Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-304/2023 27.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəki rayonunun Daşüz kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olaraq Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində qəsdən iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 aprel 2011-ci il tarixdə Pakistan İslam Respublikasının ərazisində “cihad”da iştirak etmək məqsədi ilə İran İslam Respublikasının Məşhəd şəhərinə getmiş, oradan isə Pakistanın Miranşah şəhərinə keçib “Abdulqahar” dini ləqəbli əmirin rəhbərlik etdiyi həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibinə daxil olaraq 2011-ci ilin may ayından 2012-ci ilin sentyabr ayınadək olan müddət ərzində ona təhkim olunmuş “Kalaşnikov” markalı avtomat silahla həmin silahlı birləşmənin nəzarətində olan postların mühafizəsini təşkil etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində qəsdən iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 12.1, 279.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2011-ci il tarixdə heç kimə demədən yaşadığı evdən çıxaraq avtobusla Azərbaycanla İran arasında olan sərhədi keçərək birinci İran islam Respublikasına, Məşhəd şəhərinə getmişdir. Orada “Seyfulla” adlı şəxslə görüşmüşdür. Daha sonra, Pakistanın Vəziristan vilayətinin Miranşah şəhərinə getmişdir. Pakistan İslam Respublikasına döyüşmək üçün getmişdir. Pakistan İslam Respublikasında türk qrupları ilə birlikdə “Abdulqahar” camaatına qoşulmuşdur. Orada “Abdulqahar” dini ləqəbli əmirin yanına getmiş və o, Abdulqaharın rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə daxil olmuşdur. Ona silah verilmiş, lakin silahdan istifadə etməmişdir. Pakistan İslam Respublikasında “rebat”a çıxmışdır. Döyüşdə iştirak etməmiş və hər hansı bir xəsarətlər almamışdır. Təlimlərdə iştirak etməmişdir. Silahla sadəcə “rebat”a çıxmışdır. Orada “rebat”a, yəni gözətçi kimi posta çıxmışdır. Təxminən 14-15 ay posta – “rebat”a çıxmışdır. Bir müddət qruplaşmada xidmət etdikdən sonra etdiyi əməllərin İslam dininə heç bir bağlılığının olmadığını, hətta ziddiyət təşkil etdiyini başa düşmüş və evinə, ailəsinin yanına qayıtmaq qərarına gəlmişdir. Təxminən 2011-ci il tarixdə Pakistan İslam Respublikasına getmişdir. Təxminən 2012-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Posta silahla çıxmışdır.Pakistan İslam Respublikasına gedən vaxt subay olmuşdur. Odur ki, məhkəmə kollegiyasından əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2011-ci ilin may ayında Pakistanda yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün ilk öncə İrana getmişdir. Oradan isə Pakistanın Miranşah şəhərinə gedərək “Tayfatul Mansur” adlanan camaatın tərkibinə qoşulmuşdur. O, orada Azərbaycan qrupunun tərkibində olmuşdur. Pakistanda qanunsuz yaradılan silahlı birləşmələrdə iştirak edən zaman Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs da orada görmüşdür. Ramin də Azərbaycan qrupunun tərkibində olmuşdur. Pakistan İslam Respublikasında onlara silah verilmişdir. Pakistan İslam Respublikasında posta çıxmışdır. Təqsirləndirilən şəxs silahla posta çıxan zaman görmüşdür. Onun kimi Ramin də xidmət aparmışdır. Təqsirləndirilən şəxsin əlindəki silah “Kalaşnikov” markalı avtomat olmuşdur. Təqsirləndirilən şəxslə eyni vaxt qayıdıb gəlməmişdir. O, orada olan vaxt tutulmuşdur. İki il olar ki, cəzasını çəkib qutarmışdır. Məhkəmə kollegiyasının iclasında Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 1973-cü ildə X14 ilə ailə həyatı qurmuş, həmin nikahdan onların xx.xx.1981-ci il təvəllüdlü Lamiyə, xx.xx.1985-ci il təvəllüdlü Ülviyyə, xx.xx.1983-cü il təvəllüdlü Ramin adlı övladları olmuşdur. Həyat yoldaşı Rafiq Məmmədov xx.xx.1989-cu il tarixdə rəhmətə getmişdir. Oğlu Təqsirləndirilən şəxs 1989-1997-ci illərdə Yevlax rayonunda yerləşən Nəriman Nərimanov adına olan 15 saylı orta məktəbdə oxumuş, 1997-ci ildə məktəbi buraxıb kafe və mağazalarda işləməyə başlamış, 2001-2003-cü illərdə Qazax rayonun ərazisində yerləşən N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə Yevlax rayonunda evlərin tikintisi və təmiri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2014-cü ildə X2 ilə ailə həyatı qurmuş, onların Zəhra və Davud adlı uşaqları vardır. 2011-ci ilin təxminən aprel ayında oğlu Təqsirləndirilən şəxs heç kimə heç bir məlumat vermədən yaşadıqları evdən çıxıb getmiş, 2-3 ay keçdikdən sonra Təqsirləndirilən şəxs xatırlamadığı yaşadıqları evdə quraşdırılmış telefona zəng edərək Rusiya Federasiyasına işləməyə getdiyini bildirmişdir. 2012-ci ilin təxminən payız aylarında Təqsirləndirilən şəxs evə qayıtmış və ona evdə olmadığı müddətdə işləmək məqsədilə Rusiya Federasiyasına getmədiyini, əslində isə cihadda iştirak etmək üçün Pakistan İslam Respublikasına getdiyini ona bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının DTX X8 Baş İdarəsinin 02 iyun 2023-cü il tarixli məktubunun qoşması xx.xx.2023-cü il tarixli “arayış”dan görünür ki, tərəflərindən keçirilmiş tədbirlər nəticəsində diqqət dairələrinə Pakistanın «Şimali Vəziristan» əyalətində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan, Şəki rayonu Daşüz kəndində yaşayan Təqsirləndirilən şəxs düşmüşdür. Müəyyən edilmişdir ki, vəhhabi təriqətinə etiqad edən Təqsirləndirilən şəxs xx.xx.2011- ci il tarixdə ölkəni İran İslam Respublikası istiqamətində tərk etmiş, qanunsuz silahlı birləşmələrin tərkibində İştirak etmək məqsədilə oradan qaçaq yolla Pakistana keçmişdir. O, Pakistanın Miranşah şəhərində milliyyətcə kürd “Abdulqahar” dini ləqəbli şəxsin “Taliban” əmrinin rəhbərlik etdiyi, 25-30 nəfər Türkiyə vətəndaşından ibarət silahlı qruplaşmaya qəbul edilmiş, orada olduğu 10 ay müddət ərzində ona təhkim olunmuş “kalaşnikov” silahı ilə həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə nəzarətdə olan postların mühafizəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs AR-ə geri qayıdarkən İİR-in Mehrir yaşayış məntəqəsində yerləşən postda müqabil ölkənin hərbiçiləri tərəfindən saxlanılaraq 15 gün Yezd şəhərindəki təcridxanaya yerləşdirilmiş, daha sonra isə xx.xx.2012-ci il tarixdə Azərbaycana deportasiya olunmuşdur. Təqsirləndirilən şəxs Pakistan ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməsi barədə məlumatlı olan Şahid1 sorğusu keçirilmiş və ondan müvafiq yazılı izahat alınmışdır (cild 01, iş vər. 07-08). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27-28). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Şahid1 Məmmədəli oğlu ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərinə görə dərhal tanıyaraq, həmin şəxsin ifadəsində bildirdiyi Təqsirləndirilən şəxs olduğunu, sonuncunu Pakistan İslam Respublikasının ərazisində qanunsuz silahlı birləşmənin tərkibində gördüyünü bildirmişdir. Fotocədvəldəki 3 sayı ilə qeyd olunmuş fotoşəkil xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs fotoşəklidir (cild 01, iş vər. 43-46). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 68-71). Cinayət şinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 78). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 18 avqust 2023-cü il tarixli 2313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2011-ci il tarixdən 02 oktyabr 2012-ci il tarixədək olan dövr ərzində, eləcə də hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, aşkar edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 01, iş vər. 89-91). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 04 sentyabr 2023-cü il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi dərhal tanıyaraq, həmin şəxsin Pakistan İslam Respublikasının ərazisində gördüyü Şahid1 olduğunu, sonuncunun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 2 sayı ilə qeyd olunmuş fotoşəkil – xx xxxxx 1980-ci il tarixdə Şəki şəhərində doğulmuş Şahid1 Məmmədəli oğlunun fotoşəklidir (cild 01, iş vər. 95-98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Daşüz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 18 sentyabr 2023-cü il tarixli “arayış”lardan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ünvan 1 ünvanında qeydiyyatda olmaqla müvəqqəti olaraq Şəki rayonunun Daşüz kəndində yaşamışdır. Ailə tərkibi anası X10 ibarətdir. Arvadı və uşaqları barədə isə sözügedən nümayəndəlikdə heç bir məlumat yoxdur (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Daşüz kənd İƏD üzrə nümayəndənin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə ətrafdakı şəxslərlə heç bir münasibət saxlamamış, özünə qapalı şəxs kimi tanınmış və vahabi etiqadına mənsub insanlar kimi saqqal saxlayan şəxs olmuşdur (cild 01, iş vər. 104). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 323/MEŞ nömrəli rəyindən görünür ki, R.R Məmmədovun bədən səthində qərarda göstərilən şəraitə uyğun, yəni odlu silah və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 01, iş vər. 105- 108). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 06 iyun 2017-ci il tarixli AZ-İİİ 967213 və 28 aprel 2020-ci il tarixli AZ-İV 403537 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ata qrafalarının qarşısında X15, ana qarafalarının qarşısında X3 qeyd olunmuşdur (cild 01, iş vər. 125-126). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair elektron məlumatından görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcə əlildir (cild 01, iş vər. 127). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş arayışdan görünür ki, Məmmədov X6 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur (cild 01, iş vər. 133). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Yevlax RMX” nın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cihadda iştirak etmək üçün Pakistan İslam Respublikasına getməsi barədə sonradan məlumatı olan yaxın qohumu – anası X16 barəsində CM-in 307-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir (cild 01, iş vər. 238-246). Məmmədov X12 ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirakı ilə bağlı digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DTX «Giriş-çıxış və qeydiyyat» İAMAS üzrə sərhəd keçmə barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasını İran İslam Respublikası istiqamətində tərk etmiş və 17 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İbtidai araşdırma belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Zəhra Həsənzadə və xx.xx.2020-ci il təvəllüdlü Davud Həsənzadə adlı iki azyaşlı övladlarının olması, habelə ibtidai istintaq zamanı törətdiyi cinayət əməlləri ilə bağlı səmimi ifadələr vermiş, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi cinayət işi üzrə cəzanı yüngülləşdirən hallardır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü Zəhra Həsənzadənin və xx.xx.2020-ci il təvəllüdlü Davud Həsənzadənin Təqsirləndirilən şəxs himayəsində olması ibtidai istintaqda ifadə vermiş Şahid2 tərəfindən göstərilməsinə baxmayaraq həmin hal cinayət işi materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinə əlavə edilmiş xx.xx.2015-ci il təvəllüdlü Zəhra Həsənzadənin və xx.xx.2020-ci il təvəllüdlü Davud Həsənzadənin doğum şəhadətnamələri və Daşüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış (ailə tərkibinə dair) Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağın olması faktını təkzib edir və sözügedən hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən; 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2. ... Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 2.8.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən hallarla bağlı təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı səmimi ifadələr verərək, cinayətin açılması və cinayətin digər iştirakçılarının ifşa olunmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə əsasən, həmçinin təqsirləndirilən şəxsin 3-cü dərəcə əlil olmasını CM-in 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayət işinin materiallarına olan Pakistan İslam Respublikasının 20 avqust 1997-ci il tarixli Anti-terror aktının 11-ci maddəsinin F bəndinin 1-ci hissəsinə görə, şəxs qeyri-qanuni təşkilata aiddirsə və ya aid olduğunu bəyan edirsə, cinayətdə təqsirlidir. Həmin aktın 11-ci maddəsinin F bəndinin 2-ci hissəsinə görə, 1-ci hissədə göstərilən cinayət təqsirli bilinən şəxs altı aydan artıq olmayan müddətə cəza və ya cərimə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübutların olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-304/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-304/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver