Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-499/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 iştirakı ilə, X7 X8 barəsində Azərbaycan Respublikası CM-nin 147.2, 148 və 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə X1 Azərbaycan Respublikası CM-nin 147.2, 148 və 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasən onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 (Sumqayıt şəhəri, 29-cu məhllə, ev 9/20 mənzil 12-də yaşayır) qonşuların, qaynanasının qaynatasının yanlarında ucadan hamının eşidə biləcəyi tərzdə şərəfsizsən, sən evində qəhbə saxlayırsan (yoldaşını nəzərdə tutur), hər dəfə aşağı düşüb çıxanda qapını təpikləyir, döyür, hanı o saxladığın fahişə, qəhbə, götü çatmır qabağıma çıxsın saçını yolub təpiyimin altına salaram. O hələ məni yaxşı tanımır. Başına nə oyun açaram bilməz. Watsap da əxlaqsız söyüşlərlə onu təhqir edib xx.xx.2024-cü ildə saat 09:01-də küçə söyüşləri ilə onu təhqir edib; xx.xx.2024cü il saat 09:05-də küçə söyüşləri ilə onu təhqir edib: xx.xx.2024-cü ildə saat 09:06-də küçə söyüşləri ilə onu təhqir edib, onu görüşə çağırıb: xx.xx.2024-cü ildə saat 09:08-də səs atır, mən heç kəsdən qorxmuram, polis hərləmirəm, cəriməni ödəyib yenidən söyəcəm. təhqir edəcəm; xx.xx.2024-cü ildə saat 09:09-da küçə söyüşləri ilə təhqirlər edir, yenidən ona hədə qorxu gəlir: xx.xx.2024-də saat 09:35-də səs atıb yaxşı etmişəm, söymüşəm, təhqir etmişəm, əcəb elmişəm: həmişə də edəcəm. xx.xx.2024-cü ildə saat 13:06-da yenidən qapıya hücüm edəcəyi ilə hədə-qorxu gəlib: xx.xx.2024-cü ildə saat 13:04-də ona tula deyib: xx.xx.2024-cü ildə saat 13:11-də Elmir kişi deyilsən, arvadsan bədbəxtsən kül başına, özünə gün ağla mesajını yazaraq onu təhqir edib. Bunlardan başqa xx.xx.2024-cü ildə saat 08:00-da Sevinc Sumqayıt şəhəri 1 №-li məktəbin yaxınlığında onun 15 yaşlı qızı X3 qarşısını kəsərək qışqıra-qışqıra, hamının eşidə biləcəyi formada təhqir edərək, anana de ki, qarşıma çıxmasın. Çıxsa onun sifətinə kislota atacam. Qızı da bunu eşitdikdən sonra stresə düşüb, qorxusundan məktəbə getmək istəmir. Bilavasitə onları narahat elmək məqsədilə xx.xx.2024-cü ildə gecə saat 3:00-də evdə bilərəkdən tozsoran işlədir, xalça çırpıraq pəncərələrinin şüşəsini qəsdən sındırıb, vedrə-vedrə suyu və zibilləri yuxarıdan balkonlarına tökür. Deyir ki, hər gün Sizi təhqir edəcəm. Onun və ailəsinin ünvanına WhatsApp şəbəkəsində "sən şərəfsizsən, qeyrətsizsən, oğraşsan, evində qəhbə saxlayırsan" təhqiramiz sözlər yazıb göndərir. Nə qədər səbr etmişdir ki. qonşudur şikayət etməsin, o, şikayət etmədikcə hərəkətləri, təhqirləri, söyüşləri artdı. Məcbur qalıb DİN-nin 102 xidmət zəng mərkəzinə müraciət etmişdir. Bu şikayətləri Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində araşdırılmışdır. Onlar 58-4/2-Ə-3035/1 1/2024 saylı xx.xx.2024-cü il tarixli onlara ünvanlanmış məktublarında bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəniz əsasında yoxlama aparılmış, təhqir olunmağınız barədə müraciətiniz əsasında xüsusi ittiham qaydasında bilavasitə Sumqayıt şəhər məhkəməsinə müraciət elməyiniz məqsədə müvafiqdir. Hörmətli Məhkəmə yazılanlardan da göründüyü kimi, X6 şəxsiyyətin şərəf və ləyaqətini ləkələyərək onu təhqir etmiş və hazırda da təhqirlərini davanı etdirir. Qeyd olunanları nəzərə alaraq WhatsApp şəbəkəsində və yaşadıqları ünvanda (həyətdə, blokda, qonşuların eşidə biləcəyi formada) yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, onu mütəmadi olaraq küçə söyüşləri ilə təhqir edərək evlərinin pəncərəsini qırdığına, balkonlarına qəsdən bilərəkdən su və zibil tökərək maddi ziyan vurduğuna görə Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 9/20 mənzil 12-də yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin soyadı “Baxsəliyeva” kimi qeyd olunmuş, lakin Elektron Məhkəmə İnformasiya Sisteminə və şəxsiyyət vəsiqəsinə əsasən şəxsin soyadı “Baxışova” olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 X8 barəsində Azərbaycan Respublikası CM-nin 147.2, 148 və 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-499/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-499/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver