Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-20/2023 07.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Çiçəkli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 sentyabr 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ki, ona görə ki, o, 24 yanvar 2022-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə əmisi arvadı Zərərçəkmiş şəxs1 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yaşayan fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı boyunbağı, 400 manat dəyərində 5 qram çəkidə zəncir formalı boyunbağı, 480 manat dəyərində 6 qram çəkidə zəncir formalı boyunbağı, 160 manat dəyərində 2 qram çəkidə nazik sünbül formalı qolbaq, 160 manat dəyərində 2 qram çəkidə nazik sünbül formalı qolbaq, 160 manat dəyərində 2 qram çəkidə nazik sünbül formalı qolbaq, 320 manat dəyərində 4 qram çəkidə üzəri kvadrat formalı sadə daşdan qaşı olan kişi üzüyü, 400 manat dəyərində 5 qram çəkidə sadə sep formalı bəzəyi və sadə daşdan qaşı olan qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə kalso formalı qaşsız qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə kalso formalı qaşsız qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə kalso formalı qaşsız qadın üzüyünü, ümumilikdə 3120 (üç min yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağında döşəyin üzərindəki qadın çantasında gizlədilmiş Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 800 manat dəyərində 8 qram çəkidə tros formalı qadın üçün qolbaq, 200 manat dəyərində 2,5 qram çəkidə sadə formalı və sadə qaşlı qadın üzüyü, 360 manat dəyərində 4,5 qram çəkidə sünbül formalı boyunbağı, 160 manat dəyərində 2 qram çəkidə ördək formalı klonu və 100 manat nəğd pulu, ümumilikdə 1620 (bir min altı yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs10 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs10 mülkiyyətində olan evin qonaq otağındakı masanın üzərində olan cib dəsmalına bükülərək gizlədilmiş 240 manat dəyərində 3 qram çəkidə zəncir formalı boyunbağı, 160 manat dəyərində 2 qram çəkidə sünbül formalı boyunbağı, 80 manat dəyərində 1 qram çəkidə içərisində göz şəkli olan klon, 200 manat dəyərində 2,5 qram çəkidə qaşsız yarpaq formalı uşaq sırğasını, ümumilikdə 680 (altı yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs12 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs12 mülkiyyətində olan evin qonaq otağındakı dolabda gizlədilmiş 400 manat dəyərində 5 qram çəkidə dairəvi formalı qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə üzərində bir ədəd sadə qaşı olan dairəvi formalı qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı boyunbağı, 640 manat dəyərində zəncir formalı boyunbağı və 700 manat nəğd pulu, ümumilikdə 2220 (iki min iki yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs15 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs15 mülkiyyətində olan dolabdakı paltarların arasında gizlədilmiş 560 manat dəyərində 7 qram çəkidə dairəvi formalı qadın üzüyünü gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs11 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs11 mülkiyyətində olan evin qonaq otağında paltarların arasında gizlədilmiş 160 manat dəyərində 2 qram çəkidə üzəri kvadrat formalı kişi üzüyü, 240 manat dəyərində 3 qram çəkidə dairəvi formalı qaşsız qadın üzüyü və 200 manat dəyərində 2,5 qram çəkidə dairəvi formalı sadə qaşlı qadın üzüyünü, cəmi 600 (altı yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin iyun ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 mülkiyyətində olan qonaq otağındakı dolabın içərisində gizlədilmiş 400 manat dəyərində 5 qram çəkidə 1 cüt sırqa, 480 manat dəyərində 6 qram çəkidə 1 cüt sırğa, 320 manat dəyərində 4 qram çəkidə 1 cüt sırğa, 400 manat dəyərində 5 qram çəkidə sünbül formalı boyunbağı, 480 manat dəyərində 6 qram çəkidə sünbül formalı boyunbağını və 200 manat nəğd pulu, ümumilikdə 2280 (iki min iki yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 oğlunun yaşadığı məxsus Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs6 mülkiyyətində olan qonaq otağında şkafın üzərində olan qızıl qabının içərisində gizlədilmiş 560 manat dəyərində 7 qram çəkidə sünbül formalı boyunbağı, 400 manat dəyərində 5 qram çəkidə sünbül formalı qolbaq, 320 manat dəyərində 4 qram çəkidə dairəvi formalı üzərində ay-ulduz şəkilli bəzəyi olan klon, 240 manat dəyərində 3 qram çəkidə üzərində bir ədəd sadə qaşı olan yastı formalı qadın üzüyü, 160 manat dəyərində 2 qram çəkidə sadə və qaşsız dairəvi formalı qadın üzüyü, 200 manat dəyərində 2.5 qram çəkidə bir ədəd sadə qaşı olan nazik yastı formalı qadın üzüyünü, cəmi 1880 (bir min səkkiz yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 mülkiyyətində olan evin qonaq otağındakı sandığın içərisində gizlədilmiş 320 manat dəyərində 4 qram çəkidə üst hissəsi dairəvi formada qadın üzüyü, 300 manat dəyərində 3 qram çəkidə “kalso” formalı kişi üzüyü, 120 manat dəyərində 1,5 qram çəkidə yarpaq formalı tək sırğa, 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı boyunbağını, ümumilikdə 980 (doqquz yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs8 mülkiyyətində olan qonaq otağında döşəyin üzərindəki qadın çantasının içərisində gizlədilmiş 560 manat dəyərində 7 qram çəkidə sadə göy rəng qaşlı yastı formalı sırğa və üzük dəsti, 400 manat dəyərində 5 qram çəkidə sadə qırmızı qaşlı yastı formalı qadın üzüyü, 160 manat dəyərində 2 qram çəkidə sünbül formalı boyunbağı və 80 manat dəyərində 1 qram çəkidə ürək formalı klonu, ümumilikdə 1200 (bir min iki yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs9 mülkiyyətində olan evin qonaq otağındakı dolabın üzərində oyuncaq kukla qabında gizlədilmiş 240 manat dəyərində 3 qram çəkidə “kalso” formalı boyunbağı, 400 manat dəyərində 5 qram çəkidə sünbül formalı boyunbağı, 80 manat dəyərində 1 qram çəkidə günəbaxan tumu formasında olan klonu, ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq T.Pənəahovun mülkiyyətində olan yataq otağındakı güzgünün qarşısında plasmas qutunun içərisində gizlədilmiş 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı qolbağını, cəmi 240 (iki yüz qırx) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs14 mülkiyyətində olan 720 manat dəyərində 9 qram çəkidə dairəvi formalı qaşsız qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə dairəvi formalı qaşsız kişi üzüyü, 160 manat dəyərində 2 qram çəkidə zəncir formalı boyunbağını, cəmi 1200 (bir min iki yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin sentyabr ayının 5-11 tarixləri arasında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 mülkiyyətində olan yataq otağındakı paltar dolabında olan qadın çantasının içərisindəki qutuda gizlədilmiş 280 manat dəyərində 3,5 qram çəkidə sünbül formalı boyunbağı, 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı qolbaq, 400 manat dəyərində 5 qram çəkidə dairəvi formalı üzərində sadə daşlardan qaşları olan üzəri yarpaq şəkilli qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə üzərində sadə daşlardan qaşı olan üzəri kvadrat şəkilli olan kişi üzüyünü, cəmi 1240 (bir min iki qırx) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin sentyabr ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs16 yaşadığı Gədəbəy rayonu Şahdağ kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs16 mülkiyyətində olan 280 manat dəyərində 3,5 qram çəkidə dairəvi formalı qadın üzüyü və 120 manat dəyərində hər biri 0.3 qram çəkidə olan 4 ədəd qızıl dişləri və 350 manat nəğd pulu, cəmi 750 (yeddi yüz əlli) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 27 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 200 manat dəyərində 2,5 qram çəkidə sünbül formalı boyunbağı, 80 manat dəyərində 1 qram çəkidə “qəpik pul” formalı klon, 160 manat dəyərində 2 qram çəkidə zəncir formalı qolbaq, 280 manat dəyərində 3,5 qram çəkidə üzəri gül formalı sadə daşlardan qaşı olan qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə sadə daşlardan qaşları olan kişi üzüyü, 560 manat dəyərində 7 qram çəkidə gül formalı üzərində sadə qaşları olan 1 cüt sırğa, 320 manat dəyərində 4 qram çəkidə gül formalı üzərində sadə qaşları olan qadın üzüyünü, cəmi 1920 (bir min doqquz yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina etmiş,barəsində qanunda nəzərdə tutulmuş qərarın çıxarılmasını xahiş etmişdir. Təqsirləndirlən şəxsin məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Gədəbəy rayonu, Çiçəkli kəndində ailə üzvləri yəni atası X5, anası X9, arvadı X17, azyaşlı övladları Zeynəb Qasımova və Zəhra Qasımova ilə birlikdə yaşayır. Rəsmi olaraq X30 təsərrüfatında 9 saylı meşə dolayısının gözətçisi vəzifəsində işləyir. Gədəbəy rayon Çiçəkli kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmisi X3 arvadıdır. Zərərçəkmiş şəxs1 və digər ailə üzvləri ilə aralarında normal qohumluq münasibətləri olmuşdur. O, mütəmadi olaraq Şahilənin yaşadığı baba yurdu olan evə gedib gəlmişdir. 24 yanvar 2022-ci il tarixdə maddi çətinlikləri və pula ehtiyyacı olduğu üçün əmisi Habilin evindən oğurluq etmək qərarına gəlmiş, əvvəlcədən əmisinin evinə gedib-gəldiyi üçün evi də tanımışdır. O, əmisinin evində qızıl-zinət əşyalarını saxladığı yeri dəqiq bilməsə də evə girib axtarmaqla qızılları tapmaq fikrinə düşmüşdür. Həmin gün saat 11 radələrində kəndin mərkəzində yerləşən icra nümayəndəliyinin binasının yanında olduğu vaxt əmisi Habil, arvadı Şahilə və oğlu Nicatın avtomobillə getdiklərini görmüş, Habil və ailə üzvlərinin bir müddətdir Tovuz rayonunda yaşayan əmisi Vaqifin yanında qalan babası Şahniyar və nənəsi Xanımın yanına getdiklərini bilmişdir. Həmin gün saat 11 radələrində evin sahibsiz olmasını dəqiqləşdirdikdən sonra hasardan aşaraq evin həyətinə keçib, oradan isə evin açıq olan giriş qapısından içəri daxil olmuşdur. O, evin otaqlarında qızıl-zinət əşyaları və pul axtarmağa başlamış, nəhayət qonaq otağında şkafın siyirməsini çəkib, orada qutu olduğunu görmüş, həmin qutunu açdıqda isə içərisində 3 ədəd boyunbağı, 4 ədəd qadın və 1 ədəd kişi üzükləri, 3 ədəd isə qolbağı olduğunu müəyyən edib, həmin qızıl-zinət əşyalarını oğurlamış, qutuna da yerinə qoyaraq siyirməni bağlamışdır. Daha sonra evin giriş qapısından həyətə çıxıb, hasardan aşaraq evdən uzaqlaşmış, evə daxil olarkən və evdən çıxarkən onu heçkim görməmiş, həmin günü evdə keçirdikdən sonra ertəsi gün səhər saatlarında marşrut avtobusu ilə Şəmkir şəhərinə gedib, əldə etdiyi qızılları qızıl alqı-satqısı mağazasında əvvəllər tanımadığı və adını bilmədiyi bir nəfər qadına 1717 manat pul müqabilində satmışdır. O, əldə etdiyi pulları bir neçə gün ərzində gündəlik ehtiyyacları üçün xərcləmiş, həmin vaxtdan xeyli keçməsinə baxmayaraq əmisi və ailə üzvləri evdən qızılların oğurlanmasından xəbərsiz olmuşdur. 2022-ci ilin oktyabr ayında digər kənd sakinləri kimi əmisi və ailə üzvləri də qızılların oğurlanmasını aşkar etmişdir. O, qeyd etdiyi cinayət hadisəsini törətdikdən sonra bir neçə müddət oğurluq hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 da həmkəndlisidir. Zabitlə aralarında qohumluq əlaqəsi vardır. Belə ki, Zabitin arvadı Rəhmiyyə atası Məmmədin əmisi qızıdır. Zabit və ailə üzvləri ilə aralarında normal qohumluq münasibətləri olmaqla heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin 2022-ci ilin may ayında yenidən maddi çətinlikləri olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, dəqiq yadında qalmayan tarixdə yəni 2022-ci ilin may ayının son günlərindən birində həmkəndlisi Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək fikrinə düşmüş, həmin vaxtı Zabitin ailə üzvlərinin yaylağa köçdüyünü, Zabitin isə gündəlik işə gəlib getdiyini bilmişdir. Həmin günü təxminən saat 15 radələrində meşədən evə gələrkən Zabitin evinin həyətində əkini becərdiyini görüb, oğurluq planımı reallaşdırmaq qərarına gəlmiş, Zabitin evində heçkim olmadığını müəyyən edərək evin küçə tərəfində olan açıq qapıdan həyətə daxil olmaqla yenə də evin açıq olan giriş qapısından içəri daxil olmuş, içəri daxil olduqdan sonra qonaq otağına daxil keçib, qonaq otağında döşəyin üzərindəki qadın çantasını açıb içərisinə baxdıqda orada qızıl zinət əşyaları olduğunu görmüşdür. O, həmin çantadan bir ədəd dairəvi formalı qolbaq, bir ədəd üzərində klon olan boyunbağı və bir ədəd üzərində sadə qaşı olan nazik qadın üzüyünü götürmüş, yenidən evə daxil olduğu kimi də ətrafı müşahidə etməklə gizlincə evdən çıxıb getmiş, əldə etdiyim qızılları isə cibində saxlamışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 həmkəndlisi və qohumudur. Zərərçəkmiş şəxs10 atasının əmisi Qasımın nəvəsidir. Zərərçəkmiş şəxs10 və ailə üzvləri ilə aralarında normal qohumluq münasibətləri olmaqla heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin may ayının sonlarında həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs2 evindən oğurluq etdikdən sonra həmin gün yenidən Zabitin qonşusu Çingizin evindən oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə həmin gün saat 16 radələrində Zabitin evindən çıxdıqdan sonra həmin evin yaxınlığındakı qaz borusunun üzərində əyləşib ətrafı müşahidə etməyə başlamış, Çingizin evini müşahidə edərək evin sahibsiz olduğunu müəyyən etmişdir. Bir qədər də ətrafı müşahidə edib, onu kənardan kiminsə görmədiyinə əmin olaraq evin açıq olan küçə qapısından həyətə keçərək yenidən açıq qapıdan keçməklə evə daxil olub, həmin evdə qızıl-zinət əşyaları axtarmağa başlamış, evin otaqlarını axtararaq qonaq otağına daxil olmuş, qonaq otağında şkafları axtarmış, bu zaman gözü masanın üzərində bükülü cib dəsmalına sataşmış, həmin cib dəsmalını götürüb içərisinə baxdıqda orada bir ədəd dəmir materialdan qol saatı, bir ədəd boyunbağı, bir ədəd klonla birlikdə boyunbağı və bir cüt sırqa olduğunu aşkar edərək, həmin qızıl zinət əşyalarını oğurlamış, saatı isə həmin cib dəsmalına büküb yerinə qoymuşdur. Bundan sonra eyni qaydada açıq qapılardan keçərək evdən çıxıb, öz yaşadığı evə getmiş, gecəni keçirdikdən sonra ertəsi gün səhər saatlarında yenidən Şəmkir mərkəzi bazarına gedərək orada yerləşən qızıl mağazasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs10 evindən oğurladığı qızıl-zinət əşyalarını əvvəllər tanımadığı və adını bilmədiyi qadına cəmi dəqiq yadında qalmayan məbləğdə təxminən 400-500 manat pul müqabilində satmışdır. O, həmin pulları gündəlik ehtiyyacları üçün xərcləmişdir. O, həmin cinayətləri törətmiş olsa da ev saihiblərinin evlərindən qızıl-zinət əşyalarının oğurlanmasından xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Çiçəkli kənd sakini Zərərçəkmiş şəxs12 tanıyır. Zərərçəkmiş şəxs12 onun həmkəndlisidir. Həmçinin Ramin və ailə üzvləri ilə aralarında ona məlum olmayan uzaq qohumluq əlaqəsi vardır. Eyni zamanda Zərərçəkmiş şəxs12 və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət nə də düşmənçilik olmamış, aralarında normal münasibətlər olmuşdur. Raminlə yaxın münasibətləri, nə də bir-birilərinin də evinə gediş-gəlişləri olmamışdır. Dəqiq yadında qalmayan tarixdə yəni, 2022-ci ilin may ayının son günlərindən birində maddi çətinlikləri olduğu üçün yenidən oğurluq etməyə qərar vermişdir. Həmin vaxtı 2022-ci ilin may ayından etibarən kənd sakinlərinin bir çoxları kimi Zərərçəkmiş şəxs12 və ailə üzvlərinin də yaylağa köçməsindən, evinin isə sahibsiz qalmasından xəbərim olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin günlərdən birində təxminən saat 22 radələrində kəndin çıxışına yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evinin yanına getmiş, Ramin və ailə üzvlərinin evdə olmamasından əmin olmaq üçün əvvəlcə bir qədər ətrafı müşahidə etmiş, evdə işıqların sönmüş olmasını görüb, bir daha evin sahibsiz olmasından əmin olduqdan sonra oğurluq planını həyata keçirməyə başlamış, bu məqsədlə evin məftil torlardan ibarət hasarını aşaraq həyətə daxil olmuş, bundan sonra evin giriş qapısına yaxınlaşmış, ancaq qapının qıfılla bağlı olduğunu görüb, qıfılın açarını axtarmış, lakin açarı axtarıb tapa bilməmiş, sonra üzərimdə olan açarla qıfılın açılıb-açılmamasını yoxlamış, təsadüfən üzərindəki açarla evin qıfılının açarı eyni olmuş, bu yolla qıfılı açıb evə daxil olmuşdur. Raminə məxsus ev iki mərtəbəli olmaqla, birinci mərtəbəsi zirzəmidən ibarət olmuşdur. O, birbaşa evin ikinci mərtəbəsinin giriş qapısından içəri daxil olaraq otaqları axtarmağa başlamış, evə daxil olarkən qaranlıq olduğu üçün alışqanın işığı ilə evə girmiş, əvvəlcə evin qonaq otağına daxil olub, həmin otaqdakı paltar dolabını axtarmış, dolabın içərisində yuxarı hissədə cib dəsmalına bükülü qızıl qabını aşkar etmiş, həmin qızıl qabının içərisində 300 manat pul və 1 ədəd qızıl qadın üzüyü görüb, qadın üzüyünü və 200 manat pulu götürmüşdür. O, pulun 100 manatını oğurluq olmasından şübhə yaratmamaq üçün yerində saxlamış, sonra yenidən həmin dolabın yanındakı məişət əşyaları yığılmış dolabı da axtardıqda həmin olabdakı çaynikin içərisində olan 54 manat pulun 50 manatını da oğurlamışdır. O, oğurluq etdikdən sonra evdən gizlincə çıxaraq, qıfılı da açarla bağlamış, evdən uzaqlaşıb yaşadığı evə getmiş, əldə etdiyi pulları və bir ədəd qadın üzüyünü üzərində saxlamış, ailə üzvləri və digər şəxslərin oğurluqdan xəbəri olmamışdır. O, əldə etdiyi pulu xərcləmiş, ancaq üzüyü özündə saxlamışdır. Belə ki, cəmi bir ədəd üzük oğurladığı üçün tək üzüyü satmaq üçün bazara getməmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Çiçəkli kənd sakini Zərərçəkmiş şəxs15 həmkəndlisidir. Eyni zamanda Füzuli onun yeznəsi Asəf Tapdıqovun əmisi oğludur. Zərərçəkmiş şəxs15 və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət nə də düşmənçilik olmamış, əksinə olaraq aralarında normal münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs15la yaxın münasibətləri olmadığı kimi bir-birilərinin evinə gediş-gəlişləri də olmamışdır. Dəqiq yadında qalmayan tarixdə yəni, 2022-ci ilin may ayının son günlərindən birində maddi çətinliklərim olduğu üçün yenidən oğurluq etməyə qərar vermişdir. Bu ilin may ayından etibarən kənd sakinlərinin bir çoxları kimi Zərərçəkmiş şəxs15 və ailə üzvləri də heyvandarlıqla bağlı yaylağa köçdüyü üçün evi sahibsiz olmuşdur. Zərərçəkmiş şəxs12 evindən oğurluq etdikdən təxminən 3-4 gün sonra Füzulinin evindən oğurluq etməyi qərarlaşdırmışdır. Həmin günlərdən birində təxminən saat 22 radələrində Füzulinin yaşadığı evin yanına gedib, evin ətrafında bir qədər gözləyib ətrafı müşahidə etmiş, Füzulinin evinin işıqlarının sönməsindən bir daha evin sahibsiz olmasına əmin olmuşdur. Kənd sakinləri yaylağa köçsələrdə hərdənbir evlərinə də gəlibgetdikləri üçün oğurluq etməzdən ev sahibi və digər şəxslərlə rastlaşmamaq üçün əvvəlcə evləri müşahidə etmişdir. Nəhayət evin sahibsiz olmasından tam əmin olduqdan sonra oğurluq planını həyata keçirmək üçün məftil torları aşaraq həyətə keçmiş, sonra isə evin giriş qapısı açıq olduğu üçün sərbəst şəkildə evə daxil olmuşdur. O, Füzilinin evinin birinci mərtəbəsində zirzəmi, ikinci mərtəbədə isə iki otaq və dəhliz yerləşdiyini qeyd etmişdir. O, evin giriş hissəsində yəni dəhlizdə paltar dolabını görüb, həmin dolabda pul və sair qiymətli əşyalar axtarmış, həmin dolabdakı paltarların arasında bir ədəd qızıl qabını aşkar edib, həmin qızıl qapının içərisindəki 1 ədəd qızıl qadın üzüyünü götürmüşdür. Hava qaranlıq olduğu üçün alışqanın işığından istifadə etmiş, lakin qızıl qabının rəngini dəqiq seçə bilməmiş, o, yenidən evi axtarmış başqa heç nə tapmamış, evin səliqəsini pozmadan gizlincə evdən çıxaraq uzaqlaşmışdır. O, gecə saatlarında yaşadığı evə getmiş və əldə bir ədəd qadın üzüyünü üzərində saxlamış, ailə üzvləri və digər şəxslərin oğurluqdan xəbəri olmamış, ertəsi günü səhər saatlarında işə getmiş, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs15 evindən oğurladığı qadın üzüklərini hələlik özündə saxlamışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Çiçəkli kənd sakini Zərərçəkmiş şəxs11 həmkəndlisi və eyni zamanda atasının ögey xalası Darçının oğludur. Sadıq və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət nə də düşmənçilik olmamış, aralarında normal münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs11la yaxın qohumluq və dostluq münasibətləri olmadığı kimi bir-birilərinin evinə gedişgəlişləri də olmamışdır. Dəqiq yadında qalmayan tarixdə yəni, 2022-ci ilin iyun ayının əvvəllərində yenidən oğurluq etməyə qərar vermiş, Çiçəkli kənd sakinlərinin bir çoxları kimi Sadıq və ailə üzvləri də heyvandarlıqla bağlı yaylağa köçdüyü üçün evi sahibsiz qalmışdır. Zərərçəkmiş şəxs15 evindən oğurluq etdikdən təxminən 6-7 gün sonra Sadıqın evindən oğurluq etməyə qərar vermiş, elə həmin günlərdən birində saat 22 radələrində meşədən kəndə qayıdarkən həmin yolun üzərində yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin yanında dayanmış, Sadıqın evinin işıqları yanmadığını, ətrafda isə heçkim olmadığını görmüş, bir qədər gözləyib, evdə heçkimin olmadığına əmin olmuş, bundan sonra isə oğurluq planını həyata keçirməyə başlamış, Sadıqın evinin ətrafı məftil torlardan hasarlandığı üçün evin həyətinə girmək çətin olmamış, həmin torları aşaraq həyətə daxil olub, evin giriş qapısına yaxınlaşmış, sonra evin açıq olan giriş qapısından içəri daxil olmuş, evin qonaq otağına daxil olduqda paltar dolabı görüb, həmin dolabı axtarmış, dolabda qatlanıb yığılmış paltarların arasında uşaq şalvarının cibində olan qızıl qabını aşkar etmiş, həmin qızıl qabının içərisində olan iki ədəd qadın üzüyü və bir ədəd kişi üzüyünü götürüb, qızıl qabını da yerinə qoymuş, sonra evə daxil olduğu kimi yenidən gizləncə evdən çıxaraq, oradan uzaqlaşmış, yoluna davam edərək piyada yaşadığı evə getmiş, axşam saatları olduğu üçün kənd sakinləri onu görməmiş, evinə gedib, oğurluq barədə ailə üzvlərinə heçnə deməmiş, ertəsi günü və sonrakı günləri işə getmiş, bu günlərdə heç bir oğurluq hadisəsi törətməmişdir. Hadisədən iki gün sonra Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs15 evindən oğurladığı cəmi iki ədəd üzükləri, həmçinin Sadıqın evindən oğurladığım 3 ədəd üzükləri satmaq üçün Tovuz rayon Qovlar şəhərinə getmiş, orada yaşayan tanışı Hicranla görüşüb, atasının müalicəsinə pul lazım olduğu üçün qızıllarını satmaq istədiyimi bildirmiş, qızılları bazara aparıb satmasını xahiş etmiş, Hicran isə qızılları satmaq üçün taksi ilə Tovuz şəhərinə getmiş, o, isə Qovlar şəhərində Hicranı gözləmiş, Hicran təxminən bir saat sonra gəlib, qızılların müqabilində ona 650 manat pul vermişdir. O, Hicrandan 650 manat pulu götürmüş, Hicrana pula ehtiyyacı olduğunu bildirmiş, qızıllarını satması müqabilində Hicrana pul verməmiş. həmin gün taksi ilə kəndə qayıtmış, pulları isə bir neçə gün ərzində gündəlik tələbatları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 həmkəndlisi və uzaq qohumudur. Belə ki, Qoşqar əmisi arvadı Şahilənin əmisi oğludur. Həmkəndli və uzaq qohum kimi Qoşqar və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Qoşqar və ailə üzvləri ilə aralarında normal münasibətlər olmuşdur. Qeyd etdiyi oğurluq hadisələrini törətdikdən sonra 2022-ci ilin iyun ayının ortalarında yenidən oğurluq etməyi planlaşdırmış, həmin vaxtı Qoşqar və ailə üzvlərinə məxsus evin sahibsiz olduğunu, ailə üzvlərinin isə yaylaqda olduğunu bilərək, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə dəqiq yadında qalmayan tarixdə, yəni 2022-ci ilin iyun ayının ortalarında təxminən saat 15 radələrində piyada yaşadığı evə yaxınlıqda yerləşən Qoşqara məxsus evin yanına gedərək ətrafı müşahidə etmiş, ətrafda heçkimin olmadığını müəyyən edərək evin məftil torlardan hörülmüş hasarından keçərək həyətə daxil olmuş, bundan sonra evin giriş qapısına yaxınlaşdıqda qapının bağlı olduğunu görüb, evin giriş qapısının açarını axtarmış, evin pilləkənlərinin aşağı hissəsində qoyulmuş paltaryuyan maşının içərisində açarı taparaq, həmin açarla qapını açıb evə daxil olmuş, evin otaqlarında qızıl-zinət əşyaları axtararkən qonaq otağındakı şkafın qapısının bağlı olduğunu görüb, açarı axtarmış və açarı şkafın alt hissəsindəki siyirmədə aşkar etmiş, bundan sonra açarla şkafın qapısını açaraq orada qara rəngli əl çantasının içərisində qızıl-zinət əşyaları və pulu tapmış, çantanın içərisindəki 3 cüt uşaq sırqası, 2 ədəd boyunbağı olmaqla ümumilikdə 5 ədəd qızıl zinət əşyalarını oğurlamış, digər qızıl-zinət əşyaları isə yerində qalmışdır. Həmçinin çantanın içərisində olan miqdarını bilmədiyi pulun da 200 manatını oğurlamış, sonra şkafın qapısını bağlayıb, açarı da siyirməyə, qapını da bağlayıb açarı paltaryuyan maşının içərisinə qoyaraq evdən uzaqlaşmışdır. O, hadisə yerindən uzaqlaşdıqdan sonra evinə getmiş, ertəsi günü isə səhər saatlarında Qovlar şəhərinə gedib, orada yaşayan Seyidov Hicran Cəmil qızından ona məxsus qızılları satmaqda kömək etməsini xahiş etmişdir. Hicran qızılların özünə məxsus olub-olmadığını soruşduqda ona qızılların özümə məxsus olduğunu lakin şəxsiyyət vəsiqəsini itirdiyimi bildirmiş, Hicran isə mənə inanıb, onunla birlikdə qızılları satmaq üçün Şəmkir şəhərində yerləşən bazara getmiş, o, bazarın qarşısında Hicrana orada tanışları olduğunu bildirmiş, tanışlarının onu görməməsi üçün qızılları özü tək gedib satmasını xahiş etmiş, Hicran qızılları cəmi 385 manata satıb, həmin məbləğdə pulu ona vermişdir. O, Hicranla birlikdə Qovlar şəhərinə qayıtmış, Hicranı evinə yola salıb özü də marşrut avtobusu ilə yaşadığı kəndə qayıtmışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 həmkəndlisi və uzaq qohumudur. Aydının nənəsi onun anasının ögey xalasıdır. Aydın və ailə üzvləri ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmçinin Aydın və ailə üzvləri ilə onun ailə üzvlərinin arasında normal münasibətlər olmuşdur. Dəqiq yadında qalmayan tarixdə yəni 2022-ci ilin avqust ilk günlərindən birində yenidən oğurluq etməyi, bunun üçün həmkəndlisi Zərərçəkmiş şəxs6 evinə girməyi planlaşdırmış, həmin gün saat 10 radələrində gözətçi işlədiyi meşəyə gedərkən Aydının evinin qarşısından keçmiş, Aydının evinin küçə qapısını bağlı olduğunu görüb, evin sahibsiz olduğunu müəyyən etmiş, Aydın və ailə üzvlərinin çöl məhlələrində kartof qazdıqlarını da bilmişdir. Bundan sonra oğurluq planını həyata keçirmək üçün ətrafı müşahidə edərək evin çəpərindəki məftil torları aşaraq həyətə daxil olmuş, sonra evin açıq olan giriş qapısından keçməklə evə daxil olub orada pul və qiymətli əşyalar axtarmağa başlamış, evin otaqlarını axtaraq yataq otağına daxil olmuş, yataq otağındakı pəncərənin qarşısında qızıl-zinət əşyaları saxlanılan mücrü olduğunu görüb, həmin mücrünü açdıqda içərisində qızıl zinət əşyalarını aşkar etmiş, oradan bir ədəd boyunbağı, bir ədəd qolbaq və dörd ədəd üzükləri götürmüş, digər qızıl-zinət əşyaları isə yerində qalmış, sonra gizlincə evdən çıxıb uzaqlaşmış, daha sonra meşəyə yəni iş yerinə gedib, işlərini qurtardıqdan sonra evə qayıtmış, həmin qızılları da bir müddət üzərində saxlamışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 həmkəndlisi və uzaq qohumudur. Heybət əmisi Habilin qaynıdır. Heybət və ailə üzvləri ilə aralarında heç bir ədavət və düşmənçilik olmadığı kimi aralarında yalnız normal münasibətlər olmuşdur. O, Zərərçəkmiş şəxs6 evindən oğurladığı qızıl zinət əşyalarını özündə saxlayıb, yenidən oğurluq etməklə əldə etdiyi qızılları birdəfəyə satmağı planlaşdırmış, bunun üçün dəqiq yadında qalmayan tarixdə yəni 2022-ci ilin avqust ayının əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs4 evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün saat 14 radələrində yaşadığı evdən çıxaraq piyada Heybətin evinə tərəf getmişdir. Bir neçə gün əvvəl Heybət ondan odun istəmiş, o, isə odun bəhanəsi ilə Heybəti səsləyib, evində kiminsə olub-olmadığını dəqiqləşdirmiş, heçkim cavab vermədiyi üçün evin sahibsiz olduğunu müəyyən etmişdir. Heybətin evinin küçə qapısı bağlı olduğu üçün evin arxa tərəfində ağac parçalarından düzəldilmiş hasarı aşaraq evin həyətinə keçmiş, daha sonra evin giriş qapısının bağlı olduğunu görüb, qapının sol tərəfindəki pəncərəni əli ilə itələyib açaraq əlini pəncərədən içəri salıb kilidi aralamaqla giriş qapısını açmış, evə daxil olaraq qonaq otağına keçmiş, qonaq otağında şkafları axtarıb heçnə tapmamış, sonra qapının arxasında sandığı görmüş, ancaq sandığın qapısı qıfılla bağlı olmuş, sandığın qıfılının açarını isə üzərində olan yük çantasında aşkar etmiş, açarı götürüb sandığı açmış, aandığın içərisindəki qutuda isə qızıl zinət əşyalarını aşkar etmiş, həmin qutudan iki ədəd üzük, 1 ədəd boyunbağı və 1 tək sırqanı götürmüşdür. O, yenidən qutunu sandığa qoyaraq, sandığın qıfılını bağlamış, açarı isə yük çantasına qoyub, qapını isə açdığı qaydada bağlamaqla evdən uzaqlaşmışdır. Ertəsi gün Aydının və Heybətin evindən oğurladığı qızılları satmaq üçün Tovuz rayon Qovlar şəhərinə getmiş, yenidən Hicranla görüşüb, vəsiqəsi olmadığı üçün qızılları satmasını xahiş etmişdir. Hicranla birlikdə Tovuz şəhərində yerləşən bazara getmiş, Hicran özü bazara gedib, qızılları ona məlum olmayan şəxsə satmış, qızılları hansı məbləğdə pula satması yaddaşında qalmamış, ancaq Hicran qızılları satıb pulunu özünə vermişdir. O, Hicranla aralarında qeyri rəsmi münasibətlər olduğunu qeyd edərək həmin puldan 20 manatını Hicrana verdiyini, ancaq pulu qızılları satması müqabilində deyil, qeyri rəsmi münasibətləri olduğu üçün verdiyini bildirmişdir. Daha sonra Hicranı taksi ilə Qovlar şəhərindəki evinə yola salıb, özüm isə taksi ilə kənddə qayıtmış, bu hadisədən sonra təxminən 10 gün müddətində oğurluq hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 Murquz oğlu həmkəndlisidir. Zaminin arvadı Rasimə atasının və anasının ögey xalasının qızıdır. Zaminlə əvvəllər qonşu olmuş, sonradan Zamin həmin kənddə özünə ev tikib, valideyinlərindən ayrı yaşamışdır. Zamin və ailə üzvləri ilə aralarında heç bir ədavət və düşmənçilik olmadığı kimi normal münasibətlər olmuşdur. Dəqiq yadında qalmayan tarixdə yəni 2022-ci ilin avqust ayının ortalarında yenidən oğurluq etmək, bunun üçün həmkəndlisi Zərərçəkmiş şəxs8 evinə girmək qərarına gəlmişdir. Həmin gün saat 16 radələrində evdən çıxaraq yaşadığı kənddən meşə yoluna getmiş, Zaminin evinin yanından keçərkən Zamin və ailə üzvlərinin çəpərdə kartof topladıqlarını görüb, həmin vaxtı Zaminin evinin sahibsiz olduğunu müəyyən etdiyi üçün evə girib oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə evin açıq olan küçə qapısından həyətə oradan isə yenidən evin açıq olan giriş qapısından keçməklə içəri daxil olmuş, evin otaqlarında heçnəyi dağıtmadan qızıl zinət əşyaları və pul axtarmış, evin qonaq otağında çarpayının üzərində yığılmış yük döşəklərinin üzərində qadın çantasını görüb, həmin çantanın içərisini açdıqda qızıl-zinət əşyalarını aşkar etmiş, çantanın içərisində olan qızıl-zinət əşyalarından bir cüt sırqa, iki ədəd qadın üzüyü və bir ədəd klonu oğurlamışdır. O, digər qızılları çanta ilə birlikdə döşəyin üzərinə qoyub, gizlincə evdən uzaqlaşmış, onun evə girib çıxdığını Zamin nə də ailə üzvləri görməmiş, əldə etdiyi qızıl zinət əşyalarını yenə də özündə saxlamışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 həmkəndlisidir. Həmçinin Mahudun atası İslam onun atası Məmmədin dayısıdır. Zərərçəkmiş şəxs9 və ailə üzvləri ilə aralarında heç bir ədavət və düşmənçilik olmadığı kimi aralarında normal qohumluq və kəndçilik münasibətləri olmuşdur. O, həmkəndlisi Zərərçəkmiş şəxs8 evindən qızıl-zinət əşyalarını oğurladıqdan sonra yenidən oğurluq edərək əldə etdiyi qızılları birdəfəyə satmağı planlaşdırmış, dəqiq yadında qalmayan tarixdə yəni yuxarıda qeyd etdiyi hadisənin ertəsi günü, 2022-ci ilin avqust ayının ortalarında yenidən oğurluq etməyi planlaşdırmış, bu məqsədlə həmkəndlisi Zərərçəkmiş şəxs9 evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün saat 14 radələrində Mahudun yaşadığı evin qarşısına getmiş, əvvəlcədən Mahud və ailə üzvlərinin yaylaqda olduğunu, Mahudun isə hərdənbir kənddəki evinə gəlib getdiyini bilmişdir. Mahudun evinin qarşısında dayanıb onu səsləmiş, lakin heçkim cavab vermədiyi üçün Mahudun evinin sahibsiz olduğunu, ətrafdan isə onu heçkim görmədiyini müəyyən edərək evə daxil olmağa qərar vermişdir. O, evin küçəyə açılan darvaza qapısından həyətə girmiş, sonra isə evin dəmirdən olan giriş qapısının açıq olduğunu görüb, həmin qapıdan sərbəst şəkildə keçməklə evə daxil olmuşdur. Evə girəndən sonra otaqlarda qızıl-zinət əşyaları axtararkən evin zirzəmidən sonrakı ikinci mərtəbəsindəki qonaq otağında olan şkafın üzərində oyuncaq kukla qabında qızıl-zinət əşyaları olduğunu görmüşdür. Həmin yerdə bir sıra qızıl zinət əşyaları olmuş, bir neçəsini yəni bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd günəbaxan tumu formasında olan klonu götürmüş, iki ədəd üzüklər isə oğurluq baş verməsindən şübhə etməmələri üçün götürməmişdir. O, evə daxil olduğu kimi evdən çıxaraq uzaqlaşmış, həmin günün ertəsi günü isə Zərərçəkmiş şəxs8 evindən oğurladığı qızıl zinət əşyaları ilə birgə Mahudun evindən oğurladığı qızılları götürüb Qovlar şəhərinə aparmışdır. O, Qovlar şəhərində Hicranla görüşüb, qızılları satması üçün vermiş, Hicran özü Tovuz şəhərinə gedib, qızılları cəmi 660 manat pul müqabilində sataraq həmin məbləğdə pulunu ona vermiş, Hicrana yenə də pul verməmiş, lakin qızılların çəkisinə görə miqdarını artıq hesabladığı üçün Hicranın həmin pulun üzərindən özünə də götürdüyünü başa düşmüşdür. O, Hicrana atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini, bu səbəbdən qızılları satıb atasının müalicəsi üçün xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Çiçəki kənd sakini Zərərçəkmiş şəxs13 tanıyır. Zərərçəkmiş şəxs13la aralarında uzaq qohumluq əlaqəsi vardır. Talıbın arvadı Fəridə Pənahova atasının əmisi qızıdır. Eyni zamanda Talıbla iş yoldaşı olmuşdur. Talıb meşədə gözətçi işləmişdir. Zərərçəkmiş şəxs13 və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət nə də düşmənçilik olmamış, aralarında normal münasibətlər olmuşdur. Əvvəllər bir neçə dəfə Talıbın evində qonaq olmuş, dəqiq yadında qalmayan tarixdə təxminən 2022-ci ilin avqust ayında həmkəndlisi Talıbın evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin günlərdə Talıb qardaşı oğlu Bakı şəhərində müalicə olunduqdan sonra kəndə qayıtmış, həmin gün saat 14 radələrində Talıbın evinin qarşısından keçəndə Talıb və ailə üzvlərinin evdən çıxaraq avtomobillə getdiklərini görmüş, həmin günlərdə Talıbın arvadı Fəridənin yaylaqda olduğu üçün Talıbın evinin sahibsiz olmasından əmin olduqdan sonra açıq qapıdan keçməklə evə daxil olmuş, evin otaqlarını axtararkən yataq otağındakı güzgünün qarşısında plasmas qutunun içərisindəki bir ədəd nazik qızıl qolbağı aşkar edib oğurlamışdır. Lakin evdə başqa heçnə tapa bilmədən gizlincə evdən çıxmış. oğurladığı qızılın dəyəri az olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüş, evdən çıxdıqdan sonra isə həmin evə bitişik yerləşən Zərərçəkmiş şəxs14 evinə girmiş, Talıb evindən oğurladığı qolbağı isə Ramizin evindən oğurladığı 2 ədəd üzüklə birgə Tovuz rayonunda satmışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Çiçəkli kənd sakini Zərərçəkmiş şəxs14 atası Məmməd Qasımovun əmisi oğludur. Eyni zamanda Zərərçəkmiş şəxs14 və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət nə də düşmənçilik olmamış, yalnız normal qohumluq münasibətləri olmuşdur. O, gündəlik olaraq meşəyə gedəndə Ramizin evinin qarşısından keçib getmişdir. Lakin əvvəllər Ramizin evində olmamışdır. Dəqiq yadında qalmayan tarixdə təxminən 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs13 evində oğurluq hadisəsi törətdikdən sonra Ramizin evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Talıbın evindən çıxarkən Ramiz və ailə üzvlərinin evinin həyətində kartof qazıb topladıqlarını gördüyü üçün Ramizin evinin sahibsiz olmasından əmin olmuş, həmin gün 16 radələrində, oğurluq etmək məqsədilə məftil tordan olan qapını keçərək Ramizin evinin həyətə daxil olmuş, evin pilləkənləri ilə yeriyərək evin ikinci mərtəbəsinin giriş qapısına çatmış, qapının açıq olduğunu görüb sərbəst şəkildə içəri daxil olmuş, evin otaqlarını axtararkən qonaq otağında paltar dolabında qızıl qutusu aşkar edib, həmin qutuda olan bir ədəd kişi üzüyünü götürmüşdür. Daha sonra evin birinci mərtbəsinə qayıdıb, yataq otağında güzgünün siyirməsinin içərisində olan karton qutudakı bir ədəd qadın üzüyünü aşkar edib oğurlamışdır. Sonra isə evin səliqəsini pozmadan gizlincə çıxaraq uzaqlaşmış, həmin müddətdə Ramiz nə də ailə üzvləri evə gəlməmiş, nə də onu görməmiş, evdən çıxdıqdan sonra meşəyə getmişdir. O, ertəsi gün səhər saatlarında Qovlar şəhərinə gedib, yenidən Hicranla görüşmüş və yenə də 2 ədəd üzüyü və 1 ədəd qolbağını satmasını xahiş etmiş, Hicran isə qızılları götürüb, Tovuz şəhərinə getmiş, bir qədər gözlədikdən sonra Hicran qızılları yadından qalmayan məbləğdə pul müqabilində sataraq ona vermişdir. Lakin həmin qızılların çəkisini, nə də hansı məbləğdə pul müqabilində satdığını xatırlamamışdır. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 həmkəndlisi və qonşusudur. Murquz və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs5 anasının uzaq qohumudur. Murquz və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında normal qohumluq və qonşu münasibətləri olmuşdur. Dəqiq yadında qalmayan tarixdə yəni, 2022-ci ilin sentyabr ayının 5-11 tarixlərində maddi çətinlikləri olduğu üçün yenidən oğurluq etməyi planlaşdırmış və həmkəndlisi Zərərçəkmiş şəxs5 oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 16 radələrində yaşadığı evdən çıxıb kəndin mərkəzinə doğru piyada gedərkən Murquzun evinin qarşısından keçəndə Murquz və ailə üzvlərinin evdə olub-olmamasını yoxlamaq məqsədilə evin qarşısında dayanıb Murquzun oğlu Aydını çağırmış, Aydının anası Ülkər gəldikdə Aydının evdə olub-olmadığını soruşmuş, Ülkər Aydının evdə olmadığını, ailə üzvləri ilə birlikdə “Haçaqaya” ziyarətinə qurban kəsmək üçün getdiyini bildirmiş, o, Aydının istifadəsində olan 051.443.38.30 saylı sim nömrəyə zəng edib, Aydından harada olduğunu soruşduqda Saratovka kəndində yanacaq doldurma məntəqəsində olduğunu söyləmiş. Aydından evə gələrkən ona 4 ədəd çörək almasını xahiş etmiş, həmin vaxtı Aydının atası Murquzun və ailə üzvlərinin evdə olmadığını, Ülkərin isə çəpərdə işlədiyini bilərək oğurluq planını həyata keçirməyə qərar vermiş, bunun üçün evin açıq qapısından həyətə, daha sonra yenidən giriş qapısının açıq olmasından istifadə edərək evə daxil olmuş, əvvəllər Aydının yaşadığı evdə olduğu üçün evin otaqlarının da yerini bilərək Aydının yataq otağına daxil olmuş, yataq otağındakı siyirmələrə baxmış, daha sonra paltar şkafını açdıqda içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin çantada qızıl saxlanılan mücrünü çıxardıb, mücrünün içərisində çoxlu sayda qızıllar aşkar etmişdir. O, yalnız 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qolbağı götürüb, qalanları yerinə qoyaraq evi səliqəyə salıb çıxmış, evdən çıxan zaman ətrafı müşahidə etməklə Ülkərin və qeyrisinin onu görmədiyindən də əmin olmuşdur. O, ertəsi günü Zərərçəkmiş şəxs5 evindən oğurladığı qızıl-zinət əşyalarını götürüb satmaq üçün Qovlar şəhərinə aparmış, orada Hicranla görüşüb, qızılları satması üçün vermiş, Qovlar şəhərində gözləmiş, Hicran isə taksi ilə Tovuz şəhərinə gedib, qızılları cəmi 350 manat pul müqabilində sataraq pulunu ona vermişdir. O, Hicrana yenə də pul verməmiş, Hicrana qızılların pulunu atasının xəstəliyi üçün xərcləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Şahdağ kənd sakini Zərərçəkmiş şəxs16 tanıyır. Mayisin arvadı Zahidə onun uzaq qohumudur. Eyni zamanda Zərərçəkmiş şəxs16 və ailə üzvləri ilə onun və ailə üzvlərimin arasında heç bir ədavət nə də düşmənçilik olmamış, yalnız normal münasibətlər olmuşdur. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs16 ona zəng edib, işi olduğunu bildirərək onunla görüşmək istədiyini demişdir. O, həmin günlərdən birində Mayisin yaşadığı evə getmiş, Mayis ondan meşə ağacı istəmiş, ancaq Mayisə ağac almaq üçün idarəyə müraciət etməsini, ümumiyyətlə ağacın satılmasının qanunsuz olduğunu bildirmişdir. Həmin vaxtdan sonra Mayisi görməmişdir. Bundan sonra dəqiq yadında qalmayan tarixdə 2022-ci ilin sentyabr ayının ortalarında yenidən oğurluq etməyi planlaşdırarkən Mayisin evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Mayis heyvandarlıqla məşğul olduğu üçün yay aylarında heyvanlarını yaylağa aparmış, evi isə sahibsiz qalmışdır. Mayisin evinin sahibsiz olmasına görə evinə sərbəst daxil olaraq oğurluq edəcəyini düşünmüşdür. Bu məqsədlə həmin gün səhər saatlarında Mayisin evdə olub-olmamasını yoxlamaq üçün Mayisin istifadəsində olan mobil nömrəyə zəng etmiş, Mayisin evində olub-olmadığını bilmək üçün ondan armud istəmiş, evində armud ağacı olduğunu bildiyi üçün armud istəmək bəhanəsi ilə zəng etmişdir. Lakin Mayis evinin həyətində kartof qazdığını, gəlib armudu ağacdan dərib aparmasını söyləmiş, Mayisin evdə olduğunu bilərək oğurluq üçün daha sonra getməyi qərara almışdır. Həmin gün saat 16 radələrində yenidən Mayisə zəng edib, armud toplamaq üçün gəlmək istədiyimi bildirmiş, Mayis isə artıq yaylaqda olduğunu ona demişdir. Mayisin evinin sahibsiz olduğundan əmin olaraq, həmin gün axşam saatlarına qədər gözləmiş, nəhayət həmin gün saat 21 radələrində yaşadığı evdən çıxıb piyada Mayisin yaşadığı evə tərəf getmiş, Mayisin evinin işıqları yanmamış, ətrafdan isə heçkim onu görməmiş, bir qədər gözləyib, evdə heçkimin olmadığına əmin olduqdan sonra məftil torları aşaraq evin həyətinə daxil olmuş, evin giriş qapısının açıq olduğunu görüb, sərbəst şəkildə qapını açaraq içəri daxil olmuşdur. O, evin otaqlarını axtararkən əvvəlcə qonaq otağına daxil olmuş, yataq otağındakı çarpayını qaldırarkən orada pul kisəsi aşkar etmiş, pul kisəsinin içərisində olan 150 manatı götürmüş, pul kisəsini isə yerinə qoyub, yenidən həmin otaqda şkafdakı çaynikin içərisində gizlədilmiş bir ədəd qızıl kişi üzüyünü də aşkar edib oğurlamışdır. O, yataq otağındakı dolabın üstündəki yük qutularının altında gizlədilmiş 200 manat pulu götürmüş, sonra isə yataq otağındakı divanın altında salfetə bükülərək gizlədilmiş 4 ədəd qızıl dişləri aşkar edib, həmin dişləri də oğurlamışdır. O, oğurluq planını başa çatdırdıqdan sonra evin səliqəsini pozmadan evdən çıxmış, oradan uzaqlaşıb evinə getmiş və əldə etdiyi qızılları daha sonra satmaq üçün özündə saxlamış, həmkəndlisi Zərərçəkmiş şəxs5 evindən əldə etdiyi qızıllarla birgə Zərərçəkmiş şəxs16 məxsus qızılları Tovuz rayonunda Hicranın vasitəsilə yadında qalmayan pul müqabilində satıb, həmin pulları da öz ehtiyyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 həmkəndlisi və qonşusudur. Namiq və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Namiqin atası Arzu anasının dayısı oğludur. Murquz və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında normal qohumluq və qonşu münasibətləri olmuşdur. Yuxarıda qeyd etdiyi oğurluq hadisələrindən hələ də xeyli vaxt keçməsinə baxmayaraq evlərindən oğurluq etdiyi şəxslərin hadisələrdən xəbəri olmamış, maddi çətinliklər çəkdiyi üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin ərəflələrdə yəni, 27 sentyabr 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs3 evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün saat 12 radələrində yaşadığı evdən çıxıb meşəyə gedərkən Namiqin evinin qarşısından keçmiş, kəndin mərkəzindən keçərkən Namiqin atası Arzu və anası Naibənin kənd məktəbinə getdiyini görmüşdür. O, Namiqin atası və anası məktəbdə xadim və xadimə işlədiyini, həmin vaxtlarda Namiqin yenicə övladı dünyaya gəldiyini, arvadının da anası evində olduğunu, Namiqin isə Gəncə şəhərində olduğunu bildiyini qeyd etmişdir. O, Namiqin atası və anasının getdiklərini görüb, yaşadıqları evin sahibsiz olduğundan əmin olmuş, həmin vaxtı ətrafı da müşahidə etdikdə evin yaxınlığında heçkimin olmadığını müəyyən etmiş, bundan sonra evin küçəyə açılan darvaza qapısından həyətə daxil olmuş, ancaq evin giriş qapısı bağlı olduğu üçün açarı axtarmış və açarı qapının sol tərəfindəki pəncərənin qarşısından tapmışdır. O, açarla qapını açaraq evə daxil olmuş, qonaq otağında siyirmələri axtarıb qiymətli əşyalar və pul tapmamış, sonra isə qonaq otağında çarpayının qarşısında yəni yerdə qapısı kilidli sandığı görmüş, bu dəfə sandığın açarını axtarmış və açarı şkafın siyirməsindən tapmış, açarı tapdıqdan sonra sandığı açmış, həmin sandığın içərisində qızıl göy rəngli qızıl qabının içərisindəki 1 dəst komplekt yəni bir ədəd üzük və bir cüt sırqa, 1 ədəd boyunbağı və üzərində olan 1 ədəd klon, 1 ədəd qadın üzüyü, 1 ədəd kişi üzüyü və 1 ədəd qolbağı aşkar edərək gizlincə oğurlamışdır. O, həmin əşyaları cibimə qoyub, evi səliqəyə salaraq gizlincə evdən çıxmış, evdən uzaqlaşandan sonra evinə gəlib, paltarlarını dəyişmiş və yenidən qızıl-zinət əşyalarını satmaq üçün Qovlar şəhərinə getmişdir. O, Hicranla görüşüb, qızılları satması üçün vermiş, özü Qovlar şəhərində gözləmiş, Hicran isə taksi ilə Tovuz şəhərinə getmiş, Hicranı gözləyərkən zəng edib, qızılları 400 manata almağı təklif etdiklərini ona bildirmişdir. Daha sonra Hicran yenidən zəng edib, qızılları 450 manata almağı təklif etdiklərini bildirdiyi üçün razılaşmış, Hicran qızılları 450 manata satıb, pulu ona vermişdir. Bir neçə gün əvvəl Hicrandan 15 manat borc pul aldığı üçün həmin puldan borcunun əvəzində Hicrana 20 manat qaytarmışdır. O, ifadələrində qeyd etdiyi kimi hadisələri törədərkən əvvəlcə ətrafı müşahidə etməklə kənardan kimsənin onu görmədiyindən əmin olduğunu, hətda evin sahibsiz olmasını da müəyyən etdiyini, ona görə bir neçə ay ərzində evlərindən oğurluq etdiyi şəxslərin hadisələrdən xəbəri olmadığını, oğurluq hadisələrini tək törətdiyini, hadisələri törədərkən ona kimsə kömək etmədiyini, ifadələrində qeyd etdiyi kimi oğurluq hadisələrini törədərkən evdə çoxlu sayda qızıl zinət əşyaları aşkar etdiyi hallar olduğu halda həmin qızıl-zinət əşyalarından az sayda oğurlamaqla xeyli və külli miqdarda gəlir əldə etmək niyyətində olmadığını, Şahid1 qızılların özünə və ailəsinə məxsus olduğunu bildirərək şəxsiyyət vəsiqəsini itirdiyi üçün qızılları satmaqda kömək etməsini xahiş etdiyini, Hicrana atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini qızılları isə atasının müalicəsi üçün satdığını bildirdiyini, Şahid1 qızılların oğurluq olmasından xəbərsiz olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs12 məxsus evdən cəmi 250 manat pul və 1 ədəd qadın üzüyü oğurladığını, Raminin evindən cəmi 300 manat pul aşkar etdiyini, ancaq şübhə yaratmamaq üçün pulun cəmi 200 manatını oğurladığını, digər otaqdan isə cəmi 54 manat aşkar edib, həmin pulun da 50 manatını oğurladığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində əri Habil Qasımov, qayınatası Şahniyar Qasımov və digər ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs əri Habil Qasımovun qardaşı oğludur. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahib və ailə üzvləri ilə aralarında normal qohumluq münasibətləri vardır. 16 oktyabr 2022-ci il tarixdə günorta saatlarında ailə üzvləri ilə birlikdə nəvəsinin kiçik toy məclisində iştirak etmək üçün getməyə hazırlaşarkən, özünə məxsus qızıllardan istifadə etmək istəmiş, evinin qonaq otağındakı dolabda paltarların arasında gizlətdiyi qızıl-zinət əşyalarını götürmək istədikdə orada cəmi bir ədəd kişi üzüyü qalmasını aşkar etmişdir. Orada gizlətdiyi qızıl-zinət əşyalarının oğurlanmasını aşkar edərək, bu barədə əri Habil Qasımova da məlumat vermişdir. Bundan sonra qızıl-zinət əşyalarının oğurlanması barədə polisin 102 xidmətinə məlumat verdiyi üçün polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları tərəfindən evinə baxış keçirilmiş, hadisə barədə ərizə və izahat vermişdir. O, xeyli müddət həmin qızıllardan istifadə etməmiş, nə də qızıl-zinət əşyalarının yerində olub-olmamasını mütamadi olaraq yoxlamamışdır. Bu səbəbdən qızıl-zinət əşyalarının hansı tarixdə oğurlanmasını bilməmiş, daha sonra kənd sakinlərinin bir neçəsi də evindən qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmiş, polis əməkdaşları tərəfindən ona və digər kənd sakinlərinə məxsus evlərdən oğurluq edən şəxsin qaynı oğlu Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu ilin yanvar ayında özü və ailə üzvlərinin evdə olmamasından istifadə edərək qanunsuz yolla daxil olmaqla evindən ona məxsus qızıl-zinət əşyalarını oğurlamışdır. Sahiblə aralarında qohumluq əlaqəsi olsa da evinə mütamadi olaraq gəlib getməmişdir. Sahibin evinə hansı yolla daxil olmasını bilməmiş, çünki evində hər hansı sındırılma və qırılma izləri aşkar etməmişdir. Bu səbəbdən oğurluq hadisəsini təxminən 10 ay sonra aşkar etmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağı, 1 ədəd 583 əyyarlı 6 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir boyunbağı, 1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş nazik sünbül formalı qolbaq, 1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş nazik sünbül formalı qolbaq, 1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş nazik sünbül formalı qolbaq, 1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzəri kvadrat formalı sadə daşdan qaşı olan kişi üzüyü, 1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində sadə sep formalı bəzəyi və sadə daşdan qaşı olan qadın üzüyü, 1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kalso formalı qaşsız qadın üzüyü, 1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kalso formalı qaşsız qadın üzüyü, 1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kalso formalı qaşsız qadın üzüyü oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 3000 manat hesablamış, lakin həmin əşyaların ayrı ayrılıqda dəyərini konkret olaraq bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Çiçəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Gədəbəy rayon qaz istismar idarəsində çilingər vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahiblə aralarında uzaq qohumluq əlaqəsi vardır. Lakin Sahiblə aralarında yaxın münasibətlər olmadığı kimi bir-birilərinin evinə gediş-gəlişi olmamışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə kənd sakinlərindən həmkəndlisi Zərərçəkmiş şəxs1 evindən oğurluq olması barədə eşitmiş, daha sonra yaşadığı kənddə bir neçə nəfər şəxslərin də evindən oğurluq olması müəyyən edilmişdir. Bundan sonra o, ailə üzvlərinə qızıllarının oğurlanıb-oğurlanmamasını yoxlamalarını bildirmiş və evindən qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmiş, lakin bir neçə gün ərzində polisə məlumat verməmiş, həmin müddətdə kənd sakinlərinə məxsus evlərdən Təqsirləndirilən şəxs oğurluq etdiyi müəyyən edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə atası Arzu və anası Naibə məktəbə getmiş, o, isə işi ilə bağlı müvəqqəti olaraq Gəncə şəhərində olmuşdur. Həmin günlərdə övladı dünyaya gəlmiş, bu səbəbdən arvadı da müvəqqəti olaraq valideyinlərinin evində yaşamışdır. Həmin gün evinin sahibsiz olmasından istifadə edən Təqsirləndirilən şəxs gizlin daxil olub evindən oğurluq etmişdir. Sonuncu dəfə 16 sentyabr 2022-ci il tarixdə anası Naibə qızılları yerində görmüşdür. Ona məxsus qızıl-zinət əşyalarını yaşadığı evin yataq otağındakı sandıqda saxlamış, həmin sandığın qapısı kilidlənmiş, açarı isə dolabda saxlanmışdır. Təqsirləndirilən şəxs ona məxsus 1 ədəd qadın üzüyü, 1 ədəd kişi üzüyü, 1 cüt sırqa, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq olmaqla ümumilikdə 2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamışdır. Oğurluq hadisəsi baş verməsini aşkar edənədək evində oğurluq baş verməsinə dair heç bir izlər olmamış, evinin səliqəsi pozulmamış, qapı və pəncərə sındırılmamışdır. Lakin ailə üzvləri evinin giriş qapısının açarını giriş hissədə qapının yanındakı pəncərənin qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs onun evinin sahibsiz olmasından istifadə edərək qanunsuz daxil olmaqla evindən oğurluq etmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 1 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş qəpik formalı klon, 1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı qolbaq, 1 ədəd 583 əyyarlı təxminən 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzəri gül formalı sadə daşlardan qaşı olan qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə daşlardan qaşları olan kişi üzüyü, 1 cüt 583 əyyarlı təxminən 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş gül formalı üzərində sadə qaşları olan sırqa, 1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş gül formalı üzərində sadə qaşları qadın üzüyü oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 2000 manat məbləğində hesablamışdır. O, həmin əşyaların ayrı-ayrılıqda dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Şahid2 Zərərçəkmiş şəxs3 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 qaynı oğludur. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı göstərmişdir ki, 30 sentyabr 2022-ci il tarixdə saat günorta saatlarında evdə olduğu zaman arvadı X13 yaşadığı evin qonsaq otağındakı sandığın içərisində saxladığı 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl kişi üzüyü və 1 ədəd qızıl sırqa, 1 ədəd boyunbağının yerində olmadığını ona bildirmişdir. O, sandığa baxanda qeyd etdiyi qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmiş, evində hər hansı qırılma, sındırılma izləri, nə də oğurluq hadisəsi baş verəcəyinə dair izlər olmamasına görə hadisə barədə həmin gün polisə məlumat verməmişdir. O, arvadı Aidənin qızılların yerini dəyişdiyini güman etmişdir. Lakin 15 oktyabr 2022-ci il tarixdə kənd sakinlərindən polis əməkdaşları tərəfindən həmkəndlisi Təqsirləndirilən şəxs saxlanılmasını, Sahibin kənd sakinlərinə məxsus evlərdən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları oğurladığını eşitmişdir. Sahiblə aralarında bir neçə dəfə telefon danışıqları olmuş, Sahibli aralarında normal həmkəndli və tanışlıq münasibətləri də olmuşdur. Sahiblə sonuncu dəfə 2022-ci ilin sentyabr ayının ortalarında telefon danışıqları olmuş, Sahib onu evinə odun doğramaq üçün dəvət etmişdir. Lakin işləri çox olduğu üçün Sahibin odununu doğramaq üçün gedə bilməmiş, Sahibin evindən oğurluq etməsini ailə üzvləri, qonşular və digər şəxslər görməmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üst hissəsi dairəvi formada qadın üzüyü, 1 ədəd 750 əyyarlı təxminən 3 qram çəkidə Türkiyədə istehsal olunmuş kalso formalı kişi üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 1,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə və qaşsız tək sırqa, 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 1300 manat məbləğində hesablamışdır. O, həmin əşyaların ayrı-ayrılıqda dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Şahid16 Zərərçəkmiş şəxs4 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə yəni, arvadı Şahid3, oğlu X14 və sonuncunun arvadı və azyaşlı uşaqları ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahib və ailə üzvləri ilə aralarında normal qonşuluq və həmkəndli münasibətləri olmuşdur. Sahib əvvəllər bir neçə dəfə evinə gəlib getsə də daimi olaraq gediş-gəlişi olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə kənd sakinləri arasında bir neçə nəfər şəxsin evindən oğurluq olması, müxtəlif şəxslərə məxsus qızıl-zinət əşyalarının oğurlanması barədə xəbər yayılmış, həmin gün ailə üzvlərinə evdə olan qızıl-zinət əşyalarının yerində olub-olmadığını yoxlamağı tapşırmış, həmin gün oğlu Aydın ona və ailə üzvlərinə məxsus 2 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı olmaqla 4 ədəd qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Lakin həmin günədək evimdə oğurluq baş verməsinə dair hər hansı izlər aşkar etməmiş, sonuncu dəfə 19 sentyabr 2022-ci il tarixdə ailə üzvləri qızıl-zinət əşyalarından bir neçəsini istifadə etmiş, daha sonra istifadə etdikləri qızılları yenidən yataq otağında dolabın içərisindəki qutuda gizlətmişlər. Həmin tarixdə evindən oğurluq olmasını aşkar etsə də bir neçə gün bu barədə polisə məlumat verməmiş, sonradan isə ona və digər kənd sakinlərinə məxsus evlərdən qızılları oğurlayan şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğunu müəyyən etdiyi üçün 16 oktyabr 2022-ci il tarixdə bu barədə Gədəbəy rayon polis şöbəsinin Novo Saratovka polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs evindən hansı tarixdə oğurluq etməsi ona məlum olmamış, 01 oktyabr 2022-ci il tarixdə ailə üzvləri əsgərlikdən qayıdan nəvəsinə qurban kəsmək üçün “Haçaqaya” adlanan ziyarətgaha getmiş, həmin gün arvadı Ülkər evdə tək olmuş, o, isə örüş sahəsində otlayan heyvanlara nəzarət üçün getmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı qolbaq, 1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı üzərində sadə daşlardan qaşları olan üzəri yarpaq şəkilli qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində sadə daşlardan qaşı olan üzəri kvadrat şəkilli olan kişi üzüyü oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 2000 manat məbləğində hesablamışdır. O, həmin əşyaların ayrı-ayrılıqda dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Şahid3 Zərərçəkmiş şəxs5 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Gədəbəy rayon Çiçəkli kənd tam orta məktəbində kitabxanaçı işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahibin atası onun bibisi oğludur. Bununla belə Sahiblə aralarında normal qohumluq münasibətləri olmuşdur. Dəqiq yadında qalmayan tarixdə yəni 2022-ci ilin oktyabr ayının əvvəl günlərinin birində arvadı Şahid4 evdə olan qızıl-zinət əşyalarının bir neçəsinin yerində olmadığı barədə ona məlumat vermiş, həmin vaxtı evində oğurluq baş verməsinə dair izlər aşkar etməmiş, bununla belə arvadının qızılların yerini dəyişdiyini və yerini unutduğunu güman etdiyi üçün həmin gün hadisə barədə polisə məlumat verməmişdir. O, 20 oktyabr 2022-ci il tarixdə kənd sakinlərindən həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını, Sahibin kənd sakinlərinə məxsus evlərdən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları oğurladığını, ona məxsus qızılların da Sahib tərəfindən oğurlandığını müəyyən edərək bu barədə Gədəbəy rayon polis şöbəsinin Novo Saratovka polis bölməsinə ərizə ilə müraciət etdiyini, bundan sonra polis əməkdaşlarının evinə gəlib baxış keçirdiyini bildirmişdir. Ona məxsus evdən qızılların oğurlanmasında Sahibdən şübhə etməmiş, ancaq Sahibin evinə girməsini və oğurluq etməsini konkret olaraq görməmişdir. Sahib mütamadi olaraq evinə gəlib-getsə də oğurluq baş verdiyi müddətlərdə evinə gəlib-getməmişdir. Təqsirləndirilən şəxs evinə qanunsuz yolla daxil olmaqla oğurluq hadisəsi törətmişdir. Ona məxsus evdən 1 dəst 583 əyyarlı təxminən 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə göy qaşlı yastı formalı sırqa və üzük dəsti, 1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə qırmızı qaşlı yastı formalı qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı və 1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş ürək formalı klon oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 1150 manat məbləğində hesablamışdır. Ona məxsus əmlaklardan olan 1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş ürək formalı klon 1 qram çəkidə və 80 manat dəyərində olmuşdur. Məhkəmə iclasında Şahid4 Zərərçəkmiş şəxs8 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Dost MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs qayınatası Cavanşirin əmisi oğlu olmaqla aralarında uzaq qohumluq əlaqəsi vardır. 26 may 2022-ci il tarixdən etibarən ailə üzvləri ilə birlikdə Gədəbəy rayon Şahdağ kəndinin yaylaq sahəsinə köçmüş, həmin vaxtdan sonra hərdən bir yaşadığı evə gəlib getmişdir. O, yaylaqda özünə məxsus heyvanları saxlamaqla məşğul olmuş, lakin həmin müddətdə yaşadığı evdə saxladığı qızıl-zinət əşyalarının yerində olub-olmadığını yoxlamamışdır. 18 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yaylaqdan kəndə köçmüş, həmin gün axşam saatlarında evdə olduğu zaman arvadı Şahid5 yaşadığı evin qonaq otağında qadın çantasının içərisində saxladığı 1 ədəd tros formalı qolbaq, 1 ədəd sadə qaşlı qadın üzüyü, 1 ədəd nazik qızıl boyunbağı və 100 manat nəğd pulun oğurlandığını barədə ona məlumat vermişdir. O, əvvəlcə arvadı ilə qızılların və pulun yerini dəyişib-dəyişməməsi barədə sorğu sual etmiş, həmin gün qızılların və pulları evində axtarsam da tapa bilmədiyi üçün oğurlanması qənaətinə gəlmiş, ertəsi gün səhər saatlarında evindən oğurluq olması barədə məlumat vermək üçün Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə getmiş və evindən qeyd etdiyi qızılların oğurlanması barədə yazılı ərizə vermişdir. Bundan sonra polis əməkdaşları gəlib evinə baxış keçirmiş və hadisə barədə izahat almışlar. Bir neçə gün sonra isə evindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu eşitmişdir. Belə ki, kənd sakinləri arasında danışıqlarla Sahibin ona və digər xeyli sayda kənd sakinlərinə məxsus evlərə girib oğurluq etməsini müəyyən etmişdir. Sahiblə aralarında uzaq qohumluq əlaqəsi olsa da heç vaxt birbirilərinin evlərinə gediş-gəlişi olmamışdır. Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin evdə olmamasından istifadə edərək evinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Sahibin evinə hansı şəraitdə və hansı formada daxil olması barədə məlumatı yoxdur. Ona məxsus evdən 1 ədəd 750 əyyarlı təxminən 8 qram çəkidə İtaliya istehsalı tros formalı qadın üçün qolbaq, 1 ədəd 583 əyyarlı təxminən 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə formalı və sadə qaşlı qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 4,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş ördək formalı klon oğurlanmışdır. Həmin qızıl zinət əşyalarının dəyərini ümumi 1000 manat hesablamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid5 Zərərçəkmiş şəxs2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Gədəbəy rayon Çiçəkli kənd tam orta məktəbində çağırışa qədərki hərbi hazırlıq müəllimi işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. 15 sentyabr 2022-ci il tarixdə saat günorta saatlarında evdə olduğu zaman arvadı X6 yaşadığı evin qonaq otağında qarderobun içərisində saxladığı 3 cüt qızıl sırqa, 2 ədəd boyunbağı və 200 manat nəğd pulun oğurlandığını bildirmiş, qarderoba baxan zaman həqiqətən də qeyd etdiyi qızıl-zinət əşyalarının, həmçinin orada olan 700 manat pulun 200 manatının oğurlanmasını aşkar etmiş, lakin hadisə barədə polisə məlumat verməmişdir. O, 26 iyun 2022-ci il tarixdə Gədəbəy rayon Novo İvanovka kəndində yerləşən Ovqat şadlıq evində qızına toy məclisi təşkil etdiyini, həmin gün evdə olan həmin qızıl zinət əşyalarını ailə üzvlərinin istifadə etdiyini, ailə üzvlərinin həmin qızılları istifadə etdikdən sonra aparıb qarderoba gizlətdiyini, 29 iyun 2022-ci il tarixdə ailə üzvləri ilə birgə Gəncə şəhərində qızının toy məclisində iştirak etdiyini, həmin vaxtdan sonra özü və ailə üzvləri qızılların və pulun yerində olubolmadığını yoxladığını, bu səbəbdən qızılların və pulun evində toy məclisi olan ərəfələrdə hansısa qohum və tanış tərəfindən oğurlanmasını güman etdiyini bildirmişdir. O, bu səbəbdən oğurluq barədə polisə məlumat verməmiş, 19 oktyabr 2022-ci il tarixdə kənd sakinlərindən polis əməkdaşları tərəfindən həmkəndlisi Təqsirləndirilən şəxs saxlanıldığını, Sahibin kənd sakinlərinə məxsus evlərdən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları oğurladığını öyrənmişdir. O, ixtisasca baytar həkimi olmaqla, əlavə olaraq baytarlıq və heyvandarlıqla məşğul olduğunu, 2022-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək heyvanının xəstələndiyini bildirərək ondan dərman istədiyini, Sahibə həmin vaxtı yaylaqda olduğunu, ertəsi gün kəndə gələcəyini bildirməklə Sahibə dolayısı ilə evinin boş olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs əslində onun evdə olub-olmadığını öyrənmək məqsədilə zəng etdiyini, lakin Təqsirləndirilən şəxs evindən oğurluq etməsini konkret olaraq kimsə görmədiyini bildirmişdir. Ona məxsus evdən 1 cüt 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sırqa, 1 cüt 583 əyyarlı təxminən 6 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sırqa, 1 cüt 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sırqa, 1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 6 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 1150 manat məbləğində hesablamışdır. Məhkəmə iclasında şahid X6 Zərərçəkmiş şəxs7 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə ailə üzvləri, yəni anası X10, arvadı X15 və azyaşlı övladları ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, heyvandarlıqla məşğul olur. Onun özünə məxsus iri və xırda burynuzlu heyvanları vardır. Həmin heyvanları yay aylarında Gədəbəy rayon Çiçəkli kəndi ərazisindəki “Şorax” yaylağında qış mövsümündə isə Gədəbəy rayon Çiçəkli kəndində yerləşən evinin həyətində saxlayır. Gədəbəy rayon Çiçəkli kəndində yerləşən ona məxsus fərdi yaşayış evi bir mərtəbəli olmaqla, mətbəx, qonaq otağı və yataq otağından ibarətdir. Yay aylarında yəni yaylaqda olduğu müddətdə evi sahibsiz qalır, ailə üzvləri də onunla birgə yaylaqda yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahiblə aralarında uzaq qohumluq əlaqəsi vardır. Lakin Sahib və ailə üzvləri ilə aralarında yaxın münasibətlər olmadığı ki, bir-birilərinin evinə gediş-gəlişi olmamışdır. 14 avqust 2022-ci il tarixdə kartof məhsulu becərmək üçün arvadı Şəfa ilə birgə yaylaqdan kəndə qayıtmış, həmin gün Şəfa evdə dolabın üzərində saxladığı 1 ədəd kişi üzüyü, 1 ədəd üzərində tum formalı klonu olan boyunbağının yerində olmadığını bildirmişdir. O, həmin yerdə olan 1 ədəd qadın üzüyü və 1 ədəd kişi üzükləri yerində qaldığını qeyd etmişdir. Ona məxsus qızıl-zinət əşyalarının cəmi 3 ədədinin oğurlanması, digər ikisinin isə yerində qalmasına, həmçinin evində hər hansı qırılma və sındırılma izləri olmamasına görə evindən oğurluq olmasından şübhə etməmiş, arvadı Şəfanın qızılların yerini səhv saldığını güman etmişdir. Şəfa isə sonuncu dəfə 14 iyun 2022-ci il tarixdə yəni “son zəng” məclisinə gedərkən həmin qızılları istifadə etdiyini ona bildirmişdir. Mən qızıllarımın oğurlanmasını güman etmədiyim üçün polisə müraciət etmədim. 20 oktyabr 2022-ci il tarixdə kənd sakinlərindən həmkəndlisi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını, Sahibin kənd sakinlərinə məxsus evlərdən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları oğurladığını eşitmişdir. Bu zaman ona məxsus qızılların da Sahib tərəfindən oğurlandığını müəyyən edərək bu barədə Gədəbəy rayon polis şöbəsinin Novo Saratovka polis bölməsinə ərizə ilə müraciət etmişdir. 2022-ci ilin avqust ayı ərzində Sahib ona bir neçə dəfə zəng etmiş, həmin günlərdə özü və ailə üzvləri yaylaqda qalmışdır. Sahibin ona 53 manat pul borcu olmuş, Sahibdən pulunu istəmişdir. Daha sonra Sahib özü də həmin məsələyə görə ona zəng etmiş, telefon danışıqları zamanı Sahib ondan hər dəfə yerini soruşmuş, o, isə Sahibə yaylaqda olduğunu bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs evindən oğurluq hadisəsini 2022-ci ilin avqust ayının ortalarında törətdiyini hesab etmişdir. Təqsirləndirilən şəxs evinə qanunsuz yolla daxil olmaqla oğurluq hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs evinə daxil olmasını və oğurluq etməsini heç kim görməmişdir. Həmin müddətdə Sahib evinin sahibsiz olmasından istifadə edərək qanunsuz daxil olmaqla oğurluq hadisəsini törətmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş “kalso” dairəvi formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 1 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş günəbaxan tumu formasında olan klon oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 600 manat məbləğində hesablamışdır. O, həmin əşyaların ayrı-ayrılıqda dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Çiçəkli kəndində arvadı Şahid8 ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə yəni günəmuzd fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Sahibin babası Şahniyarla, onun atası Cəmil əmi oğlanlarıdır. Bununla da Sahiblə onun arasında qohumluq əlaqəsi vardır. Lakin Sahiblə bir-birilərinin evinə gediş-gəlişi olmamışdır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin iyun ayında evində oğluna “son zəng” məclisi təşkil etmiş, həmin günlərdə evinə çoxlu sayda qonaqlar gəlib getmişdir. Ancaq məclisdən daha sonra evində iki ədəd boyunbağı, 1 ədəd klon və 1 cüt sırqanın yerində olmadığını aşkar etmişdir. Buna baxmayaraq həmin qızıl-zinət əşyalarının oğurlanıb-oğurlanmaması barədə tərəddüd etmiş, həmin günlərdə son zəng tədbiri üçün evinə gəlib-gedən qonaqlar içərisində olan azyaşlı uşaqların hansısa birinin həmin qızıl-zinət əşyalarını götürməsini güman etmişdir. Çünki həmin ərəfələrdə evindən oğurluq baş verməsinə dair izlər olmamış, yəni evin səliqəsi pozulmamış, qapısı və pəncərəsi sındırılmamışdır. Lakin 20 oktyabr 2022-ci il tarixdə kənd sakinləri arasında bir neçə nəfər şəxsin evindən oğurluq olması, müxtəlif şəxslərə məxsus qızıl-zinət əşyalarının oğurlanması barədə xəbər yayılmışdır. Həmin gün Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə gedərək qızıl-zinət əşyalarımın oğurlanması barədə ərizə vermiş, bundan sonra həmkəndlisi Təqsirləndirilən şəxs ona və digər şəxslərə məxsus evlərdən müxtəlif vaxtlarda oğurluq etdiyi ona məlum olmuşdur. O, evində təşkil etdiyi son zəng məclisində Sahib nə də ailə üzvləri iştirak etməmişdir. Təqsirləndirilən şəxs evinə gizli yolla qanunsuz daxil olaraq oğurluq etmişdir. O, hadisənin dəqiq baş verdiyi tarixi dəqiq xatırlamamış, ancaq son zəng tədbirindən 10 gün əvvəl yəni, 2022-ci ilin may ayının sonlarında nəvəsinin ad günü məclisində iştirak edərkən evi sahibsiz qalmışdır. Onun arvadı Qərənfil isə ad günü məclisinə gedərkən boyunbağı və sırqaları yerində görmüş, lakin qızılların biribirinə dolaşmasına görə istifadə etmədən yerində saxlamışdır. Bununla da oğurluq hadisənin həmin günlərdə yəni 2022-ci ilin ilin may ayının sonları və ya iyun ayının əvəllərində baş verdiyini güman etmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 1 qram çəkidə Rusiya Federasiyasında istehsal içərisində göz şəkli olan klon, 1 cüt 583 əyyarlı təxminən 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş qaşsız yarpaq formalı uşaq sırqası oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 700 manat məbləğində hesablamışdır. O, həmin əşyaların ayrı-ayrılıqda dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Gədəbəy rayon Qaz istismar idarəsində çilingər işləyir. Təqsirləndirilən şəxs tanıyır. Sahibin babası Şahniyarla, onun atası Cəmil əmi oğlanlarıdır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxsla aralarında uzaq qohumluq münasibəti olsa da bir-birilərinin evinə gediş-gəlişləri olmamışdır. 2022-ci ilin sentyabr ayının 5-10 tarixləri arasında ailə üzvləri ilə birgə Gəncə şəhərinə gedərkən arvadı X1 evdə saxladığı özünə məxsus olan kişi üzüyünü gətirməsini xahiş etmiş, lakin Türkan ona evinin qonaq otağındakı şkafın üzərində qızıl qabında saxladığı bir neçə qızıl-zinət əşyalarının yerində olmadığını bildirmişdir. O, həmin gün hadisə barədə polisə müraciət etməmiş, nə də evində sındırılma və qırılma izləri, həmçinin oğurluq baş verməsinə dair digər izlər aşkar etməmişdir. Sonuncu dəfə 2022-ci ilin iyun ayında arvadı Türkan qızılların olduğu qutudan bir neçə qızıl götürüb istifadə etmişdir. 16 oktyabr 2022-ci il tarixdə kənd sakinləri arasında bir neçə nəfər şəxsin evindən oğurluq olması, oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması barədə xəbər yayılmışdır. Həmin gün Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə gedərək qızıl-zinət əşyalarımın oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları evinə gəlib baxış keçirmişdir. O, 2022-ci ilin sentyabr ayı ərzində Sahibi bir neçə dəfə evinin ətrafında gördüyünü, Sahibin evinin ətrafında dayanmasının onda şübhə yaratdığını, həmin günlərdən birində isə ailə üzvləri ilə birgə evdən gedərkən Sahibin evinin yaxınlığında dayanmasını gördüyünü, Sahibdən orada nə üçün dayanmasını soruşduqda sonuncunun ona hərbçiləri gözlədiyini bildirdiyini, bundan əlavə 2022-ci ilin sentyabr ayında Sahibin xahişi ilə sonuncunu Tovuz rayon Qovlar şəhərinə apardığını, Sahibin orada tanımadığı qadınla görüşdüyünü, daha sonra onları birlikdə Şəmkir şəhərində yerləşən bazara apardığını, Sahibin isə ona 50 manat taksi pulu verdiyini bildirmişdir. O, evində oğurluq hadisəsini aşkar etdikdən sonra Sahibdən şübhə etmiş, daha sonra oğurluq hadisəsinin Sahib tərəfindən törədilməsi polis tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona məxsus evə qanunsuz yolla daxil olaraq oğurluq etmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı qolbaq, 1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı üzərində ay-ulduz şəkilli bəzəyi olan klon, 1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində 1ədəd sadə qaşı olan yastı formalı qadın üzüyü, 1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə və qaşsız dairəvi formalı qadın üzüyü, 1 ədəd 583 əyyarlı 2.5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində 1 ədəd sadə qaşı olan nazik yastı formalı qadın üzüyü oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid6 Zərərçəkmiş şəxs6 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən özünə məxsus evdə arvadı X11 və oğlu X19 birlikdə yaşayır. Ona məxsus Gədəbəy rayon Çiçəkli kəndində yerləşən fərdi yaşayış evi bir mərtəbəli olmaqla, zirzəmidən, qonaq otağı və yataq otağından ibarətdir. Rəsmi olaraq X30 Təsərrüfatının Şınıx meşəbəyliyinin 8 saylı dolayısında meşə gözətçisi işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahiblə aralarında uzaq qohumluq əlaqələri vardır. Sahib və ailə üzvləri ilə aralarında yaxın münasibətlər olmadığı ki, bir-birilərinin evinə gediş-gəlişləri olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən arvadı Fəridə sonuncu dəfə 14 sentyabr 2022-ci il tarixdə yataq otağındakı güzgünün qarşısındakı qızıl qabının içərisinə qoyduğu bir ədəd qızıl qolbağının yerində olmadığını aşkar etdiyini ona bildirmişdir. Həmin vaxtı qızıl qabının içərisində başqa qızılzinət əşyaları da olsa da digər qızıl zinət əşyaları yerində qalmışdır. Qızıl qabının içərisindən yalnız bir ədəd qolbağın oğurlanmasına, həmçinin evində qırılma və sındırılma əlamətləri olmadığına görə ailə üzvlərinin həmin qolbağının yerini dəyişdiyini güman etmişdir. Ancaq oğurluq olmasını güman etmədiyi üçün polisə məlumat da verməmişdir. Lakin bundan bir neçə gün sonra kənd sakinlərinin bir neçəsinin evlərindən qızılları oğurlandığını eşitmiş, bundan sonra isə kənd sakinlərinə məxsus evlərdən qızıl-zinət əşyalarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu və Sahibin də tutulduğunu eşitdiyi üçün evindən oğurluq olması barədə Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisənin hansı tarixdə baş verməsi, Sahibin evinə hansı yolla daxil olması və hadisənin digər halları ona məlum olmamışdır. Lakin həmin vaxtlarda yəni 2022-ci ilin avqust və sentyabr ayları ərzində bir neçə dəfə Sahibin evinin yaxınlığındakı qaz xəttinin üzərində əyləşdiyini görmüş, Sahibdən nəyi gözlədiyini soruşmuş, Sahib ona hərbi hissədən gələn hərbiçiləri gözlədiyini, hərbiçilərlə birgə odun gətirmək üçün meşəyə gedəcəyini bildirmişdir. O, Sahibin həmin müddətdə evini müşahidə etdiyini, onun və ailə üzvlərinin evdə olmadığı vaxtda, evinin sahibsiz olmasından istifadə edərək qanunsuz daxil olmaqla evindən oğurluq etdiyini bildirmişdir. Ona məxsus oğurlanmış bir ədəd qolbaq evinin yataq otağında yerləşdirilmiş güzgünün qarşısındakı qırmızı rəngli qabın içərisində olmuşdur. Sahib evini dağıtmadan və səliqəsini pozmadan qızıl qobağını götürüb getmişdir. Təqsirləndirilən şəxs onun evinə qanunsuz yolla daxil olmaqla oğurluq etmişdir. Sahibin evimə daxil olmasını qonşular və digər şəxslər də görməmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı qolbaq oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 150 manat məbləğində hesablamışdır. O, həmin qolbağın hazırki dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən özünə məxsus evdə arvadı Şahid9 və azyaşlı övladları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahiblə qohumluq əlaqəsi yoxdur. Sahib və ailə üzvləri ilə aralarında yaxın münasibətlər olmadığı ki, bir-birilərinin evinə gediş-gəlişləri olmamışdır. 2022-ci ilin iyun ayından etibarən ailə üzvləri ilə birlikdə yaylağa köçmüş, həmin müddətdə evi sahibsiz qalmışdır. 10 oktyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birgə toy məclisinə getmək üçün yaylaqdan evinə qayıtmış, həmin gün evdə olduğu zaman arvadı Şahid9 istifadə etmək üçün axtardığı qadın üzüyünü tapa bilmədiyini ona bildirmişdir. Həmin gün Kəmalə ilə birgə üzüyü axtarsalar da yenə də tapa bilməmişlər. Lakin evində oğurluq hadisəsi baş verməsinə dair heç bir izlər olmadığı üçün üzüyün itməsini güman etmişdir. Hətda bu barədə polisə məlumat da verməmiş, həmin gün toy məclisində iştirak edəndən sonra yenidən ailə üzvləri ilə birlikdə yaylağa qayıtmışdır. Lakin bir neçə gün sonra kənd sakinlərinin bir neçəsinin evlərindən qızıllarının oğurlandığını eşitmiş, yaylaqda olduğu üçün polis bölməsinə gedib ərizə verməmiş, bundan sonra isə kənd sakinlərinə məxsus evlərdən qızıl-zinət əşyalarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu və Sahibin də tutulduğunu eşitdiyi üçün evindən oğurluq olması barədə Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisənin hansı tarixdə baş verməsi, Sahibin evinə hansı yolla daxil olması və hadisənin digər halları ona məlum olmamışdır. Ona məxsus oğurlanmış bir ədəd qadın üzüyü evinin dəhlizində yerləşdirilmiş qarderobun dolabında qırmızı rəngli qabın içərisində olmuşdur. Sahib evini dağıtmadan və səliqəsini pozmadan qızıl üzüyü oğurlamışdır. Təqsirləndirilən şəxs onun evinə qanunsuz yolla daxil olmaqla oğurluq etmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyü oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 500 manat hesablamışam. Lakin həmin üzüyün hazırki dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs16 ifadəsindən görünür ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən özünə məxsus evdə arvadı Şahid10 və azyaşlı oğlu ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs yaşadığı Çiçəkli kəndi ilə onun yaşadığı Şahdağ kəndi yaxın kəndlərdir. Hər iki kənd eyni nümayəndəliyin inzibati ərazisinə aid olan kəndlərdir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik, nə də heç bir qohumluq əlaqəsi yoxdur. Sahib və ailə üzvləri ilə aralaırnda yaxın münasibətlər olmadığı ki, bir-birilərinin evinə gediş-gəlişləri olmamışdır. 2022-ci ilin may ayının sonlarından etibarən ailə üzvləri ilə birlikdə yaylağa köçmüşdür. Həmin müddətdə digər yaylaqda olan kənd sakinləri kimi ona məxsus fərdi yaşayış evi də sahibsiz qalmışdır. 16 oktyabr 2022-ci il tarixdə ailə üzvləri ilə yaylaqdan kəndə köçmüş, həmin gün toy məclisinə gedərkən evin qonaq otağındakı dolabın üzərində yük qutusunun altında saxladığı 200 manat pulu götürmək istəyərkən həmin pulun yerində olmadığını aşkar etmişdir. O, pulu tapa bilmədiyi üçün bu barədə arvadına bildirmiş, arvadı Zahidə ilə birgə evi axtarmağa başlamış, həmin otaqda yastığın altında gizlədilmiş əlavə 150 manat pulun, həmçinin həmin otaqdakı dolabın üzərindəki çaynikin içərisində gizlədilmiş bir ədəd qadın üzüyü və yataq otağındakı divanın altında qoyulmuş qadın çantasının içərisində gizlədilmiş 4 ədəd qızıl dişlərin oğurlanmasını aşkar etmişdir. Lakin evində oğurluq hadisəsi baş verməsinə dair heç bir izlər olmadığı üçün polisə hələlik məlumat verməməyə qərar vermiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs tərəfindən Çiçəkli kənd sakinlərinə məxsus evlərdən qızılların oğurlandığını eşitmiş, həmin vaxtı Sahibin bir neçə ay əvvəl yaylaqda olarkən ona zəng etdiyini xatırlamışdır. Belə ki, 2022-ci ilin sentyabr ayının ortalarında evinin həyətində kartof qazdığı zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək, ondan bir vedrə armud istəmiş, o, isə Sahibə gəlib armudu yığmasını bildirsə də həmin gün Sahib armudu yığmaq üçün evinə getməmiş, axşam saatlarında yenidən yaylağa qayıtmış, yaylağa qayıdandan sonra Sahib ona təkrar zəng edib, armudu aparmaq üçün gəlmək istədiyini bildirdikdə Sahibə artıq gec olduğunu, özü isə yaylağa qayıtdığımı bildirmişdir. Həmin günün ertəsi günü isə arvadı Zahidə yaylaqdan kəndə qayıdanda evin giriş qapısının açıq olduğunu bildirərək, ondan evdən çıxarkən qapını kilidləyib-kilidləmədiyini soruşmuşdur. O, isə evdən çıxarkən qapını kilidləmiş, ancaq qapının açıq olması ilə evindən oğurluq olmasına şübhə etməmiş, evindən oğurluq olmasını aşkar edəndən sonra hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müəyyən etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs evimdən oğurluq etməsi barədə Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə ərizə ilə müraciət etmiş, hadisənin hansı tarixdə baş verməsi, Sahibin evinə hansı yolla daxil olması və hadisənin digər halları ona məlum olmamış, Sahib evini dağıtmadan və səliqəsini pozmadan pulunu və qızıl-zinət əşyalarımı götürüb getmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla daxil olmaqla evindən 1 ədəd 583 əyyarlı təxminən 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyünü, 4 ədəd 750 əyyarlı qızıldan hazırlanmış hər biri 0.3 qram çəkidə olmaqla ümumilikdə 1.2 qram çəkisi olan 4 ədəd qızıl dişləri və 350 manat nəğd pulları gizli yolla talamışdır. O, baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 800 manat hesabladığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən evində anası X12 və arvadı X7 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Gədəbəy rayon Çiçəkli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət, nə də düşmənçilik yoxdur. Sahibin anası ilə onun arasında uzaq qohumluq əlaqəsi vardır. Sahib və ailə üzvləri ilə aralarında yaxın münasibətlər olmadığı ki, bir-birilərinin evinə gediş-gəlişləri olmamışdır. 2022-ci ilin may ayının sonlarından etibarən ailə üzvləri ilə birlikdə heyvandarlıqla bağlı yaylağa köçmüş, həmin müddətdə digər yaylaqda olan kənd sakinləri kimi ona məxsus fərdi yaşayış evi də sahibsiz qalmışdır. 22 sentyabr 2022ci il tarixdə ailə üzvləri ilə birgə qonşusu Zərərçəkmiş şəxs6 oğlunun kiçik toy məclisində iştirak etmək üçün kəndə qayıtmış, həmin gün toy məclisinə gedərkən arvadı Ramidə evin qonaq otağındakı dolabın içərisində paltarların arasında gizlətdiyi 2 ədəd qadın və 1 ədəd kişi üzüyünün yerində olmadığını bildirmiş, Ramidə ilə birlikdə qızılları axtarmış, ancaq toy məclisinə gecikdikləri üçün daha da axtarmamış, sonra isə heyvanları nəzarətsiz qaldığı üçün yaylağa qayıtmışdır. Bir neçə gün müddətində kəndə qayıdıb qızılları yenidən axtara bilməmiş, lakin 20 oktyabr 2022-ci il tarixdə yaylaqda olarkən həmkəndlisi Mahud özünə məxsus evdən oğurluq olduğunu ona bildirmişdir. Mahudla söhbət əsnasında Təqsirləndirilən şəxs kənd sakinlərinə məxsus evlərdən oğurluq etməsi ona məlum olmuş, o, Mahuda evindən 3 ədəd qızıl üzüyün oğurlanması barədə danışmış, bundan sonra həmin qızılların Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını da müəyyən etmişdir. O, həmin gün heyvanları nəzarətsiz qoyub kəndə qayıda bilməmiş, ertəsi gün isə kəndə qayıdıb oradan da Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə gedərək, baş vermiş oğurluq hadisəsi barədə ərizə vermişdir. Hadisənin hansı tarixdə baş verməsi, Sahibin evinə hansı yolla daxil olması və hadisənin digər halları ona məlum olmamış, Sahib evini dağıtmadan və səliqəsini pozmadan pulunu və qızıl-zinət əşyalarımı götürüb getmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla daxil olmaqla evindən 1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kvadrat formalı kişi üzüyünü, 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qaşsız qadın üzüyü və 1 ədəd 583 əyyarlı təxminən 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı sadə qaşlı qadın üzüyünü gizli yolla talamışdır. O, baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 1200 manat hesabladığını göstərmişdir. Məhkəmə iclasında şahid X7 Zərərçəkmiş şəxs11 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən evində arvadı Şahid12 ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Ona məxsus Gədəbəy rayon Çiçəkli kəndində yerləşən fərdi yaşayış evi 1 mərtəbəli olmaqla, zirzəmi, 1 yataq otağı və 2 qonaq otağından ibarətdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət, nə də düşmənçilik yoxdur. Sahibin anası ilə onun arasında uzaq qohumluq əlaqəsi vardır. Sahib və ailə üzvləri ilə aralarında yaxın münasibətlər olmamışdır. 2022-ci ilin sentyabr ayının son günlərindən birində arvadı Rəna Həsənova evində qonaq otağındakı dolabın içərisində olan 2 ədəd qızıl üzüklər, 2 ədəd qızıl boyunbağı və 700 manat nəğd pulun yerində olmadığını bildirmiş, lakin evində hər hansı sındırılma izləri və digər oğurluq olmasına şübhə edəcəyi hallar olmadığı üçün oğurluq baş verməsini də güman etməmiş, bu səbəbdən hadisə barədə polisə məlumat da verməmişdir. 16 may 2022-ci il tarixdə arvadı Rəna ilə birlikdə yaylağa köçmüş, həmin müddətdə digər yaylaqda olan kənd sakinləri kimi ona məxsus fərdi yaşayış evi də sahibsiz qalmışdır. Həmin gün Rəna ilə birgə bir sıra ev işləri görmək üçün yaylaqdan kəndə qayıtmış, qızılların və pulunun oğurlanmasını aşkar edəndən sonra isə yenidən yaylağa qayıtmış, 09 oktyabr 2022-ci il tarixdə yenidən kəndə köçmüş, bundan bir neçə gün sonra kənd sakinlərindən həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən bir neçə nəfərə məxsus evlərdən oğurluq edilməsini eşitdikdə qızıllarının və pulunun da Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını müəyyən etmiş və Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə gedərək, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Hadisənin hansı tarixdə baş verməsi, Sahibin evinə hansı yolla daxil olması və hadisənin digər halları ona məlum olmamışdır. Sahib evini dağıtmadan və səliqəsini pozmadan pulunu və qızıl-zinət əşyalarımı götürüb getmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla daxil olmaqla ona məxsus evdən 700 manat nəğd pul, 1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində bir ədəd sadə qaşı olan dairəvi formalı qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı, 1 ədəd 583 əyyarlı təxminən 8 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağını gizli yolla talamışdır. O, baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 2000 manat hesabladığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu Çiçəkli kəndində arvadı X16 ilə birlikdə yaşayır. Ona məxsus Gədəbəy rayon Çiçəkli kəndində yerləşən fərdi yaşayış evi iki mərtəbəli olmaqla, mətbəx, 2 qonaq otağı və 1 yataq otağından ibarətdir. Rəsmi olaraq Çiçəkli kənd tam orta məktəbində müəllim işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sahibin atası Məmməd onun əmisi oğludur. Sahib və ailə üzvləri ilə aralarında qohumluq münasibətləri olsa da birbirilərinin evinə gediş-gəlişlər olmamışdır. 2022-ci ilin avqust ayından etibarən arvadı Sevil xəstəliyi ilə bağlı Bakı şəhərində yaşayan övladlarının yanına getmiş, o, həmin vaxtdan etibarən evində tək yaşamışdır. 10 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən arvadı Sevillə telefon danışığı zamanı kənddə bir neçə nəfərindən evindən qızıl-zinət əşyaları oğurlandığını bildirərək onun da evdəki qızıllarının yerində olub-olmamasına baxmasını bildirmişdir. Sevil bir ədəd qadın üzüyünü sonuncu dəfə evinin birinci mərtəbəsindəki dəhlizdə yerləşən qarderobun içərisindəki stəkanın içərisinə qoyduğunu, bundan başqa 1 ədəd kişi üzüyü və 1 ədəd boyunbağını isə evin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan dolabdakı qızıl qabının içərisində gizlətdiyini bildirmişdir. Bundan sonra qızılları axtarıb tapa bilməmiş, lakin bir neçə gün ərzində yenə də qızılları axtarmış, ancaq evini sahibsiz qoyub gedə bilmədiyi üçün polisə ərizə verə bilməmiş, 27 oktyabr 2022-ci il tarixdə isə Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinə evindən qızıl zinət əşyalarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Həmin oğurluq hadisəsini və digər kənd sakinlərinə məxsus evlərdə baş vermiş oğurluq hadisələrinin qohumu və həmkəndlisi Təqsirləndirilən şəxs törətdiyi ona məlum olmuşdur. Hadisənin hansı tarixdə baş verməsi, Sahibin evimə hansı yolla daxil olması və hadisənin digər halları ona məlum olmamışdır. O, Sahib meşəbəyi işlədiyini, meşəyə gedən avtomobil yolunun isə evinin qarşısından keçdiyini, Sahib də mütamadi olaraq həmin yolla meşəyə gedib-gəldiyini, evinin qapısı heç vaxt kilidli olmamasına görə Təqsirləndirilən şəxs evdə olmadığı müddətdə qanunsuz daxil olmaqla evindən oğurluq etdiyini bildirmişdir. Sahibin onun evinə daxil olmasını qonşular və digər şəxslər də görməmişdir. Ona məxsus evdən 1 ədəd 583 əyyarlı təxminən 9 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qaşsız qadın üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qaşsız kişi üzüyü, 1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir firmalı boyunbağı gizli yolla talanmışdır. O, baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı təxminən 800 manat hesabladığını, lakin həmin əşyaların hazırki dəyərini konkret olaraq bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Şahid10 ifadə verərək bildirmişdir ki, Gədəbəy rayonu, Çiçəkli kəndində yerləşən özünə məxsus evdə əri Zərərçəkmiş şəxs16la və azyaşlı oğlu ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs yaşadığı Çiçəkli kəndi ilə onun yaşadığı Şahdağ kəndi yaxın kəndlərdir. Hər iki kənd eyni nümayəndəliyin inzibati ərazisinə aid olan kəndlərdir. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik, nə də heç bir qohumluq əlaqəsi yoxdur. Sahib və ailə üzvləri ilə aralaırnda yaxın münasibətlər olmadığı ki, bir-birilərinin evinə gediş-gəlişləri olmamışdır. 2022-ci ilin may ayının sonlarından etibarən ailə üzvləri ilə birlikdə yaylağa köçmüşdür. Həmin müddətdə digər yaylaqda olan kənd sakinləri kimi ona məxsus fərdi yaşayış evi də sahibsiz qalmışdır. 16 oktyabr 2022-ci il tarixdə ailə üzvləri ilə yaylaqdan kəndə köçmüş, həmin gün toy məclisinə gedərkən evin qonaq otağındakı dolabın üzərində yük qutusunun altında saxladığı 200 manat pulu götürmək istəyərkən həmin pulun yerində olmadığını aşkar etmişdir. O, pulu tapa bilmədiyi üçün bu barədə əri ilə birgə evi axtarmağa başlamış, həmin otaqda yastığın altında gizlədilmiş əlavə 150 manat pulun, həmçinin həmin otaqdakı dolabın üzərindəki çaynikin içərisində gizlədilmiş bir ədəd qadın üzüyü və yataq otağındakı divanın altında qoyulmuş qadın çantasının içərisində gizlədilmiş 4 ədəd qızıl dişlərin oğurlanmasını aşkar etmişdir. Lakin evində oğurluq hadisəsi baş verməsinə dair heç bir izlər olmadığı üçün polisə hələlik məlumat verməməyə qərar vermiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs tərəfindən Çiçəkli kənd sakinlərinə məxsus evlərdən qızılların oğurlandığını eşitmiş, həmin vaxtı Sahibin bir neçə ay əvvəl yaylaqda olarkən onlara zəng etdiyini xatırlamışdır. Belə ki, 2022-ci ilin sentyabr ayının ortalarında evinin həyətində kartof qazdığı zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək, ondan bir vedrə armud istəmiş, o, isə Sahibə gəlib armudu yığmasını bildirsə də həmin gün Sahib armudu yığmaq üçün evinə getməmiş, axşam saatlarında yenidən yaylağa qayıtmış, yaylağa qayıdandan sonra Sahib ona təkrar zəng edib, armudu aparmaq üçün gəlmək istədiyini bildirdikdə Sahibə artıq gec olduğunu, özü isə yaylağa qayıtdığımı bildirmişdir. Həmin günün ertəsi günü isə yaylaqdan kəndə qayıdanda evin giriş qapısının açıq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs qanunsuz yolla daxil olmaqla evindən 1 ədəd 583 əyyarlı təxminən 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyünü, 4 ədəd 750 əyyarlı qızıldan hazırlanmış hər biri 0.3 qram çəkidə olmaqla ümumilikdə 1.2 qram çəkisi olan 4 ədəd qızıl dişləri və 350 manat nəğd pulları gizli yolla talamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Tovuz rayon Qovlar şəhərində ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Gədəbəy rayon Çiçəkli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Dəqiq yadında qalmayan tarixdə yəni 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı sim nömrəyə səhvən zəng etmiş, bundan sonra Sahiblə aralarında tanışlıq münasibətləri yaranmış, həmin vaxtdan etibarən Sahiblə münasibətləri davam etmişdir. 2022-ci ilin may ayında dəqiq yadında qalmayan tarixdə Təqsirləndirilən şəxsla telefon danışığı zamanı özünə məxsus qızıl-zinət əşyalarını satmaqda ona kömək etməsini bildirmişdir. O, Sahibdən qızılları özü satmasını və ya arvadının vasitəsilə satmasını bildirmiş, lakin Sahib onu əksər şəxslərin tanıdığını, vaxtilə çox imkanlı olduğunu, qızılları satarkən onu kiminsə tanıyacağından və bundan utanacağını söyləmişdir. Sahib özü kişi olduğuna görə ondan qızıl almadıqlarını, arvadı ilə də boşandığı üçün heç bir əlaqələri olmadığını ona bildirmişdir. Sahib ona atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini, atasının müalicəsi üçün külli miqdarda pul xərcləndiyini, babası Şahniyar adlı şəxsin vaxtilə kolxoz sədri işlədiyini, babasından onlara çoxlu qızıl qaldığını, atasının müalicəsi üçün həmin qızılları satmaq istədiyini bildirmişdir. O, Sahibin sözlərinə inanıb qızılları satmasına vasitəçilik etmiş, 2022-ci ilin iyun ayında dəqiq yadında qalmayan tarixdə Təqsirləndirilən şəxsla qızılları satmaq barədə razılaşmış, ertəsi günü səhər saatlarında Təqsirləndirilən şəxs markasını və dövlət nişanını xatırlamadığı taksi avtomobili ilə yaşadığı Tovuz rayon Qovlar şəhərinə getmiş, avtomobilə əyləşərək Sahiblə birgə Şəmkir şəhərinə getmiş, Şəmkir şəhərində yerləşən bazarın qarşısında sürücü avtomobili saxlamış, avtomobildən düşüb bazara getmiş, bazarda qızıl-zinət əşyaları satılan hissədə tanımadığı təxminən 55-60 yaşlarında kişiyə məxsus mağazaya daxil olub, satmaq üçün qızıl-zinət əşyaları olduğunu bildirmiş, Sahibin ona verdiyi əlamətləri və sayı yadında qalmayan qızılları həmin kişiyə vermiş, satıcı ondan qızılları alıb elektron tərəzidə çəkmiş, 1 qramı üçün 55 manat pul verəcəyini bildirmişdir. Həmin qızıl-zinət əşyalarının dəqiq çəkisi yadında qalmadığı üçün hansı məbləğdə pul müqabilində satdığını xatırlamamış, beləliklə Sahibin verdiyi qızılları satıb, pulunu da özünə vermiş, Sahib onu yaşadığı Qovlar şəhərinə aparmış, orada Sahiblə sağollaşıb evinə getmişdir. Sahib ona xərcləməsi üçün 20 manat pul vermiş, onun maddi çətinliklərim olduğunu, dul qadın olmaqla 3 uşaq saxladığını bildiyi üçün Sahib ona pulu verərkən uşaqlarına xərcləməsi üçün vermişdir. Bundan təxminən 10 gün sonra Sahib yenidən taksi ilə gəlib onu Şəmkir şəhərinə aparmış. yenə də Sahibin verdiyi qızılları Şəmkir bazarında işləyən əvvəlcə qızılları satdığı kişiyə yadında qalmayan pul müqabilində sataraq pulunu Sahibə vermiş, Sahib yenə də onu Qovlar şəhərinə gətirib, 10 manat pul da vermişdir. Bundan təxminən bir ay sonra Sahib yenidən gəlib, yenə də qızılları satmaq istədiyini bildirmiş, Sahibə Şəmkir şəhəri uzaq olduğu üçün qızılları Tovuz şəhərindəki bazarda satmağı təklif etmiş. Sahib bu dəfə yenə də başqa taksi sürücüsü ilə gəlmiş, taksi avtomobilinə əyləşib Sahiblə birlikdə Tovuz şəhərində yerləşən bazara getmiş, bazarın qarşısında yəni yol kənarında fəaliyyət göstərən orta yaşlı kişinin olduğu mağazaya gedərək özünə məxsus qızılları satmaq istədiyini bildirmişdir. O, həmin şəxslə qızılın bir qramını 55 manata satmağa razılaşmış, həmin şəxs Sahibin satmaq üçün ona verdiyi 1 ədəd sırqa-üzük dəstini ondan qəbul edib, elektron tərəzidə çəkmiş, həmin dəst qızılın çəkisi dəqiq yadında qalmasa da satıcı 580 manat pula hesablamışdır. O, qızılları 580 manata satıb, pulunu Sahibə vermiş, Sahib isə həmin puldan əlavə də sələmə pul alıb, atasına müalicəsinə verəcəyini bildirmiş, Sahiblə bazarın qarşısında sağollaşıb, avtobusla Qovlar şəhərinə getmişdir. Bundan təxminən 20 gün sonra Sahib əvvəlcədən onunla əlaqə saxlayıb, yenidən Qovlar şəhərinə gəlmiş, Sahib ona satmaq nazik bilərzik və boyunbağıdan ibarət olan bir neçə ədəd qızılzinət əşyaları vermişdir. Sahib özü Qovlar şəhərində işi olduğunu, onun tək gedib qızılları satmasını bildirmiş, o, marşrut avtobusu ilə Tovuz şəhərində yerləşən bazara getmiş, yenidən əvvəlcə qızılları satdığı orta yaşlı kişinin mağazasına gedib, qızıllarını satmaq istədiyimi bildirmiş, həmin şəxs qızılları 380 manata hesablamış, Sahibə zəng edib, qızılların 380 manat dəyəri olduğunu bildirdikdə Sahib əvvəlcə əsəbləşmiş, o, isə Sahibə etiraz edib, qızılı gəlib özünün satmasını bildirmiş. Nəhayət Sahib də razılaşdıqdan sonra həmin qızılları 380 manat pul müqabilində satmışdır. O, Qovlar şəhərinə qayıdıb, Sahiblə görüşmüş və 380 manat pulu Sahibə vermişdir. Sahib yenə də pul lazım olduğunu, pulunun yenə də əksik olduğunu bildirərək ona pul verməmişdir. O, əlavə olaraq Sahibin bir dəfə də ona satmaq üçün əşyalar verdiyini, ancaq mağazada həmin əşyaların qızıl deyil, dəmir materialından olan bijuteriya olduğunu müəyyən etdiyini və həmin əşyaları Sahib özünə qaytardığını qeyd etmişdir. öyrənmişdim. Mən həmin əşyaları da Sahibin özünə qaytarıb vermişdim. O, Təqsirləndirilən şəxs satmaq üçün vasitəçilik etdiyi qızılların oğurluq olmasından konkret olaraq xəbəri olmadığını, oğurluq olduğunu bilərsə Təqsirləndirilən şəxs vasitəçilik etməyəcəyini, qızılları satmaqla qazanc da əldə etmədiyini bildirmişdir. O, həmin vaxtdan bu günə xeyli müddət keçdiyi üçün Sahibin qızıllarını neçə dəfəyə satdığını, hətda qızılların dəyərini, sayını, əlamətlərini və hansı məbləğdə pula satdığını dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid14 ifadəsindən görünür ki, o, rəsmi olaraq heç yerdə işləmir, Şəmkir şəhəri 20 yanvar küçəsində “Həbibli” ticarət mərkəzində yerləşən mağazada qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmçinin Tovuz rayon sakini Şahid1 da əvvəllər tanımamışdır. Onlarla heç bir münasibəti olmadığı kimi ədavəti və düşmənçiliyi də yoxdur. 2022-ci ilin may-iyun aylarında yəni dəqiq yadında qalmayan tarixlərdə Şahid1 cəmi 3 dəfə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazasına gəlib, ehtiyyacı olduğu üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, yadında qalmayan çəkidə qızıl-zinət əşyalarını alıb, onun müqabilində pulunu ödəmişdir. O, mütamadi olaraq qızıl alıb-satdığını, Şahid1 aldığı qızıl-zinət əşyalarının əyyarı, çəkisi və dəyəri barədə qeyd aparmaqla imza etdirib özündə saxladığını, sonradan Şahid1 polis əməkdaşları ilə birgə mağazasına gələrkən sonuncunu üzdən tanıdığını və Hicrandan qızıl aldığımı xatırladığını göstərmişdir. O, Hicrandan aldığı qızılları başqasına satdığı üçün qeyd vərəqəsini də tulladığını, həmin kağız vərəqi axtarsa da tapa bilməmişdir. Şahid1 əvvəllər tanımamışam, sonuncu qızılların oğurluq olması barədə heç bir söz deməmişdir. Əgər özü də həmin qızılların oğurluq yolu ilə əldə edildiyini bilərdisə qızılları almaqdan imtina edəcəyini, konkret olaraq qızılların oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmadığını bildirmişdir. Şahid1 ona satdığı qızıl-zinət əşyaları 583 əyyarlı kişi və qadın üzüklərindən ibarət olmuşdur. Şahid1 həmin qızılları ona bazar qiyməti dəyəri ilə satmışdır. Şahid1 yetkinlik yaşına çatmış qadın olmasına görə satdığı qızılların oğurluq yolu ilə əldə edilməsindən şübhə etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid15 ifadəsindən görünür ki, o, rəsmi olaraq heç yerdə işləmir. Şəmkir şəhəri 20 yanvar küçəsində “Həbibli” ticarət mərkəzində yerləşən mağazada qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti nə də ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin may ayında yəni dəqiq yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs cəmi 1 dəfə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazama gəlib, ehtiyyacı olduğu üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, yadında qalmayan çəkidə qızıl-zinət əşyalarını alıb, həmin qızılların müqabilində pulunu ödəmişdir. O, Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarının əyyarı, çəkisi və dəyəri barədə qeyd aparmaqla imza etdirib özündə saxlamış, sonradan polis əməkdaşları mağazasına gəlib onunla sorğu-sual edərkən Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs qızıl-zinət əşyaları aldığını xatırlamış, həmin qızılları başqasına satdığı üçün qeyd vərəqəsini də tullamışdır. Təqsirləndirilən şəxs ona qızılların oğurluq olması barədə heç bir söz deməmişdir. O, Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona satdığı qızılzinət əşyaları 583 əyyarlı qolbaq, boyunbağı, qadın üzüyü, klon və sırqadan ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmin qızılları mənə bazar qiyməti dəyəri ilə satmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid13 ifadəsindən görünür ki, ünvan 1 ünvanda yaşayır. Tovuz şəhərində yerləşən “Nəsimi Ticarət Mərkəzi”ndə özümə məxsus olan qızıl alqı-satqısı mağazası vardır. Qeyd olunan mağazada özü satıcı kimi fəaliyyət göstərir. Şahid1 əvvəllər tanımamış, həmin şəxsi isə ilk dəfə 21 sentyabr 2022-ci il tarixində, daha sonra isə 27 sentyabr 2022-ci il tarixində işlədiyi mağazaya qızıl satmaq üçün gəlməsi səbəbindən tanımışdır. Qohumluq əlaqəsi olmadığı həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur., 21 sentyabr 2022-ci il tarixində Şahid1 qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olduğu mağazaya gəlmiş, sonuncu pula ehtiyyacı olduğu üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini ona bildirmişdir. Şahid1 bir cüt qızıl sırğa və bir ədəd üzükdən ibarət dəst-komplekti ona təqdim etmiş, həmin komplekt üçün 500 manat müqabilində razılıq əldə etmişlər. O, həmin komplekti, yəni qızıl dəstini tanımadığı bir nəfər şəxsə satmışdır. Bundan sonra Şahid1 27 sentyabr 2022-ci il tarixində yenidən mağazasına gəlmişdir. Bu dəfə isə Hicran ona bir ədəd qızıl boyunbağı (“sep”), bir ədəd qızıl klon və bir ədəd qızıl üzük gətirmiş, yenə də pula ehtiyyacı olduğu üçün özünə məxsus olan həmin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, həmin qızılların hamısını 385 manat müqabilində Şahid1 almış, Şahid1 xx.xx.2022-ci il tarixində aldığı qızıl-zinət əşyalarını da tanımadığı müxtəlif şəxslərə satmışdır. xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində Şahid1 qızıl-zinət əşyalarını alarkən bu barədə özündə vərəqə (baş tərəfində qızılın alqı-satqısı qəbzi yazılmış vərəqə) qeyd aparmış, həmin vərəqi özündə saxlamış, həmin qəbzi-vərəqi ifadəsinə əlavə etmişdir. İstər xx.xx.2022-ci il tarixində, istərsə də xx.xx.2022-ci il tarixində mən Şahid1 qızıl-zinət əşyaları alarkən, sonuncu qızılların oğurluq olması barədə heç bir söz deməmiş, xx.xx.2022-ci il tarixində Şahid1 aldığı komplektin ümumi çəkisi 9,3 qram, xx.xx.2022-ci il tarixində aldığım qızılzinət əşyalarının çəkisi isə 7,3 qram olmuşdur. Şahid1 aldığı qızıl-zinət əşyaları sadə qaşlı olmuş, sonuncu həmin qızılları bazar qiyməti dəyəri ilə satmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8937 nömrəli Rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif vətəndaşlara məxsus qızıl-zinət əşyalarının göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 19780,00 manat müəyyən edilir. Digər 1 adda qızıl-zinət əşyası haqqında kifayət qədər məluat (çəkisi) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
1. Zərərçəkmiş şəxs1 məxsus: cəmi 3120,00 manat -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-240 manat, -1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağı-400 manat, -1 ədəd 583 əyyarlı 6 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir boyunbağı-480 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş nazik sünbül formalı qolbaq-160, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş nazik sünbül formalı qolbaq-160 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş nazik sünbül formalı qolbaq-160 manat, -1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzəri kvadrat formalı sadə daşdan qaşı olan kişi üzüyü-320 manat, -1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində sadə sep formalı bəzəyi və sadə daşdan qaşı olan qadın üzüyü-400 manat, -1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kalso formalı qaşsız qadın üzüyü-320 manat, -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kalso formalı qaşsız qadın üzüyü-240 manat, -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş kalso formalı qaşsız qadın üzüyü-240 manat.
2. Zərərçəkmiş şəxs3 məxsus: cəmi 1920,00 manat -1 ədəd 583 əyyarlı 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-200 manat, -1 ədəd 583 əyyarlı 1 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş “qəpik pul” formalı klon-80 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı qolbaq -160 manat, -1 ədəd 583 əyyarlı təxminən 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzəri gül formalı sadə daşlardan qaşı olan qadın üzüyü-280 manat, -1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə daşlardan qaşları olan kişi üzüyü-320 manat, -1 cüt 583 əyyarlı təxminən 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş gül formalı üzərində sadə qaşları olan sırqa-560 manat, -1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş gül formalı üzərində sadə qaşları olan qadın üzüyü-320 manat,
3. Zərərçəkmiş şəxs4 məxsus: cəmi 980 manat -1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üst hissəsi dairəvi formada qadın üzüyü-320 manat, -1 ədəd 750 əyyarlı təxminən 3 qram çəkidə Türkiyədə istehsal olunmuş “kalso” formalı kişi üzüyü-300 manat, -1 ədəd 583 əyyarlı təxminən 1,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə və qaşları olmayan yarpaq formalı tək sırqa-120 manat, -1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-240 manat,
4. Zərərçəkmiş şəxs5 məxsus: cəmi 1240,00 manat -1 ədəd 583 əyyarlı təxminən 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-280 manat, -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı qolbaq-240 manat, -1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı üzərində sadə daşlardan qaşları olan üzəri yarpaq şəkilli qadın üzüyü-400 manat, -1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində sadə daşlardan qaşı olan üzəri kvadrat şəkilli olan kişi üzüyü-320 manat,
5. Zərərçəkmiş şəxs8 məxsus: cəmi 1120, 00 manat 1 dəst 583 əyyarlı təxminən 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə göy qaşlı yastı formalı sırqa və üzük dəsti-560 manat, -1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə qırmızı qaşlı yastı formalı qadın üzüyü-400 manat, -1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-160 manat, -1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş ürək formalı klon-0 (aydın deyil),
6. Zərərçəkmiş şəxs2 məxsus: cəmi 1520,00 manat -1 ədəd 750 əyyarlı 8 qram çəkidə İtaliya istehsalı tros formalı qadın üçün qolbaq, 1 ədəd 583 əyyarlı 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə formalı və sadə qaşlı qadın üzüyü-800 manat, -1 ədəd 583 əyyarlı 4,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-200 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş ördək formalı klon-160 manat,
7. Zərərçəkmiş şəxs7 məxsus: cəmi 2080,00 manat -1 cüt 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sırqa- 400 manat, -1 cüt 583 əyyarlı 6 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sırqa- 480 manat, -1 cüt 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sırqa- 320 manat, -1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-400 manat, -1 ədəd 583 əyyarlı 6 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-480 manat.
8. Zərərçəkmiş şəxs9 məxsus: cəmi 720,00 manat -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş “kalso” dairəvi formalı boyunbağı-240 manat, -1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-400 manat, -1 ədəd 583 əyyarlı 1 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş günəbaxan tumu formasında olan klon-80 manat.
9. Zərərçəkmiş şəxs10 məxsus: cəmi 680,00 manat -1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağı-240 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-160 manat, -1 ədəd 583 əyyarlı 1 qram çəkidə Rusiya Federasiyasında istehsal içərisində göz şəkli olan klon-80 manat, -1 cüt 583 əyyarlı təxminən 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş qaşsız yarpaq formalı uşaq sırqası-200 manat.
10. Zərərçəkmiş şəxs6 məxsus: cəmi 1880,00 manat -1 ədəd 583 əyyarlı 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-560 manat, -1 ədəd 583 əyyarlı 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı qolbaq-400 manat, -1 ədəd 583 əyyarlı 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı üzərində ay-ulduz şəkilli bəzəyi olan klon-320 manat, -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində 1 ədəd sadə qaşı olan yastı formalı qadın üzüyü-240 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sadə və qaşsız dairəvi formalı qadın üzüyü-160 manat, -1 ədəd 583 əyyarlı 2.5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində 1 ədəd sadə qaşı olan nazik yastı formalı qadın üzüyü-200 manat.
11. Zərərçəkmiş şəxs13 məxsus: cəmi 240 manat -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı qolbağ-240 manat.
12. Zərərçəkmiş şəxs15 məxsus: cəmi 560,00 manat -1 ədəd 583 əyyarlı 7 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyü-560 manat.
13. Zərərçəkmiş şəxs16 məxsus: 400,00 manat -1 ədəd 583 əyyarlı 3,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyü-280 manat, -4 ədəd 750 əyyarlı qızıldan hazırlanmış hər biri 0.3 qram çəkidə olmaqla ümumilikdə 1.2 qram çəkisi olan 4 ədəd qızıl dişlər-120 manat.
14. Zərərçəkmiş şəxs11 məxsus: cəmi 600,00 manat -1 ədəd 583 əyyarlı təxminən 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzəri kvadrat formalı kişi üzüyü-160 manat, -1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qaşsız qadın üzüyü-240 manat, -1 ədəd 583 əyyarlı təxminən 2,5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzəri dairəvi formalı sadə qaşlı qadın üzüyü-200 manat.
15. Zərərçəkmiş şəxs12 məxsus: cəmi 1520,00 manat -1 ədəd 583 əyyarlı təxminən 5 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qadın üzüyü-400 manat, -1 ədəd 583 əyyarlı təxminən 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş üzərində bir ədəd sadə qaşı olan dairəvi formalı qadın üzüyü-240 manat, -1 ədəd 583 əyyarlı 3 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş sünbül formalı boyunbağı-240 manat, -1 ədəd 583 əyyarlı 8 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağı-640 manat. 16- Zərərçəkmiş şəxs14 məxsus: cəmi 1200 -1 ədəd 583 əyyarlı 9 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qaşsız qadın üzüyü-720 manat, -1 ədəd 583 əyyarlı təxminən 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş dairəvi formalı qaşsız kişi üzüyü-320 manat, -1 ədəd 583 əyyarlı 2 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş zəncir formalı boyunbağı-160 manat. İşdə olan qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan X4 surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı QasımovaZeynəb Sahib qızı 05 fevral 2020-ci il tarixdə doğulmuşdur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə edilir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.; 177.2.2. və 177.2.3-cü maddələrinə əsasən eyni əməllər: təkrar olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ki, ona görə ki, o, 24 yanvar 2022-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə əmisi arvadı Zərərçəkmiş şəxs1 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yaşayan fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı boyunbağı, 400 manat dəyərində 5 qram çəkidə zəncir formalı boyunbağı, 480 manat dəyərində 6 qram çəkidə zəncir formalı boyunbağı, 160 manat dəyərində 2 qram çəkidə nazik sünbül formalı qolbaq, 160 manat dəyərində 2 qram çəkidə nazik sünbül formalı qolbaq, 160 manat dəyərində 2 qram çəkidə nazik sünbül formalı qolbaq, 320 manat dəyərində 4 qram çəkidə üzəri kvadrat formalı sadə daşdan qaşı olan kişi üzüyü, 400 manat dəyərində 5 qram çəkidə sadə sep formalı bəzəyi və sadə daşdan qaşı olan qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə kalso formalı qaşsız qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə kalso formalı qaşsız qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə kalso formalı qaşsız qadın üzüyünü, ümumilikdə 3120 (üç min yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağında döşəyin üzərindəki qadın çantasında gizlədilmiş Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 800 manat dəyərində 8 qram çəkidə tros formalı qadın üçün qolbaq, 200 manat dəyərində 2,5 qram çəkidə sadə formalı və sadə qaşlı qadın üzüyü, 360 manat dəyərində 4,5 qram çəkidə sünbül formalı boyunbağı, 160 manat dəyərində 2 qram çəkidə ördək formalı klonu və 100 manat nəğd pulu, ümumilikdə 1620 (bir min altı yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs10 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs10 mülkiyyətində olan evin qonaq otağındakı masanın üzərində olan cib dəsmalına bükülərək gizlədilmiş 240 manat dəyərində 3 qram çəkidə zəncir formalı boyunbağı, 160 manat dəyərində 2 qram çəkidə sünbül formalı boyunbağı, 80 manat dəyərində 1 qram çəkidə içərisində göz şəkli olan klon, 200 manat dəyərində 2,5 qram çəkidə qaşsız yarpaq formalı uşaq sırğasını, ümumilikdə 680 (altı yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs12 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs12 mülkiyyətində olan evin qonaq otağındakı dolabda gizlədilmiş 400 manat dəyərində 5 qram çəkidə dairəvi formalı qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə üzərində bir ədəd sadə qaşı olan dairəvi formalı qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı boyunbağı, 640 manat dəyərində zəncir formalı boyunbağı və 700 manat nəğd pulu, ümumilikdə 2220 (iki min iki yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs15 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs15 mülkiyyətində olan dolabdakı paltarların arasında gizlədilmiş 560 manat dəyərində 7 qram çəkidə dairəvi formalı qadın üzüyünü gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs11 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs11 mülkiyyətində olan evin qonaq otağında paltarların arasında gizlədilmiş 160 manat dəyərində 2 qram çəkidə üzəri kvadrat formalı kişi üzüyü, 240 manat dəyərində 3 qram çəkidə dairəvi formalı qaşsız qadın üzüyü və 200 manat dəyərində 2,5 qram çəkidə dairəvi formalı sadə qaşlı qadın üzüyünü, cəmi 600 (altı yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin iyun ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 mülkiyyətində olan qonaq otağındakı dolabın içərisində gizlədilmiş 400 manat dəyərində 5 qram çəkidə 1 cüt sırqa, 480 manat dəyərində 6 qram çəkidə 1 cüt sırğa, 320 manat dəyərində 4 qram çəkidə 1 cüt sırğa, 400 manat dəyərində 5 qram çəkidə sünbül formalı boyunbağı, 480 manat dəyərində 6 qram çəkidə sünbül formalı boyunbağını və 200 manat nəğd pulu, ümumilikdə 2280 (iki min iki yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 oğlunun yaşadığı məxsus Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs6 mülkiyyətində olan qonaq otağında şkafın üzərində olan qızıl qabının içərisində gizlədilmiş 560 manat dəyərində 7 qram çəkidə sünbül formalı boyunbağı, 400 manat dəyərində 5 qram çəkidə sünbül formalı qolbaq, 320 manat dəyərində 4 qram çəkidə dairəvi formalı üzərində ay-ulduz şəkilli bəzəyi olan klon, 240 manat dəyərində 3 qram çəkidə üzərində bir ədəd sadə qaşı olan yastı formalı qadın üzüyü, 160 manat dəyərində 2 qram çəkidə sadə və qaşsız dairəvi formalı qadın üzüyü, 200 manat dəyərində 2.5 qram çəkidə bir ədəd sadə qaşı olan nazik yastı formalı qadın üzüyünü, cəmi 1880 (bir min səkkiz yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 mülkiyyətində olan evin qonaq otağındakı sandığın içərisində gizlədilmiş 320 manat dəyərində 4 qram çəkidə üst hissəsi dairəvi formada qadın üzüyü, 300 manat dəyərində 3 qram çəkidə “kalso” formalı kişi üzüyü, 120 manat dəyərində 1,5 qram çəkidə yarpaq formalı tək sırğa, 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı boyunbağını, ümumilikdə 980 (doqquz yüz səksən) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs8 mülkiyyətində olan qonaq otağında döşəyin üzərindəki qadın çantasının içərisində gizlədilmiş 560 manat dəyərində 7 qram çəkidə sadə göy rəng qaşlı yastı formalı sırğa və üzük dəsti, 400 manat dəyərində 5 qram çəkidə sadə qırmızı qaşlı yastı formalı qadın üzüyü, 160 manat dəyərində 2 qram çəkidə sünbül formalı boyunbağı və 80 manat dəyərində 1 qram çəkidə ürək formalı klonu, ümumilikdə 1200 (bir min iki yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs9 mülkiyyətində olan evin qonaq otağındakı dolabın üzərində oyuncaq kukla qabında gizlədilmiş 240 manat dəyərində 3 qram çəkidə “kalso” formalı boyunbağı, 400 manat dəyərində 5 qram çəkidə sünbül formalı boyunbağı, 80 manat dəyərində 1 qram çəkidə günəbaxan tumu formasında olan klonu, ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq T.Pənəahovun mülkiyyətində olan yataq otağındakı güzgünün qarşısında plasmas qutunun içərisində gizlədilmiş 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı qolbağını, cəmi 240 (iki yüz qırx) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs14 mülkiyyətində olan 720 manat dəyərində 9 qram çəkidə dairəvi formalı qaşsız qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə dairəvi formalı qaşsız kişi üzüyü, 160 manat dəyərində 2 qram çəkidə zəncir formalı boyunbağını, cəmi 1200 (bir min iki yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin sentyabr ayının 5-11 tarixləri arasında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 mülkiyyətində olan yataq otağındakı paltar dolabında olan qadın çantasının içərisindəki qutuda gizlədilmiş 280 manat dəyərində 3,5 qram çəkidə sünbül formalı boyunbağı, 240 manat dəyərində 3 qram çəkidə sünbül formalı qolbaq, 400 manat dəyərində 5 qram çəkidə dairəvi formalı üzərində sadə daşlardan qaşları olan üzəri yarpaq şəkilli qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə üzərində sadə daşlardan qaşı olan üzəri kvadrat şəkilli olan kişi üzüyünü, cəmi 1240 (bir min iki qırx) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin sentyabr ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs16 yaşadığı Gədəbəy rayonu Şahdağ kəndində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından keçmə yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs16 mülkiyyətində olan 280 manat dəyərində 3,5 qram çəkidə dairəvi formalı qadın üzüyü və 120 manat dəyərində hər biri 0.3 qram çəkidə olan 4 ədəd qızıl dişləri və 350 manat nəğd pulu, cəmi 750 (yeddi yüz əlli) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 27 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən fərdi yaşayış evinə qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 200 manat dəyərində 2,5 qram çəkidə sünbül formalı boyunbağı, 80 manat dəyərində 1 qram çəkidə “qəpik pul” formalı klon, 160 manat dəyərində 2 qram çəkidə zəncir formalı qolbaq, 280 manat dəyərində 3,5 qram çəkidə üzəri gül formalı sadə daşlardan qaşı olan qadın üzüyü, 320 manat dəyərində 4 qram çəkidə sadə daşlardan qaşları olan kişi üzüyü, 560 manat dəyərində 7 qram çəkidə gül formalı üzərində sadə qaşları olan 1 cüt sırğa, 320 manat dəyərində 4 qram çəkidə gül formalı üzərində sadə qaşları olan qadın üzüyünü, cəmi 1920 (bir min doqquz yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı övladının olmasını, təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə bərabər, onu da nəzərə alır ki, o, zərərçəkmişlərlə barışıq əldə etmək üçün heç bir cəhd etməmişdir. Barəsində qanunda nəzərdə tutulan daha ağır cəzanın tətbiq edilməyəcəyi təqdirdə, onun zərərçəkmişlərə vurduğu zərəri aradan qaldırmayacağı ehtimalları vardır. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 172.2.2. və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmənin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən:Fizuli Mirzəquliyev