Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-921/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 iştirakı ilə, X3, Namazova (Bayramova) Nərmin Nərmayıl qızının və X5 isə Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Namazova (Bayramova) Nərmin Nərmayıl qızının, X5 və X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəb edilib cəzalandırılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı olmuş Gəncə şəhər, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, 77B, 29-da qeydiyyatda olan və yaşayan Namazova (Bayramova) Nərmin Nərmayıl qızı xx.xx.2022-ci il tarixində ARB telekanalının “Səni Axtarıram” verilişində anası X11 ilə birlikdə iştirak edərək birlikdə onun və azyaşlı övladının foto şəklini paylaşaraq, onun adını, soyadını qeyd edərək adam oğurluğunda (birgə nigahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6), dələduzluqda (guya onu aldadaraq alimenti ödəməyərək sənədə qol çəkdirməkdə) ittiham etmişdir. xx.xx.2022-ci il tarixində yenidən yuxarıda qeyd olunan ARB telekanalının Səni Axtarıram verilişində təkrar anası X11 ilə birlikdə iştirak edərək birlikdə onun ünvanına ağır ittihamlar səsləndirərək fasilə zamanı kütlə içərisində təhqir etmişdir. Həmin verilişin instaqram səhifəsində həmin verilişin şərh bölümündə Namazova (Bayramova) Nərmin Nərmayıl qızına məxsus “həyatım 888” niki ilə onun ünvanına şərəf və ləyaqətini alçaldıcı təhqirlər etmiş, onu ağır cinayətlərdə ittiham etmişdir. Həmin verilişdə Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və anası X11 ilə birlikdə bəhs etdiyi onun xeyrinə çıxarılmış qətnamələri saxta sənəd kimi qeyd edərək onu rüşvətxorluqda və dələduzluqda ittiham etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(043)-2337/2020 saylı, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3519/2020 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2984/2021 saylı qətnamələri. xx.xx.2022-ci il tarixində Namazova (Bayramova) Nərmin Nərmayıl qızı anası X11 ilə birlikdə Gəncə şəhəri 2 saylı X16 önündə anası ilə birlikdə kütlə içərisində onu ağır söyüşlərlə söyərək təhqir etmiş, ağır cinayətlərdə ittiham etmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində Sumqayıt Şəhər İcra Şöbəsində Gəncə şəhər Kəpəz Rayo Məhkəməsinin MTT(043)-25/2022 saylı qərardadının icrası zamanı Namazova (Bayramova) Nərmin Nərmayıl qızı anası X11 ilə birlikdə icra idarəsində icra məmurlarının, icra idarəsinin digr əməkdaşları, kütlə içərisində azyaşlı övladı, anası və bacısının yanında onu şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir etmişdir. xx.xx.2022-ci il tarixində saat təxminən 10:00-da Sumqayıt şəhəri, Göyərçin parkında, sonradan isə avtovağzalda onu uca səslə söyərək təhqir etmişdir. xx.xx.2023-cü il tarixindən (təxminən) onun sosial şəbəkələrdə Facebook, instaqramda adına saxta profil hesablar yaradılaraq (ona məxsus sosial hesabından götürülmüş şəkillərlə hesab açılmış) həmin hesabvə digər hesablarda onun qadınla yataq görüntüləri yayılmışdır. Videoların üzərində təhqiredici sözlər yazılaraq yayılmışdır (yataq görüntüləri). xx.xx.2023-cü il tarixində Namazova (Bayramova) Nərmin Nərmayıl qızına məxsus +**********45 nömrəsinə məxsus vatsapp nömrəsindən ona məxsus olan +**********59 nömrəsinin vatsapp nömrəsinə ilk öncə təhqir mesajları, ardınca isə onun adına yaradılmış hesablardan yazışmalar və onun sosial şəbəkədə yayılmış videolarının originalını, əslini göndəərək onu yenidən biyabır edəcəyini söyləmişdir. Bundan əlavə o videolar sosial şəbəkələrdə yayılmamışdan qabaq Namazova (Bayramova) X8 Şəhər Məhkəməsinin e- 2(125)-162/2023 saylı, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1018/2023 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3798/2023 saylı qərarlarını onun əleyhinə sübut növü kimi istifadə etmişdir. O bu videonun originalının əslinin Namazova (Bayramova) Nərmin Nərmayıl qızında olmasını, yuxarıda qeyd olunan məhkəmələrə təqdim olunmasını xx.xx.2023-cü il tarixdən sonra bilmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3798/2023 saylı qərarı ilə tanış olduqda məlum olmuşdur ki, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı təxminən xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə e-2(125)-162/2023 saylı iş üzrə təqdim etmişdir. xx.xx.2022-ci il tarixində yenidən ARB telekanalının Səni Axtarıram verilişində təkrar iştirak edərək qızı Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə birlikdə onun ünvanına ağır ittihamlar səsləndirərək fasilə zamanı kütlə içərisində təhqir etmişdir. X11 ilə birlikdə bəhs etdiyi onun xeyrinə çıxarılmış qətnamələri saxta sənəd kimi qeyd edərək onu rüşvətxorluqda və dələduzluqda ittiham etmişdir. xx.xx.2022-ci il tarixində X2 (Bayramova) Nərmin ilə birlikdə Gəncə şəhəri 2 saylı X16 önündə anası ilə birlikdə kütlə içərisində onu ağır söyüşlərlə söyərək əhqir edərək ağır cinayətlərdə ittiham etmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində Sumqayıt Şəhər İcra Şöbəsində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin MTT(043)-25/2022 saylı qərardadının icrası zamanı X2 (Bayramova) Nərmin Nərmayıl qızı ilə birlikdə icra idarəsində icra məmurlarının, icra idarəsinin digər əməkdaşlarının, kütlə içərisində, azyaşlı övladı, anası və bacısının yanında onun şərəf və ləyaqətini alçaldıcı söyüşlərlə təhqir etmişdir. xx.xx.2022-ci il tarixində saat təxminən 10:00-da Sumqayıt şəhəri, Göyərçin parkında, sonradan isə avtovağzalda onu uca səslə söyərək təhqir etmişdir, Sumqayıt şəhər İcra Şöbəsinin icraçılarının aktları əlavə olunmuşdur. X4 və oğlu X13 xx.xx.2023-cü il tarixində saat 10:20-də Gəncə Şəhər Məhkəməsində 1(125)-132/2023 saylı cinayət işinin hazırlıq iclasından çıxarkən Gəncə Şəhər Məhkəməsinin önündə kütlə içərisində onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söymüş, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqət olmayan məlumatları ictimaiyyət içində qışqıraraq uca səslə deyərək, mobil telefon vasitəsilə çəkərək sosial mediada paylaşmışdır və digər tanıdığı şəxslərə göndərmişdir. X4 və oğlu X13 xx.xx.2023-cü il tarixində Gəncə şəhəri YAP-nin inzibati binasının önündən başlayaraq və Gəncə şəhəri İcra Hakimiyyətinin binasına qədər olan məsafədə (təxminən 400 m) oğlu Həsənlə birlikdə kütlə içərisində onu azyaşlı övladı Elnurun yanında ailə üzvlərinin ünvanına ağır təhqirlər etmiş, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə aöır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqət olmayan məlumatları ictimaiyyət içində qışqıraraq, uca səslə deyərək, mobil telefon vasitəsilə çəkərək sosial mediada paylaşmışdır və digər tanıdığı şəxslərə göndərmişdir. Təxminən xx.xx.2022-ci il tarixdən etibarən müxtəlif dövrlərdə X4, Namazovaya məxsus və saxta profillər yaradaraq sosial şəbəkələrdə, Youtube sosial mediada PALİTRAMİZDA HƏR MÖVZU VAR! Yotube kanalında, Tik-tok, İnstaqram və Facebook hesablarından videroliklər çəkib paylaşaraq, onun ünvanına həqiqətə uyğun olmayan ağır ittihamlar səsləndirmiş, təhqir etmiş, şərəf və ləyaqətini alçaldıcı ifadələr işlətməklə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanlar atmışdır. Gəncə şəhər BPİ-nə müraciətləri olmuşdur. Müraciəti Gəncə şəhər BPİ-nin İstintaq Təhqiqat İdarəsinin Təhqiqat bölməsində polis kapitanı Zeynalov Samir tərəfindən araşdırılmış, təqdim etdiyi video sübutlar məhkəmə linqvistik ekspertizasına göndərilmişdir. xx.xx.2023cü il tarixli məhkəmə-linqvistik ekspertizasının 4/498 nömrəli rəyində şəxsin şəxsiyyətini təhqir edən, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələ gətirən ifadələr işlətməsi öz təsdiqini tapmışdır. Namazova Təranə hüquq mühafizə orqanına müraciət etməyinə baxmayaraq eyni məzmunlu videolar çəkərək davamlı paylaşımlar etmişdir. Qeyd olunan videoları Namazova (Bayramova) Nərmin Nərmayıl qızı, oğlu X1 ilə çəkərək paylaşmışdır. X13 1 şəklində videoçəkiliş aparan özü Namazov Həsəndir. Təranə 04 videosunda da çəkiliş aparanın Namzov Həsən olduğu görünür. Təranə 23 videosunda 00:00:11 saniyədən 00:00:33 saniyəyədək səs Namazova (Bayramova) Nərmin Nərmayıl qızına məxsusdur. Bundan əlavə ARB telekanalının Səni Axtarıram verilişinin instaqram səhifəsində 08.04 və xx.xx.2022-ci il tarixində Bayramova Nərminin videolarının şərh bölümündə özünəməxsus profildən onun ünvanına ağır ittihamlar, təhqirlər yazmışdır. Odur ki, Namazova (Bayramova) Nərmin Nərmayıl qızının, X5 və X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəb edilib cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs T.A.Bağırov şikayətinin məzmununa uyğun çıxış etmiş, şikayətinin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyatı üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin məzmununa baxdıqda müəyyən edilir ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxslərin müxtəlif vaxtlarda müxtəlif yerlərdə onu təhqir etdiklərini və ona böhtan atdıqlarını iddia edir. Şikayətə əsasən təhqir və böhtan xarakterli məlumatlar həm KİV hesb edilən ARB telekanalında, sosial şəbəkələrdə yayılmış, həmçinin Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif yerlərində kütlə içərisində onu təhqir etmişlər və böhtan atmışlar. Şikayətin məzmunundan həmçinin müəyyən edilir ki, sonuncu dəfə X4 və oğlu X13 xx.xx.2023-cü il tarixində Gəncə şəhəri YAP-nin inzibati binasının önündən başlayaraq və Gəncə şəhəri İcra Hakimiyyətinin binasına qədər olan məsafədə (təxminən 400 m) kütlə içərisində onu təhqir etmişlər, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin yaşayış yerinin Gəncə şəhəri ərazisi olması, həmçinin sonuncu hadisənin xx.xx.2023-cü il tarixində Gəncə şəhəri ərazisində kütlə içərisində baş verməsi şikayətdə iddia edildiyi üçün məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə baxılması üçün aidiyyatı üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3, Namazova (Bayramova) Nərmin Nərmayıl qızının və X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-921/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-921/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver