Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-36/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-cı ildə Lənkəran rayonun, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, 02 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinin materialına 18 fevral 2025-ci il tarixdə, saat 15:30da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələbini pozaraq, qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Qızılağac Milli Parkının Lənkəran rayonunun ərazisinə düşən Kiçik Körfəz su ərazisinə gəlib uzunluğu 17 metr, 30 sm., eni 1 metr 70 sm., torun sapının diametrləri təxminən -0,30 mm., ilgəklərinin daxili ölçüsü 50x50 mm., ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd balıqovlama vasitəsi olan torunu suya ataraq, xx.xx.2024-cü il tarixdə saat 12 radələrinədək olan müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 22 (iyirmi iki) manat təşkil etməklə, qoruq ərazisində olduğundan 3 qatına vurulmaqla 17 ədəd karp balıqlarını qoruq ərazisində qanunsuz tutaraq xeyli miqdarda, yəni 1122 (min yüz iyirmi iki) manat ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir. Ailəsini dolanışığını təmin etmək məqsədilə 26 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib toru suya atmış, 27 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində isə Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedərək rezin uzunboğaz çəkməsiylə suya girib torunu yığmış, həmin tarixdə saat 12 radələrində sudan çıxarkən X5 İdarəsinin X7 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları tərəfindən saxlanılmış, həmin ərazidə balıq ovlamaqa dair rəsmi sənədinin olubolmamağı barədə maraqlanıldıqda hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. Ovladığı balıqları və ovda istifadə etdiyi toruyla birlikdə X7 Şöbəsinə gətirilmişdir. Yoxlama zamanı polis əməkdaşları uzunluğu 17 metr 30 sm., eni 1 metr 70 sm. olan, ilgəklərinin daxili ölçüsü 55x55 mm., 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd toru, Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində tutduğu balıqları aşkar еtmişlər. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı tutduğu balıqların 17 ədəd karp balıqları olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ona məxsus 1 ədəd torunu və Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində icazəsiz tutduğu 17 ədəd karp balıqlarını maddi sübut kimi götürmüşlər. Baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və imza etmişlər. Balıq tutarkən ona heç kim köməklik etməmiş, balıqları özü tək olaraq tutmuş, ətrafdan heç kim görməmişdir. Qızılağac Milli Parkınıa vurduğu 1122 manat maddi zərərdən 650 manatını ödəmiş, qalan zərəri isə hissə-hissə ödəyəcəkdir. Barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi onun ifadəsi ilə yanaşı, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. 27 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində X5 İdarəsinin X7 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş ünvan 1 qeydiyyatda olmaqla yaşayan Şükürov X2 Milli Parkının Kiçik Körfəz su ərazisində uzunluğu 17 metr 30 sm., eni 1 metr 70 sm. olan, ilgəklərinin daxili ölçüsü 55x55 mm., 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor adlanan ov vasitəsi ilə qanunsuz 17 ədəd karp balıqlarını tutmuş, Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində X5 İdarəsinin X7 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd karp balığına görə ziyanın məbləği 22 manat olduğundan, 17 ədəd karp balığları (17x22=374) ümumilikdə dəymiş ziyan 374 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndində göstərilmişdir ki, dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulmaqla Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 1122 manat ziyan vurmuşdur. Hal-hazırda həmin ziyandan 600 manat ödəniş edib qalan 522 manat puluda ödəyəcəyinə söz verir odur ki, xahiş edirəm nəzərə alasınız. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid2 göstərmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində X5 İdarəsinin X7 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları ilə birlikdə Qızılağac Milli Parkının ərazisində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonun, Liman şəhəri, Həzi Aslanov küçəsi, ev 278-də yaşamaqla qeydiyyatda olan Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor ov vasitəsi, həmin torla ovladığı 17 ədəd karp balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X5 İdarəsinin X7 Şöbəsinə gətirilmişdir. X7 Şöbəsində sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib toru suya atmış, 27 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib rezin uzunboğaz çəkməsiylə suya girib torunu yığmış, 27 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində sudan çıxarkən saxlanılmışdır. Şükürov X2 Milli Parkının Kiçik Körfəz su ərazisində 1 ədəd tor vasitəsi ilə 17 ədəd karp balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. X7 Şöbəsində baş vermiş hadisə ilə əlaqədar olaraq “Honor” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş 17 ədəd karp balıqlarına və balıqovlama vasitəsi olan uzunluğu 17 metr 30 sm., eni 1 metr 70 sm. olan, ilgəklərinin daxili ölçüsü 55x55 mm., 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs qoruq ərazisində balıq tutarkən tək olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid3 Şahid2 ilə oxşar ifadə verərək sonuncunun ifadəsində göstərilənləri xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Qızılağac Milli Parkının mühafizəçi işləyən Şahid1 göstərmişdir ki, Qızılağac Milli Parkının mühafizə yegeri vəzifəsində işləyir. 27 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində X5 İdarəsinin X7 Şöbəsinin əməkdaşları ilə birlikdə Qızılağac Milli Parkının ərazisində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, ünvan 1 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor ov vasitəsi, həmin torla ovladığı 17 ədəd karp balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X5 İdarəsinin X7 Şöbəsinə gətirilmişdir. X7 Şöbəsində sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib toru suya atmış, 27 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib rezin uzunboğaz çəkməsiylə suya girib torunu yığmış, 27 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində sudan çıxarkən saxlanılmışdır. Şükürov X2 Milli Parkının Kiçik Körfəz su ərazisində 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə 17 ədəd karp balıqlarını balıqovlama bileti olmadan qanunsuz tutduğunu bildirmişdir. X7 Şöbəsində baş vermiş hadisə ilə əlaqədar videokamera vasitəsi ilə qanunsuz tutulmuş 17 ədəd karp balıqlarına və balıqovlama vasitəsi olan uzunluğu 17 metr 30 sm., eni 1 metr 70 sm. olan, ilgəklərinin daxili ölçüsü 55x55 mm., 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs balıq ovu edərkən tək olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran XPŞ-nin müstəntiqi polis kapitanı Toğrul Əkbərov tərəfindən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs uzunluğu 17 metr, 30 sm., eni 1 metr 70 sm., torun sapının diametrləri təxminən -0,30 mm., ilgəklərinin daxili ölçüsü 50x50 mm., ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor adlanan balıqovlama vasitəsi və həmin balıqovlama vasitəsi ilə tutulmuş 17 ədəd karp balıqları aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin Qızılağac Milli Parkının xx.xx.2024-cü il tarixli 105 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində qanunsuz balıq ovu etdiyi ərazi Qızılağac Milli Parkının Lənkəran rayonuna aid olan ərazisidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 25 noyabr 2024-cü il il tarixli mütəxəssis rəyindən görünür ki, X7 şöbəsi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Qızılağac Milli Parkın Kiçik körfəz ərazisində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş Uzunluğu 17 metr, 30 sm., eni 1 metr 70 sm., torun sapının diametrləri təxminən -0,30 mm., ilgəklərinin daxili ölçüsü 50x50 mm., ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor adlanan balıqovlama vasitəsi və həmin balıqovlama vasitəsi ilə tutulmuş 17 ədəd karp balıqları, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk və 1122,00 manat (bir min yüz iyirmi iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd toru sapının diametrləri təxminın -0,30 mm, ilgəklərinin daxili ölçüsü 50x50 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş uzunluğu 17 metr, 30 sm., eni 1 metr 70 sm., torun sapının diametrləri təxminən -0,30 mm., ilgəklərinin daxili ölçüsü 50x50 mm., ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor Su NPİ-nin Lənkəran XPŞ-nin müstəntiqi polis kapitanı Toğrul Əkbərov tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmışdır. Maddi sübut kimi tanınmış 17 ədəd karp balıqlarının tez xarab olan məhsul olmasına görə "xxxx" MMC-yə təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk isə Su NPİ-nin Lənkəran XPŞ-nin müstəntiqi polis kapitanı Toğrul Əkbərov tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli, 3-14-21/2-706/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə kimi ünvan 1 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Lənkəran şəhər İHB-nın Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə baxışı zamanı təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyana görə 650 manat ödəniş edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 256.2.3-cü maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə ona təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ilk dəfə cinayət törəməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın mədudlaşdırılması cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkı cavabdeh Təqsirləndirilən şəxs qarşı 1122 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 191.3cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs iddianı etiraf etməsi təsdiq olunmalı və iş üzrə dəymiş ziyandan 650 manat ödəniş edildiyini nəzərə alaraq qalan 472 manat mülki iddia təmin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 17 ədəd karp balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Su NPİ-nin Lənkəran XPŞ-də saxlanılan uzunluğu 17 metr, 30 sm., eni 1 metr 70 sm., torun sapının diametrləri təxminən -0,30 mm., ilgəklərinin daxili ölçüsü 50x50 mm., ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil veriməli, 1 (bir) ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi 154 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun: - yaşadığı Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsi, ev 278 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 472 (beş yüz iyirmi iki) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının hesabına (AZ02CTRE********************, VÖEN **********, Təsnifat kodu 142330, Səviyyə kodu 1) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və X7 Şöbəsində saxlanılan uzunluğu 17 metr, 30 sm., eni 1 metr 70 sm., torun sapının diametrləri təxminən -0,30 mm., ilgəklərinin daxili ölçüsü 50x50 mm., ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. 1 (bir) ədəd DVD disk isə iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 17 ədəd karp balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. Məhkəmə məsrəfi 154 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ013601**********3944, VÖEN **********, Təsnifat kodu 142319, Səviyyə kodu 3) ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-36/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-36/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver