Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-145/2021 27.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X3 Zərərçəkmiş şəxs- "xxxx" MMC-in nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, AR CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkumluğu ödənilməmiş, Mingəçevir şəhər N.Nərimanov prospekti bina 38, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində 28.04.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə məftil çəkən işlədiyi "xxxx" MMC-nin emal sexindən vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin aprel ayının əvvəllərindən 2021-ci ilin aprel ayının 13-dək olan müddət ərzində istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda iş saatlarında 1 kiloqramının dəyəri 15 manat olmaqla ümumi dəyəri 4095 manat olan 273 kiloqram, 14.04.2021-ci il tarixdə 1 kiloqramının dəyəri 15 manat olmaqla ümumi dəyəri 195 manat olan 13 kiloqram, 15.04.2021-ci il tarixdə 1 kiloqramının dəyəri 15 manat olmaqla ümumi dəyəri 210 manat olan 14 kiloqram olmaqla ümumilikdə 300 kiloqram məftili Cəmiyyətin ərazisindən çıxardıb, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbul məntəqəsinə 1 kiloqramını 10 manata satmaqla 3000 manat pul əldə edib zəruri ehtiyaclarına xərcləməklə vahid qəsdlə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 4500 manat dəyərində əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından "xxxx" MMC-də əyirici vəzifəsində işləyir. Müəssisədə onun işi mis məftilləri dəzgah vasitəsilə naqil emalı üçün uyğun vəziyyətə gətirməkdən ibarətdir. Belə ki, bir qayda olaraq eyni ölçüdə gələn xammal mis məftilləri sifarişə uyğun olaraq məftilin diametrini uyğunlaşdırmaqdan ibarətdir. Onunla eyni aparatda Qüdrət adlı şəxs də işləyir. Növbəlilik əsasında növbəni bir-birilərinə təhvil verirlər. 2021-ci ilin aprel ayının ilk günlərindən etibarən xatırlamadığı tarixlərdə lakin təxminən 7-8 dəfə xammal mis məftillərdən oğurluq edərək satmış, emala gətirilmiş xammal mis məftil dolağını aparata qoşduqdan sonra bir qədərini istifadə etdikdən sonra dolağın sonlarında mis məftiliin tam istifadə olunmadan dayandırıb təxminən 3-4 dövrəlik hissəsini saxlamış, işlədiyi yerin pəncərələrində dəmir barmaqlıqlar olduğuna görə mis məftilləri bükərək barmaqlığın arasından pəncərədən çölə ataraq orada bir neçə dəfəyə təxminən 9-18 kq arasında dəyişən çəkilərdə mis toplamış, 4 dövrəlik mis məftilin çəkisi 3 kq təşkil edirmiş, iş vaxtı bitdikdən sonra yəni gecə saatlarında işdən çıxdıqdan sonra həmin pəncərədən çölə atdığı mis qalıqları havanın qaranlıq vaxtında iş yerini tərk edib toplayıb özü ilə aparmışdır. Yəni ki, müəssisənin mühafizəçiləri olan qapıdan keçərkən üzərində hər hansı mis məftil və ya sair ləvazimat olmadığı üçün oğurluq etməsindən mühafizəçilər xəbərsiz olmuşlar. Mis məftilləri işlədiyi yerin yaxınlığında zibillik ərazidə gizlətmişdir. Eyni qaydada təxminən 7-8 dəfə işlədiyi müəssisədən mis məftillər oğurlamışdır. Oğurladığı mis məftillərin çəkisi hər dəfə müxtəlif olub, belə ki, ən az 9 kq ən çox isə 18 kq çəkidə mis məftil oğurlaya bilmişdir. İş vaxtı 18:00-dan gecə saatlarınadək davam etdiyi üçün işdən sonrakı gün istirahət vaxtında oğurladığı mis məftilləri həmin istirahət vaxtlarında aparıb satmışdır. Təxminən 7-8 dəfə oğurladığı mis məftilləri Mingəçevir şəhər Samux küçəsində köhnə Turizm Kollecinin inzibati binasının yaxınlığında yerləşən əlvan metal qəbulu yerinə hər kiloqram üçün 10 manat pul müqabilində satmışdır. Həmin əlvan metal qəbulu yerinə mis məftilləri əlvan metal şəklində satarkən ondan haradan əldə etməsi barədə soruşulduqda həmin mis məftilləri yaşadığı mənzilə elektrik xətlərini yenidən təmir etdirdiyini deyərək istifadə olunduqdan sonra kəsik vəziyyətdə qalan istifadə üçün uzunluğu əl verməyən hissələri metal tullantı şəklində gətirib satmasını demiş, hər dəfə metal qəbulu yerində işləyən şəxs mis məftillərin oğurluq olmasını soruşsa da lakin hərdəfəsində yalan danışaraq mis məftillərin oğurluq olmamasını bildirmişdir. "xxxx"MMC-dən oğurlayıb gətirməsini onlara deməmişdir. Ümumilikdə oğurluq etmək səbəbinin bir neçə il müddətdir ailə qursa da lakin hələ də övladı olmaması bunun üçün həyat yoldaşı və özü müailcə olunmalıdır, həmin müalicə üçün təxminən 3 min manat pul lazım olduğundan 3 min manatı əldə etmək məqsədilə oğurluq etmək niyyətinə düşərək işlədiyi müəssisədən mis məftillər oğurlayaraq metal qəbulu yerinə satmışdır. Təxminən 3000 manat pulu mis məftil oğurlayaraq satıb topladıqdan sonra artıq özünə söz vermiş və həmin vaxtdan sonra təxminən aprel ayının 15-dən sonra birdaha müəssisədən oğurluq etməmiş. Lakin hər ayın müvafiq günlərində müəssisədə emal olunan naqil ilə xammal məftilin hesabatları qarşılaşdırılmaqla əskik olub-olmaması müəyyənləşdirilərkən 2021-ci ilin aprel ayının hesabatında xammal ilə emal olunmuş naqil arasında kəskin fərq yarandığı üçün müəssisədə olan kameralara baxıldıqda onun oğurluq etdiyi aşkar olunmuş, buna görə də etdiyi oğurluq əməlini etiraf etmək məcburiyyətində qalmışdır. Ailəsinin müalicə xərclərinə lazım olan 3000 manat pulu mis məftil oğurluğu yolu ilə toplayıb müalicəyə xərclədikdən sonra birdaha oğurluq etməmiş, bunu kamera görüntüləri də təsdiq edir. Oğurluq hadisələrini etdiyi tarixlərdən yalnız 2021-ci ilin aprel ayının 14 və 15 tarixlərində oğurluq etdiyimi xatırlayır Digər oğurluq hadisələrini hansı tarixdə etməsini xatırlamır. 14.04.2021-ci il tarixdə "xxxx" MMC-nin emal sexindən 14 kiloqram, 15.04.2021-ci il tarixdə isə 13 kiloqram mis məftili oğurlamış, oğurluq edərkən tək olmuş, belə ki, heçkim oğurluqda ona köməklik etməyib iştirak etməyibdir. Lakin oğurluq etməsindən Elşən adlı iş yoldaşı sonuncu dəfə oğurluq edərkən bu barədə xəbər tutmuşdur. Belə ki, mis dolaqda mis naqilin bir hissəsini istifadə etməyərək kəsib kənara qoymaq istəyərkən görmüş və ona oğurluq etməməsi barədə xəbərdarlıq etmişdir. O, isə pula ehtiyacı olduğu üçün oğurluq etdiyini demiş və kimsəyə məlumat verməməsini xahiş etmişdir. Əlavə olaraq həmin gün müəssisədə işləyən Zamiq adlı “Molla” ləqəbli iş yoldaşı da mis dolaqları kranla aparatın yaxınlığına gətirərkən mis dolaqdan bir hissəsini kəsdiyini görmüş və o da oğurluq etməməsini demişdir. Hər iki şəxsə də rəhbərliyə məlumat verməməsi qarşılığında hər hansı pul və ya sair əşya verməmiş və ya vəd etməmişdir. Mis məftilləri birinci dəfə 2021-ci ilin aprel ayının ilk günlərində oğurlamış, sonrakı hansı tarixlərdə oğurluq etməsini dəqiq xatırlamasa da ama sonuncu oğurluğu 10 gün əvvəl etdiyini xatırlayır. çünki, 23 aprel 2021-ci il tarixdə işdən çıxarılmış, sonuncu oğurluqdan həmin tarixədək bir həftə ərzində əyirici işindən başqa işə keçirildiyi üçün 10 gün əvvəl sonuncu oğurluq etdiyini xatırlayır. İstirahət vaxtlarında qardaşı Əjdərə məxsus “Wolkswagen” markalı ** MZ *** nömrə nişanlı göy rəngli minik avtomaşını vasitəsilə aparıb metal qəbulu yerinə satmışdır. Oğurluq barəsində qardaşı Əjdərin heç bir məlumatı olmamışdır. 26.04.2021-ci il tarixdə saat 18 radələrində işlədiyi müəssisənin rəhbər şəxslər Zərərçəkmiş şəxs və Samit Əliyev ilə mobil telefon vasitəsilə danışarkən oğurlanmış əmlakı hüquq mühafizə orqanlarına müraciət etməklə ödətdirəcəklərini bildirmiş, o isə daha əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu və oğurluq etmək səbəbinin övladı olması üçün müalicə xərclərini yenicə toplayıb düzəltmiş və oğurluğunun üstü açıldıqda tutulacağını düşünüb peşman olaraq özünə əsəbləşmiş və sol qoluna bilək nayihəsinə kəmərində olan dəmir hissə ilə sıyrıq xəsarətləri yetirmişdir. Biləyində olan xəsarətləri heç kim yetirməmiş, özü öz biləyimə xəsarət yetirmişdir. Buna görə də hər hansı şikayət və tələbi olmamışdır. Daha əvvəldən 3000 manat müalicə xərclərinə pul lazım olmasını üçün və həmin pulu qazanmaq üçün yol tapa bilmədikdə övlad sahibi olmasına görə oğurluq etmək riskini gözə alaraq oğurluq etmək qərarına gəlmiş və hissəhissə olmaqla mis məftil oğurlayaraq 3000 manat topladıqdan sonra yenə də oğurluq etmək üçün şərait olduğunu lakin lazım olan məbləği əldə etdiyi üçün əməli ifşa olunduğu günədək birdaha oğurluq etməmişdir. Təxminən bir həftə müddət keçmiş, oğurluğa son vermiş, aylıq hesabat dövründə xammal əskik gəldikdə bundan sonra kameralara baxılaraq oğurluğun üstü açılmış, yəni ki, daha əvvəldən oğurluq əməlinə son qoymuşdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmışdır. Məhkəmədən ifadəsində göstərdiyi hallar nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-in nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstəmişdir ki, 2004-cü ildən "xxxx" MMC-də icraçı direktoru vəzifəsində işləyir. 26.04.2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə müəssisədən xammal mis məftil oğurlanması ilə barədə müraciət ünvanlamışdır. Müəssisənin fəaliyyəti mis və aliminium məftillərdən elektrik naqilləri emal etmək və satmaq ibarətdir. Müəssisədə oğurluq olması barədə 20 aprel 2021-ci il tarixdə məlumatları olmuşdur. Belə ki, 2021-ci ilin aprel ayında ərzində alınan xammal mis məftil qarşılığında emal olunub satışa çıxarılmalı olan mis naqilləri toplamışlar, daha sonra növbəti sifariş üçün qalan xammalın kifayət qədər olub-olmamasını əgər kifayət etməyəcək miqdarda olarsa yenidən xammal almaq məqsədilə sexdə qalmış mis məftillərin çəkisini çəkdikdə müəssisəsin sexində qalan xammal məftilin təxminən 300 kiloqrama yaxın çəkisi az olması məlum olmuş, bundan sonra xammaldan oğurluq edilməsi barədə şübhələnib bunun əsasında da müəssisənin kamera görüntülərinə baxanda müxtəlif vaxtlarda işçi Təqsirləndirilən şəxs mis naqillərdən emal zamanı oğurluq etməsini aşkar etmişlər. Buna görə də oğurluq olması barədə Mingəçevir ŞPŞ-nə müraciət ünvanlamışdır. Xammal şəklində mis naqilləri çəki ilə alırlar. Belə ki, həmin xammal şəklində olan alınan mis məftilləri diametrini dəzgahlar vasitəsilə dəyişərək sifarişə uyğun hala gətirilir. Buna görə mis məftilləri metrə ilə deyil çəki ilə alınır. Xammal mis məftilin tonu 15000 manatdan olmaqla hər kiloqramı üçün 15 manatdan alınmışdır. Təqsirləndirilən şəxs oğurluğu nəticəsində hər kiloqram üçün 15 manatdan olmaqla təxminən 4500 manat dəyərində ziyanlıq yetirilmişdir. Təqsirləndirilən şəxs işlətdiyi mis məftili emal edən dəzgahı işlədərkən mis naqillərdən kəsiklər toplayaraq iş vaxtı qurtardıqdan sonra müəssisədən çıxarmaqla oğurluq etmişdir. Bu sonradan kameralara baxarkən aşkar edilmişdir. Sonradan təqsirləndirilən şəxs onlara dəymiş 4500 manat məbləğində ziyanı ödəmişdir. Onlar təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmədən təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam rayon Papravənd kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhər Z.Həsənova küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi hər hansı dövlət qurumunda və ya müəssisədə işləmir. Mingəçevir şəhəri Samux küçəsində yerləşən Vilayət Süleymanova məxsus metal qəbulu yerində kassir işləyir. İşi ondan ibarətdir ki, metal qəbulu yerinə əlvan metal və ya qara metal müştəri tərəfindən gətirildikdə orada işləyən digər işçilər tərəfindən çəkilərək qəbul edilir, o, isə qəbul edilmiş metalın növü, çəkisi və qarşılğında ödədiyi pulu dəftərdə qeyd etməklə həmçinin müştəriyə verilməli olan pulu ödəyir. Ondan başqa daha dörd nəfər işçi Vüqar, Bəxtiyar, Nurlan, İlkin adlı şəxslər də metal qəbulu yerində günəmuzd qaydada işləyirlər. Adlarını qeyd etdiyi işçilərin hər biri əlvan və qara metal gətirildikdə tərəzidə çəkərək qəbul edirlər. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla və digər işçilərlə hər hansı ədavət və düşmənçilik olmamış. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ilk günlərində və daha sonralar olmaqla 10-18 kiloqram arasında dəyişən çəkilərdə mis məftilləri gətirib onlara satmışdır. Belə ki, mis məftilləri qısa kəsiklərdən ibarət olduğu üçün həmin məftilləri əlvan tullantı metal olaraq hər kiloqramına 10 manat ödəməklə almışdır. Təqsirləndirilən şəxs birinci dəfə mis məftilləri gətirib metal qəbulu yerinə satarkən hər müştəridən olduğu kimi Təqsirləndirilən şəxsdən mis məftilləri haradan əldə etməsini və oğurluq olmasını soruşmuş, lakin Təqsirləndirilən şəxs mis məftillləri özünün təmirdə olan evinin elektrik xətləri üçün aldığını və mis məftillərdən kəsiklər qaldığını, ölçülərinə görə istifadəyə yaramadığı üçün onu metal tullantı olaraq gətirib satır. ondan oğurluq olub-olmamasını və əgər oğurluqdursa almayacaqlarını və polis şöbəsinə məlumat veriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs əminliklə oğurluq olmamasını deyərək həqiqətən də oğurluq olmamasına onları inandırmış və ondan əlvan metal yəni mis məftil almışlar. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin aprel ayı ərzində 3000 manatlıq mis məftil tullantılarını gətirib satmışdır və günün istənilən saatlarında gəldiyi üçün oğurluq olmasına şübhə etməmişlər. Təqsirləndirilən şəxs sonuncu dəfə mis məftil gətirib verdiyi tarixdən təxminən 7-10 gün müddət hazıradək keçmişdir. Ona görə də həm onun satdığı mis naqillər həm də digər şəxslərdən alınmış mis və əlvan metallar artıq metal əritmə zavoduna göndərilmişdir. Buna görə də həmin mis məftilləri təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, mən həqiqətən də yuxarıda göstərilən ünvanda yaşayıram. 7 ildən artıq müddətdir ki, "xxxx" MMC-də burucu vəzifəsində işləyir. Müəssisədə işi izolyasiya olunmuş mis naqilləri dəzgaha yerləşdirməklə onların burularaq vahid naqil halına gəlməsinə nəzarət etməkdir. Hərdən kranı da idarə edir, belə ki, zavodun həyətində mis dolaqları kran vasitəsilə götürərək əyrici yəni mis naqili diametrini azaldan dəzgahın yaxınlığına aparır. Təqsirləndirilən şəxs iş yoldaşıdırlar, təxminən 7-8 ay müddətdir ki, onlarla işləməyə başlamışdır. 15.04.2021-ci tarixdə saat təxminən 23 radələrində kranla mis dolağı yerdən götürüb və əyrici dəzgaha doğru gətirmiş, həmin vaxt əyrici dəzgahda növbədə olan işçi Təqsirləndirilən şəxs idi. Onun işarə verməsi ilə mis dolağı dəzgahın qarşısına yerləşdirmək istəyəndə istifadə olunmuş mis dolağı tamam boşaldılmadığı görmüş həmin vaxt Təqsirləndirilən şəxs əlində mis məftil ilə kənara getdiyininin şahidi olmuş, Təqsirləndirilən şəxs mis məftil oğurluğu ilə məşğul olması ona məlum olmudşur. Lakin Təqsirləndirilən şəxs mis məftili oğurladıqdan sonra hara aparması və ya müəssisədən necə çıxarması barədə hər hansı məlumatı olmamışdır. Bir neçə saat sonra işdən çıxmaq ərəfəsində Orxan ilə görüşəndə ona nə üçün oğurluq etməsini demiş, Orxan isə ehtiyacı olduğu üçün oğurluq etməsini ona bildirmişdir. Orxanın isə işdən çıxarılması ehtimalına və birinci dəfə oğurluq etməsinə görə onun oğurluq etməsi barədə rəhbərliyə məlumat verməmişdir. İşlədiyi müəssisədə oğurluq hadisəsi ilə işlədiyi müddətdə bir dəfə rastlaşmış, həmin hadisəni də Təqsirləndirilən şəxs törətməsini görmüş və başqa oğurluq hadisəsi barədə məlumatı olmamışdır. heç bir oğurluq hadisəsinin iştirakçısı olmamış, hər hansı üsul və ya vasitə ilə oğurluğa şərait yaratmamış, oğurluqda iştirak etməmiş, hər hansı əməli qarşılığında pul və sair əşya Təqsirləndirilən şəxsdən almamış və ya alması barədə sövdələşməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən "xxxx" MMC-də əyirici vəzifəsində işləyir. Müəssisədə işi mis məftilləri dəzgah vasitəsilə nazikləşdirmədən ibarətdir. İşlədiyi dəzgahda növbə əvəzləyicisi olmadığı üçünbir müddətdir ki, həmin dəzgahda tək işləyir. İş qrafiki saat 08:00-dan 18:00-dək olsa da lakin növbə əvəzləyicisi olmadığından həmçinin əlavə iş saatına görə məvacib almaq məqsədilə bəzi hallarda gecə saatlarınadək işləyir. İşlətdiyi dəzgah ilə Təqsirləndirilən şəxs işlətdiyi dəzgah yaxınlıqda yerləşir. 2021-ci ilin aprel ayının təxminən 14-15-də gecə saatlarında işdə olarkən Təqsirləndirilən şəxs işlədiyi dəzgahın yaxınlığına gedəndə xahiş edərək bir neçə dəqiqəlik onun işlətdiyi dəzgaha nəzarət etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs xahişi əsasında onun işlətdiyi dəzgahın yanında dayananda Təqsirləndirilən şəxs 3-4 dövrəlik mis məftili dolaqdan kəsib binanın zirzəmisinə atmasını görmüş. Orxanın oğurluq etdiyini görüb ona nə üçün oğurluq etdiyini soruşanda Orxan ehtiyacı olduğu üçün oğurluq etməsini ona bildirmişdir. Orxan hansı miqdarda neçə dəfə oğurluq etməsi və yaxud oğurladığı mis məftili hansı yollarla zavoddan çıxarması barədə hər hansı məlumatım olmamışdır. Heç bir oğurluq hadisəsinin iştirakçısı olmamış, hər hansı üsul və ya vasitə ilə oğurluğa şərait yaratmamış, oğurluqda iştirak etməmiş, hər hansı əməli qarşılığımda pul və sair əşya almamış, əşya və pul almağı barədə vədləşməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.07.2021-ci il tarixli 9/4731 nömrəli rəyinə əsasən 300 kiloqram mis məftilin xammal şəklində orta bazar qiyməti nəzəri hesablanma yolu ilə 4500 manat, 300 kiloqram mis məftilin metal qırıntı kimi orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 3300 manat müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 8 saylı MİS-in 26.06.2021-ci il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tərbiyəli və intizamlı gəncdir. Həmyoldaşları və qonşularla münasibəti yaxşıdır. Yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində 8 saylı MİS-ə heç bir şikayət və ya bu tipli digər məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurmuş olduğu 4500 (dörd min beş yüz) manat pulu tam ödəmişdir. Orxan ilə barışmışlar heç bir şikayətləri yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-in 18.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 08.06.2020-ci ildə cəza müddəti başa çatdığından Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs keçmiş məhkumluğunu tam ödəmədən yeni cinayət əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti 08.06.2020-ci ildə başa çatmışdır. CM-in müvafiq maddəsində də göstərilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən yeni cinayət əməli törətmişdir. Lakin iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödəmədən yeni cinayət əməli törətsə də, azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hazırki cinayət işində residiv olmadığı müəyyən edimişdir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən Residivin müəyyən edilməsi zamanı zadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təqsirkarın şəxsiyyətini belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini və keçmiş məhkumluğunu tam ödəmədən yeni cinayət əməli törətməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 114 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə 4500 (dörd min beş yüz) manat məbləğdə maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-145/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-145/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver