Məhkəmə qərarları › İş №1(091)-94/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-94/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-94/2021 27.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xx xxxxxx 1960-cı ildə Yevlax rayonu, Yəldili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2015-ci ilin aprel ayının əvvəllərində kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində müalicə etdirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 12 may 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 14 may 2015-ci il tarixdən 05 iyun 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs 2015-ci ilin iyul ayının əvvəllərində kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 17 iyul 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 19 iyul 2015-ci il tarixdən 17 avqust 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayının ortalarında kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 29 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 01 sentyabr 2015-ci il tarixdən 25 sentyabr 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-cı ilin əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 13 fevral 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 15 fevral 2016-cı il tarixdən 12 mart 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2016-cı ilin mart ayının ortalarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 19 mart 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 21 mart 2016-cı il tarixdən 17 aprel 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayının əvvəllərində Türkiyə Respublikasının Balıkesir şəhərində olan Zərərçəkmiş şəxs2 ilə danışaraq maddi ehtiyaclarını ödəmək üçün nəzarəti altında fahişəliklə məşğul olacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 2016-cı ilin sentyabr ayının əvvəllərindən 01 dekabr 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Ankara şəhərində yaşayan bacısı qızı onu alver etmək məqsədi ilə oraya dəvət etmiş, Mingəçevir şəhərində alverlə məşğul olan zaman tandığı Aidə adlı qadının vəziyyətini görüb sonuncuya yazığı gələrək özü ilə yol yoldaşı kimi Türkiyə Respublikasına aparmışdır. Aidə özü əvvəllər Türkiyə və X3 Dubay şəhərində olmuş, təxminən 5-6 ay Türkiyədə qalmışdır. Qudası vəfat etdiyinə görə Azərbaycana gəlmiş, yenidən Türkiyə Respublikasına qayıdarkən Aidənin Manisa şəhərində ərə getdiyini bilmişdir. Bir dəfə Aidə ona zəng vuraraq özünü tək və kimsəsiz hiss etdiyini, bir yaxını kimi sonuncunun evinə qonaq getməyi xahiş etmişdir. Aidənin yaşadığı evə getmiş, Aidə ona ərindən narazılıq etmişdir. Aidəyə ailəsini dağıtmamasını məsləhət görmüş, sonra Aidə əri ilə Türkiyə Respublikasında onun yaşadığı qəsəbəyə gələrək orada kirayə yaşamışdır. Onun xahişi ilə orada Aidənin ərini işə götürmüşlər. Sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs1 anası Gülnarı Türkiyə Respublikasında yaşayan bacısının yanına aparmağı ondan xahiş etdiyinə görə Gülnar onunla Türkiyə Respublikasına gedib onunla təxminən 4-5 gün orada qalmışdır. Gülnarın anası ondan 2000 manat borc pul istədiyinə görə sonuncuya Ziraat Bank vasitəsi ilə pul göndərmiş, xəstəxanada olarkən Gülnar bacısı ilə onun yanına gəlib ona olan borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs3 isə ona müraciət edərək Türkiyə Respublikasında bir nəfərlə tanış olub sonuncu ilə evlənmək istədiyini və onunla birlikdə Türkiyəyə getmək istədiyini bildirdiyinə görə Ninanı da özü ilə Türkiyə Respublikasına aparmışdır. Orada Nina tanış olduğu şəxslə evlənmişdir. Zərər çəkmiş şəxsləri yoldan çıxartmamış, sonuncuları əxlaqsız yola məcbur etməmişdirı. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərindən tanımış, anasını xəstəxanaya aparanda Dilavəri orada görmüşdür. Dilavərdən onu Türkiyə Respublikasına aparmasının və onun orada evlənməsinə köməklik etməsini xahiş etdikdən sonra 02 iyul 2014-cü il tarixdə Dliavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmişdir. Orada Dilavərlə təxminən 10-15 gün qaldığı müddət ərzində müxtəlif kişilərlə görüşərək pul müqabilində cinsi əlaqədə olmuş, aldığı pulun yarısını Dilavərə vermişdir. X10 adlı şəxslə tanış olaraq sonuncu ilə evlənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərindən tanımış, 02 iyul 2014-cü il tarixdə əri Abdullahın dəvəti ilə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmişdir. Abdullahla üç il ər-arvad kimi yaşamış, Balıkesirdə olduğu müddətdə Dilavərin də oraya gəlib-getdiyini görmüşdür. 2016-cı ilin sentyabr ayının sonlarında Dilavərlə təsadüfən Balıkesirdə bazarda görüşmüş, sonuncudan iş tapmasını xahiş etmişdir. Dilavər ona köməklik edəcəyini, onu kişi müştəriləri ilə görüşdürəcəyini bildirmişdir. Dilavərdən ona başqa iş tapmasını, sonuncu isə cavabında onun kimi insan üçün bundan başqa iş olmadığını bildirmişdir. Başqa çıxış yolu olmamış, Dilavərin təklifi ilə razılaşaraq sonuncu onu Balıkesirdə müştəriləri ilə görüşdürməyə başlamışdır. Dilavər onu kirayə yaşadığı evində saxlamış, evə müştərilərini dəvət edərək müştəridən aldığı pulun yarısını ona vermişdir. Dilavərin nə qədər pul aldığını bilməmiş, bu qaydada iki ay Dilavər tərəfindən istismar edilmişdir. 2016-cı ilin noyabr ayının sonlarında Dilavər Azərbaycana qayıtmış, Dilavər qayıtdıqdan sonra özünə iş axtarmış və restoranlarda xidmətçi işləməyə başlamışdır. 2014-cü ilin iyul ayının 2-nə kimi Balıkesirdə qalmış, Dilavər arabir onunla əlaqə saxlayıb yenidən Balıkesirə gələcəyini, onu fahişəliyə cəlb edəcəyini bildirmiş, lakin o, buna etiraz edərək bir daha bununla bağlı onunla əlaqə saxlamamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Dilavərlə qonşu olmaqla sonuncunu paltar alvermisi kimi tanımış, Dilavər Türkiyə Respublikasına alverə getdiyinə görə onu da gözünün müalicəsi üçün oraya aparmasını xahiş etmişdir. Onun Türkiyəyə getmək xərclərinin hamısını Dilavər çəkdiyinə görə sonuncuya 500 manat borcu yaranmışdır. Türkiyədə bir neçə kişilərlə görüşüb cinsi əlaqədə olmaqla Dilavərə olan borcunu qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildə Mingəçevir şəhərində yaşayarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, 2015-ci ilin aprel ayının əvvəllərində Dilavərin yaşadığı ünvanda olarkən sonuncuya gözündə problemləri olduğunu bildirmişdir. Dilavər həmin vaxt onu özü ilə birlikdə Türkiyə Respublikasının Balıkesir şəhərinə aparmağı təklif etmişdir. Bir neçə gün sonra Dilavərin yaşadığı mənzilə getmiş və birlikdə Türkiyəyə gedəcəyini qeyd etmişdir. Dilavərlə razılaşıb 12 may 2015-ci il tarixdə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Balıkesir şəhərinə birbaşa Dilavərin kirayə tutduğu mənzilə getmiş, iki gün yol getdikləri üçün həmin gün istirahət etmişlər. Növbəti gün Dilavər onu xəstəxanaya aparmış, gözünü müayinə etmişlər. Az pulu olduğu üçün yalnız müayinə pulunu verə bilmiş, Dilavər ilə birlikdə mənzilə qayıtdıqdan sonra sonuncu ona gözünü müalicə etmək və borclu olduğu yol pulunu verə bilmək üçün mənzilə çağırdığı şəxslərlə cinsi əlaqədə olmalı olduğunu bildirmişdir. Çıxılmaz vəziyyətdə olduğundan razılıq verməli olmuş, Dilavər mənzilə gün ərzində dəvət etdiyi 1-2 nəfər kişi müştərilərlə cinsi əlaqədə olmuşdur. Dilavər aldığı puldan ona bildirdiyinə görə yarısını özünə vermişdir. Bu qaydada 2015-ci ilin iyun ayının əvvəllərinə kimi Dilavər tərəfindən cinsi istismar olunmuş, 05 iyun 2015-ci il tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə yaşadığı ünvana gəlmişdir. Türkiyədə olduğu müddətdə Dilavərin ona etdikləri barədə ailəsinə heç bir şey bildirməmiş, müayinə sənədlərini göstərərək gözü ilə bağlı müraciət etdiyini bildirmişdir. 2015-ci ilin iyul ayının əvvəllərində Dilavər onu yenidən Mingəçevir şəhərində yaşadığı ünvana çağırmış və bir neçə günə yenidən Türkiyə Respublikasına gedəcəklərini, müştəriləri onunla görüşmək istədiklərini, həmçinin müalicəsi üçün ona pul lazım olduğunu bildirmişdir. Çıxılmaz vəziyyətdə olduğundan Dilavərlə razılaşaraq 17 iyul 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Balıkesir şəhərinə, Dilavərin yaşadığı əvvəlki mənzilə getmiş, iki gün yol getdikdən sonra oraya çatmış və Dilavər əvvəlki qaydada onu gün ərzində 1-2 iki nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Dilavər bildirmişdir ki, müştəridən aldığı pulun yarısını özünə götürür, yarısını isə ona verir. Bir ay Dilavər tərəfindən bu qaydada cinsi istismar olunduqdan sonra 17 avqust 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana, yaşadığı ünvana gəlmişdir. Bir neçə gün sonra Dilavər onu Mingəçevir şəhərində yaşadığı ünvana çağırmış, birlikdə Türkiyəyə gedib pul qazanmağı, yəni gözünün müalicəsinə pul toplamağı, konkret olaraq onu fahişəliyə cəlb etməyi bildirmiş, maddi ehtiyacları olduğundan razılıq verməli olmuş, 29 avqust 2015-ci il tarixdə dövlət sərhədini Dilavərlə birlikdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkesir şəhərinə Dilavərin yaşadığı həmin ünvana getmiş, əvvəlki qaydada Dilavər onu gün ərzində 1-2 nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağımı təşkil etməklə cinsi istismar etmişdir. 25 sentyabr 2015-ci il tarixdə Dilavərlə birlikdə dövlət sərhədinə yaxınlaşmış, Dilavər bəzi işləri olduğunu deyib onu yola salmış, özü isə Gürcüstanda qalmışdır. Dilavər bundan sonra da onu yaşadığı ünvana bir neçə dəfə dəvət edib birlikdə Türkiyə Respublikasına getməyi təklif etsə də o başa düşmüşdür ki, Dilavərin məqsədi onu tora salıb özündən asılı vəziyyətə salıb sui-istifadə etməkdir. Buna görə də Dilavərə bildirmişdir ki, onun bir daha əxlaqsızlıqla məşğul olmaq fikri yoxdur. Əvvəlki səhvləri maddi ehtiyacları və çıxılmaz vəziyyəti ilə bağlı olmuşdur. Bundan sonra Dilavər onunla əlaqə saxlamamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, üç dəfə Türkiyə Respublikasına getmiş, hər dəfə Təqsirləndirilən şəxs ilə birlikdə gedərək Balıkesir şəhərində qalmışlar. Orada Dilavərin tapdığı müxtəlif şəxslərlə görüşərək cinsi əlaqədə olmuşdur. Həmin şəxslərdən hədiyyələr almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Dilavəri 2010-cu ilin əvvəllərindən Mingəçevir şəhərində toy məclisində tanımış, Dilavər tez-tez Türkiyə Respublikasına gedib-gələrək ona orada çoxlu tanışları olduğunu bildirmişdir. 2016-cı ilin təxminən əvvəllərində Dilavər yaşadığı evdə olarkən Türkiyədə evlənmiş, həmin ərəfələr ərindən boşandığına görə maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkmişdir. Dilavərdən onu da özü ilə birlikdə Türkiyəyə aparmasını xahiş etmiş, Dilavər gələn dəfə getdikdə onu da aparacağını söz vermişdir. Dilavərlə danışıb razılaşdıqdan sonra 13 fevral 2016-cı il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmiş, Dilavər onu kirayə tutduğu evə aparmışdır. İki gün yol getdikləri üçün həmin gün istirahət etmiş, növbəti gün Dilavər özünə ər tapmaq istəyirsə əvvəlcə kişilərlə görüşüb fahişəliklə məşğul olmalı olduğunun bildirmişdir. Dilavərə fahişəliklə məşğul olmağa gəlmədiyini bildirsə də sonuncu başqa çıxış yolu olmadığını bildirmiş, çıxılmaz vəziyyətdə qalıb razılıq verdikdən sonra Dilavər gün ərzində onu 4-5 nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmasını təşkil etmişdir. Bu qaydada bir ay Dilavər tərəfindən istismar edildikdən sonra Dilavər Azərbaycana giriş-çıxış edib yenidən qayıdacaqlarını bildirmişdir. Dilavərə evlənmək üçün Türkiyəyə getdiyini bildirdikdə sonuncu gələn dəfə getdikdə ona ər tapacağına söz vermişdir. 12 mart 2016-cı il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. 2016-cı ilin mart ayının ortalarında yaşadığı evdə olarkən Dilavər onunla mobil telefonla əlaqə saxlayıb mart ayının 19-da Türkiyəyə gedəcəklərini bildirmişdir. Həmin tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmiş, Dilavər yenidən ev kirayə tutub mənzilə kişiləri dəvət etməyə başlamışdır. Dilavər yenidən onu aldatdığını başa düşmüş, Dilavərə ona evlənmək üçün bir nəfər tapmasını bildirsə də sonuncu başqa çıxış yolu olmadığını, gəldiyi halda işləməli olduğunu qeyd etmişdir. Çıxılmaz vəziyyətdə qalıb yenidən Dilavərin tapdığı müştərilərlə görüşüb cinsi əlaqədə olmağa başlamış, Dilavər gün ərzində 3-4 nəfərlə cinsi əlaqədə olmağını təşkil edərək arabir müştəridən aldığı puldan ona vermişdir. Bu qaydada bir ay Dilavər tərəfindən istismar edildikdən sonra Azərbaycana gəlməli olmuş, gəlməzdən 2-3 gün əvvəl Dilavər onu Fərrux adlı şəxslə tanış edərək sonuncunun ondan xoşu gəldiyini bildirmişdir. Fərrux gələn dəfə Türkiyəyə getdikdə sonuncu ilə əlaqə saxlamasını bildirmişdir. 17 aprel 2016-cı il tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 12 may 2015-ci il tarixdə saat 1947 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 iyun 2015-ci il tarixdə saat 01:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 17 iyul 2015-ci il tarixdə saat 2023 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 avqust 2015-ci il tarixdə saat 0220 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 29 avqust 2015-ci il tarixdə saat 1840 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 25 sentyabr 2015-ci il tarixdə saat 2326 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 13 fevral 2016-cı il tarixdə saat 1916 dəqiqədə «P4954879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2016-cı il tarixdə saat 0149 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 19 mart 2016-cı il tarixdə saat 2016 dəqiqədə «P4954879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 aprel 2016-cı il tarixdə saat 2352 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 02 iyul 2014-cü il tarixdə saat 2139 dəqiqədə «P3362442» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 01 iyun 2017-ci il tarixdə saat 1225 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Aeroportunda yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 12 may 2015-ci il tarixdə saat 1947 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 iyun 2015-ci il tarixdə saat 0143 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 17 iyul 2015-ci il tarixdə saat 2022 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 avqust 2015-ci il tarixdə saat 0219 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 29 avqust 2015-ci il tarixdə saat 1844 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 26 sentyabr 2015-ci il tarixdə saat 2222 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 13 fevral 2016-cı il tarixdə saat 1916 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2016-cı il tarixdə saat 0149 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 19 mart 2016-cı il tarixdə saat 2000 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 aprel 2016-cı il tarixdə saat 2352 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 27 sentyabr 2016-cı il tarixdə saat 1928 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 01 dekabr 2016-cı il tarixdə saat 22:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq barədə tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin 1-53 nömrəli 14 may 2003-cü il tarixli hökmündən, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2Cİ-109/2004 nömrəli 09 aprel 2004-cü il tarixli qərarından görünür ki, Qurbanova X4 Şəhər Məhkəməsinin həmin hökmü ilə CM-in 171.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “X6 faşizm üzərində qələbənin ildönümü münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Qərarının 1-ci bölməsinin 7.1-ci bəndinə əsasən ona təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 aprel 2004-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin hökmü dəyişdirilmiş, Milli Məclisin 06 may 2003-cü il tarixli qərarının tətbiqi hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 01 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş 25 sentyabr 2020-ci il tarixli qtimkan tədbiri seçmək haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının X12 dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli, 919 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon X7 Hüquqi Şəxsinin 17 mart 2021-ci il tarixli 1911 nömrəli arayışdan görünür ki, Yevlax rayonu Aran qəsəbə sakini, xx.xx.1960-cı ildə amadan olmuş Təqsirləndirilən şəxs 06.11.2012-ci il tarixdən “Şəkərli diabet, orta ağır forma, İİ tip, insulin tələbli. H-360 Diabetik proliflrativ retinopatiya” diaqnozu ilə qeydiyyatdadır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldatmadığını, onların köməksiz vəziyyətin istifadə edərək cinsi istismar etməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə bir qənaətə gəlməsinə əsas zərərçəkmiş şəxsləri məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələr və işdə olan digər sənədlər əsas verir. Həmçinin qeyd edilməlidir ki, CM-nin 144-1-ci maddəsinin qeyd hissəsinə əsasən müəyyən edilir ki; 1. maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. 2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və “Şəkərli diabet, orta ağır forma, İİ tip, insulin tələbli. H-360 Diabetik proliflrativ retinopatiya” diaqnozu ilə qeydiyyatda olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəqyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur, xüsusi müsadirəsi nəzərdə tutlan əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəknə müddətinin əvvəli həbs edildiyi 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar