Məhkəmə qərarları › İş №1(073)-158/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-158/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-158/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:00 X28 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaxın qohumluq münasibətləri olmayan Şahid1 X19 ilə qabaqcadan əlbir olaraq yetkinlik yaşına çatmayan Şahid2 20 aprel 2023-cü il tarixdə evlənmək məqsədilə qaçırıb faktiki olaraq adam oğurluğu cinayətini törətmələrini həmin gün saat 18 radələrində Şahid5 ailə üzvləri ilə birlikdə yaşadığı Cəlilabad şəhəri, Ə.Cavad küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evində bilavasitə zərərçəkmiş şəxsin özündən eşidib yəqinliklə bilərək real imkanları olduğu halda xüsusilə ağır cinayətin törədilməsi barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə qəsdən xəbər verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yaşayır. Şahid1 bacısı Şahid9, X19 isə qardaşı Şahid10 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, sonuncu ilə qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni 20 aprel 2023-cü il tarixdə Mahir Abbasovun onunla qonşuluqda yaşadığı evdə atasının ildönümü mərasimi təşkil edildiyi üçün orada olmuşdur. Həmin gün saat 17 radələrində məclisdə əyləşən zaman Şahid4 ona Şahid1 sonradan Şahid2 olduğunu bildiyi şəxsi evlənmək məqsədilə qaçırıb qardaşı Fəxrəddin Abbasova məxsus evə apardığını və buna görə onun olduğu yerə getmək lazım olduğunu bildirmişdir. Bu barədə məlumat aldıqdan sonra Şahid4la birlikdə digər qardaşı Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinə getmişlər. Mahir Abbasovun yaşadığı evlə Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evi arasındakı məsafə 500 metrdir. Fəxrəddin Abbasov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilmişdir. Ona məxsus evdə arvadı Şahid5 övladı Şahid6 və sonuncunun övladı X6 ilə birlikdə yaşayır. Şahid4la Fəxrəddin Abbasova məxsus evin həyətinə çatdıqda Şahid1 Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinin giriş qapısının qarşısında görmüş, sonuncunun yanından keçərək evə daxil olmuşdur. Evdə Şahid5, Şahid6, Həbib Süleymanov sonradan Şahid2 Tapdıq qızı olduğunu bildiyi şəxslər olmuşdur. Nə baş verməsini Şahid2 soruşduqda sonuncu Şahid1 onu zor gücü ilə qaçırıb gətirdiyini bildirmiş, əlavə olaraq Şahid1 ona toxunmağa qoymaması və onu azad etməsini xahiş etmişdir. O isə cavabında Şahid2 narahat olmamağı və onu valideynlərinə təhvil verəcəyini bildirmişdir. Bu vaxt Şahid4 arvadı Şahid7 və övladı Şahid8 da onların yanına getmişdir. Bu söhbətdən sonra evin giriş qapısından çölə çıxıb Şahid1 etdiyi əmələ görə danlamışdır. Bundan sonra Şahid1 evin həyətindən çıxıb getmiş, bir daha Şahid1 görməmişdir. Bütün bu hadisələr həmin gün saat 18 radələrində baş vermişdir. Şahid4la birlikdə Şahid2 Fəxrəddin Abbasova məxsus evdən həyətə çıxarmışlar. Evin həyətinə çıxdıqdan sonra Şahid4 həmin gün atasının qəbir daşını təmizlədiyi üçün əynindəki paltarların çirkli olduğunu deyib paltarlarını dəyişmək üçün yaşadığı evə getmişdir. Şahid4 yaşadığı evə getdikdən sonra evin həyətində Şahid5, Şahid6, Şahid7 və Şahid8 qalmışdır. Şahid2 isə ağlamış, onların danışdıqlarına cavab verməmiş, sanki onu eşitməmişdir. Şahid7, Şahid8, Şahid5 və Şahid6 Şahid2 Şahid4 məxsus evə apardıqdan sonra onlar evin həyətinə çıxmışlar. Bu zaman Şahid5, Şahid6, Şahid7 və Şahid8 baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək, Şahid2 ilə Şahid1 valideynləri ilə baş vermiş hadisə barədə danışmaq üçün getdiyini bildirmiş, onlara isə narahatlıq keçirən Şahid2 göz-qulaq olmalarını tapşırmışdır. Evin həyətindən çıxıb Şahid2 ailə üzvləri ilə birlikdə yaşadığı evə getmişdir. Şahid2 yaşadığı evin qarşısına çatdıqda qardaşı Abasov X9 Qarayevanın ailə üzvləri ilə birlikdə yaşadığı evlə qonşuluqda yerləşən Şahid1 ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətindən çıxdığını görmüşdür. Şahid2 yaşadığı evin həyətinə daxil olmuş, Şahid10 isə darvazanın qarşısında qalmış, evin həyətinə daxil olmamışdır. Şahid2 yaşadığı evin həyətində sonuncunun anası Şahid3 və tanımadığı digər ailə üzvləri olmuşdur. Şahid3 və digər ailə üzvlərinin Şahid2 Şahid1 ilə evlənməsinə münasibətini öyrənmək üçün Şahid3 ilə söhbət etməyə başlamışdır. Şahid1 Şahid2 hər hansısa ziyan vurmaq istəyinin olmaması, sonuncu ilə evlənmək niyyətinin olmasını bildirsə də Şahid3 onların evliliyinə kəskin şəkildə etirazını bildirib, Şahid2 orta məktəb şagirdi olduğunu, universitet tələbəsi olmaq niyyətində olduğunu deyib Şahid2 olduğu yeri ona deməsini tələb etmişdir. O isə Şahid2 hazırda Şahid4 məxsus evdə olmasını deməmiş və Şahid3 sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq Şahid3 ondan təkidlə Şahid2 olduğu yeri deməsini tələb etmişdir. O isə Şahid2 olduğu yeri deməyib Şahid3 yaşadığı evin həyətini tərk edib Şahid4 yaşadığı evə doğru getmişdir. Evin həyətinə yaxınlaşan zaman Şahid2 və Şahid9 polis əməkdaşlarının idarə etdiyi avtomobildə əyləşdiklərini görəndə o da həmin avtomobilə əyləşmiş və birlikdə Cəlilabad RPŞ-yə getmişlər. 20 aprel 2023-cü il tarix saat 17 radələrində Şahid4 ona Şahid1 Şahid2 zorla qaçıraraq Fəxrəddin Abbasova məxsus evə aparması barədə məlumat vermiş, həmin məlumatın doğru olmasını isə Fəxrəddin Abbasova məxsus evdə Şahid2 özündən eşitdikdən sonra başa düşmüşdür. Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olmuşdur. Hadisə baş verən gün Şahid4la Fəxrəddin Abbasovun evlərinin yerləşdiyi həyətdən Şahid2 ilə Şahid1 nikahına onların valideynlərinin razılığı olub-olmadıqlarını öyrənmək, baş vermiş hadisə barədə onlara və hüquq-mühafizə orqanlarına məlumat vermək üçün çıxıb getmişdir. Şahid2 ilə Şahid1 valideynləri ilə danışdıqdan sonra baş vermiş hadisə barədə hüquqmühafizə orqanlarına məlumat vermək niyyəti olmuşdur. Hətta bu barədə Şahid5, Şahid6, Şahid7 və Şahid8 ilə söhbət edən zaman da bildirmişdir. Şahid3 ilə söhbət zamanı Şahid2 olduğu yeri demədiyinə görə onu yaşadığı evin həyətindən qovmuşdur. Baş vermiş hadisə barədə Şahid2 ailə üzvlərinin artıq məlumatı olduğunu gördükdən sonra hüquq-mühafizə orqanlarına bir valideyn kimi onların məlumat verməli olduqlarını düşündüyü üçün bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Şahid4 yaşadığı evin həyətində Şahid4, Şahid7, Şahid8, Şahid5, Şahid6 ilə birlikdə dayanan zaman Şahid2 ilə söhbət zamanı çiynində olan çantanın içərisində nə olduğunu soruşmuşdur. Şahid2 cavabında ona orta məktəb şagirdi olduğunu bildirmişdir. Həmin vaxt özü və ətrafda olan şəxslərin hamısı Şahid2 yetkinlik yaşına çatmadığını başa düşmüşdür. Bundan əlavə, söhbət zamanı Şahid2 Şahid1 istəmədiyini, evlənmək istəmədiyini, orta məktəbdə təhsilini davam etdirmək istədiyini də bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Odur ki, bunları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa şahid ifadələri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, özünə məxsus evdə arvadı və qızı ilə birlikdə yaşayır. Şahid1 bacısı Şahid9, X19 isə qardaşı Şahid10 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, sonuncu ilə qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavət olmamışdır. X1 ilə birlikdə ünvan 2 ünvanda yaşayırlar. Yaşadıqları həyət eyni olsa da orada hərəsinə məxsus ayrı-ayrı fərdi yaşayış evləri var. Onların evləri arasında hasar yoxdur. X7 onunla qonşuluqda, təxminən 20 metr aralı məsafədə özünə məxsus fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşayır. Fəxrəddin Abbasov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilmişdir. Sonuncuya məxsus evdə arvadı Şahid5 övladı Şahid6 və sonuncunun övladı X6 ilə birlikdə yaşayır. Digər qardaşı X22 isə mərhum atası X5 məxsus evdə təxminən onun yaşadığı evə 500 metr aralı məsafədə ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verən gün, yəni 20 aprel 2023-cü il tarixdə Mahir Abbasovun onlarla qonşuluqda yaşadığı evdə təşkil edilmiş atasının ildönümü mərasimində olmuşdur. Həmin gün saat 16-17 radələrində istifadəsində olan 050 671 02 54 saylı mobil telefon nömrəsinə X1nun arvadı Şahid5 istifadəsində olan 055 234 15 28 saylı mobil telefon nömrəsi ilə zəng edərək bacısı Şahid9 övladı Şahid1 sonradan Şahid2 olduğunu bildiyi şəxsi evlənmək məqsədilə qaçırıb onların yaşadığı evə gətirməsini və buna görə onların yaşadığı evə gəlməyini istəmişdir. Baş vermiş hadisə barədə qardaşı Təqsirləndirilən şəxs məlumat verdikdən sonra ikisi birlikdə digər qardaşı Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxsla Fəxrəddin Abbasova məxsus evin həyətinə çatdıqda Şahid1 Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinin giriş qapısının qarşısında görmüş, sonuncunun yanından keçərək evə daxil olmuşlar. Evdə Şahid5, Şahid6, Həbib Süleymanov sonradan Şahid2 Tapdıq qızı olduğunu bildiyi şəxslər olmuşdur. Nə baş verdiyini Şahid2 soruşduqda sonuncu Şahid1 onu zor gücü ilə qaçırıb gətirdiyini bildirmiş və Şahid1 ona toxunmağa qoymamağı, onu azad etməyini xahiş etmişdir. Şahid2 narahat olmamağı və onu valideynlərinə təhvil verəcəyini bildirmişdir. Bu vaxt arvadı Şahid7 və qızı Şahid8 da onların yanına gəlmişdir. Bu danışıqdan sonra evin giriş qapısından çölə çıxıb Şahid1 etdiyi əmələ görə danlamışdır. Bundan sonra, Şahid1 evin həyətindən çıxıb getmiş, bir daha Şahid1 görməmişdir. Bütün bu hadisələr həmin gün saat 18 radələrində baş vermişdir. Həmin gün atasının qəbir daşını təmizlədiyi üçün üst geyimi çirkli formada olmuşdur. Buna görə evə daxil olub paltarlarını dəyişmişdir. Təqsirləndirilən şəxs, Şahid7, Şahid8, Şahid5, Şahid6 və Şahid2 isə evin həyətində qalmışlar. Paltarlarını dəyişib evdən çölə çıxdıqda Təqsirləndirilən şəxs evin həyətində olmadığını görmüşdür. Təqsirləndirilən şəxs hara getməsi barədə məlumatı olmamışdır. Bir neçə dəqiqə sonra Şahid9 da yaşadığı həyətə gəlib ona məxsus evə daxil olmuşdur. Həmin gün saat 20 radələrində polis əməkdaşları yaşadığı evin həyətinə daxil olaraq Şahid2 qaçırıldığını onlara bildirmiş, onlar da hadisə barədə məlumatları olduğunu demişlər. Həmin vaxt evdə olan qadınların hamısı çölə çıxmış və Şahid2 polis əməkdaşlarına təhvil vermişlər. Şahid2 ilə birlikdə Cəlilabad RPŞyə Şahid9 və Təqsirləndirilən şəxs da getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 20 aprel 2023-cü il tarixdə saat 15:00-da hazırlıq məşğələsindən çıxdıqdan sonra Şahid1 zorla onu X8 idarə etdiyi avtomobilə əyləşdirərək sonuncu Cəlilabad rayonu Astanabad kənd yolu istiqamətində hərəkət etməyə başlamışdır. Hikmət Abasov avtomobili Şahid1 dayısı Şahid4 yaşadığı evin yaxınlığında dayandırıb avtomobildən enib onların yaşadığı evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Hikmət Abasov avtomobilə geri qayıdıb Şahid4 evdə olmadığını demişdir. Sonra avtomobili Şahid1 digər dayısı X2 yaşadığı evin yaxınlığında saxlamış və Şahid1 onu avtomobildən zorla endirmişdir. Şahid1 onu avtomobildən zorla endirməyini, onun avtomobildən enməyinə etiraz etməyini Fəxrəddin Abbasovun arvadı Şahid5 və Şahid6 görmüşdür. Şahid1 onu avtomobildən zorla endirib Fəxrəddin Abbasova məxsus evin qarşısına gətirmişdir. Hikmət Abasov isə avtomobili idarə edib ərazidən uzaqlaşmışdır. Şahid5 ilə Şahid6 Şahid1 onun kim olduğunu və nəyə görə onların yaşadığı evin həyətinə gəldiyini soruşmuşlar. Baş vermiş hadisə barədə Şahid1 onlara danışdıqda Şahid5 və Şahid6 Şahid1 düzgün iş görmədiyini deyib ona iradlarını bildirmişlər. Sonra Şahid1 onu zorla Fəxrəddin Abbasova məxsus evə gətirib otaqların birinə salmışdır. Şahid5 o, evə daxil olduqdan sonra tez-tez telefonla kimlərləsə danışıb Şahid1 onu zorla qaçırdığı barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şahid4la Təqsirləndirilən şəxs onun oturduğu otağa gəlmişlər. Şahid4la Təqsirləndirilən şəxs onun yanında Şahid1 ona qarşı etdiyi əmələ görə danlamışlar. Həmin vaxt Fəxrəddin Abbasova məxsus evə Şahid4 arvadı Şahid7 və övladı Şahid8 da gəlmişdir. Onlardan onu anasına təhvil vermələrini xahiş edib, evdən çıxmaq istəyəndə Şahid5 və Şahid7 onun əllərindən tutmaqla onu evdən çıxmağa qoymamışlar. Şahid5 ilə Şahid7 Şahid1 qorxduqlarını, sonuncunun razılığı olmadan onun evdən getməyinə razılıq verə bilməyəcəklərini demişlər. Sonra Təqsirləndirilən şəxs onu otaqdan çıxarıb onu ailə üzvlərinə təhvil verməyə apardığını bildirmişdir. Evin həyətində olanda Təqsirləndirilən şəxs tanımadığı şəxslərlə telefon əlaqəsi saxlamışdır. Evin həyətinə çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona burada gözləməyini, valideynləri ilə söhbət etdikdən sonra onu valideynlərinə təhvil verəcəyini bildirib evin həyətindən çıxıb getmişdir. Şahid9 Şahid1 onu qaçırmağına görə anasının hüquq-mühafizə orqanlarına şikayət etdiyini, Şahid1 şikayəti olmadığı halda onu valideynlərinə təhvil verəcəyini demişdir. Bu barədə qərarı anasının verə biləcəyi cavabını vermişdir. Otaqda olan zaman Şahid9 əri X15 ilə Şahid1 onu zorla qaçırmağı barədə telefon vasitəsilə danışdığını eşitmişdir. Bir neçə dəqiqə sonra, həmin gün saat 20 radələrində Şahid9, Şahid5 və ya Şahid7 ilə birlikdə onu otaqdan çıxarıb evin həyətində olan polis əməkdaşlarına təhvil vermişlər. Polis əməkdaşları və Şahid9 ilə birlikdə onların idarə etdiyi avtomobildə Cəlilabad RPŞ-yə getmişdir. Polis əməkdaşları onu Cəlilabad RPŞ-də anasına təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 2004-cü ildə X16 ilə evlənmişdir. Bu nikahdan üç övladı doğulmuşdur. Onlardan biri Şahid2dır. Şahid1 və X19 onlarla qonşuluqda yaşayır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Şahid2 hadisə baş verən gün, yəni 20 aprel 2023-cü il tarix saat 13 radələrində yaşadığı evdən çıxaraq hazırlıq məşğələsinə getmişdir. Həmin gün saat 15:45 radələrində xatırlamadığı qonşuları Şahid2 zorla avtomobilə əyləşdirilib qaçırılması barədə ona məlumat vermişdir. Bu barədə X10 və digər qohumlarına zəng edib məlumat vermişdir. Qohumları onların yaşadığı evə getmişdir. Onlarla birlikdə yaşadığı evin darvazasının qarşısında, həyətdə dayanan zaman Şahid1 atası Afət Kazımov onun yanına gələrək ona Şahid2 oğlu Şahid1 qaçırmasını, elin qız qaçırmaq kimi adəti olduğunu və buna görə narahat olmamağı bildirmişdir. O isə Afət Kazımovla razılaşmayaraq dərhal qızının olduğu yeri ona deməsini və qızını ona təhvil verməsini bildirəndə, Afət Kazımov sonra Şahid1 Şahid2 qaçırmasını bilməsi barədə məlumatı təkzib edib çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs və Şahid10 onlar darvazanın qarşısında olan zaman onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs yaşadıqları evin həyətinə daxil olmuş, Şahid10 isə darvazanın qarşısında qalmışdır. Təqsirləndirilən şəxs o və qohumları ilə danışaraq Şahid1 Şahid2 ziyan vermək niyyətinin olmadığını, onu evlənmək məqsədi ilə qaçırmasını bildirib onların nikahına icazə verməyini istəmişdir. O isə buna kəskin şəkildə etirazını bildirərək Şahid2 azyaşlı orta məktəb şagirdi olduğunu bildirib dərhal qızını ona təhvil vermələrini tələb etmişdir. Təqsirləndirilən şəxs onların sözlərinə əhəmiyyət verməyib evin həyətindən çıxıb getmişdir. X23 istifadəsində olan 050 552 80 14 saylı mobil telefon nömrəsi ilə DİN-in “102 Xidməti-zəng” mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadıqları evin yerləşdiyi küçəyə gəlib baş vermiş hadisə barədə məlumat alıb Şahid2 axtarmağa getmişlər. Həmin gün saat 20 radələrində Cəlilabad RPŞ-yə dəvət edilmişdir. Bir müddət sonra polis əməkdaşları Cəlilabad RPŞ-nin inzibati binasında Şahid2 ona təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Səttar oğlu məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 20 aprel 2023-cü il tarixdə Mahir Abbasovun onlarla qonşuluqda yaşadığı evdə atasının ildönümü mərasimi təşkil edilmiş və həmin məclisdə iştirak etmişdir. Həmin gün saat 17 radələrində atasının ildönümü mərasimi ilə əlaqədar mərhum atasına məxsus, hazırda qardaşı Mahir Abbasovun yaşadığı evdə olan zaman qohumları bacısı Şahid9 yaşadığı evdə münaqişə olduğunu demişlər. O da dərhal Mahir Abbasovun yaşadığı evdən çıxaraq Şahid9 yaşadığı evin həyətinə getmişdir. Həyətə daxil olanda polis əməkdaşlarının evin həyətində olmasını görüb, nə baş verməsini soruşmuş, polis əməkdaşları cavabında Şahid1 Şahid2 evlənmək məqsədilə qaçırmasını bildirmişlər. Bir neçə dəqiqə sonra Şahid9 işlədiyi əkin sahəsindən gələrək yaşadığı evin həyətinə daxil olmuşdur. Baş vermiş hadisə barədə polis əməkdaşları Şahid9 məlumat verdikdən sonra Şahid9 Şahid1 axtarmaq üçün həyətdən çıxıb getmişdir. Eyni vaxtda qardaşı Təqsirləndirilən şəxs gəlib Şahid9 ilə qonşuluqda yerləşən Şahid2 ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətinə daxil olmuşdur. Orada Şahid2 anası Şahid3 və digər ailə üzvləri ilə söhbət edərək qız qaçırtmağın elin adəti olmasını onlara deyib, sülh yolu ilə bu məsələnin həll edilməsinə çalışmışdır. Bir neçə saatdan sonra polis əməkdaşlarının Şahid2 qardaşı Şahid4 məxsus evdə müəyyən edərək Cəlilabad RPŞ-yə apardıqlarını ona demişlər. Baş vermiş hadisə barədə araşdırma aparılana qədər X8 Şahid1 ilə əlbir olaraq Şahid2 oğurlamaları barədə məlumatı olmamışdır. İş üzrə Şahid5 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid5 ibtidai istintaqa verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, 1998-ci ildə X7 ilə evlənmişdir. Bu nikahdan üç övladı doğulmuşdur. X3, X4 və Şahid6 onun övladlarıdır. X35 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilmişdir. Ona məxsus evdə özü ilə yanaşı övladı Şahid6 və sonuncunun övladı 2022-ci il təvəllüdlü X6 yaşayır. Oğlanları isə onlardan ayrı yaşayır. Şahid1 ərinin bacısı Şahid9, X19 isə ərinin qardaşı Şahid10 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, onunla qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Onun ərinin qardaşı Şahid4 ailəsi ünvan 2 həyətdə yaşayır. Yaşadıqları həyət eyni olsa da orada hərəsinə məxsus ayrı-ayrı fərdi yaşayış evləri var. Onların yaşadığı evlər arasında məsafə 20 metrdir və hasar yoxdur. Yaşadıqları evlərin giriş qapıları üzbəüzdür. Ərinin digər qardaşı X22 isə mərhum atası X5 məxsus evdə təxminən onların yaşadıqları evə 500 metr aralı məsafədə ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verən gün, yəni 20 aprel 2023-cü il tarixdə Mahir Abbasovun onunla qonşuluqda yaşadığı evdə qayınatasının ildönümü mərasimi təşkil edilmişdir. Özü, övladı Şahid6, sonuncunun oğlu Həbib Süleymanov, qaynı Təqsirləndirilən şəxs, digər qaynı Şahid4, sonuncunun arvadı Şahid7, övladı Şahid8, X22 və sonuncunun ailə üzvləri ildönümü mərasimində iştirak etmişdir. Həmin gün saat 17 radələrində yaşadığı evə getmək üçün Şahid6 və Həbib Süleymanovla birlikdə Mahir Abbasovun yaşadığı evdən çıxmışdır. Yaşadıqları evin qarşısına çatdıqda evin giriş qapısının qarşısında Şahid1 ilə sonradan Şahid2 olduğunu bildiyi şəxsi görmüşdür. Şahid1 yanındakı qızın kim olduğunu və hansı məqsədlə onların yaşadığı evin qarşısında dayandıqlarını soruşanda Şahid1 cavabında qonşuları Şahid2 sevdiyini və evlənmək məqsədilə onu qaçırıb onların yaşadığı evə gətirdiyini demişdir. Şahid2 ilə söhbət zamanı orta məktəb şagirdi olduğunu, orta məktəbdə təhsilini davam etdirmək istədiyini, Şahid1 istəmədiyini ona bildirişdir. Həmin vaxt istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsindən qaynı Şahid4 istifadəsində olan 050 671 02 54 saylı mobil telefon nömrəsinə zəng edərək Şahid1 bir azyaşlı, orta məktəb şagirdini qaçırıb onların yaşadığı evə gətirməsini və Şahid4 Şahid2 valideynlərinə təhvil verməsi üçün yaşadığı evə gəlməsini bildirmişdir. Danışıqlarından təxminən 5 dəqiqə sonra Şahid4la Təqsirləndirilən şəxs onların yaşadıqları evə daxil olmuşlar. Onlar nə baş verdiyini soruşanda Şahid1 Şahid2 zorla qaçırıb onların yaşadığı evə gətirdiyini bildirmişdir. Şahid2 isə ağlaya-ağlaya orta məktəb şagirdi olduğunu, orta məktəbdə təhsilini davam etdirmək istədiyini, Şahid1 istəmədiyini, onu anasına təhvil vermələrini istəmişdir. Onlar həmin gün saat 18 radələrində bu barədə söhbət edən zaman Şahid7 və Şahid8 da onların yaşadığı evə gəlmişdir. Artıq onların yaşadığı evdə Şahid1, Nurəddin Abbbasov, Təqsirləndirilən şəxs, Şahid2, Şahid7, Şahid8 olmuşdur. Onların danışıqlarından həqiqətən də Şahid1 Şahid2 zor gücü ilə qaçırıb onların yaşadığı evə gətirməsini başa düşmüşdür. Şahid2 məktəbli şagird olduğunu, orta məktəbdə təhsil almaq istədiyini, Şahid1 istəmədiyini bildirib təkidlə onu anasına təhvil vermələrini xahiş etmişdir. Şahid4 Şahid2 narahat olmamağı, onu valideynlərinə təhvil verəcəyini demişdir. Şahid4 Şahid2 valideynlərinə təhvil vermək üçün onu həmin evdən çıxarmışdır. Bu vaxt Şahid4la Təqsirləndirilən şəxs Şahid1 danlamışdır. Şahid2 ağlayaraq getmək istədiyini bildirmiş onu anasına təhvil verməsini xahiş etmişdir. Onlar isə tezliklə Şahid2 anasına təhvil verəcəklərini bildirmişdir. Sonra Şahid4la Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə Şahid1 ilə Şahid2 ailə üzvləri ilə danışmaq və hüquq-mühafizə orqanlarına məlumat vermək lazım olduğunu bildirmişlər. Şahid7 və Şahid8 Şahid2 Şahid4 məxsus evə aparmışlar. Şahid6 ilə birlikdə yaşadığı evdə qalmışdır. Təqsirləndirilən şəxsla Şahid4 isə evə daxil olmayaraq evin həyətində qalmışlar. Şahid2 Şahid4 məxsus evə getdikdən sonra mütəmadi olaraq həmin evdə olmamış, həmin evdə nə baş verdiyini öyrənmək üçün Şahid4 məxsus evə gedərək məlumat əldə etdikdən sonra yaşadığı evə geri qayıtmışdır. Həmin gün saat 20 radələrində polis əməkdaşları yaşadıqları evin həyətinə gəlmişdir. Şahid9 Şahid2 Şahid4 məxsus evdən çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Şahid2 ilə birlikdə Şahid9 və Təqsirləndirilən şəxs da Cəlilabad RPŞ-yə getmişdir. İş üzrə Şahid6 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid6 ibtidai istintaqa verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olsa da Şahid2 onların yaşadığı evə gəldikdən sonra Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün evin həyətindən çıxıb getdiyi səbəbindən onun yenidən hüquq-mühafizə orqanlarına məlumat verməyinin mənasız olduğuna görə baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Şahid2 onların yaşadığı evə Şahid1 gətirmişdir. Şahid2 onların yaşadığı evə daxil olduqdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs və Şahid4 da onların yanına gələrək Şahid2 ilə söhbət etikdən sonra onu həmin evdən çıxarmışlar. Şahid2 Şahid4 məxsus evə onların evləri olduğu üçün Şahid7 ilə Şahid8 aparmışdır. Şahid4 məxsus evə getsə də həmin evdə uzun müddət olmamışdır. İş üzrə Şahid7 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid7 ibtidai istintaqa verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, 1998-ci ildə Şahid4 ilə evlənmişdir. Bu nikahdan üç övladı doğulmuşdur. X17, X11 və Şahid8 onun övladlarıdır. X27 Əmirov təxminən 2021-ci ildən Rusiya Federasiyasındadır. O, əri və qızı ilə birlikdə özlərinə məxsus evdə yaşayır. Şahid1 onun ərinin bacısı Şahid9, X18 isə ərinin qardaşı Şahid10 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, onunla qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Hadisə baş verən gün, yəni 20 aprel 2023-cü il tarixdə Mahir Abbasovun onlarla qonşuluqda yaşadığı evdə qayınatasının ildönümü mərasimi təşkil edilmişdir. Özü, Şahid4 və Şahid8 da orada olmuşdur. Həmin gün saat 16- 17 radələrində ərinin istifadəsində olan mobil telefona X2 arvadı Şahid5 zəng edərək Şahid9 oğlu Şahid1 sonradan Şahid2 olduğunu bildiyi şəxsi evlənmək məqsədilə qaçırıb onların yaşadığı evə gətirməsini və buna görə onların yaşadığı evə gəlməklərini istəmişdir. Həmin vaxt Şahid4la ərinin digər qardaşı Təqsirləndirilən şəxs birlikdə Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinə getmişlər. Fəxrəddin Abbasov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilmişdir. Ona məxsus evdə arvadı Şahid5 övladı Şahid6 və sonuncunun övladı X6 ilə birlikdə yaşayır. Şahid8 ilə birlikdə Şahid4 və Təqsirləndirilən şəxs arxasınca çıxıb yaşadıqları evin həyətinə getmişlər. Yaşadıqları evin həyətinə çatıb Fəxrəddin Abbasova məxsus evə daxil olmuşlar. Həmin vaxt Fəxrəddin Abbasova məxsus evdə Nurəddin Abbbasov, Təqsirləndirilən şəxs, Şahid2, Şahid5, Şahid6 və sonuncun övladı Həbib Süleymanov olmuş, Şahid1 isə evin həyətində dayanmışdır. Onların danışıqlarından həqiqətən də Şahid1 Şahid2 zor gücü ilə qaçırıb Fəxrəddin Abbasova məxsus evə gətirdiyini başa düşmüşdür. Bu barədə söhbət etməyə həmin gün saat 18 radələrində başlamışlar. Şahid2 məktəbli şagird olduğunu, orta məktəbdə təhsil almaq istədiyini, Şahid1 istəmədiyini bildirib onu azad etmələrini xahiş etmişdir. Şahid4 Şahid2 narahat olmamağı, onu valideynlərinə təhvil verəcəyini demişdir. Şahid4 Şahid2 valideynlərinə təhvil vermək üçün onu Fəxrəddin Abbasova məxsus evdən çıxarmışdır. Bu vaxt Şahid4la Təqsirləndirilən şəxs Şahid1 danlamışdır. Sonra Şahid4la Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə Şahid1 ilə Şahid2 ailə üzvləri ilə danışmaq və hüquq-mühafizə orqanlarına məlumat vermək lazım olduğunu bildirmişlər. Şahid8, Şahid5, Şahid6 və özü Şahid2 onların yaşadığı evə aparmışlar. Şahid4la Təqsirləndirilən şəxs isə yaşadıqları evin həyətində qalmışdır. Bir neçə dəqiqə sonra yaşadıqları evə Şahid9 da gəlmişdir. Şahid9 Şahid2 ilə ikisi ayrılıqda evin qonaq otağında söhbət etdiyi üçün onların nə barədə danışdığı barədə məlumatı yoxdur. Bundan sonra, həmin gün saat 20 radələrində polis əməkdaşları yaşadıqları evin həyətinə gəlmişdir. Şahid9 Şahid2 yaşadıqları evin qonaq otağından çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Şahid2 ilə birlikdə Cəlilabad RPŞ-yə Şahid9 və Təqsirləndirilən şəxs da getmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(099)-661/2023 nömrəli hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib 10 il 06 ay müddətinə, X19 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 1(106)-129/2024 nömrəli qərarının surətindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(099)-661/2023 nömrəli hökmü X12 aid hissədə dəyişdirilərək təyin olunmuş cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 10 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, onun bu əməli özününü etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yerində çəksin. İslah işləri cəzasının əvvəli qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar