Məhkəmə qərarları › İş №1(029)-4/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-4/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-4/2021 09.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.1998-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 5 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx.xx.1994-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində X10 məxsus olan, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçərək daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki pəncərəsinin şüşəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olаraq oradan orta bazar qiyməti 200 manat olan 82 dioqanallı 01 ədəd “Samsung” markalı televizoru; orta bazar qiyməti 50 manat olan 01 ədəd “Dell” markalı kompyüter monitoru; orta bazar qiyməti 600 manat olan 01 ədəd sistem blokunu; sistem blokun içərisindən çıxarılmış, hər birinin orta bazar qiyməti 35 manat olmaqla 70 manat dəyərində 02 ədəd “Ram” qurğusunu; orta bazar qiyməti 80 manat olan 01 ədəd “SS” diskini; orta bazar qiyməti 50 manat olan 01 ədəd “Hard” diskini; orta bazar qiyməti 100 manat olan 01 ədəd videokartı; orta bazar qiyməti 20 manat olan kompyüterə qoşmaq üçün 01 ədəd stolüstü lampanı; orta bazar qiyməti 15 manat olan 01 ədəd RF-888 markalı saç qırxan maşını; orta bazar qiyməti 25 manat olan “Salton elite” markalı 01 ədəd ütünü; orta bazar qiyməti 10 manat olan, kompyüter üçün nəzərdə tutulmuş “Genius” markalı 01 ədəd kamera başlığını; orta bazar qiyməti 10 manat olan kompyüter üçün nəzərdə tutulmuş “JİПMAİ” markalı 01 ədəd qulaqcığı; orta bazar qiyməti 50 manat olan “AS-225” markalı 01 ədəd səsgücləndiricini; orta bazar qiyməti 40 manat olan orta ölçülü 01 ədəd perferatoru; orta bazar qiyməti 35 manat olan “İNTERSKOL” markalı 01 ədəd direli; orta bazar qiyməti 50 manat olan “HAG- 230N markalı 01 ədəd elektrik mişarını; orta bazar qiyməti 15 manat olan 01 ədəd naqil kəsən qayçını; orta bazar qiyməti 10 manat olan 21 ədəddən ibarət olmaqla direl başlığı dəstini; orta bazar qiyməti 10 manat olan “F8” markalı 01 ədəd sep açarı; hər birinin orta bazar qiyməti 1 manat olmaqla 4 manat dəyərində 04 cüt yun əlcəyi, hər birinin orta bazar qiyməti 5 manat olmaqla 30 manat dəyərində çöl hissəsi polietilen materialdan olan 06 cüt əlcəyi və orta bazar qiyməti 2 manat olan 01 ədəd yun papağı, yəni Feyrud Rəhimova məxsus cəmi-1461 manat dəyərində əmlakı özünün idarə etdiyi “VAZ 2121” (NİVA) markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində X10 məxsus olan, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçərək daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki pəncərəsinin şüşəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olаraq oradan orta bazar qiyməti 200 manat olan 82 dioqanallı 01 ədəd “Samsung” markalı televizoru; orta bazar qiyməti 50 manat olan 01 ədəd “Dell” markalı kompyüter monitoru; orta bazar qiyməti 600 manat olan 01 ədəd sistem blokunu; sistem blokun içərisindən çıxarılmış, hər birinin orta bazar qiyməti 35 manat olmaqla 70 manat dəyərində 02 ədəd “Ram” qurğusunu; orta bazar qiyməti 80 manat olan 01 ədəd “SS” diskini; orta bazar qiyməti 50 manat olan 01 ədəd “Hard” diskini; orta bazar qiyməti 100 manat olan 01 ədəd videokartı; orta bazar qiyməti 20 manat olan kompyüterə qoşmaq üçün 01 ədəd stolüstü lampanı; orta bazar qiyməti 15 manat olan 01 ədəd RF-888 markalı saç qırxan maşını; orta bazar qiyməti 25 manat olan “Salton elite” markalı 01 ədəd ütünü; orta bazar qiyməti 10 manat olan kompyüter üçün nəzərdə tutulmuş “Genius” markalı 01 ədəd kamera başlığını; orta bazar qiyməti 10 manat olan kompyüter üçün nəzərdə tutulmuş “JİПMAİ” markalı 01 ədəd qulaqcığı; orta bazar qiyməti 50 manat olan “AS-225” markalı 01 ədəd səsgücləndiricini; orta bazar qiyməti 40 manat olan orta ölçülü 01 ədəd perferatoru; orta bazar qiyməti 35 manat olan, “İNTERSKOL” markalı 01 ədəd direli; orta bazar qiyməti 50 manat olan “HAG-230N markalı 01 ədəd elektrik mişarını; orta bazar qiyməti 15 manat olan 01 ədəd naqil kəsən qayçını; orta bazar qiyməti 10 manat olan, 21 ədəddən ibarət olmaqla direl başlığı dəstini; orta bazar qiyməti 10 manat olan “F8” markalı 01 ədəd sep açarı; hər birinin orta bazar qiyməti 1 manat olmaqla 4 manat dəyərində 04 cüt yun əlcəyi; hər birinin orta bazar qiyməti 5 manat olmaqla 30 manat dəyərində çöl hissəsi polietilen materialdan olan 06 cüt əlcəyi və orta bazar qiyməti 2 manat olan 01 ədəd yun papağı, yəni Feyrud Rəhimova məxsus cəmi-1461 manat dəyərində əmlakı Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2121” (NİVA) markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, həqiqətən də, ittiham aktında göstərilən əşyaları Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. Oğurluq etməyi o, Rəsula deyil, Rəsul ona təklif etmiş, o, isə işsiz olduğuna görə razılaşmışdır. Bundan sonra o, Rəsulla birlikdə oğurluq etmək üçün ev axtarmışlar və əşyaları oğurladıqları Qusar şəhəri Ç.Qurbanov küçəsindəki yeni tikilmiş evi tapmışlar. xx xxxx 2020-ci tarixdə onlar birlikdə həmin evin hasarından keçməklə evə daxil olmuşlar, evin qıfılını armaturla sındırmışlar, evin şüşəsini isə o, sındırmışdır. Onlar hər ikisi istədikləri əşyaları götürmüşlər və özünün idarə etdiyi “Vaz-2121” (Niva) markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmışlar. Əşyaların hamısını evin ikinci mərtəbəsindən oğurlamışlar. Həmin əşyaları Rəsulla birlikdə onun avtomobilində bölmüşlər. Oğurluq edən zaman onları heç kim görməmişdir. O, apardığı əşyaları satmamış, özündə saxlamışdır. Oğurluq etdikdən 2 gün sonra onları polis əməkdaşları saxlamışlar və o, törətdiyi əməlini etiraf etmişdir. Həmçinin, Feyrud Rəhimovun evindən oğurladığı əşyaları geri qaytarmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə aradan qaldırmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Bundan başqa, o, ölkə ərazisində elan olunmuş qismən səfərbərliklə əlaqədar olaraq səfərbərlik xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə cəbhə bölgəsinə göndərilmiş, Qarabağ müharibəsində iştirak etmiş, hazırda müharibə veteranıdır. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, həqiqətən də, ittiham aktında göstərilən əşyaları Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. O, xx xxxx 2020-ci il tarixdə Qusar şəhərində yerləşən “Golden city” adlı kafeyə getmiş, orada Şahmirlə görüşmüş və onlar birlikdə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməyi Şahmirə o, təklif etməmiş, onlar hər ikisi bir yerdə bu barədə qərara gəlmişlər. Kafedən çıxdıqdan sonra o və Şahmir sonuncunun idarə etdiyi “Niva” markalı avtomobillə onun yaşadığı Qusar şəhəri N.Şərifov küçəsindəki məhəlləyə getmişlər və evlərinin yaxınlığında yerləşən tanımadığı şəxsə məxsus olan evdən oğurluq etmək qərarına gəlmişlər. Onlar evin hasarından keçib həyətə daxil olmuşlar, o, Şahmiri yuxarı qaldırmış, sonuncu ikinci mərtəbəyə qalxmış, evin şüşəsini sındırmış, əli ilə onu dartıb ikinci mərtəbəyə qaldırmış, evin qapısını dəmirlə sındırıb içəri daxil olmuşlar. Bundan sonra orada olan əşyaları sellofan torbaya yığıb aşağı düşürmüşlər və Şahmirin “Niva” markalı avtomobilinə yükləyib aparmışlar. Həmin vaxt onların oğurluq etdiklərini heç kim görməmişdir. Oğurluq etdikdən 2 gün sonra polis əməkdaşları onları saxlamışlar və o, törətdiyi əməlini etiraf etmişdir. Bundan sonra o və X17 evindən oğurladıqları əşyaların hamısını geri qaytarmışlar. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə aradan qaldırmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin oğurluq etdikləri Qusar şəhəri N.Şərifov küçəsində yerləşən ev onun qardaşı X10 məxsusdur. Oğurluq hadisəsi baş verən günün növbəti günü-yəni xx xxxx 2020-ci il tarixdə o, bu barədə eşitmiş və həmin evə getmişdir. Oraya getdikdə o, evin ikinci mərtəbəsinin eyvanın şüşəsinin və iki ədəd qapıların sındırıldığını, həmçinin evdən televizorun, ütünün, kompüterin və ittiham aktında göstərilən digər əşyaların oğurlandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, evdən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Həmin şəxslər oğurladıqları əşyaları sonradan ona geri qaytarmış, dəymiş zərər tam aradan qaldırılmışdır. Hazırda həmin şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxslərin barəsində ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin oğurluq etdikləri Qusar şəhəri N.Şərifov küçəsində yerləşən ev X10 məxsusdur. Həmin şəxs onun xalasının əridir. Evin sahibi evdə yaşamamış və hər gün həmin evə o, baxmışdır. xx.xx.2020-ci il tarixdə o, evə baxarkən evin ikinci mərtəbəsində olan əşyaların oğurlandığını görmüş və bu barədə polisə məlumat vermişdir. Evdən televizor, ütü, əlcəklər, kompüter və s əşyalar oğurlanmış, evin şüşəsi və iki ədəd qapıları sındırılmışdır. Sonradan ona məlum olmuşdur ki, evdən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Həmin şəxslər oğurladıqları əşyaları sonradan geri qaytarmış, dəymiş zərər tam aradan qaldırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir. Sonuncu oğurluq edərkən onlar rəsmi qaydada ailəli olmamışlar, lakin birlikdə yaşamışlar, həmin hadisədən sonra rəsmi ailə həyatı qurmuşlar. 2021-ci ilin iyun ayında Rəsul televizor və kompüter gətirmiş, lakin onların oğurluq olduğunu deməmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəsul həmin əşyaları, o cümlədən digər əşyaları Feyrud adlı şəxsə məxsus evdən Şahmir adlı şəxslə birlikdə oğurlamışdır. Sonradan Rəsul həmin əşyaları geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar şəhər 4 saylı tam orta məktəbində informatika müəllimi işləyir, eyni zamanda Qusar şəhəri H.Əliyev prospektində icarəyə mağaza götürüb orada kompyüterlərin alışı, satışı və təmiri ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində mağazada olan zaman orta məktəbdə dərs tədris etdiyi X14 mağazaya gələrək onunla görüşmüş, sonra isə özündə olan, kompyüterə aid 02 ədəd “Ram”, 01 ədəd “SS” diski, 01 ədəd “Hard” diski və 01 ədəd videokartı ona göstərərək qardaşının evlərində olan kompyüteri sındırdığını, ona görə də həmin hissələrin işləyib-işləməməsini yoxlamasını xahiş etmiş, o, da Şahmirə etiraz etməyərək həmin ehtiyat hissələrini ondan alıb mağazaya qoymuşdur. Həmin gündən bir neçə gün sonra isə Şahmirin hansısa evdən oğurluq etdiyi üçün saxlanılaraq Qusar rayon polis şöbəsinə aparıldığını və ona verdiyi, kompyüterə aid 02 ədəd “Ram”, 01 ədəd “SS” diski, 01 ədəd “Hard” diski və 01 ədəd videokartın da oğurluq olduğunu eşitmişdir. Sonradan o, həmin əşyaları istintaq orqanına təqdim etmişdir. Şahid3 Azərbaycan Respublikasının CPM-nin 95.6.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaxın qohumuna-yəni oğlu Təqsirləndirilən şəxs2 qarşı ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində o, yaşadığı evin qarşısına çıxan zaman darvazanın kənarındakı otluqda bir ədəd ütü və bir ədəd saç qırxan maşın olduğunu görmüş, sahibinə qaytarmaq məqsədi ilə onları götürüb yaşadığı evə qoymuşdur. Həmin günün səhərisi isə təxminən saat 08 radələrində oğlu Rəsulun onun yaşadığı evin qarşısında nəsə axtardığını görmüş, ondan nə axtardığını soruşduqda Rəsul otların arasına ütü və saç qırxan qoyduğunu bildirmiş, o, da Rəsuldan ütü və saç qırxan maşını haradan əldə etdiyini soruşmuş, Rəsul da həmin əşyaları “Topaz” internet saytı vasitəsilə aldığını bildirmişdir. Bundan sonra o, həmin əşyaları otların arasından götürüb evə qoyduğunu bildirmiş və Rəsuldan həmin ütü və saç qırxan maşını hansı pulla aldığını soruşmuş, Rəsul da hansısa dostundan 35 manat borc aldığını demiş, bundan sonra o, dostunun borcunu qaytarması üçün Rəsula 35 manat pul vermiş, həmin gündən bir neçə gün sonra isə Rəsulun ütü ilə saç qırxan maşını oğurladığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, neçə illərdir ki tüfeyli həyat tərzi keçirir, yaşayış evi olmadığı üçün təxminən bir ildən artıq olar ki, Qusar rayonu Balaqusar kəndi ərazisində, çayın yaxınlığında yerləşən iki otaqlı daxmada tənha yaşayır, heç yerdə işləmədiyi üçün də kənd sakinləri ona yemək üçün çörək verirlər. 2020-ci ilin iyun ayının təxminən ortalarında gecə saatlarında qaldığı daxmada olan zaman adlarını bilmədiyi iki cavan oğlan “Niva” markalı bir avtomobillə onun qaldığı yerə gələrək onunla görüşmüşlər, sonra isə onlardan biri, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs2 valideyinlərinin onu evdən qovduğunu, özünə məxsus olan bir neçə əşyanı özü ilə götürüb evdən çıxdığını, ancaq qalmağa yerinin olmadığını deyərək özünə məxsus olan bir neçə əşyanı bir günlük onun qaldığı daxmaya qoymaq istədiyini bildirmiş, o, da Rəsula etiraz etməmişdir. Bundan sonra Rəsul “Samsung” markalı bir ədəd televizor, “Dell” markalı bir ədəd kompyüter monitoru və bir ədəd kompyüterə aid olan aparatı gətirib onun yaşadığı yerə qoymuş və səhərisi gün onları aparacağını deyərək çıxıb getmiş, həmin günün səhərisi isə Rəsul taksi ilə oraya gələrək həmin “Samsung” markalı bir ədəd televizor, “Dell” markalı bir ədəd kompyüter monitorunu və bir ədəd kompyüterə aid olan aparatı götürüb çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3, İTB-nin baş inspektoru X6, kriminalist-ekspert polis serjantı X2, Qusar rayonu Hil kəndində yaşayan Şahid1 iştirakları ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, X10 məxsus evə baxış keçirilərkən həmin evin ikinci mərtəbəsinin pəncərəsinin 41X85 ölçülü şüşə pəncərəsinin sındırıldığı, iki ədəd qapının dəstək hissəsinin qopardılaraq sındırıldığı, bir ədəd kompüter prosessorunun, bir ədəd “Samsung” markalı televizorun oğurlandığı aşkar olunmuşdur. Həmin vaxt Şahid1 evdən başqa əşyaların da oğurlandığını, lakin əşyaların adlarını dəqiq bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən Qusar RPŞ-nin məsul növbətçi köməkçisi İsmət Səfərovun, Təqsirləndirilən şəxs1, hal şahidləri X7, X11 iştirakları ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 “Vaz 2121” (Niva) markalı 38BA747 dövlət qeydiyyat nişanlı avtomobilinin yük hissəsində göy rəngli idman çantasına yığılmış Ferud Rəhimova məxsus yaşayış evindən oğurlanmış əşyalara baxış keçirilmişdir. Baxış zamanı həmin çantada 1 ədəd “Genius” markalı kamera başlığı (kompyüter üçün), kompüter üçün nəzərdə tutulmuş “JİPMAİ” markalı qulaqcıq, 1 ədəd “AS-225” markalı səsgücləndirici, 1 ədəd perforator, 1 ədəd “İNTERSKOL” markalı direl, 1 ədəd “HAG- 230N” markalı elektrik mişarı, 1 ədəd naqil kəsən qayçı, 21 ədəddən ibarət direl başlığı dəsti, “F8” markalı 01 ədəd sep açar, 4 cüt yun əlcək, 6 cüt polietilen materiallı əlcək, 1 ədəd yun papaq aşkar edilərək götürülmüşdür. Baxış zamanı həmin əşyaları Təqsirləndirilən şəxs1 bir daha oğurladığını təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1978 saylı rəyindən görünür ki, fotoşəkillərlə təqdim edilmiş və istifadə olunmuş 17 adda müxtəlif markalı malların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə aşağdakı kimi müəyyən edilir; Çin Respublikasında istehsal edilmiş 82 dioqanallı 01 ədəd “Samsung” markalı televizor 200 manat, Koreya Respublikasında istehsal edilmiş 01 ədəd “Dell” markalı kompyüter monitoru 50 manat, Çin Respublikasında istehsal edilmiş kompyüterə qoşmaq üçün 01 ədəd stolüstü lampa 20 manat, Çin Respublikasında istehsal edilmiş RF-888 markalı saç qırxan maşın 15 manat, Çin Respublikasında istehsal edilmiş “Salton elite” markalı 01 ədəd ütü 25 manat, Çin Respublikasında istehsal edilmiş, kompyüter üçün nəzərdə tutulmuş “Genius” markalı 01 ədəd kamera başlığı 10 manat, Çin Respublikasında istehsal edilmiş, kompyüter üçün nəzərdə tutulmuş “JİПMAİ” markalı 01 ədəd qulaqcıq 10 manat, Çin Respublikasında istehsal edilmiş “AS-225” markalı 01 ədəd səsgücləndirici 50 manat, Rusiya Federasiyasında istehsal edilmiş orta ölçülü 01 ədəd perferator 40 manat, Rusiya Federasiyasında istehsal edilmiş “İNTERSKOL” markalı 01 ədəd direl 35 manat, Rusiya Federasiyasında istehsal edilmiş “HAG-230N markalı 01 ədəd elektrik mişarı 50 manat, Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd naqil kəsən qayçı 15 manat, Rusiya Federasiyasında istehsal edilmiş 21 ədəddən ibarət olmaqla direl başlığı dəsti 10 manat, Rusiya Federasiyasında istehsal edilmiş “F8” markalı 01 ədəd sep açar 10 manat, Rusiya Federasiyasında istehsal edilmiş 04 cüt yun əlcəyin hər cütünün qiyməti 1 manat olmaqla cəmi 4 manat, Rusiya Federasiyasında istehsal edilmiş çöl hissəsi polietilen materialdan olan 06 cüt əlcəyin hər cütütün qiyməti 5 manat olmaqla cəmi 30 manat, Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd yun papağın qiyməti isə 2 manat olmaqla həmin əşyaların ümumi qiyməti 546.00 manat təşkil edir. Digər 5 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, yaddaş tutumu, texniki vəziyyəti və s.) barədə məlumat olmadığı üçün qiymətsiz müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/1978 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə aparılması barədə” protokoldan görünür ki, Şahid2 “Samsung” markalı bir ədəd televizor, “Dell” markalı bir ədəd kompyüter monitoru və bir ədəd sistem blokunu təqdim edərək həmin əşyaları Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə ona verdiyini bildirmişdir. Şahid2 təqdim etdiyi “Samsung” markalı bir ədəd televizor, “Dell” markalı bir ədəd kompüter monitoru və səsgücləndirici ilə birlikdə olan bir ədəd DVD aparatına baxış keçirildikdən sonra götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə aparılması barədə” protokoldan görünür ki, Şahid3 01 ədəd RF-888 markalı saç qırxan maşın və “Salton elite” markalı 01 ədəd ütünü təqdim edərək həmin əşyaları oğlu Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə gətirib onun evinin giriş hissəsində otların arasında gizlədiyini, onun da həmin əşyaları götürüb evə qoyduğunu bildirmişdir. Şahid3 təqdim etdiyi əşyalar baxış keçirildikdən sonra götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə aparılması barədə” protokoldan görünür ki, Şahid4 sistem blokun içərisindən çıxarılmış 02 ədəd “Ram”, 01 ədəd “SS” diski, 01 ədəd “Hard” diski və 01 ədəd videokartı istintaq orqanına təqdim etmiş və həmin əşyalar baxış keçirildikdən sonra götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Ferud Rəhimova məxsus olan 82 dioqanallı 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd “Dell” markalı kompyüter monitoru, 01 ədəd sistem bloku, sistem blokun içərisindən çıxarılmış 02 ədəd “Ram”, 01 ədəd “SS” diski, 01 ədəd “Hard” diski, 01 ədəd videokart, kompyüterə qoşmaq üçün 01 ədəd stolüstü lampa, 01 ədəd RF-888 markalı saç qırxan maşın, “Salton elite” markalı 01 ədəd ütü, kompyüter üçün nəzərdə tutulmuş “Genius” markalı 01 ədəd kamera başlığı, kompyuter üçün nəzərdə tutulmuş “JİPMAİ” markalı 01 ədəd qulaqcıq, “AS-225” markalı 01 ədəd səsgücləndirici, 01 ədəd perferator, “ИНТЕРСКОЛ” markalı 01 ədəd direl, “HAG-230N” markalı 01 ədəd elektrik mişarı, 01 ədəd naqil kəsən qayçı, 21 ədəddən ibarət olmaqla direl başlığı dəsti, “F8” markalı 01 ədəd sep açar, 04 cüt yun əlcək, çöl hissəsi polietilen materialdan olan 06 cüt əlcək və 01 ədəd yun papaq zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmin şəxs həmin əşyalarla bağlı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ferud Rəhimovun evindən oğurladıqları 82 dioqanallı 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd “Dell” markalı kompyüter monitoru, 01 ədəd sistem bloku, başqa bir sistem blokun içərisindəki avadanlıqlar, kompyüterə qoşmaq üçün 01 ədəd stolüstü lampa, 01 ədəd saç qırxan maşın, “Salton elite” markalı 01 ədəd ütü, kompyüter üçün nəzərdə tutulmuş 01 ədəd kamera başlığı, kompyüter üçün nəzərdə tutulmuş 01 ədəd qulaqcıq, 01 ədəd səsgücləndirici, 01 ədəd perferator, 01 ədəd direl, 01 ədəd elektrik mişarı, 01 ədəd naqil kəsən qayçı, 21 ədəd direl başlığı, 01 ədəd sep açar, 04 cüt yun əlcək, çöl hissəsi polietilen materialdan olan 06 cüt əlcək və 01 ədəd yun papaq iş üzrə maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham elan olunan zaman qiymətləri ekspert rəyində müəyyən edilməyən digər əşyalarla bağlı zərərçəkmiş şəxsin ifadələrində göstərilən qiymətlərin əsas götürülməsi nəzərə alınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16:40-da, Təqsirləndirilən şəxs1 isə həmin tarixdə saat 18:56-da şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmin tarixdə saat 16:10-da Təqsirləndirilən şəxs2, həmin tarixdə saat 17:40-da isə Təqsirləndirilən şəxs1 tutulmadan azad edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1595 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qusar şəhəri B.Ağaverdiyev küçəsindəki fərdi yaşayış evində qeydiyyatsız yaşayır və ailə tərkibi atası X4, anası X1, qardaşı X8 və qardaşı X5 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 838 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə ölkə ərazisində elan olunmuş qismən səfərbərliklə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli Mİ 000498 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə iştirakçısıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 vəzifə borcunun yerinə yetirilməsində fərqləndiyinə, döyüş hazırlığı və nizam-intizamda əldə etdiyi nailiyyətlərə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus SX ******* saylı hərbi biletdəki qeyddən görünür ki, həmin şəxs Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1578 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 saylı evdə yaşayır və ailə tərkibi atası Savziyev Şakir Şövkət oğlundan, anası Şahid3 ibarətdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il təvəllüdlü Zümrüd adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, ziyan tam şəkildə ödənilib, onlarla barışmışdır. Ona görə də, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, ən yüngül cəza verilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində X10 məxsus olan, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçərək daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki pəncərəsinin şüşəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olаraq oradan müxtəlif adda əşyaları oğurlamaları və bununla da, onların Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 4 saylı ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 5 saylı ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı vardır, Təqsirləndirilən şəxs1 isə Vətən müharibəsi iştirkçısıdır, həmin şəxslər törətdikləri əməllərindən səmimi peşman olmuşlar. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxslərin barələrində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış yuxarıda sadalanan əşyaların zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 4 saylı ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 5 saylı ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 82 dioqanallı 01 ədəd “Samsung” markalı televizorun, 01 ədəd “Dell” markalı kompyüter monitorunun, 01 ədəd sistem blokunun, başqa bir sistem blokun içərisindəki avadanlıqların, kompyüterə qoşmaq üçün 01 ədəd stolüstü lampanın, 01 ədəd saç qırxan maşının, “Salton elite” markalı 01 ədəd ütünün, kompyüter üçün nəzərdə tutulmuş 01 ədəd kamera başlığının, kompyüter üçün nəzərdə tutulmuş 01 ədəd qulaqcığın, 01 ədəd səsgücləndiricinin, 01 ədəd perferatorun, 01 ədəd direlin, 01 ədəd elektrik mişarının, 01 ədəd naqil kəsən qayçının, 21 ədəd direl başlığının, 01 ədəd sep açarın, 04 cüt yun əlcəklərin, çöl hissəsi polietilen materialdan olan 06 cüt əlcəklərin və 01 ədəd yun papağın zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar