeyd edilən kafeyə qumar oynamaq məqsədi ilə getmişdir. Həmin kafedə qumar oyunlarının keçirilməsi üçün yeri, yəni qumarxananı Elnur yaratmışdır. Qardaşları Elvin və Şahid2 Elnurun qumar oyunları təşkil etməsindən xəbərləri olmamışdır, qumar oynayanlar kabinetdə gizlin qumar oynamışdırlar. Kafedə qumar kart vasitəsilə oynamışdırlar. Qumar oyunlarının oynanılmasında udub pul qazanmaq kimi maddi marağı olmuşdur. Qeyd edilən qumarxanada oyunun qalibinin kim olacağı əvvəlcədən bilinməmişdir, bu təsadüfdən asılı bir məsələ olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit pub" adlı kafedə qumar oyunları adətən saat 21-dən sonra başlamışdır. Onlar kafedə otaqlardan birinə keçərək orada qumar oynamışdırlar. Qumar oynamaq üçün kartı həmişə Elnur özü almışdır. Sifariş verdikdə və nəyəsə ehtiyacları olduqda Elnur gedib həmin sifarişləri alıb gətirmişdir. Ofisiantların qumar oynadıqları otaqlara girişini Elnur qadağan etmişdir. Belə ki, ofisiant qumar oynadıqları otağın qapısı qarşısına qədər sifarişləri gətirmiş, bundan sonra Elnur otaqdan çıxaraq həmin sifarişləri götürərək otağa salmışdır. Qumar oyunları zamanı kartlar arasındakı xalla' eynilik təşkil etdikdə (yəni "seka’' olduqda) hər dəfəsində Elnura pul vermişdirlər. Quma' oyunlarını adətən 6 nəfərlə oynamışdırlar. Hətta qumar oyunlarında oyunçu azlıq təşkil edərkən Elnur oyunun dağılmaması üçün özü də onlarla birlikdə oynamışdır. Elnur onlarla birlikdə həm qumar oynamış, həm də “seka"nın pullarını götürmüşdür. İlk dəfə Elnurun təşkil etdiyi qumar oyunlarında 2023-cü ilin iyun ayının əvvəlində iştirak etmişdir. Elit kafenin kabinetində qumar oynamışdırlar. Elnur kafenin kabinetinə stul və masa düzmüş və kart dəsti almışdır. Bundan başqa onlara su, çay, siqaret və.s lazım olanda alıb gətirmişdir. Həmin vaxt qumar oynayanlardan Yaməddini, Şöhrəti, Ruslanı tanımışdır. Həmin vaxt təxminən 20-30 manata yaxın pul uduzmuşdur. Oyunda iştirak edən digər şəxsləri dəqiq xatırlamamışdır. Bundan başqa sonuncu olanı yəni 12 iyul 2023-cü il tarixli qumar oyununda iştirak etməyini xatırlamışdır. Həmin tarixdə yenə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit pub” adlı kafedə yenə qumar oyunu oynamağa başlamışdır. Həmin qumar oyununu da Təqsirləndirilən şəxs təşkil etmişdir. Qumar oyununu Şahid6, Şahid1, Şahid7, Şahid4 və o oynamağa başlamışdırlar. Oyun zamanı ilkin gediş əvvəlcə 2 manat, daha sonra isə 5 manat olmuşdur. Onlar qumar oynayarkən içəri Şahid8 və Şahid9 girmişdir. Onlar qumar oynayanlara baxırmışdırlar və qumar oynamamışdırlar. Saat 23:55 radələrində qəfil qumar oynadıqları otağ n qapısı açılmışdır. Kafeni işlədən Elçin, qardaşı Elvin ilə birlikdə mülki geyimdə olan şəxslər içəri daxil olmuşdurlar. Polis əməkdaşları otağa daxil olarkən onlar qumar oyunu oynamışdırlar. Polis əməkdaşları gələnə qədər heç bir pul vəsaiti udubuduzmamışdır. Təqsirləndirilən şəxs eyni məhəllədə qaldıqları üçün oradan tanımışdır. Qeyd edilən kafeyə qumar oynamaq üçün getmişdir. Kafedə qumar oyunlarının keçirilməsi uçun yeri onlara Elnur təşkil etmişdir. Qardaşları Elvin və Şahid2 Elnurun qumar oyunları təşkil etməsindən xəbərləri olmamışdır, onlar kafenin kabinetində gizlin qumar oynamışdırlar. Kafedə kart vasitəsilə qumar oynanılmışdır. Qumar oyunlarının oynanılmasında udub pul qazanmaq kimi maddi marağı olmuşdur. Qeyd edilən qumarxanada oyunun qalibinin kim olacağı əvvəlcədən bilinməmişdir, bu təsadüfdən asılı bir məsələ olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 ünvanında yerləşən "Elit" kafeyə arada bir fürsət düşəndə getmişdir. Həmin kafeni işlədən Elnuru tanımışdır. Həmin kafedə Elnur qumar oyunları təşkil edirmiş. Təxminən 2023-cü ilin iyun ayında həmin kafedə qumar oyunları oynadığı olmuşdjr. Həmin vaxt oynayanlardan Yaməddini, Tahiri. Şöhrəti tanımışdır. Elnur onlara kart almış və kafenin kabinetində qumar oynamağa şərait yaratmışdır. Qumar oynayanlar bir şey lazım olduqda ona müraciət etmişdirlər və o da alıb gətirmişdir. O vaxtda qumar oyunları təşkil edən elə Elnur olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində dostu Şöhrət ona zəng vurmuş, "məni də yolüstü gəl burdan götür’ demişdir. O da Xətai rayonu, Babək prospekti, 64 ünvanında yerləşən "Elit” kafeyə yola düşmüşdür. Kafenin kabinetinə daxil olanda içəridə Elnurun, Şöhrətin və başqalarının qumar oynadığını görmüşdür. O, otağa daxil olduqdan təxminən 5 dəqiqə sonra kafeni işlədən Elçin, qardaşı Elvin ilə birlikdə mulki geyimdə olan polis əməkdaşları ilə içəri daxıl olmuşdurlar. O özünü təqdim edərək qumar oynamadığın, sadəcə olaraq dostu Şöhrəti götürməyə gəldiyini söyləmişdir. Qumar oynayanlardan qumar oyununu kimin təşkil edilməsi soruşulduqda hamısı bildirmişdir ki, qumar oyununu Elnur təşkil edib və seka pulunu da o yığır. Elnur da özü səmimi etiraf edərək qumar oyunlarını təşkil etdiyini və seka pulunu yığmasını bildirmişdir. Sonuncu dəfə yəni iyul ayının 12-si qeyd edilən yerə dostu Şöhrəti götürməyə getmişdir. İyun ayında isə həmin kafeyə qumar oynamaq üçün getmişdir. İyun ayının dəqiq tarixini dəqiq qeyd edə bilməmişdir. Həmin kafedə kart vasitəsilə qumar oynamışdırlar. Qeyd edilən qumarxanada oyunun qalibinin kim olması əvvəlcədən bilinməmişdir, bu təsadüfdən asılı bir məsələ olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 ünvanında yerləşən “Elit” kafenin yaxınlığında yaşadığı üçün arada bir fürsət düşəndə ora getmişdir. Müştəri qismində çay içib, domino oynamışdır. Həmin kafeni işlədən Elnuru tanıyırmış. Elnur xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ora getdiyində onu qumar oynadıqları kabinetə çağırıb ondan siqaret almağını istəmiş, o da “problem deyil, alaram" demişdir. Elnur onu kabinetə dəvət etmiş və demişdir ki, “siqaretin pulunu qumar masasının üzərində olan pullardan verəcəm, ona görə ona oyun bitənə qədər gözlə" demişdir. İsmət kabinetə daxil olan zaman içəridə Elnurun, Tahirin, Şöhrətin. Şahid4, Şahid6, Şahid1 kartla qumar oynamasını görmüşdür. Bir neçə dəqiqə sonra Ruslan adlı şəxs otağa gəlmiş, kənarda dayanaraq qumar oynayanlara baxmışdır. Qumar oyununda ilkin gedişi 5 manat olmuşdur. Oyun zaman kartdakı xallar eynilik təşkil etdikdə “seka'! pulunu Elnur adlı şəxs yığmışdır. İsmət otağa daxil olduqdan təxminən 15-20 dəqiqə sonra kafeni işlədən Elçin, qardaşı Elvin ilə birlikdə mülki geyimdə olan polis əməkdaşları ilə içəri daxil olmuşdur. İsmət özünü təqdim edərək qumar oynamadığını, sadəcə olaraq oynayanlara baxdığını bildirmişdir. Qumar oynayanlardan qumar oyununu kimin təşkil edilməsi soruşulduqda hamısı bildirmişdir ki, qumar oyununu Elnur təşkil edib və seka pulunu da o yığır. Elnur da özü səmimi etiraf edərək qumar oyunlarını təşkil etdiyini və seka pulunu yığmasını bildirmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyırmış, qeyd edilən yerə domino oynamaq üçün getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisə günü qumar oynanılan zaman kassanın yanında oturmuşdur, hadisədən xəbəri olmamışdır. Çünki Elnur otaqa gedəndə özü ilə domino aparmışdır, o da düşünmüşdür ki, otaqda domino oynayırlar. Qumar oynanılan kafeni o işlədir. Lakin özü orada olmayandan kafeni Elnur idarə etmişdir. Kafenin VÖEN- i onun adına olmuşdur. Hadisə baş verən zaman polislərə Elnurun qardaşı olduğunu bildirmişdir. 12 iyul 2023-cü il tarixdə hadisə olan vaxtı kafenin kabinetinə daxil olan və çıxan şəxsləri əvvəlcədən görməmişdir, onlar kabinetdən çıxandan sonra kikm olduqlarını görmüşdür, yəni hadisə baş verəndən sonra. Baxış zamanı kabinetdə aşkar olunmuş şəxslərdən iki nəfəri tanımışdır, onlar da qonşuları olmuşdur, Şahid6 və Tahir. O biriləri tanımamışdır. X1 mərc oyunları oynamağa meyilli olmuşdur. Elnur mütəmadi olaraq Topaz oynadığından dəfələrlə ona irad bildirmişdir. Kart oynamağından isə onun xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit pub" adlı kafe qardaşı Elçinə məxsus olmuşdur, həmin kafenin VÖEN-i də onun adına imiş. Kafeyə 2-3 gündən bir çay və yemək qəbul etməyə gəlmişdir. Həmin gün kafenin zalında oturub çay içib, domino oynamışdır. Kafeyə qardaşı Elçin nəzarət etmişdir. Elçin olmadığı günlərdə kafeyə nəzarəti Elnur edirmiş. Elnurun indiyə qədər kafedə qumar oyunları təşkil etməsindən və oynamasından heç bir zaman məlumatı olmamışdır, əgər məlumatı olsaydı buna imkan verməzdi. xx.xx.2023- cü il tarixdə də Elnurun həmin otaqda tanışları ilə birlikdə qumar oynamasından onun heç bir məlumatı olmamışdır. Digər qardaşı yeni kafenin sahibi Şahid2 də Təqsirləndirilən şəxs "Elit” kafedə qumar oyunları təşkil etməyindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( i.v.1); Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit pub” adlı kafeyə baxış keçirilmiş, Şahid2 Təqsirləndirilən şəxs kafedə olub-olmaması soruşulduqda o, cavab vermişdir ki. Təqsirləndirilən şəxs kafedə otaqlardan birində dostları ilə birlikdədir. Şahid2 həmin otağı göstərməsi istənildikdə o, həmin otağı polis əməkdaşlarına göstərmişdir. Otağa daxil olduqda masa ətrafında şəxslərin oturması, masanın üzərində pul əskinaslarının və kartların olması müəyyən edilmişdir. Polis əməkdaşları otaqda olan şəxslərə özlərini təqdim etmiş, daha sonra masanın üzərində olan pullar sayıldıqda orada 07 ədəd 100 manatlıq əskinas, 07 ədəd 50 manatlıq əskinas, 21 ədəd 20 manatlıq əskinas, 22 ədəd 10 manatlıq əskinas, 18 ədəd 5 manatlıq əskinas, 45 ədəd 1 manatlıq əskinas olması müəyyən edilmişdir. Masa üzərində qumar oyunu üçün istifadə olan kartlar aşkar edilmiş, aşkar olunmuş pul əskinasları və “01” ədəd kart dəsti maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra masa ətrafında olan şəxslərdən özlərini təqdim etmələri istənilmiş, həmin şəxslər özlərini təqdim edərək qumar oynanılması məqsədi ilə gəldiklərini, qumar oyunlarının Təqsirləndirilən şəxs tərəfindən təşkil edildiyini, “seka" pulunun da Təqsirləndirilən şəxs tərəfindən yığılmasını, ilkin gedişin əvvəl 2 manat, sonra 5 manat olmasını bildirmişdirlər. Təqsirləndirilən şəxs də özünü təqdim edərək səmimi şəkildə qumar oyunlarını təşkil etməsini və “seka” pulunu yığmasını bildirmişdir. Daha sonra masa ətrafında bir qədər kənarda oturan şəxslərdən özlərini təqdim etməsi istənilmiş, Şahid9 və Şahid8 özlərini təqdim edərək qumar oynamadıqlarını, qumar oyununa baxdıqlarını bildirmişlər. Baxış keçirmə zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir(i.v.15-18); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı Eltay Mikayılov tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında“ qərar qanunauyğun hesab edilmişdir(i.v.68); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.70); 29 Saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v.127); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 1 ədəd, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1, Şahid7 videoçəkiliş vasitəsilə verdiyi ifadələrinin əks olunduğu 4 ədəd, ümumilikdə 5 ədəd disk, baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1825 manat məbləğində pul vəsaiti və 1 ədəd oyun kartı dəsti iş üzrə maddi sübut hesab edilmiş, pul vəsaiti və kart dəstləri Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmış, disklər isə cinayət işi materiallarına əlavə edilmişdir(i.v.130-141); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 244-1.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ( i.v.159-161); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.177-179); 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 keçirilmiş üzləşdirmə zamanı şahid qismində ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(i.v.192-194); 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid7 keçirilmiş üzləşdirmə zamanı şahid qismində ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(i.v.195-197); 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid4 keçirilmiş üzləşdirmə zamanı şahid qismində ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(i.v.199-200); 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid8 keçirilmiş üzləşdirmə zamanı şahid qismində ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(i.v.201-203); 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid5 keçirilmiş üzləşdirmə zamanı şahid qismində ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(i.v.204-206); 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid6 keçirilmiş üzləşdirmə zamanı şahid qismində ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(i.v.207-209); Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü baxış keçirilməsi və götürmə protokoluna uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə—on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 5 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir(CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:30-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarının keçirilməsi zamanı istifadə olunan 1825 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanını saat 00:30dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarının keçirilməsi zamanı istifadə olunan 1 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarının keçirilməsi zamanı istifadə olunan 1825 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut – 5 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-570/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-570/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver